Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə119/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   115   116   117   118   119   120   121   122   ...   163

311

 Ombudsman Qurumunun Rolu

cəmiyyəti, həm də müdafi ə strukturlarını inandırlmalıdır ki, ölkənin 

bütün hakimiyyəti (parlament, hökümət, dövlətin başçısı  və hüquq 

sistemi) ədalətli, səmərəli,məsuliyyətli və şəffaf formada, konstitusi-

ya qaydaları  çərçivəsində demokratik və milli mənəvi dəyərlərə uy-

ğun olaraq fəaliyyət göstərirlərlər. Qarşılıqlı inamın əldə olunması və 

onun saxlanılması ölkədə mülki-hərbi münasibətlərin tənzimlənməsi 

və milli təhlükəzislik sektoru üçün həyati vacibdir. Bu inamın 

səviyyəsi, bütövlükdə sistemə və onun imkanlarına milli təhlükəsizlik 

məsələlərini, hərbi strukturları  və istənilən növ böhranı  uğurla idarə 

etmək üçün mövcud olan inamı əks etdirir.

• 

 Rol: Hərbi ombudsmanın rolu hərbçilərin, orduda xidmət edən mül-

ki heyətin, siyasi liderliyin hərbi kimliyinin və müsbət xarakterinin 

möhkəmlənməsinə yönəlməlidir. Bu baxımdan, ombudsman dialoq, 

qarşılıqlı hörmət və geniş paylaşan məqsədlər və vəzifələrin intensiv 

və əhatəli birliyi vasitəsilə konsensus qurma rolunu oynayır. 

• 

MissiyaOmbudsmanın əsas missiyası hərbi siyasi rəhbərliyin, idarəetmə 

və hərbi rəhbərliyin etimadlılığının və fəaliyyətinin möhkəmlənməsinə 

kömək etməkdir, çünki  kimliyin və bütövlüyün möhkəmlənməsi sübut 

olunmuş nailiyyətlərlə ölçülür. Ombudsman idarəsi cəmiyyəti Müdafi ə 

Nazirliyi və silahlı qüvvələrlə münasibətlərdə hüquqi baxımdan qo-

ruyur. O nazirliyin administrativ addımlarından doğan çatışmazlıqları 

gələn  şikayətlər  əsasında müstəqil yoxlamalarla düzəltməyə çalışır, 

cavabdeh, qanunlara əsaslanan,  şəffaf və  həssas qabaqcıl hökümət 

idarəetməsinə  təkan verir,insanların hökümətin administrativ ad-

dımlarına qarşı  şikayətlərini həll etməkdə kömək edir, cavabdehlik 

və  məsuliyyət üçün konsepsiyalar və prinsiplər hazırlayır,idarələrin 

səlahiyyətlərinə uyğun hərəkət etmələrini yoxlayır və s. Lakin om-

budsmanın missiyası hökümət, Müdafi ə Nazirliyi və ya silahlı 

qüvvələrin qərar qəbul etmə yollarına etiraz etmək və ya onları əvəz 

etmək deyildir. Əksinə, ombudsman institutu bu idarələrdəki mülki və 

hərbi rəhbərləri özlərinin səlahiyyətləri çərçivəsində  cəmiyyət qarşı-

sında, hərbi və mülki heyət qarşısında məsuliyyətləri haqda xəbərdar 

etməyə,məsuliyyətlə  hərəkət etməyə, onların idarəetmədə qanun və 

qabaqcıl təcrübə ilə hesablaşmalarını təmin etməyə və ənənəvi hərbi 

xarakterə hörmət etməyə təşviq etməkdir. Müdafi ə məsələləri üzrə om-

budsman ölkənin hərbi təşkilatını elə formaya salmağa çalışmalıdır ki, 

o bütün cəmiyyətin üzvləri tərəfi ndən paylaşan və faydalanan təşkilat 

olsun.



312

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 19.5.  Hərbi Alqı- Satqı Zamanı Dürüstlüyün Möhkəmləndirilməsi ilə 

Əlaqədar  Ombudsmanın Konsepsiyasına Riayət Edilməsi

2006-cı ildən başlayaraq, Koreya höküməti Hərbi Təhcizat Proqram 

İdarəetməsi (Defense Acquisition Programme Administration- DAPA) işə 

salmışdır.  Keçmişdə hərbi təhcizat proseslərində dürüstlük və korrupsiya 

ilə bağlı geniş sayda problemlərin olması  və  vətəndaş  cəmiyyətlərinin 

şəffafl ığı təmin etmək üçün köklü islahatlara ehtiyac olması istiqamətində 

təzyiqi DAPA-nın yaradılmasına gətirdi.  

2003-cü ildə hərbi təhcizat işlərində köklü islahatlar aparmaq üçün xüsusi 

komitə yaradıldı . DAPA-ın işi 2006-cı ilin Yanvarında yeni qanunun qəbul 

edilməsi ilə başladı. Ona hərbi sahədə alqı- satqı və təhcizat məsələləri ilə 

məşğul olmaq və bu proseslər zamanı şəffafl ığın artırılması,məhsuldarlığın, 

xarıcı  təcrübə  və hesabatlılığın gücləndirilməsi tapşırılmışdır. DAPA-nın 

kadrlarının 50 faizi mülki şəxslərdər. Bunun mühümlüyü ondadır ki, bu cür 

hal əvvəllər toxunulmaz olan və ya hətta “müqəddəs” sayılan hökümətin 

sahəsinə giriş idi.Vətəndaş  cəmiyyətlərini dəvət edib bu işlərdə  iştirak 

etmək Koreya üçün əlavə nailiyyət idi.

 DAPA-nın  əlində olan vasitələrə proqram fəaliyyət komitəsi, Dürüstlük  

Paktları, ombudsman proqramları  və  “əsil adlar” siyasəti daxildir. BŞ 

Koreya, PSPD və Audit və Müfəttişlik İdarəsinin tövsiyələri əsasında üç 

mülki ombudsman təyin olundu. Ombudsman üçün fəaliyyət prinsipləri 

müstəqillik, ardıcıllıq, iştirak prosesi, şəffafl ıq və neytrallıqdır. Ombudsman 

qrupu həftəlik görüşlər keçirir, tövsiyələr, düzəlişlər verir və nəticələri dərc 

edir.

DAPA ombudsman sistemi Koreyanın qanun əsasında qurulmuş ilk 



ombudsman sistemi idi. Həmçinin Koreyada ilk dəfə idi ki, vətəndaş 

cəmiyyəti hərbi təhcizat məsələlərini monitorinq etmək imkanı 

qazanmışdır.  İlk dəfə olaraq köhnə sistemə  dəyişikliklər edilməsinə 

başlanmışdır, əməkdaşlıq imkanları artmışdır. Bu prosesdən çıxan nəticələr 

aşağıdakılardır:

1.Vətəndaş cəmiyyətinin iştirakı mümkündür və hər bir addımda vacibdir

2.Kənar, iştirakçı monitorinq dürüstlüyü möhkəmləndirmək üçün başlıca 

əhəmiyyət kəsb edir




313

 Ombudsman Qurumunun Rolu

3.Təhqiqat nəticələrinə inam yaratmaq üçün expertlərin cəlb olunması da 

vacibdir

4.Qarşıdurma yox,əməkdaşlıq münasibəti könüllü dəyişikliyə aparan 

həlledici amildir

5.Dəyişikliyin saxlanılması onun əldə edilməsi kimi çox çətindir.



Mənbə:  BŞ Koreya-nın Baş Katibi və Koreyanın Hərbi Alqı-Satqı Proqramların 

İdarəetməsində Təmsilçi Ombudsman Sung-Goo Kang-ın 2009 -cu ilin 25-27 Fevralında 

Monterreydə NATO Dürüstlüyü Təmin Etmə Konfransında etdiyi çıxışın əsasında.

•   Funksiyalar və Səlahiyyətlər: Seçilən modeldən asılı olmayaraq, hərbi 

ombudsmanın əsas funksiyası dövlət qulluqçularının fəaliyyətinə qarşı edilən 

istənilən və hər bir şikayəti araşdırmaqdır. Bu funksiyadan doğan əsas nəticə, 

istisna olaraq, qanun və hüquqların pozulmasını ayırd etmək deyil, əksinə 

hərbi təşkilat daxilində və bütövlükdə cəmiyyət boyunca birliyi, bütövlüyü 

təmin etməkdir. Birlik dedikdə ümumi hədəfl ərə çatmaq üçün məqsədlər başa 

düşülür. 



     Əgər ölkənin gözləntiləri yüksəkdirsə, seçilən model klassik modelə 

yaxın olmalıdır və burada hərbi ombudsman hökümət və dövlət sektorunun 

bütün sahələrində, o  cümlədən, avadanlıq və xidmətlərin təmini və istifadəsi 

ilə bağlı araşdırma aparmağa səlahiyyətləndirilir. Hərbi xidmət,xarici 

əlaqələr məsələləri, hərbi məhkəmələr,dövlətin müharibə dövrü üçün 

ehtiyatları,hərbi sağlamlıq və bərpa mərkəzləri,bütün bunlar, ombudsmanın 

məsuliyyət dairəsinə daxildir. Ombudsmanın  əsas vəzifəsi hərbi təşkilatın 

bütün bölmələri daxilində konstitusiya hüquqlarının və hüquqi tələblərin 

təmin olunmasına riayət edilməsini müşahidə etmək və  təmin etməkdir və 

bu tələblərin  Müdafi ə Nazirliyi və ya silahlı qüvvələrdən, müdafi ə sənayesi 

və ya vətəndaş cəmiyyətlərindən gəlməsinin əhəmiyyəti yoxdur. Hərbi om-

budsman administrativ hərəkətlər və  hərbi güc işlətməsi məsələləri üzrə 

şikayətləri araşdıra bilər,lakin, intizamla bağlı tətbiq edilən icraatları və ya 

hər hansı şəxsə mükafat və ya rütbə vermək və ya rədd etmək kimi məsələləri 

araşdıra bilməz. Müstəsna hallarda, ombudsman xidmətdə olan hərbçinin 

şikayətlərini araşdırır,o da o zaman baş verir ki, onlar bütün daxili şikayət 

mexanizmlərinin hamısından istifadə etsinlər.

Əgər ölkənin niyyətləri  güclü institutlaşmış ombudsmanlıqdırsa, onun 

səmərəliliyi üçün ombudsman hüquqi cəhətdən müəyyən edilmiş müstəqillik 

və  tərəfsizlik,konfi densiallıq və  həqiqi yoxlama və araşdirma imkanları ilə 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə