Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə127/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   123   124   125   126   127   128   129   130   ...   163

334

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

bu sistemı elə idarə edib işlətmək lazımdır ki, o demokratik normalar və qa-

baqcıl idarəçiliyin sarsılmaz prinsipləri ilə ahənglik təşkil etsin və beləliklə 

işlək təhlükəsizlik strukturlarının yaranmasına yardımçı olsun

188

.  “Dürüst-



lüyün institutlaşmış  mədəniyyəti”-ni qurmaq istiqamətində (Fəsil 24)yeni 

bir konseptual təkərin ixtira edilməsinə ehtiyac qalmayacaq:  DAC-ın TSİ 

çərçivəsində irəli sürdüyü standartlar artıq bütün tələblərə cavab verir. Çatış-

mayan cəhət odur ki, çoxlu ölkələr tərəfi ndən mövcud standartlar, xüsusilə də, 

şəffafl ıq və cavabdehlik məsələləri

189


 ilə əlaqədar standartlar səmərəli həyata 

keçirilmir və əsas maraqlı tərəfl ərin,əsasən də vətəndaş cəmiyyətlərinin po-

tensial köməyindən tam istifadə olunmur.

TSİ gündəmi son illər inkişaf etdiyinə görə,vətəndaş  cəmiyyətləri bu 

yanaşmanın dürüstlüyünü təmin etmək üçün mühüm rol oynayır və bir 

çox ölkələr arasında və BMT-ı daxilində artan dərəcədə belə inam forma-

laşmışdır ki, qeyri-hökümət təşkilatları,media və parlamentarlar məhsuldar 

mülki müşahidə, nəzarət və monitorinq fəaliyyətləri göstərə bilərlər.Təkcə 

parlamentarlar təklükəsizlik sektoru daxilində hökümətin gördüyü bütün 

fəaliyyətlərlə  və siyasətlə bağlı müşahidə  və  nəzarət və hesabatlılıq təmin 

edə bilmir,cünki onların bu işləri görmələri üçün nə vaxtı, nə resursları və nə 

də təcrübələri vardir. DAC-ın açıqlamalarına görə “vətəndaş cəmiyyətlərinin 

TSİ proqramlarına cəlb olunması geniş və daha əhatəli islahatların yerli ba-

zasının yaranmasına və nəticədə səylərin davamlılığına əsas şərtlərdəndir”

190



Əvvəlki fəsillərdə göstərildiyi kimi



191

, vətəndaş cəmiyyəti təşkilatları (VCT) 

və media tərəfi ndən müstəqil müşahidə  və  nəzarətin olması dürüstlüyün 

təmin edilməsinin lazımi elementlərindən biridir və müdafi ə strukturların-

da qabaqcıl idarəçiliyi gücləndirmək və həmçinin korrupsiya risklərini ara-

dan qaldırmaq üçün TSİ təşəbbüslərinin səmərəli yerinə yetirilməsi üçün də 

həlledicidir.

188


  OECD, Security System Reform and Governance: A DAC Reference Document (Paris: 

OECD, 2005), www.oecd.org/dataoecd/8/39/31785288.pdf.

189

  Burada cavabdehlik hesabatlılıq,öhdəlik kimi nəzərdə tutulur – nə edilib, nə ediləcək və 



nəyə görə suallarına cavab vermək üçün.Bu tərif Dünya Bankında çalışan William Byrd və 

Stéphane Guimbert tərəfi ndən istifadə edilmişdir, “Public Finance, Security, and Develop-

ment: A Framework and an Application to Afghanistan,” Policy Research Working Paper 

4806 (The World Bank South Asia Region Poverty Reduction, Economic Management, Fi-

nance and Private Sector Development Department, January 2009), footnote 11.

190


  OECD, OECD DAC Handbook on Security System Reform: Supporting Security and 

Justice (2007).

191


  Bax,məsələn 5və 8-ci fəsillərdəki uyğun olaraq milli yanaşmalar və offset mexanizmlərinə. 

Hər iki müəllif vətəndaş cəmiyyətlərinin şəffafl ıq və hesabatlılığın təmin edilməsində rolunun 

olduğundan danışır.



335

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Ümumiyyətlə,vətəndaş  cəmiyyətləri və medianın təhlükəsizlik sek-

torunda islahatlar və dürüstlüyü təmin etmək istiqamətində praktiki rolları 

məhduddur. Bu hal təkcə gövrək və ya keçid dövrü yaşayan ölkələrdə (tez-tez 

avtoritar rejimlərin təbiətinə və vətəndaş cəmiyyətlərin zəifl iyinə görə) yox, 

inkişaf etmiş demokratik ölkələrdə, və xüsusilə də, NATO ittifaqı daxilində 

(orada müstəqil vətəndaş  cəmiyyətləri üçün giriş nöqtələri məhdud olaraq 

qalır,sonrakı fəsillərdə müzakirə olunacaq) də belədir. Bu fəsil nəyə görə bu 

vəziyyətin yarandığını və müdafi ə strukturlarında monitorinq və islahat apar-

maq üçün vətəndaş cəmiyyətləri və medianın rolunu gücləndirməkdən ötrü 

nə edilməli olduğunu müzakirəyə çıxaracaq. 

Bu fəsil vətəndaş cəmiyyəti və medianın ayrı-ayrılıqda rollarını nəzərdən 

keçirir və sonra bu rolların tətbiq edilməsindəki çətinliklərə üç xüsusi  ssenari  

daxilində baxır:gövrək dövlətlər,keçid ölkələri və NATO  ittifaqı. Bu fəsil 

sonda müdafi ə strukturlarında dürüstlüyün təmin edilməsi və korrupsiyanın 

asaldılması istiqamətində  vətəndaş  cəmiyyətləri və medianın imkanlarının 

qorunması və güclənməsi istiqamətində bir çox variantlar və tövsiyələr irəli 

sürür.


Vətəndaş Cəmiyyətinin Rolu

Güclü vətəndaş cəmiyyəti demokratiyanın əsas tələbidir. Onun dövlətin 

gücünə qarşı qoya biləcək potensialı, avtoritarizmə  müqaviməti və açıq 

təşkilat olduğundan dövlətin özəl maraqlarla idarə olunmamasını  təmin 

edə biləcək potensialı vardır.Son on illiklərdə  təkcə oturuşmuş demokratik 

ölkələr yox, dünyanın çoxlu sayda bölgələrində siyasi məkan inkişaf edən 

və daimi genişlənən vətəndaş cəmiyyətləri qrupları tərəfi ndən geniş açıqlığa 

məruz qalmışdır. Vətəndaş cəmiyyətlərinin heç bir vahid tərifi  yoxdur. DAC 

“vətəndaş cəmiyyəti”-ni fərdlə hökümət arasında siyasi məkan adlandırır və o 

qeyru-hökümət təşkilatları üzvlükləri ilə (QHT), sosial qruplarla, assosiasiya-

larla və digər təşkilatlar və şəbəkələrlə ifadə olunur. Vətəndaş cəmiyyətlərinə 

ölkə  səviyyəsində yaranan QHT-lər, icma əsaslı  təşkilatlar,inanc qrupları, 

peşəkar və maraq qrupları, məsələn, Treyd yunionlar, media, özəl biznes 

şirkətləri, bar assosiasiyaları, insan hüquqları qrupları,müstəqil məsləhətçilər, 

universitetlər və müstəqil analitik düşüncə mərkəzləri daxildir

192


.

BMT Baş Katibi yanında BMT Vətəndaş Cəmiyyətləri Münasibətləri üzrə 

“ Məşhur Adamlar Qrupu” (UN Secretary General’ Panel of Eminent Persons 

on United Nations-Civil Soceity Relations)vətəndaş cəmiyyətləri üçün daha 

192

 OECD, OECD DAC Handbook on Security System Reform.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə