Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə129/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   125   126   127   128   129   130   131   132   ...   163

338

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

siqnalını verərək, 1-ci fəsildə müzakirə olunduğu kimi, və  nəticə eti-

barı ilə dürüstlüyün təmin edilməsi,  şəffafl ığın artırılması  və cavab-

dehlik və  məsuliyyətin təkmilləşdirilməsi yolunda öz ölkəsindəki və 

beynəlxalq təşəbbüslərə  dəstəyin səfərbər edilməsi QHT fəaliyyətinin 

əhəmiyyətli hissəsidir. Bu cür maarifl əndirmə oyadan fəaliyyətin  əsas 

məqsədi ölkədaxiıli TSİ təşəbbüslərinin həyata keçirilməsinin gündəmdə 

olan uzun müddətli proses olduğunu göstərmək və ictimaiyyətə  və 

cəmiyyətə  də bu məsələnin onlar üçün də vacib olduğunu aşılamaq-

dır. QHT-lər özlərinin maraqlı tərəf kimi fəallığından və “adını çək və 

utandır”strategiyalarından spesfi k məsələlərə və ya pozuntulara birbaşa 

təsir etmək üçün vasitə kimi uğurla istifadə  edirlər. 

• 

Katalizator və vasitəçi kimi hərəkət etmə:  QHT-lər və digər VCT-ları, 

o cümlədən, tədqiqat mərkəzləri,universitetlər və  tədqiqat institutları 

vasitəçilik və körpü rolunu da oynaya  bilər. Bu mənada,Cenevrədəki Si-

lahlı Qüvvələr üzərində Demokratik Nəzarət Mərkəzi (DCAF) və BŞ on il 

ərzində iki əsas aparıcı  mayak rolunu oynamışdır və  analizlər,hesabatlar 

və təlim kursları və seminarları vasitəsilə parlament üzvlərinin bilik və 

bacarıqlarının artmasına hədsiz dərəcədə kömək etmişdir. Latın Ame-

rikasında, Orta və    Şərqi Avropa ölkələrində, 1980-ci illərin sonu və 

1990-cı illərin  əvvəlində çoxlu sayda vətəndaş  cəmiyyəti qrupları, bu 

ölkələrdə yeni seçilmiş mülki hökümətlər özlərinin silahlı qüvvələrini 

yenidən qurmağa başladığı zaman mühüm dialoq rolu oynamışlar. Bu 

dialoqlar ilkin olaraq silahlı qüvvələri izolyasiyadan çıxardı və vətəndaş 

cəmiyyətləri, seçilmiş rəsmilər və hərbi komanda strukturları arasında 

peşəkar  fi kir  mübadiləsinə imkanlar açıldı.Ümumiyyətlə, xüsusilə  də, 

gövrək və keçid dövrü yaşayan ölkələrdə,hökümətlə( əsasən də müdafi ə 

strukrurları ilə),hökümətə laqeyd və ya ona əks olan cəmiyyətin müəyyən 

sektorları arasında vasitəçilik etmək üçün, daha çox vətəndaş cəmiyyəti 

fi qurları masa arxasına gətirilməlidir.

• 

Çoxlu sayda təcrübə  və biliklə  təmin etmə.Çoxlu saylı yerli QHT 

və VCT-ları, təhlükəsizlik sektorunda islahatlarla məşğul olmaq 

və qabaqçıl idarəçilik islahatları aparmaq üçün tələb olunan uğurlu 

metodologiyaları,təcrübə və vərdişləri olan geniş institutlaşmış və fərdi 

ekspertlər qrupu yaratmışlar. Məsələn, QHT-lər ordu ilə hərbi ehtiyatların 

təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı işləyir,silahları işarələmək 

və izləmək proqramları hazırlamaq məsələləri üzrə məsləhətlər verir və 

münaqişədən sonrakı dövrdə  tərksilah, demobilizasiya və reinteqrasi-

ya proqramlarında əhəmiyyətli rol oynayırlar. Bu cür geniş təcrübə və 



339

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

insan resursları bu kitabın ll-ci hissəsində ifadə olunmuş narahatlıq do-

ğuran spesifi k hərbi-xarakterli problemlər üçün səhti olsa da, bu bilik və 

bacarıqlar hökümətlər və ya hökümətlər arası təşkilatlar üçün korrupsi-

ya risklərini və müdafi ə sektorunun zəif nöqtələrini aradan qaldırmağa 

yönəlmiş  təşəbbüsləri gücləndirmək üçün potensial istifadəyə açıqdır. 

Dərin TSİ  təcrübələr toplusu, həmçinin, mühüm qabaqcıl idarəçiliyin 

təmin edilməsinə yardım edir və müdafi ə sektorunun idarəetməsinin 

bir sahəsində xüsusi biliklərin tətbiq edilməsinə kömək edir. Lakin, bu 

təcrübədən və texniki bacarıqdan, məsələn,parlamentdəki dinləmələrdə 

məhdud istifadə edilsə də, bu resurslardan istifadə lazımınca deyil. Hər 

iki tərəfdən inamsızlıq və məhdud resurslar üzərində humanitar, insan 

hüquqları  və inkişaf xarakterli QHT-lər üçün rəqabətli prioritetlər də 

köməkedici amillərdir.

• 

Əsas tədqiqat və strategiya hazırlanmasının təmin edilməsi.VCT-nin 

əsas töhvələrindən biri  pozuntuları  və ya hərbi güc işlətmək haqda 

qərar vermə ziddiyyətlərini açıqlamaqdan başlamış- həm münaqişəyə 

müdaxilə etmək, həm də  hərbi  əməliyyatlar aparmaq baxımından-

uyğunsuz,səmərəsiz və  bəzən qeyri qanuni hərbi idarəetmə,silah alqi-

satqısı və ixrac praktikalarına qədər məsələləri əhatə edən tədqiqat və 

“korrupsiya bəlası” (Fəsil1)reallığını sənədləşdirməkdir. İctimaiyyət və 

hökümətin bu məsələləri dərk etmələrini yaxşılaşdırmaq üçün vətəndaş 

cəmiyyətləri və media uyğun cavabların hazırlanmasında imkanlar ya-

radır. Dürüstlüyün təmin edilməsi və müdafi ə sektorunda korrupsiyanın 

azaldılması üzrə yeni yanaşmalar və strateji variantlar təmin etməyə ça-

lışan, analitik proqramlar hazırlayan QHT-lər və tədqiqat institutlarınn 

işləri bu cür tədqiqatlarla sıx bağlıdır. Bu cür işlər qabaqcıl təcrübələrin 

dünyanın müxtəlif bölgələrində müqayisəsini,proqram təklifl əri hazır-

lanmasını və siyasi dəyişim üçün praktiki təklifl əri əhatə edir. 

• 

 Monitorinq praktikası: “Korrupsiya bəlası” ilə  məşğul olmaq üçün 

hökümətlər tərəfi ndən proqram qəbul olunan kimi,QHT-lər də, həmçinin 

“nəzarətçi komissiya” kimi mühüm rola malik olurlar-bura proqramın 

yerinə yetirilməsini monitorinq etmək və hər hansı baş verə biləcək çatış-

mamazlıq və uğursuzluq olarsa cavabdehliyə çağırmaq daxildir. QHT-lər, 

xüsusilə də, ölkə və beynəlxalq insan hüquqları təşkilatları,məsələn Am-

nesty İnternational və Human Rights Watch, təhlükəsizlik qüvvələrinin 

və ordunun fəaliyyətini monitorinq etməkdə, onların insan hüquqlarına 

və ya beynəlxalq humanitar qanunlara hörmət etmələrini təmin etməkdə 

mühüm rola malikdirlər.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə