Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə125/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   121   122   123   124   125   126   127   128   ...   163

328

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

genişləndirdikcə, işçilərin də  mənəvi irsi və  ənənələri uyğun olaraq daha 

rəngarəng olur. Şirkətləri bu cür qloballaşmış dairədə idarə etmək üçün 

gözləntilərdən konkret işə, şifahi ənənədən yazılı tələblərə, öhdəyə buraxıl-

mış qərar-qəbul etmədən qabaqcıl təcrübələrlə idarə olunan davranışa keçmək 

çox mühümdür. Yeni idarəetmə paradiqması meydana gəlmişdir.



Riskin İdarə Olunması

İstənilən biznes fəaliyyətinin risklik dərəcəsi mövcuddur. Lakin, həssas 

texnologiyanın dünya boyunca yayılması,artan hüquqi mürəkkəblik,yeni 

sosial tələblər və görünməyən dərəcədə  rəqabət riskləri ayırd edib onları 

idarə etməyi olmayan tərzdə vacib edir. Bundan əlavə,  şirkətlərin və onla-

rın rəhbərliyinin mülki və cinayətkar məsuliyyətləri, biznes dünyası cinayət 

araşdırmasına daha çox məruz qaldıqca, daha tez-tez diqqət mərkəzində olur.

  Nəticədə, öz sahələrinin fəaliyyəti kontekstındə, Thales-in korporativ 

məsuliyyət siyasəti təkcə riayət etməmənin risklərinin dərin analizi üzərində 

qurulmamışdır, həm də etik davranış qaydaları və dürüstlük üzərində qurul-

muşdur və onlar da şirkətin ən yuxarı idarəetmə orqanları tərəfi ndən təsdiq 

olunmuş və sistematik olaraq bütün işçilər də məlumatlandırılmışdır. Bu cür 

yanaşma gündəmdə olan məsələlər haqda idarəetmə məlumatlılığını artırır və 

şirkətdaxili daimi təkmilləşmə mühiti yaradır və qüvvədə olan strategiyalara 

yeni forma verir.

Köklənmiş Proseslər

Thales hesab edir ki, məsuliyyətli biznes,ilk növbədə, beynəlxalq ticarət 

qaydalarına riayət etmək,xüsusilə, həssas texnologiyanın və hərbi avadanlı-

ğın riskli hesab edilən ölkələrə ixracına qarşı tədbirlər görmək, bununla da 

kütləvi qirğın silahlarının və qlobal terrorizmin törədəcəyi təhdidləri aradan 

qaldırmağa kömək etmək deməkdir.Şirkət boyu korrupsiyaya qarşı müm-

kün qədər səmərəli mübarizə üçün daxili nəzarət prosedurları gücləndirilir, o 

cümlədən, maliyyə əməliyyatları böyük məbləğdə pulla ölçülən sahələrdə və 

etik praktikalara az maraq göstərən ölkələrlə iş görülən zaman.

Korrupsiyanın Qarşısını Almaq üçün Möhkəm Prosedurlar

Məsuliyyətləri həvalə etmək üçün ardıcıl direktivlər və məhdud prose-

durlar toplusu milli və beynəlxalq anti-rüşvət qanunlarına riayət edilməsini 

təmin edir. Xüsusilə, operativ birləşmələrin beynəlxalq biznes əməliyyatlarını 

asanlaşdırmaq üçün müstəqil olaraq üçüncü tərəfi n nümayəndələri ilə və ya 



329

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

kənar xidmət təminatçıları ilə müqaviləli münasibətlərə girməməsini təmin 

edən ölçülər götürülmüşdür. İxracat satışlarını dəstəkləyən bütün resurslar və 

operativ birləşmələrin marketinq səyləri xüsusi təşkilatlar tərəfi ndən,xüsusilə 

də,Thales  İnternational vasitəsilə idarə olunur. Ancaq bu təşkilatlar  şirkət 

tərəfi ndən akkreditə olunmuşdur ki, özlərinin sərt nizamlayıcı mexanizmləri 

daxilində bu mürəkkəb məsələləri həll etsinlər. Bu siyasət Thales-in satış və 

marketinq səylərinin məhsuldarlığını  təkmilləşdirir və özünün beynəlxalq 

kommersiya  əməliyyatlarına riayət edib-etməməsinin ciddi monitorinqini 

təmin edir.

Prosedur və direktivlər bütün kənar xidmət göstərənlərə,o cümlədən, 

dövlət və həmçinin, özəl müştərilər də daxil olmaqla, Thales-ın marketinq və 

satış əməliyyatlarını dəstəkləyən fərdlərə, məsləhətçi fi rma və şirkətlərə aid-

dir. Tələblərə cavab verən münasib məsləhətçilər öz sahələri üzrə ölkədaxili 

və beynəlxalq səviyyədə ekspert kimi tanınmalıdırlar. Sərt seçim proseduru 

tətbiq edilməlidir: ətrafl ı müraciət forması doldurulmalı, şirkətlərin qeydiy-

yatı haqda sənədlərin surəti və başqa rəsmi sənədlər,xüsusilə  də,illik hesa-

batlar təmin edilməli və  rəhbərlik etik davranışa aid bütün qanunvericiliyi 

beynəlxalq ticarətdə  tətbiq etməsi haqda öhdəlik götürməlidir. Bütün bu 

xəbərlər analiz edilir və kənar orqan tərəfi ndən təsdiq edilir.Yaxından araş-

dırma aparmaq üçün məlumat olduqda risk amilləri işarələnir və qərar qəbul 

etmək üçün yuxarı dairələrə baxmaq üçün göndərilir. Bir çox növ məlumatlar 

“durdurmaq”( show stoppers) kimi növləşdirilir və seçim prosesini dərhal da-

yandırır. Bu cür xidmətlərə edilən ödənişlər də sərt prosedurlara məruz qa-

lır. Məsələn, pul köcürmələri, vergidən azad olan yerlərdə yerləşən maliyyə 

müəsisələrinə göndərilə bilməz və bütün ödənişlər həqiqi edilən xidmətlərə 

uyğun olmalıdır və təmin edilən xidmətin dəqiq növünü əks etdirməlidir. 

Bütün bu prosedurlar Thales korporativ rəhbərliyi tərəfi ndən hazırlanan 

və bəyənilən Qabaqcıl Təcrübə Kitabcasında ifadə edilmişdir. Prosedurların 

işləkliyni artırmaq və onları həyata keçirmək üçün daimi təkmilləşmə prosesi 

gedir.

Qabaqcıl Təcrübələrin İnkişafı

Şirkət o zaman məğlub olma riskinə düşür ki, onunla rəqabətdə olan digər 

şirkətlər az miqdarda etik seçimlər edərək minimum hüquqi tələbləri yerinə 

yetirsin. Ona görə dəbütün şirkətlər tərəfi ndən qabaqcıl təcrübə kimi ümumi 

standartların hazırlanması və qəbul edilməsi üçün sektor boyu yanaşmaının 

olması vacibdir. Bununla da bütün iştirakçılar üçün şərtlər bərabərləşdirilir.          

Thales, Avropanın  Aerokosmik və Hərbi Sənaye Assosiyasiyanın(Aerospace 



330

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

and Defence İndustries Association of Europe-ASD) tərkibində bu cür 

təşəbbüsün başlanmasında iştirak edir.

Thales-də Etik və Korporativ Məsuliyyət

Thales korporasiya rəhbərliyi hesab edir ki, səmərəli riayət etmə 

siyasəti təkcə beynəlxalq marketinq və satış  əməliyyatlarını yox, şirkətin 

bütün  əməliyyatlarını  əhatə etməlidir.Thales  şirkətinin etika və korporativ 

məsuliyyət siyasəti hər bir işçiyə verilmış Etika Kodeksində yerləşdirilib 

və eyni zamanda şirkət boyu kommersiya,ətraf mühit, əmək və  cəmiyyət 

məsələləri ilə bağlı işləmlərdə və prosedurlarda ifadə olunmuşdur.

Xüsusi yaradılmış bir təşkilatın daxilindəki Etika və Korporativ 

Məsuliyyət Komitəsi Thales-in siyasətini müəyyən edir və xüsusi bir şöbə 

isə  həmin siyasəti yerinə yetirir. Birləşmə  və ölkə  səviyyəsindəki yer-

li fəaliyyətlər - etik müfəttişlər şəbəkəsi ilə dəstəklənir. Eyni zamanda, ge-

niş miqyaslı məlumatlılıq, xəbərlər və treyninq kampaniyaları, o cümlədən, 

elektronik öyrənmə proqramları,təşkilat boyu işçilərin səfərbər edilməsini və 

bütün işçilərin şirkətin etika dəyərlərini paylaşmasını təmin edir. 



3. Hərbi Sənayedə Dürüstlüyü Möhkəmləndirmək Üçün Əlavə 

Tədbirlər

Son zamanlar, Qərbi Avropa və Şimali Amerikanın əsas hərbi təminatçıları 

korrupsiyanın bütün formalarına qarşı sıfır-dözümlülük nümayiş etdirən etik 

kodekslər və standartlar qəbul edərək nəzərə çarpacaq dərəcədə tərəqqi əldə 

etmişlər. Bu sənayelərin birlikləri öyrəndikləri tövsiyələrdən nəticə çıxarma-

ğa və öz çalışdıqları sənaye müəsisələrində standartları qaldırmağa başladı-

lar. Haşiyə 20.2 Avropanın Aerokosmik və Müdafi ə Sənayesi Assosiyasının 

(AKM) çərçivəsində gedən fəaliyyət nümunələrini göstərir.

Təminat tərəfi ndə baş verən korrupsiyadan danışdıqda, əsas podratçılar və 

müdafi ə sənayesi birlikləri dürüstlük kodları və standartlarının səmərələliyini 

qiymətləndirmək və artırmaq cəhdlərini davam etdirəcək, kiçik və orta 

səviyyəli müəsisələr daxil olmaqla, hərbi təminatçılarla təmaslara girəcək və 

tətbiq coğrafi yasını da genişləndirəcəklər. Bərabər şərtlər və ədalətli rəqabət, 

bütün ixrac edən ölkələr arasında ardıcıl və ahəngli standartların tətbiq 

edilməsi vasitəsilə təminat altına alına bilər.      

Əsas hərbi podratçılar əmin olmalıdırlar ki, onların işə cəlb etdiyi butun 

subpodratçılar, hərbi məsləhətçilər,lobbiçilər və digər başqa növ vasitəçilər 

əsas şirkətin riayət etdiyi bütün etik kodekslərə riayət edirlər.Sadəcə bütün 

“təminat zənciri” boyunca tam yoxlama keçirəndən sonra onlar inandırıcı 

şəkildə iddia edə bilərlər ki, onların təklifl ərinin korrupsiya ilə heç bir əlaqəsi 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə