Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə126/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   122   123   124   125   126   127   128   129   ...   163

331

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

yoxdur. 


Hökümətlərə,o tender iştirakçılarının siyahısını hazırlamaq tövsiyə olu-

nur ki, onlar dürüstlük və korrupsiya üzrə ümumi hərbi sənaye standartlarını 

təsdiq etsinlər. Bundan başqa, onlar korrupsiya yolu ilə müqavilə əldə edən 

hərbi podratçıların tenderdə  iştirakına izn verməməli və  həmən məlumatı 

hökümətlə paylaşmalıdır. Hərbi sənaye birlikləri sonra bu cür təşkilatları öz 

sıralarından azad etməlidirlər. 



Haşiyə 20.2.  AKM Etikası və Anti-Korrupsiya Fəaliyyətləri

2006-cı ildə, AKM Şurasını  təmsil edən  şirkətlərin  İcraçı Direktorları 

korrupsiyadan azad olan  bazarın yaradılmasına kömək etməyə sadiq 

qaldıqlarını təsdiq etdilər, beləliklə beynəlxalq bazarın bütün iştirakçılarının 

bərabər və ədalətli əsasda rəqabətə girmələrinə imkan yaratdılar. 

AKM bəyan etmişdir ki, o 1997-ci ildə  İƏİT-in Xarici Rəsmilərin 

Beynəlxalq Biznes Əməliyyatlarında Rüşvətxorluğuna Qarşı Mübarizə 

Konvensiyası(OECD Convention on Combating Bribery of Foreign Public 



Offi cials  in  İnternational Business Transactions) milli qanunvericiliyə 

salınmış qaydalarına riayət edəcək və öz fəaliyyətlərinə tətbiq edəcəkdir. 

Buraya, həmçinin, digər tətbiq oluna bilən qanunlar da daxildir. AKM 

“Etika və Anti-korrupsiya İşçi Qrupu” formalaşdırdı. İşçi Qrupu, iştirakçı 

şirkətlər arasında indiki təcrübələri qiymətləndirmək üçün səmərələliyin 

analizı  və qiymətləndirilməsi çalışmaları  təşkil etdi.  Şirkətlərin daxili 

etik kodeksləri müstəqil hüquqşünas tərəfi ndən analiz edildi. Həmin 

hüquqşünas, həmçinin, Beynəlxalq Ticarət Palatasında Anti-Korrupsiya 

Komissiyasının sədridir. 

Bu fəaliyyətlər “Avropa Aerokosmik və Müdafi ə sistemı üçün Ümumi 

Sənaye Standartları” ilə  nəticələndi və  Şura tərəfi ndən 2007-ci ilin 

 

Aprelində  bəyənildi. AKM Milli Assosiasiyalarının üzvlərindən bu 



standartları  təsdiq etmək xahiş olundu və  iştirakçı  şirkətlər isə  Şirkət 

Riayət Etmə  Bəyanatını imzalamaq təklifi ni aldılar. Təsdiq edilmə üçün 

təklif  2008-ci il Oktyabırında edilmişdir və  şirkətlərin bu standartlara 

qoşulmasına həvəsləndirmək və inandırmaq üçün irəliləmə göstəriciləri ilə 

müşaiyət olunan strukturlaşmış proses davam edir.

AKM, Beynəlxalq Ticarət Palatasının dəstəyi ilə özünün etik qaydalarının 

coğrafi  miqyasını artırmaq təşəbbüslərinə kömək edir və həmçinin, qeyri 

İƏİT ölkələrində anti-korrupsiya fəaliyyətləri üçün səylər göstərir.



Mənbələr: Aerospace and Defence Industries Association of Europe, Annual Report 2007 

(Brussels: AKM, 2008), 20, www.asd-europe.org; The “Common Industry Standards for 

European Aerospace and Defence” is available at: www.asd-europe.org/Objects/2/Files/

WEB Common Industry Standards.pdf.      




332

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

NATO kimi beynəlxalq təşkilatlar, hərbi təminatçıların dürüstlük baza-

sını möhkəmləndirmək üçün səmərəli,tarazlaşdırılmış və çoxtərəfl i strategi-

ya qurulmasına yardım edə bilər. Onlar müdafi ə sənayesində şəffafl ığın art-

masına, o cümlədən sahibkarlıqda şəffafl ıq və hərbi təminatçıların dürüstlük 

tələblərini yerinə yetirmələrində onlara dəstək verə bilər.

Ancaq hökümətlər və təminatçılar arasındakı əməkdaşlıq, hökümətlərarası 

təşkilatlar və sənaye birlikləri arasında əməkdaşlıq, müdafi ə sektorunda  kor-

rupsiya potensialına qarşı ümumi mübarizədə müdafə  sənayesini etibarlı 

müttəfi qə çevirə bilər.



                                                                       


333

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

21-ci Fəsil

Vətəndaş Cəmiyyəti və 

Media-nın Rolu

Giriş

Bu fəsil vətəndaş cəmiyyətinin və medianın müdafi ə və təhlükəsizlik sek-

torunda dürüstlüyü təmin etmə və korrupsiyanın azaldılması istiqamətində is-

tisnasız rolunu nəzərdən keçirir. O, “dürüstlüyün təmin edilməsi” məsələsinə 

başlıca olaraq təhlükəsizlik sektoru islahatı (TSİ) prizmasından baxır. 1990-

cı illərdə meydana gələn bu konsepsiya, təhlükəsizlik və inkişafın bir me-

dalyonun iki tərəfi  olduğunu qəbul etmiş və təhlükəsizliyin gücləndirilməsi 

səylərini demokratik və ya qabaqçıl idarəeçilik çərçivəsində aparılmalı ol-

duğunu vurğulamışdır. “Qabaqcıl” idarəçiliyin kökündə insanları diqqətə 

alan,ədalətli, məsuliyyətli və şəffaf idarəçilik durur. O, planlaşdırma və qərar-

qəbul etmə proseslərində iştirak etmə və məsləhətləşmələrə yol açır,səmərəli 

və məhsuldar dövlət idarəetməsini yaradır və vətəndaş cəmiyyətinin cəlb olun-

masını fəal şəkildə axtarır və yardım edir. Başqa sözlərlə, qabaqcıl idarəçilik 

iştiraklı proseslərlə,anti-korrupsiya səyləri ilə  və bürokratik cavabdehliklə 

legitimləşir. O resursların məhsuldar və səmərəli istifadəsini önə çəkir və özəl 

sektor və vətəndaş cəmiyyətlərinin “mühüm maraqlara” qarşı fəal cəlb olun-

masını təşviq edir

186


2004-cü ildə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT)-nın İnkişaf 

Yardımı Komitəsi (Development Assistance Committee-DAC) “təhlükəsizlik 

məvhumuna yenidən baxmağın zəruri olduğunu və müzakirələrin realist ba-

xışdan daha çoxtərəfl i və əməkdaşlıq tələb edən müstəviyə keçirməyə ehtiyac 

olduğu” haqda maraqlı tərəfl ərə müraciət edən siyasi konsepsiya ortaya qoy-

du və üzvlər tərəfi ndən qəbul edildi

187


. DAC təhlükəsizlik sektorunda islahatı 

“təhlükəsizlik sisteminin transformasiyası”  adlandırır (buraya bütün fi qurla-

rı, onların rollarını, məsuliyyətlərinı və addımlarını daxil edir). Birgə səylərlə 

186


  Hans Born, Philipp H. Fluri and Simon Lunn, eds.,Oversight and Guidance: The Relevance 

of Parliamentary Oversight for the Security Sector and its Reform, A collection of articles on 

foundational aspects of parliamentary oversight of the security sector (DCAF/NATO Parlia-

mentary Assembly, January 2003), Glossary, 240–241.

187


  OECD Development Assistance Committee, Security System Reform and Governance: 

Pol icy and Good Practice (Paris: OECD, 2004).


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə