Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə134/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   130   131   132   133   134   135   136   137   ...   163

349

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

hansı xəbərin yayılmasının  ictimai və dövlət marağına zərər vuracağını gü-

man edirlərsə,onlar qanuni olaraq bu xəbərin getməsini saxlaya bilər,lakin 

onlar, həmçinin, korrupsiya və ya vəzifədən sui- istifadə ilə bağlı utandırı-

cı və qalmaqallı xəbərləri də “milli təhlükəsizlik” adı altında gizlədə bilər. 

9/11-dən sonrakı dövrdə “təhlükəsizlikləşdirmə” mühiti yenidən hökümət 

sirlərini qabartdı  və müəyyən mənada soyuq müharibədən sonrakı geniş 

şəffafl ıq,ictimaiyyət qarşısında məsuliyyət və rəsmi məlumatlara çıxış kimi 

tendensiyalardan geri çəkilmələr oldu.

Gövrək və Keçid Dövrü Yaşayan Dövlətlərdə və NATO-da 

Vətəndaş Cəmiyyəti və Media

Bir çox gövrək ölkələrdə

219

, zorakı  təhlükəsizlik  əməliyyatları  hərbi 



strukturlar daxilində  vətəndaş  cəmiyyətləri və medianın dürüstlüyü təmin 

etmək və monitorinq etmək cəhdlərini belə  cətinləşdirir, hətta təhlükəli 

edir. Xüsusi təyinatlı  təhlükəsizlik qüvvələrinin yaradılması  və üsyançıla-

ra və şübhəli cinayətkarlara və terrorçulara qarşı əməliyyatların çoxlu say-

da gövrək dövlətlərdə artması, üstü açılmamış çoxlu sayda hüquqdan kənar 

ölümlərin artmasına və insan hüquqları əməkdaşlarının və siyasi aktivistlərin 

qaçırılmasına gətirmişdir. O cümlədən Banqladeş, Efi opiya, Koreya, Pakis-

tan, Uqanda,Zimbabve,Kolumbiya, Nepal, Fələstin, Somali, Şri Lanka kimi 

dövlətlərdə və başqa münaqişə zonalarında, QHT-lər bəzən həm hökümətlər, 

həm də üsyançılar tərəfi ndən siyasi rəqib kimi görünür. Bir çox münaqişəli 

bölgələrdə QHT-lərin fəaliyyətlərinə imkan vermirlər. Bir çox başqa 

ölkələrdə, məsələn, Moqadişu və İraq və Əfqanstann bir hissəsində VCT-nın 

fəaliyyətləri hədsiz təhlükə üzündən zaman-zaman yararsız olur.

220


         

Eyni surətdə, bir çox “keçid dövlətlərində”

221

 QHT-lərin qeydiyatı ilə 



bağlı bürokratik əngəllər, siyasi azadlıqların aşağı səviyyəsi və ümumiyyətlə 

zəif vətəndaş cəmiyyətlərinin olması göstərir ki, hərbi və təhlükəsizlik sek-

torunda islahatlar sahəsində qeyri dövlət təşkilatlarının görə biləcəyi iş mi-

nimuma bərabərdir

222

. Əvvəllər qeyd edildiyi kimi, 9/11-dən sonra vətəndaş 



219  

Gövrək dövlətlər ( baş tutmamış və ya zəif dövlətlər) öz vətəndaşlarının təhlükəsizliyi 

təmin edə bilməyən və ya öz ərazisinə  nəzarəti təmin edə bilməyən və öz vətəndaşları 

gözündə korrupsiyalanmış və qeyri qanuni sayılan dövlətlərdir.

220 

 Məsələn, bax: Millar, Cortright, Gerber-Stellingwerf and LopezOversight or Overlooked? 



(2009)

221 


 Bu termin daha çox keşmiş sovet respublikalarına aid edilir, lakin bəzən istənilən avtoritar 

və hərbi sistemdən demokratik idarəçiliyə keçən dövlətlərə də aid edilir.

222

 Post –sovet ölkələrində vətəndaş cəmiyyəti və TSİ haqqında,bax: Marina Caparini, Philipp 



Fluri and Ferenc Molnar, eds., Civil Society and the Security Sector: Concepts and Practices 

in New Democracies (Berlin: LIT, 2006).


350

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

cəmiyyətlərinə qarşı repressiv qanunvericilik aktları  və  təzyiqlər artmışdır.  

Anti-terror qanunvericiliyindən və “ekstremizm”-ə qarşı  tədbirlərdən keçid 

dövrü yaşayan dövlətlərdə hökümət siyasətlərini tənqid edən QHT-lərə və si-

yasi aktivistlərə qarşı cəza tədbirləri üçün istifadə edilmişdir, o cümlədən (bu 

ölkələrlə də məhdudlaşmayan), Çində,Misirdə, El-Salvadorda, İndoneziyada, 

Filippində, Rusiyada, Sudanda, Tunisda, Özbəkistanda və Yəməndə

223


.

1990-cı illərdə Rusiyada TSİ  məsələləri üzrə çox geniş  tədbirlər keçi-

rildiyi halda, son illərdə görünən odur ki,Rusiya vətəndaş  cəmiyyətləri və 

mediası çox zəifl əmişdir. Buna baxmayaraq, təhlükəsizlik sektoruna vətəndaş 

cəmiyyətlərinin qarışması və müşahidə və nəzarəti bəzən keçid ölkələrində, 

xüsusilə də, hökümətlərarası təşkilatların dəstəyi ilə mümkün olur. Keçmiş 

Sovet məkanında,məsələn, ATƏT qabaqcıl idarəçiliyi,vətəndaş cəmiyyəti və 

mətbuat azadlığını dəstəkləyərək stabilliyə kömək edərək bu cür mənfi  ten-

densiyalara qarşı çox işlər görmüşdür. Eyniylə, AB qeyri dövlət təşkilatlarının 

gövrək və kecid dövrü yaşayan ölkələrə alternativ giriş nöqtələri olduğunu 

müxtəlif səviyyələrdə ifadə etmişdir. İnsan Hüquqları üzrə Avropa Təşəbbüsü 

və Sürətli Reaksiya Mexanizmi (The European İnitiative on Human 

Rights and Rapid Reaction Mechanism) unikal təşkilatlar olaraq vətəndaş 

cəmiyyətlərini, demokratiya, insan hüquqlarını  və münaqişə qarşısını alma 

layihələrini hökümətlərin fi krindən asılı olmayaraq maliyyələşdirirlər. 

Keçid dövrü yaşayan ölkələrdə TSİ üzrə mühüm işlər görən vətəndaş 

cəmiyyəti təşkilatlarının olduğu nümunələri də vardır. Məsələn, Cənubi Afri-

ka Hərbi və Təhlükəsizlik İdarəçilik  Şəbəkəsi (Southern African Defence and 

Security Management-SADSEM) donorlar tərəfi ndən dəstəklənən fəaliyyətdir 

və onlar təhlükəsizlik sektoru üzrə çalışıb geniş əhatəli təhlükəsizlik sektoru 

təşkilatlarının (o cümlədən  vətəndaş  cəmiyyəti təşkilatlarının) peşəkarlıq 

və hesabatlılığının artırılması və onların bir-biri ilə qarşıqlı əlaqədə olması 

istiqamətində tədbirlər keçirir.Təhlükəsizlik sektorunda islahatlar üzrə yum-

şaq tədbirlərin (məsələn polislə bağlı və ya hüquqi islahatlarla bağlı) bir çox 

yerli vətəndaş təşkilatı cəmiyyətləri dəyərli nəzarət və monitorinq funksiya-

ları ilə məhdudlaşan nisbətən yumşaq tədbirlər keçirsə də,daha sərt məsələlər 

(məsələn, hərbi xarakterli missiyalar və  təşkilatlar) üzrə VCT-ın fəaliyyəti 

heç müşahidə olunmur

224



 Bir neçə halın xülasəsi aşağıdakı nəticəyə gətirmişdir: “tədqiqat aparı-



223 

  Məsələn, bax: Millar, Cortright, Gerber-Stellingwerf and Lopez, Oversight or Over-



looked? (2009).

224


  Edward Rees, “Security Sector Reform (SSR) and Peace Operations: ‘Improvisation and 

Con fusion’ from the Field,” External Study for the UN Department of Peacekeeping Opera-

tions (March 2006)



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə