Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə132/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   128   129   130   131   132   133   134   135   ...   163

344

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

vəzifədən sui-istifadə hallarını üzə  çıxarmaqdır. Bu cür cavabdehlik və 

məsuliyyət mexanizmlərindən  əlavə,müstəqil media cəmiyyətı onu maraq-

landıran məsələlərlə bağlı məlumatları dəqiq,tarazlı surətdə və vaxtı-vaxtında 

təmin etməklə yaxşı idarəçiliyin aləti funksiyasını da yerinə yetirə bilər. Bu 

cür məlumatlar vətəndaşlara onları kim idarə edir və necə idarə edir sual-

larına cavab tapmağa imkan verir. Başqa sözlərlə, yaxşı jurnalistika “ hər 

hansı xüsusi strategiyada və ya qararda nəyin əsas mövzu olduğunun ayırd 

edilməsində, ictimayyət üçün gündəmdəki məsələlərin formalaşdırılmasnda, 

məsələlərin analiz edilməsində və mümkün həll yolları və alternativlərin

211

 

aydınlaşdırılmasında həyati rol oynayır”. Silahlı qüvvələr üzərində demok-



ratik nəzarətin mühüm elementi kimi, medianın yaxından ilgilənməsi geniş 

surətdə  qəbul edilir: lakin,”dördüncü hakimiyyət” ilə  təhlükəsizlik siyasəti 

arasında qarşılıqlı əlaqə çoxlu nyuansları ilə bərabər mürəkkəb mövzudur və 

bu bölmə həlledici tendensiya və problemlərin ancaq bir qisminə toxunur. 

Müasir texnologiya nailiyyətlərinin artan tempı sayəsində çoxlu say-

da məlumatların ənənəvi yollarla çatdırılması yavaş-yavaş sıradan çıxarılır. 

Faktiki olaraq, hər bir media və  məlumat yayılmasının adi üsulunun mua-

sir əks-tərəfdaşı vardır: yerüstü televiziyaya qarşı peyk televiziyası;elektron 

nəşrlərinə qarşı ənənəvi nəşrlər,internet vasitəsilə danışığa qarşı adi telefon 

danışığı. Elektronik kütləvi informasiya vasitələrinin sürətlə artışı,(yayılması 

və istifadəsi)xüsusilə  də mühüm tendensiya halını almışdır. 1990-cı illərdə 

peyk və kabel təsərrüfatı 85 milyondan başlayaraq 300 milyonu keçmişdir və 

onlarla və ya çox sayda bölgə kanalları ilk dəfə olaraq açılmışdır.

İnternetdən istifadəçilərin sayı 1,8 milyardı keçmışdir və yer kürəsi 

əhalisinin 25%-nı təşkil edir. İndiki zamanda çoxlu sayda adamlar İnternet 

vasitəsilə müntəzəm surətdə “xarici media”-dan alternativ mənbə kimi istifadə 

edərək, beynəlxalq xəbərləri yayırlar. Bu cür texnoloji nailiyyətlər, həmçinin, 

jurnalistlərə özlərinin “söz azadlığını” qoruyub möhkəmlətmək üçün mü-

hüm potensial üstünlüklər verir.Buna baxmayaraq, bir çox hökümətlər yeni 

media texnologiyalarının onlara gətirdiyi problemlərdən dolayı, onlara qarşı 

özlərinin muasir çevik texnologiyalarını qururlar (ən nəzərə çarpan nümunə 

kimi,Çin hökümətinin dövlətə məxsus İnternet təminedici xidməti vasitəsilə 

İnternetə çıxışlara nəzarət qoyma cəldlərini göstərmək olar). 

Jurnalistlər özlərinin ümumi nəzarət etmə funksiyalarını yerinə yetirərkən 

çoxlu sayda maneələrlə və problemlərlə üzləşirlər və bu problemlər hərbi xa-

211 


Media-nın təhlükəsizlik və onun idarəçiliyi ilə münasibətləri haqda ətrafl ı sorğu üçün, bax 

Ma rina Caparini, ed., Media in Security and Governance: The Role of the News Media in 



Secu rity  (Geneva: DCAF, 2004), chapter 1.


345

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

rakterli məsələləri xəbər verdikdə daha da sərt və kəskinləşmiş olur. Əsasən də, 

medianın təhlükəsizlik və kəşfi yyat idarələrini nəzarət etmə rolu,xüsusilə də 

sülh şəraitində çox vaxt zəif olur

212

. Bu həm də ona görə baş verir ki,nisbətən 



az jurnalist bu sahədə ixtisaslaşır. Onların çoxunu geniş media təşkilatlarının 

Haşiyə 21.1. Araşdırıcı Jurnalistika Müdafi ə Sektorunda Korrupsiya 

Hallarını Üzə Çıxarır   

İrakdakı Podratçı Qara Deşiklər

Araşdırma jurnalistikası, ifşaçı  fəallar, hökümət auditorları  və maraqlı 

qanunvericilər yavaş-yavaş ABŞ-ın İraqdakı podratçı təşkilatlarla müqavilə 

praktikasını aradan qaldırirlar. 2008-ci ildə aparılan BBC Panorama 

tədqiqatı 23 milyard ABŞ dollarının itirildiyi, oğurlandığı  və ya düzgün 

hesablanmadığı iddiasını ortaya qoydu. Pis idarəetmə, fırıldaq və israf 

böyük rəqəmlərlə ölçülür. Podratçılar ABŞ hökümət dairələrinə yaxınlıqları 

ilə, rəqabətli tender olmadan seçilmişlər. Podratçılar öz xərclərini 

şişirtmiş və öz gəlirlərini artırmaq üçün ikiqat hesablamalar etmişlər. İraq 

ordusunun yenidən qurulması üçün nəzərdə tutulan milyardlar nəticədə 

İraq hökümətinin rəsmilərinin ciblərinə axmışdır.

Mənbələr: Ed Harriman, “Where Has all the Money Gone?,” London Review 

of Books 27:13 (7 July 2005): 3-7; Daylight Robbery: BBC Panorama (10 

June 2008), http://news.bbc.co.uk/1/hi/programmes/panorama/ 7438372.

stm.

Əfqanıstanda Talibanın Maliyyələşdirilməsi

2009-cu ildə, araşdırıcı jurnalist Aram Roston Pentaqonun mülki 

podratçılarının izinə düşərək, onların üsyançı qruplara pul verərək, 

Amerikan əsgərlərinə gedən yük yollarını necə hücumlardan qoruduqlarını 

müəyyən etmişdir. ABŞ-ın Kabuldakı hərbi rəsmiləri Rostona demişlər ki, 

Pentaqonun logistik üzrə müqavilələrinin ən azı on faizi Talibana ödənişlərə 

gedir.

Mənbə: Aram Roston, “How the US Funds the Taliban,” The Nation, 30 November 2009.



=  Sülh zamanında hərbi məsələlər haqda xəbərlərdən fərqli olaraq müharibə zamanında 

hərbi xəbərlər çoxlu sayda jurnalistləri cəlb edir.Məsələn, 1999 Kosovo Müharibəsini 5000 

-ə qədər jurnalist işıqlandırırdı.



346

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

Aitken Məsələsi-Böyük Britaniya

1995-ci ilin Aprelində, keçmiş Böyük Britaniya təhcizat naziri Jonatan 

Aitken The Guardin qəzetinə qarşı “həqiqətin qılıncı”-nı istifadə edəcəyini 

vəd etmişdir və qəzetə qarşı onun Səudiyyə Ərəbistanı silah alverçiləri ilə 

işgüzar münasibətləri olduğu yazısına görə, cinayət işi qaldırmışdı. 1999-

cu ildə o yalan ifadəyə görə yeddi aylıq həbs cəzası aldı və müəyyən edildi 

ki, o dəfələrlə yalan ifadə vermişdir.

Mənbə: “The Aitken Affair,” Special Reports, The Guardian, www.

guardian.co.uk/aitken.

BAE Faylları – Böyük Britaniya          

2010-cu ilin Fevralında, Böyük Britaniyanın silah istehsal edən BAE 

Systems fi rması günahgar olduğunu qəbul etdi və ABŞ və Böyük Britaniyada 

uzun müddət ona qarşı gedən korrupsiya iddialarını  həll etmək üçün bir 

neçə yüz milyon dəyərində cərimə ödədi. Bu iddialar ilk dəfə 2003-cü ildə 

The Guardian tərəfi ndən açıqlanmışdır.

Mənbə: “The BAE Files,” The Guardian, www.guardian.co.uk/world/bae.

West End Əməliyyatı, Hindistan

West  End Əməliyyatı,Hindistanın böyük hərbi müqavilələrini əhatə edən 

xüsusi əməliyyat olmuşdur. Hindistanın müstəqil həftəlik xəbərlər jurnalı 

olan Tehelka-da 2001-ci ildə çıxan ilkin yazı, o zamankı koalisiyada yer 

tutan bir çox hökümət üzvlərini hədəf almışdır. Yazı göstərmişdir ki, bir çox 

siyasi fi qurlar, həmçinin,yüksək rütbəli ordu rəsmiləri hərbi müqavilələri 

təsdiq etməkdən ötrü  gizli sövdələşməyə gedib rüşvət alırlar. Səs yazıları 

ictimaiyyətə açıqlanandan sonra Müdafi ə Naziri istefa verdi. Lakin, o 

sonralar yenidən bərpa edildi. Əvvəlcə, hökümət, dəlillər əsasında hərəkət 

etmək  əvəzinə,Tehelka-nı saxta uydurmalarda günahlandırdı. Lakin, beş 

il sonra, 2006-cı ilin Oktyabrında, Hindistanın Mərkəzi Təhqiqat Bürosu 

Barak raket məsələsi üzrə aparıcı  şəxslər haqqında ittiham irəli sürdü 

və ortada korrupsiya və cinayətgar qəsd olduğu haqda şübhələrə  əsaslar 

olduğunu iddia etdi.

Mənbə: Tarun J. Tejpal, “The Tehelka Exposé,” www.taruntejpal.com/TheTehelkaExpose.

htm; V. Venkate¬san, “Dubious Deal,” Frontline 23:21 (2006), http://www.hinduonnet.

com/fl ine/fl 2321/stories/ 20061103001804100.htm.   

   


nəzdində görmək olar (məsələn, BBC,ABŞ-ın əsas xəbərlər şəbəkəsində və 


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə