Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə131/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   127   128   129   130   131   132   133   134   ...   163

342

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

tövsiyə etməklə. Praktikada, ancaq vətəndaş cəmiyyətləri təşkilatlarına tez-

tez  məsləhətçi rolları

203


 aid edirlər və vasitəyə daxil olan iddialı prinsiplər 

daimi qulaq ardına vurulur.  

Hətta fəal vətəndaş  cəmiyyətinin varlığı  nə sehrli çubuqdur, nə  də 

müvəffəqiyyətin təminatçısıdır. 1994-cü ildə Afrika ölkəsi olan Ruandada 

baş verən soyqırımdan əvvəl  Ruandanın QHT sektorları Afrikada ən inkişaf 

etmiş səviyyədə idi, ancaq etnik bölünmüş cəmiyyət çox tezliklə zorakılıq və 

xaosa sürükləndi

204


.

QHT-lər Əleyhinə Reaksiyalar

1980-ci illərin sonu və 1990-cı illərdə Berlin divarı  yıxıldıqdan sonra 

demokratik sistemlərin yayılması ilə başlayan vətəndaş  cəmiyyətləri qur-

maq entuziazmı bir çox təhlilçilərə görə, son illərdə bir çox səviyyələrdə və 

cəbhələrdə ona qarşı reaksiyalarla əvəz olunmuşdur. Bu təzyiqlər avtoritar 

sistemlərdə  vətəndaş  cəmiyyətlərə qarşı başlamış sistemli represiyalardan 

tutmuş, vətəndaş cəmiyyəti təşkilatlarının, və xüsusilə də, QHT-lərin dürüst-

lüyü ilə bağlı şübhələrə qədər davam edir

205

.

 Yerli ictimaiyyət, alimlər,yerlərdə calışan aktivistlər, hökümətlər-arası 



təşkilatlar, media korporasiyaları və hökümətlər getdikcə QHT-lərin başqa-

ları adından danışmağa və yerli və beynəlxalq ölkələrə  təsir etməyə hansı 

səlahiyyətlərinin olduğunu sual edirlər(bu əsaslanmış sualdır amma bu fəsilin 

əhatəsindən çıxan məsələdir)

206

.

Vətəndaş cəmiyyəti təşkilatlarının və medianın dürüstlüyü və məsuliyyəti 



onların dövlət və xalq tərəfi ndən dəyişim elçiləri və müşahidəçi rolları-

nın qəbul edilməsi üçün həlledici amil olduğunu demək kifayətdir. Bu cür 

203  

Daniel Bendix and Ruth Stanley, “Deconstructing Local Ownership of Security Sector 



Re form: A Review of the Literature,” African Security Review 17:2 (June 2008): 93–104.

204 


1994 cü ildə Ruandadakı QHT-lərin çoxu yenicə yaranmışdır və tamamilə xarici 

donorlardan və dövlətdən asılı idi və rasizm və etnik nifrətə qarşı bir neçə program var idi. 

Bax: Peter Uvin, Aiding Violence: The Development Enterprise in Uganda (West Hartford, 

CT: Kumarian Press, 1998),164–176.

205

  Jude Howell, et al., “The Backlash against Civil Society in the Wake of the Long War 



on Ter ror,” Development in Practice 18:1 (2008): 82–93.Sonuncu ilə bağlı bu Toplunun 

4-cu Fəsilində gedən cümləyə baxın:” Hərbi təşkilatda dürüstlüyü təmin etmək kimi ümumi 

məqsədə yetmək üçün, məsuliyyətli vətəndaş cəmiyyətlərinə tərəfdaşlar və köməkçilər kimi 

baxıla bilər”. Lakin başqa maraqlı tərəfl əri adlandımaq üçün oxşar izahat istifadə olunmur.

206

  Bu məsələyə hərtərəfl i yanaşmaq üçün bax: Lisa Jordan and Peter van Tuijl, eds., NGO 



Account ability: Politics, Principles and Innovations (Sterling, VA: Earthscan, 2006); and 

Jem Bendell, Debating NGO Accountability, UN-NGLS Development Dossier (United 

Nations, 2006).



343

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

mənfi  reaksiya 11 Sentyabr  hücumlarından və sonrakı “terrora qarşı” qlo-

bal müharibədən sonra intensivləşmişdir. Qeyri –dövlət elementlərinin milli 

təhlükəsizliyə qorxu olduğu müzakirələri,məhdudlaşdırıcı qanunverici və ni-

zamlayıcı tədbirlərin qəbul edilməsinə gətirdi və o da əvəzində çoxlu sayda 

QHT-lərin sərbəst və səmərəli surətdə iş görməsini daha da çətinləşdirdi

207

.  


Repressiv rejimlərə qarşı qalxan QHT-lər,təşkilatlar və hərəkatlar, həmin re-

jimin başında oturanlar üçün istər-istəməz qəzəb yaradır, lakin, son illərdə 

demokratik dövlətlər,dövlətlərarası  təşkilatlar və transnasional korpora-

siyalar da anti-terrorizm üsullarından istifadə edərək vətəndaş  cəmiyyəti 

tənqidçilərinə qarşı hücumlarını artırmışlar. Bunların mənfi  təsirləri xüsusilə 

münaqişə zonalarında və hökümətin siyasətinə qarşı  çıxan qrupların sülh 

yaratma,demokratizasiya və insan haqları tədbirləri vasitəsilə hiss edilir.

208


Yuxarıda deyilənlər az imiş kimi, hökümətlər( daha çox özəl sektor) 

hakimiyyətin mövqelərini gücləndirən “öndə gedən” QHT-lər yaradır və 

vətəndaş cəmiyyətinin əsil səsini batırır

209


. Bir çox istisna hallarda korpora-

siyalar və hökümətlər QHT-lər içində özlərinin “casus”-larını yerləşdirir

210



Hərbi sahədə dürüstlüyü təmin etmək və korrupsiyanı azaltmaq amacında 



olan vətəndaş cəmiyyətləri üçün indiki zamanda bu cür təhdid edici şərait ya-

radılır. Özlərinin sərbəst nəzarət funksiyalarını yerinə yetirmək əvəzinə çoxlu 

sayda QHT-lər özlərini şübhə altında hiss edirlər və fəaliyyətləri dönəmində 

getdikcə artan dövlət və özəl sektor monitorinqinə məruz qalırlar.



Medianın Rolu

Jurnalistlərin  əsas nəzarət etmək funksiyaları qanun pozuntularını  və 

207

  ABŞ-da məsələn, QHT-lərin qlobal idarəçiliyə cəlb olunmasına neokonservativ düşüncə 



düşməncəsinə yanaşır  və bu cür məhdudlaşdırıcı siyasətlərə Ex ecutive Order 13224, The 

Patriot Act  və ABŞ Maliyyə Nazirliyinin Anti-terror maliyyələşmə təlimatları da daxildir. 

Lakin polisin,kəşfi yyatın, təhlükəsizlik xidmətinin səlahiyyətlərinin atrırılmasına gətirən 

bu cür nizamlayıcı yanaşmalar, insan haqlarına və hüquqi nəzarətə məhəl qoymadan həbs 

edilmə və saxlanma halları dünyanın başqa bir çox ölkələrində baş verir.

208


  Geniş nümunələrə bax: Alistair Millar with David Cortright, Linda Gerber-Stellingwerf 

and George A. Lopez, Oversight or Overlooked? Civil Society’s Role in Monitoring and Re-



forming Security Systems and the Practice of Counterterrorism, A report to Cordaid from the 

Fourth Freedom Forum and Kroc Institute for International Peace Studies at the University 

of Notre Dame (March 2009).

209


  Moisés Naím, “What Is a Gongo? How Government-Sponsored Groups Masquerade as 

Civil Society,” Foreign Policy (May/June 2007): 96.

210  

Saeed Shah, “BAE Ordered to Identify ‘Mole’ Who Passed Details on Arms Protesters,” 



The Independent (27 February 2007); George Monbiot, “A Parallel State,” The Guardian 

(13 Feb ruary 2007)




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə