Caucasus Environmental ngo network



Yüklə 134,34 Kb.

tarix18.04.2018
ölçüsü134,34 Kb.


Caucasus Environmental NGO Network

Fəlakətə qədər

Fəlakət zamanı

Fəlakətdən sonra

Layihə Avropa Birliyinin maliyyə 

dəstəyi  ilə həyata keçirilir




2

Fəlakətə qədər

 Evə yalnız təhlükəsiz qayıtma 

haqqında rəsmi olaraq elan verildikdən 

sonra qayıdın.

 Binalara girdiyiniz zaman xüsusilə 

ehtiyatlı olun. Bünövrədə, tavan və 

divarlarda çatları yoxlayın. Əmin olun ki

binanın dağılma təhlükəsi yoxdur.

 Evə sel suları ilə birlikdə düşə bilən 

heyvanlardan, eləcə də zəhərli ilanlardan 

ehtiyatlı olun.

 Tavan və divarlara bərkidilmiş 

əşyalardan, düşə bilən hər şeydən ehtiyatlı 

olun.

 Sığorta şirkətində təqdim etmək üçün 



ziyanı təsdiq edən şəkilləri çəkin.

 Yanğından ehtiyatlı olun.

 Su dəymiş bütün ərzaqları (o 

cümlədən, konservləri) atın. 

 Konstruksiyaları saxlamaq üçün su 

basmış zirzəmi və otaqlardan suyu yavaş-

yavaş nasosla çıxarın (gündə 1/3).

 Zədələnmiş hovuz, xəndək və 

kanalizasiya sistemlərində çirklənmə 

ocaqlarından ehtiyatlı olun.

Daşqın

Daşqın - çayların, 



göllərin və ya dənizin 

səviyyəsinin qalxması 

nəticəsində qarın əriməsi, 

güclü yağışlar zamanı, 

həmçinin yel tərəfindən 

suyun gətirilməsi və 

çayların qabağının kəsilməsi 

zamanı ərazinin əhəmiyyətli 

dərəcədə subasmasıdır.

Daşqın körpülərin, bina-

tikililərin dağıdılmasına 

səbəb olur, bu da ölkənin 

təsərrüfatına böyük ziyan 

vurur, qalxmış suyun yüksək 

sürəti (4 m/s-dən artıq) və 

suyun yüksək səviyyəsi 

(2 m-dən artıq) zamanı 

isə insan və heyvanların 

ölməsinə səbəb olur.

Dağılmanın əsas səbəbi 

bina-tikililərə su kütləsinin, 

dağıntıların və s. hidravlik 

zərbələrinin təsiridir.

Daşqın qəflətən yarana 

bilər və bir neçə saatdan 2-3 

həftəyədək davam edə bilər.




3

Fəlakət zamanı

Fəlakətdən sonra

 Əgər siz evdəsinizsə: qapı-pəncərələri 

bağlayın, zərurət və zaman olduqda birinci 

mərtəbənin qapı və pəncərələrini eşikdən 

taxtalarla qapayın. Əgər mütəşəkkil 

evakuasiya edilmirsə, xilasedicilər 

gələnədək və su səviyyəsinin enməsinədək 

binanın yuxarı mərtəbələrinə və damlarına, 

ağaclara və ya digər yüksək yerlərə çıxın. 

 Fasiləsiz olaraq bədbəxt hadisəni 

bildirən siqnal verin: gündüz – ağaca 

bərkidilmiş yaxşı görünən parçanı 

sərgiləməklə və ya onu yelləməklə, 

qaranlıq düşdükdə isə - işıq siqnalı ilə və 

mütəmadi olaraq səslənməklə. 

 Fövqəladə hal haqqında ən yeni 

məlumatı almaq üçün radionu açın.

 Yerin tərk edilməsi haqqında göstəriş 

aldıqdan dərhal sonra evi tərk edin.

 Əgər siz evdə deyilsinizsə: yüksək 

yerə çıxın və orada qalın. 

 Çaya yaxınlaşmayın.

 Hərəkət edən maşında olduğunuz 

zaman geri dönün və əks istiqamətə gedin.

 Əgər maşınınız batarsa, təcili olaraq 

maşını tərk edin və yüksək yerə çıxın.

 Evə yalnız təhlükəsiz qayıtma 

haqqında rəsmi olaraq elan verildikdən 

sonra qayıdın.

 Binalara girdiyiniz zaman xüsusilə 

ehtiyatlı olun. Bünövrədə, tavan və 

divarlarda çatları yoxlayın. Əmin olun ki, 

binanın dağılma təhlükəsi yoxdur.

 Evə sel suları ilə birlikdə düşə bilən 

heyvanlardan, eləcə də zəhərli ilanlardan 

ehtiyatlı olun.

 Tavan və divarlara bərkidilmiş 

əşyalardan, düşə bilən hər şeydən ehtiyatlı 

olun.

 Sığorta şirkətində təqdim etmək üçün 



ziyanı təsdiq edən şəkilləri çəkin.

 Yanğından ehtiyatlı olun.

 Su dəymiş bütün ərzaqları (o 

cümlədən, konservləri) atın.

 Konstruksiyaları saxlamaq üçün su 

basmış zirzəmi və otaqlardan suyu yavaş-

yavaş nasosla çıxarın (gündə 1/3).

 Zədələnmiş hovuz, xəndək və 

kanalizasiya sistemlərində çirklənmə 

ocaqlarından ehtiyatlı olun.




Sürüşmə və sel

4

Sürüşmə - dağın, dərənin, 



dənizin, göl və çayların sıldırım 

yamaclarına ağırlıq qüvvəsinin 

təsiri ilə dağın qayalarının 

və qruntunun sürüşmə 

xarakterli hərəkət etməsidir 

(sürüşməsidir). Sürüşmənin 

səbəbi qayaların tarazlığının 

pozulmasıdır, buna isə əksər 

hallarda yamacların əsasının 

yuyulması, seysmik təkanlar və 

ya yerin geoloji şəraitini nəzərə 

almayaraq insanın təsərrüfat 

fəaliyyəti (partlayış işləri və s.) 

səbəb olur.

Sürüşmə zamanı yerini 

dəyişmiş qruntun həcmi on 

və yüz minlərlə kub metrə 

çata bilər. Sürüşmənin sürəti 

ildə bir neçə saniyə metrdən 

bir neçə metrədək dəyişir. 

Qrunt kütləsinin yerdəyişməsi 

binaların, mühəndis və 

yol tikililərinin, magistral 

kəmərlərin və elektrikötürücü 

xətlərin zədələnməsinə və 

dağılmasına, eləcədə də 

insanların xəsarət almasına və 

həlak olmasına səbəb ola bilər.

 Əmlakınızı qiymətləndirin.

 Evin dağılma riskini minimuma 

endirin (sel axınını binalardan 

uzaqlaşdırmaq üçün yamacda yaşıl 

örtük əkin, qoruyucu divarlar inşa edin, 

sel zonalarında arxlar qazın və yatağı 

bərkidin). 

 Adətən, selin gələ biləcəyi yerlər 

məlum olur. Dağa getməzdən əvvəl sizin 

marşrutunuzda olan oxşar ocaqları öyrənin 

və xüsusilə güclü yağışlardan sonra 

onlardan uzaq olun.

 Sürüşmə əlamətlərini yadda saxlayın: 

qapı və pəncərələr ilişir, döşəmə, tavan və 

divarlarda yeni çatlar əmələ gəlir. Kənar 

cığırlar və tikililər deformasiya olur, 

yeraltı kommunikasiyalar zədələnir, torpaq 

aşağıya bir istiqamətlə sürüşür, torpaqdan 

zəif uğultu eşidilir və sürüşmənin 

yaxınlaşması ilə birlikdə yavaş-yavaş artır.

Fəlakətə qədər



5

 Əgər siz evdəsinizsə, evdə qalın və 

iri mebelin bərk hissəsinin arxasında 

gizlənin.

 Əgər evdə deyilsinizsə: imkan 

daxilində sel axınından uzaqlaşın.

 Sel axınının əks istiqamətilə ən yaxın 

yüksək yerə qaçın.

 Əgər sizə iri qaya parçası və ya torpaq 

kütləsi yaxınlaşırsa, ağaclıq və ya bina 

kimi ən yaxın olan sığınacağa qaçın.

 Risk zonasından uzaq durun.

 Tanışları soruşun, zərərçəkmişlərə 

diqqət yetirin, ilkin yardım göstərin.

 Fövqəladə hal haqqında ən yeni 

məlumatları almaq üçün elementlə işləyən 

radionu götürün.

 Unutmayın ki, sürüşmə və seldən 

sonra daşqın baş verə bilər.

Fəlakət zamanı

Fəlakətdən sonra



6

Sel - suyun və 

böyük miqdarda dağ 

qayaları qırıqlarının, gil 

hissəciklərinin, iri daş və 

qaya parçalarının qarışığının 

müvəqqəti axınıdır, hansı ki, 

dağ çaylarının yataqları və 

çöl-ovalıqlarında qəflətən 

yaranır.


Uzunmüddətli sel axınları 

və güclü yağışlar, qarın və 

ya buzlağın intensiv əriməsi, 

su anbarlarının dağılması, 

zəlzələ nəticəsində yaranır. 

O, qəflətən yaranır və yüksək 

sürətlə hərəkət edir (10 m/s-

dək və daha artıq). Sel daha 

çox bir neçə dalğa olaraq, 

on dəqiqədən bir neçə saat 

ərzində axır. Sel dalğasının 

güclü ön frontu 15 metrədək 

və daha artıq hündürlükdə ola 

bilər. Axan selin gurultusu 

uzaq məsafədən eşidilir.

Sel böyük fəlakət yaradır 

– insanlar həlak olur, yaşayış 

evləri, mühəndis və yol 

tikililəri dağılır.

 Evakuasiya planını hazırlayın, 

avtomobil yollarının bağlanılması 

təqdirində minimum iki marşrut üzrə 

işləyin.

 Təhlükəsizlik planını hazırlayın 

və başqa yerdə yaşayan qohum və ya 

dostunuza xahiş edin ki, sizin ailənizin 

əlaqəli şəxsi olsun.

 Əgər sürüşmənin sürəti gecə-gündüz 

0.5 – 1 metrdən artıqdırsa, evakuasiya 

əvvəlcədən işlənilmiş planlara uyğun 

olaraq həyata keçirilməlidir. Evakuasiya 

zamanı özünüzlə sənədləri, maddi 

sərvətləri götürməlisiniz.

 Bir çox hallarda sürüşmə və seldən 

sonra baş verən daşqın üçün sığorta 

paketini alın.

Sürüşmə və sel

Fəlakətə qədər




7

 Əgər çıxmaq mümkün deyildirsə, 

bədəninizi və baş nahiyyənizi qorumağa 

çalışın.


 Karst süxurlarından ehtiyatlı olun.

 Karst süxuru qrunt suyu əhəngdaşı və 

ya oxşar kövrək qayaların səthini dağıtdığı 

zaman əmələ gəlir, bu da yer səthinin 

çökməsinə səbəb olur.

 Kommunikasiyaları yoxlayın və 

zədələnmə təqdirində müvafiq şirkət və ya 

qurumları xəbərdar edin.

 Binaların bünövrəsini və onun 

ətrafında olan ərazini yoxlayın.

 İmkan daxilində tezliklə zədənləmiş 

ərazilərdə bitkilər əkin, nə qədər ki, yaşıl 

örtüyün itirilməsi ilə yaranan eroziya daha 

böyük fəlakətə səbəb olmamışdır.

Fəlakət zamanı

Fəlakətdən sonra




8

Quraqlıq


Quraqlıq bir çox hallarda 

havanın yüksək temperaturu 

və aşağı rütubəti zamanı 

yağıntıların uzunmüddətli və 

əhəmiyyətli çatışmazlığıdır.

Güclü istilik əhatə edən 

havanın orta temperaturunun 

bir neçə gün ərzində 10 və 

daha artıq dərəcədə qalxması 

ilə xarakterizə edilir. Həmin 

zaman insanın istilənməsi, 

yəni onun bədəninin 

temperaturunun 37.1 

dərəcədən yuxarı qalxması 

və ya bədən temperaturu 

38.8 dərəcəyə çatdığı 

zaman termotənzimləmənin 

pozulması təhlükəlidir.

Bu cür kritik vəziyyət 

uzunmüddətli və güclü 

istilənmə nəticəsində yaranır, 

bu da günəş vurmasına və 

ya ürək funksiyalarının 

pozulmasına səbəb ola bilər. 

İstilənmə simptomlarıdır: 

dərinin qızarması, selikli 

qişanın quruluğu, güclü 

susuzluq. Huşun itirilməsi, 

ürək və nəfəsin dayanması da 

mümkündür.

 Qablar toplayın və zərurət olduqda 

onları əvvəlcədən su ilə doldurun.

 İstilik şəraiti üçün uyğun olan geyimi, 

məişət elektrocihazlarını (ventilyatoru, 

kondisionerləri) hazırlayın.

 Əgər siz kənddəsinizsə, anbarları, 

talvarları, quyuları, həmçinin pəncərələrin 

arxa qapılarını (sıx ştoraları) yoxlayın. 

İmkan daxilində məişət elektrocihazlarının 

təminatı üçün elektrik enerjinin avtonom 

mənbəyini alın.

 Suyu qənaətlə istifadə edin.

 İstilənmə zamanı necə hərəkət 

edəcəyinizi bilməlisiniz və bunu ailənizin 

üzvlərinə öyrətməlisiniz.

Fəlakətə qədər




9

 Yüksək temperaturun təsirindən uzaq 

olun.

 Açıq rəngdə hava keçirən ayaqqabı 



(arzu edilir ki, pambıqdan olsun) və 

papaq geyinin. Unutmayın ki, yanmış dəri 

tərləmir və sərinləşə bilmir.

 Tələsmədən yeriyin, daha çox 

kölgəlikdə olmağa çalışın.

 Pivə və digər spirtli içkiləri içməyin, 

bu orqanizmin ümumi vəziyyətinin 

pisləşməsinə səbəb olacaqdır.

 İstilənmə zamanı dərhal meh olan 

kölgəyə, sərin yerə keçin və ya duş qəbul 

edin.

 Yavaş-yavaş çoxlu su için. Özünüzü 



günəş vurmasından qorumaq üçün 

bədəninizi sərinləşdirməyə çalışın.

 Unutmayın ki, quraqlıq zamanı 

yanğın ehtimalı artır.

 Əgər günəş vurması nəticəsində 

kimsə huşunu itiribsə, reanimasiya 

tədbirlərini yerinə yetirin (ürək massajı 

edin və süni nəfəs verin).

 Təbii fəlakət və əhaliyə yardımın 

göstərilməsi haqqında məlumat almaq 

üçün yerli hakimiyyət orqanları ilə əlaqə 

saxlayın. Hazır olmalısınız, çünki fəlakət 

təkrarlana bilər.

Fəlakət zamanı

Fəlakətdən sonra



10

Y

anğın



Meşə və torfluqda 

kütləvi yanğınlar isti 

hava və quraqlıq zamanı 

şimşəyin düşməsi, odla 

ehtiyatsız davranış və 

digər səbəblər üzündən 

yarana bilər. Yanğınlar 

yaşayış məntəqələrində 

binaların, ağac körpülərinin, 

ağac dirəklərində olan 

elektrikötürücü və 

kommunikasiya xəttlərinin, 

neft məhsullarının və digər 

yanacaq materiallarının 

anbarlarının alovlanmasına, 

həmçinin insan və 

heyvanların zədələnməsinə 

səbəb ola bilər.

Meşə massivlərində 

yanğınlar daha çox meşə 

torpağının səthi yanan zaman 

yaranır: körpə ağaclar, ot-kol 

örtüyü, yıxılmış ağaclar, ağac 

kökləri və s.

 Ocağı kol və ağaclardan uzaq yerdə 

qalayın, hər zaman özünüzlə ocağı 

söndürən vasitə götürün. Ocağı nəzarətsiz 

qoymayın.

 İnşaat və təmir zamanı odadavamlı 

materiallardan istifadə edin.

 Evlə alışqan bitkilər arasında 

təhlükəsiz zona yaradın.

 Evin yaxınlığında olan ağacların 3 

metr hündürlüyə qədər bütün budaqlarını 

kəsin.

 Binanın yaxınlığında yerləşən 



ağacları mamırdan və qurumuş hissələrdən 

təmizləyin. 

 Arxları və xəndəkləri qurumuş 

budaqlardan, yarpaq və iynə 

yarpaqlarından təmizləyin.

 Alışqan maddələri yoxlanılmış, 

təhlükəsiz konteynerlərdə saxlayın.

 Hər zaman buxarını təmizləyin.

 Alovlanmış və ya alışqan işıqlandırma 

vasitələrindən, xüsusilə yayda, ehtiyat 

edin.

Fəlakətə qədər




11

 Əgər yabanı mühitdə yanğından 

özünüzü qurtara bilmirsinizsə, gölün, 

gölməçənin və ya çayın yanına gedin, 

üzünüzü, başınızı və bədəninizin yuxarı 

hissəsini islaq geyimlə örtün.

 Əgər yaxınlıqda su yoxdursa, açıq 

yerdə və ya qayalarda sığınacaq tapın; 

horizontal olaraq uzanın və bədəninizi 

qum və ya islaq geyimlə örtün.

 Açıq məkana və ya meşə kənarına 

çıxdığınız zaman tərkibində daha az 

tüstü olan torpaqüstü hava ilə nəfəs 

alın. Bununla yanaşı, ağız və burnunuzu 

pambıq-sarğıdan hazırlanmış maska və ya 

parça ilə örtün. 

 Alçaq yanğın alovunu yarpaqlı 

ağacların budaqları ilə, su tökməklə, nəmli 

qrunt tökməklə və ayaqlarınızla söndürün. 

Torf yanğınlarını alovlanmış torfu 

qazmaqla və su tökməklə söndürürlər.

 Yanğının söndürülməsi zamanı 

yoldan və meşənin kəsilmiş xəttindən 

uzaq getməyin, digər iştirakçıları nəzərdən 

itirməyin, onlarla əlaqəni (görüntülü və ya 

səsli) saxlayın.

 Yanğın olmuş zonaya qayıtdıqdan 

sonra ehtiyatlı olun, isti ocaqlar qəflətən 

alovlana bilər.

 Dərhal damı yoxlayın və mümkün 

olan bütün alov ocaqlarını söndürün.

Fəlakət zamanı

Fəlakətdən sonra



12

Quraqlıq dövründə külək 

əsdiyi zaman yalnız torpağın 

üst örtüyü deyil, eləcə də 

bütövlüklə ağaclar da yana 

bilər. Həmin zaman alov 

ağacların, xüsusilə iynə 

yarpaqlı ağacların kronasına 

yayılır. Alçaq yanğının yayılma 

sürəti saniyədə 0.1 metrdən 

3 metrədək, yüksək yanğının 

sürəti isə - külək istiqamətində 

saniyədə 100 metrədəkdir.  

Torfun və bitki köklərinin 

yanması zamanı yeraltı 

yanğınlar yarana bilər, onlar 

müxtəlif istiqamətlərlə 

yayılır. Torf suyun altında 

da öz-özünə alışa və havasız 

yana bilər. Yanğın düşmüş 

torfluğun üstündə isti kül və 

alışmış torf tozunun “sütunlu 

qasırğalanması” yarana bilər, 

hansı ki, güclü külək zamanı 

böyük məsafəyə keçir və yeni 

alov ocağı yarada bilər.

 Evin bütün mərtəbələrində tüstü 

detektorlarını quraşdırın.

 Evdən və onun ətraf ərazisindən 

çıxmaq üçün evakuasiya planını 

hazırlayın. Sığortalanma məqsədilə 

alternativ plan hazırlayın.

 Böyük pəncərə və qapılarda yalnız 

qalın, yandırılmış, təhlükəsiz şüşədən 

istifadə edin.

 Fövqəladə avadanlığı və ehtiyat 

vasitələrini (fənər, əlavə elementlər, 

portativ radio, ilkin yardım materialları 

və əsas dərmanlar, qida və su ehtiyatı, 

konserv açan, kredit kartları və nağd pul, 

su keçirməyən ayaqqabı) hazırlayın.

 Fövqəladə vəziyyət üçün lazım olan 

kommunikasiya planını hazırlayın (yanğın 

sizin təcrid edilməyinizə səbəb olduğu 

təqdirdə).

 Başqa yerdə yaşayan qohum və ya 

dostunuza xahiş edin ki, ailənizin əlaqəli 

şəxsi olsun.

Y

anğın


Fəlakətə qədər


13

 Torf yanğınının söndürülməsi zamanı 

nəzərdə saxlayın ki, yanma zonasında 

dərin xəndəklər yarana bilər. Ehtiyatlı 

hərəkət edin, yanmış qatın dərinliyini 

əvvəlcədən yoxlayın.

 Fövqəladə vəziyyət haqqında 

məlumat almaq üçün radionu dinləyin.

 Alışqan və yanan əşyaları (çətir, 

plastikat, brezent, odun) evdən 

uzaqlaşdırın.

 Alışqan parça və pərdələri çıxarın.

 Bütün qapı və pəncərələri bağlayın.

 Təbii qaz borusunu bağlayın, maye 

qaz balonlarını xüsusilə təhlükəsiz yerə 

qoyun.


 Bütün otaqlarda çıraqları yandırın ki, 

tüstüdə də görmək mümkün olsun.

 Suda xarab olmayan qiymətli əşyaları 

hovuza və ya gölməçəyə qoyun.

 Bütün ailə üzvlərinin və ev 

heyvanlarının evakuasiyasına hazır olun.

 Evin ətraf ərazisində bir neçə saat 

intensivliyi ilə tüstünü və közləri təkrar 

yoxlayın.

 Nəfəs almaq üçün üzünüzə islaq parça 

tutun ki, tüstü ağciyərləri zədələməsin.

Fəlakət zamanı

Fəlakətdən sonra



14

Hamar buz

Hamar buz bərk buz 

qatıdır, hansı ki, torpağın 

səthində, səkidə, yolun hərəkət 

hissəsində və əşyalarda 

(ağaclarda, kabellərdə və s.) 

yağış damcılarının, islaq qar 

və/və ya dumanın donması 

nəticəsində əmələ gəlir.

 Az sürüşkən ayaqqabı hazırlayın, 

dabanlara paralon bərkidin, ayaqqabının 

quru altına leykoplastır və ya izolyasiya 

lentini yapışdırın. Həmçinin altını zımpara 

kağızı ilə, belə adlandırılan “şkurka” ilə 

sürtə bilərsiniz. 

 Paralon – eynicinsli süni lifdir, 

həmin lifin parçasından yumşaq mebelin 

örtülməsi üçün və s. istifadə edilir.

Fəlakətə qədər




15

 Ehtiyatla, tələsmədən, ayağınızı 

ayaqqabının bütün alt hissəsinə qoyaraq 

yeriyin. Bununla yanaşı, ayaqlarınız biraz 

boşalmış, əlləriniz isə sərbəst olmalıdır.

 Yaşlı insanlar üçün rezin ucluqlu 

əsa ilə və ya xüsusi uclu ağacla yerimək 

tövsiyə edilir.

 Əgər ayağınız sürüşərsə, yıxılma 

hündürlüyünü azaltmaq üçün dizlərinizi 

bükün.

 Hamar buzluqla eyni zamanda bir çox 



hallarda donma da olur. Elektrikötürücü 

xətlərə və elektronəqliyyatın əlaqə 

şəbəkələrinin naqillərinə diqqət yetirin: 

onların qırılma təhlükəsi mövcuddur. Əgər 

siz qırılmış naqilləri görsəniz, bu barədə 

yaşayış məntəqəsinin administrasiyasını 

xəbərdar edin.

 Travma aldğınız zaman 

travmatologiya və ya təxirəsalınmaz tibbi 

yardım məntəqəsinə müraciət edin.

 Travmanın alınması haqqında 

bülleteni və ya arayışı rəsmiləşdirin, 

hansını ki, siz ziyanın ödənilməsi barədə 

iddia ərizəsi ilə yaşayış və ya travma 

aldığınız yer üzrə məhkəməyə müraciət 

etdiyiniz zaman istifadə edə bilərsiniz. 

Fəlakət zamanı

Fəlakətdən sonra




16

Qar çovğunu

Qar çovğunu - çoxlu qarın 

yağması ilə əlaqədar olan 

hidrometeoroloji xarakterli  

təbii fəlakətdir, bu zaman 

küləyin sürəti 150 m/s-dən 

artıq olur və qarın yağması 12 

saatdan artıq davam edir.

Boran - külək tərəfindən 

qarın havanın torpaqüstü qatına 

sovrulmasıdır.

 Pəncərələri, qapıları, çardağın 

qapılarını və ventilyasiya borularını kip 

bağlayın.

 Pəncərə şüşələrinə kağız lentlər 

yapışdırın, pəncərə qapılarını bağlayın.

 İkigünlük su və qida ehtiyatı 

hazırlayın. Həmçinin dərmanları, avtonom 

işıqlandırma vasitələrini (fənərlər, ağ 

neft çıraqları, şamlar), səyahət sobası, 

batareyalarla işləyən radioqəbuledicini 

tədarük edin.

Fəlakətə qədər




17

 Binadan yalnız xüsusi hallarda, o da 

başqa şəxslə birlikdə çıxın.

 Ailə üzvlərini və qonşuları hara 

getdiyiniz və nə zaman qayıdacağınız 

haqqında xəbərdar edin.

 Avtomobillə yalnız böyük yol və 

şoselərdə hərəkət edin.

 Maşından çıxdığınız zaman maşından 

görünmə hüdudlarından kənara çıxmayın.

 Əgər maşınınız yolda dayandısa, 

avtomobilin fasiləli fiti ilə həyəcan siqnalı 

verin, antendə parlaq rəngdə parçanı 

asın, yardımı maşında gözləyin. Bununla 

yanaşı, mühərriki qurulmuş qoyun, 

ventilyasiya məqsədilə və karbon qazı ilə 

zəhərlənmə təhlükəsini aradan qaldırmaq 

üçün şüşəni biraz açın.

 Əgər çovğunla bloklaşdırılmış 

binada qalmısınızsa, ehtiyatla, panikasız 

müəyyənləşdirin ki, binadan müstəqil 

olaraq (orada mövcud olan cihazlardan 

və köməkçi vasitələrdən istifadə etməklə) 

çıxmaq imkanı varmıdır?

 Fövqəladə vəziyyətlər və mülki 

müdafiə işləri idarəsini və ya yaşayış 

məntəqəsinin administrasiyasını 

çovğunun xarakteri və onu müstəqil 

olaraq təmizləmək mümkünlüyü haqqında 

xəbərdar edin.

Fəlakət zamanı

Fəlakətdən sonra




18

Qar çovğunu və boran 

əhaliyə təhlükə yaradır. Yollar, 

yaşayış məntəqələri və ayrıca 

binalar qarla örtülür. Qar 

çovğununun hündürlüyü 1 

metrə, dağlıq rayonlarda isə 

5-6 metrə çata bilər. Çovğun 

və boran zamanı yollarda 

görünmə dərəcəsi 20-50 

metrədək azala bilər, həmçinin 

yüngül binalar və damlar 

dağıla bilər, elektrikötürücü və 

kommunikasiya hava xətləri 

qırıla bilər.

 Eyvan və pəncərə çərçivələrindən 

əşyaları yığışdırın, hansıları külək axını 

sala bilər.

 Radioqəbuledicini və televizoru qurun 

ki, hava ilə əlaqədar olan məlumatı ala 

biləsiniz. 

 Yüngül tikililərdən daha möhkəm 

binalara keçin. Qaryığan cihazları 

hazırlayın.

Fəlakətə qədər

Qar çovğunu




19

 Əgər siz yaşayış məntəqəsinin 

kənarında piyada hərəkət etdiyiniz zaman 

orientasiyanı itirmisinizsə, olduğunuz 

yeri dəqiqləşdirmək üçün ilk gördüyünüz 

evə girin və birtəhər boranın bitməsini 

gözləyin.

 Əgər qüvvə itirdiyinizi hiss 

edirsinizsə, sığınacaq tapın və orada qalın.

 Yad insanlarla əlaqə zamanı ehtiyatlı 

olun, çünki təbii fəlakətlər zamanı 

avtomobillərin, mənzil və xidmət 

saxlanclarının qarət edilmə halları artır.

 İstini saxlamaq və ərzaq ehtiyatını 

qənaətlə istifadə etmək üçün ölçülər 

götürün.


 Əgər qar çovğununu müstəqil 

olaraq təmizləmək mümkün deyilsə, 

xilasedici yarımşöbə ilə əlaqə saxlamağa 

çalışın. Radiotranslyasiya qəbuledicini 

(televizoru) qurun və yerli hakimiyyətin 

göstərişlərini yerinə yetirin.

 İsitmə olan binada bədənin donmuş 

hissəsini isidin və quru yumşaq parça ilə 

ovxalayın, sonra temperaturu yavaş-yavaş 

40-45 dərəcəyə artırmaqla ilıq suya girin. 

Əgər ağrı keçdisə, hissiyyat bərpa oldusa, 

əlinizi (ayağınızı) qurudun, corabları 

(əlcəkləri) geyinin və imkan daxilində 

həkimə müraciət edin.

Fəlakət zamanı

Fəlakətdən sonra




20

Uçqun


Uçqun qarın böyük 

kütləsidir, hansı ki, dağların 

sıldırım yamaclarından 

ağırlıq qüvvəsinin təsiri ilə 

və 20-30 m/s hərəkət sürəti 

ilə yuvarlanır və ya sürüşür. 

Uçqunun düşməsi zamanı hava 

dalğası yaranır, hansı ki, qar 

kütləsinin qabağınca hərəkət 

edir və dağıntılara səbəb olur.

 Qar yağması və yağmurlu hava 

zamanı dağa getməyin.

 Dağda olduğunuz zaman havanın 

dəyişməsinə diqqət yetirin.

 Dağa getdiyiniz zaman uçqunun baş 

verə biləcəyi yerləri bilməlisiniz.

 Uçqunun baş vermə təhlükəsi mövcud 

olan yerlərdən uzaq olun. Uçqun dağın 

o yamaclarında daha tez-tez baş verir, 

hansıların ki, meyliliyi 30

0

-dən, meşə və 



kolluqla örtülməmiş yamaclarda isə 20

0

-



dən artıqdır. Uçqunun düşməsi praktiki 

olaraq hər qar yağması zamanı meyliliyi 

45

0

-dən artıq olan yamaclarda qeyd edilir.



Fəlakətə qədər


21

 Müstəqil olaraq və ya xilasedicilərin 

köməyi ilə qardan çıxdığınız zaman 

bədəninizi diqqətlə yoxlayın və lazım 

olduqda özünüzə yardım göstərin.

 Əgər siz uçqun zonası kənarına 

düşmüsünüzsə, baş vermiş fəlakət 

haqqında ən yaxın yaşayış məntəqəsinin 

administrasiyasına məlumat verin. 

Zərərçəkmişlərin axtarışına və xilas 

edilməsinə başlayın.  

 Yüksəklikdən uçqunun düşməsi 

zamanı tez addımlamaqla və ya qaçaraq 

uçqunun düşdüyü yeri tərk edin və 

təhlükəsiz yerə gedin və ya qayanın 

ucunun arxasında gizlənin (körpə 

ağacların arxasında durmayın).

 Əgər uçqundan qaça bilmədinizsə, 

baqajdan azad olun, uçqunun hərəkət 

istiqamətinə orientasiya etməklə və dizləri 

qarına sıxmaqla horizontal vəziyyətdə 

qalın.


 Uçquna düşdüyünüz zaman ağız və 

burnunuzu əlcəklə, şarfla, yaxalıqla örtün. 

 Əllərin üzmə hərəkətləri ilə sürətin az 

olduğu uçqunun kənarına hərəkət etməklə, 

uçqunun səthində qalmağa çalışın.

Fəlakət zamanı

Fəlakətdən sonra



 Yamaclarının meyliliyi 30

0

-dən 



artıq olan çöl-düzənliyini istənilən 

hava şəraitində keçməməlisiniz, qarın 

yağmasından sonra isə yamaclarının 

meyliliyi 20

0

-dən artıq olan çöl-



düzənliyini yalnız 2-3 gündən sonra 

keçmək olar.

 Yadda saxlayın ki, uçqun düşməsinin 

ən təhlükəli dövrü yaz və yayda səhər saat 

10-dan günəşin batmasınadəkdir.

Qar uçqunu uzunmüddətli 

qarın yağması, qarın 

intensiv olaraq əriməsi, 

zəlzələ, partlayışlar, dağ 

yamacları və hava məkanının 

silkələnməsinə səbəb 

olan insanın fəaliyyəti 

nəticəsində yaranır. Düşmüş 

uçqun binaların, mühəndis 

tikililərinin dağılmasına, 

yolların və dağ cığırlarının 

sıx qarla örtülməsinə 

səbəb ola bilər. Uçqunun 

düşməsi zamanı yüksək 

dağlıq rayonların sakinləri, 

turistlər, alpinistlər, geoloqlar, 

sərhədçilər və başqaları travma 

ala bilər və qalın qar qatı altına 

düşə bilər.

22

Fəlakətə qədər



Uçqun


 Uçqun dayandığı zaman sifət və sinə 

ətrafında sərbəst sahə yaratmağa çalışın, 

bu nəfəs almağınızı asanlaşdıracaqdır.

 Əgər imkanınız olsa, yuxarıya doğru 

hərəkət edin (bunu ağızdan tökülən ağız 

suyunun istiqaməti vasitəsilə anlaya 

biləcəksiniz).

 Uçquna düşdüyünüz zaman 

çığırmayın. Qar səsi tamamilə batırır, əks 

halda gücünüzü, oksigen və istinizi boşuna 

itirəcəksiniz.

 Özünüzü saxlayın, yatmamağa 

çalışın. Yadda saxlayın ki, sizi axtarırlar. 

Elə hallar da məlumdur ki, uçquna düşən 

insanları on üçüncü gündən sonra da xilas 

etmişlər.

 Özünüzü sağlam hesab etdiyiniz halda 

belə yerli tibb məntəqəsinə və ya həkimə 

müraciət edin.

 Qohum və yaxınlarınıza sizin 

vəziyyətiniz və yeriniz haqqında məlumat 

verin.


23

Fəlakət zamanı

Fəlakətdən sonra



 Evdə təhlükəli yerləri müəyyən edin.

 Bütün otaqlarda təhlükəsiz yerləri 

müəyyən edin.

 Evdən kənarda təhlükəsiz yerləri 

müəyyən edin.

 Əmin olun ki, ailə üzvləri zəlzələyə 

necə reaksiya verəcəklərini bilirlər.

 Uşaqları öyrədin ki, patrulu, 

yanğınsöndürmə xidmətini və təcili 

yardımı hansı hallarda və necə 

çağırmalıdırlar.

 Fövqəladə avadanlıq və ehtiyatları 

(fənər, əlavə elementlər, portativ 

radio, ilkin yardım materialları və əsas 

dərmanlar, qida və su ehtiyatı, koserv 

açan, kredit kartları və nağd pul, qalın 

ayaqqabı) hazırlayın.

Zəlzələ


Zəlzələ zamanı pəncərənin 

şüşələri çatlayır və qırılır, 

rəflərdən əşyalar tökülür, 

tavandan suvaq tökülür, kitab 

dolabları silkələnir, çil-çıraqlar 

silkələnir, divar və tavanda 

çatlar əmələ gəlir. Bütün 

bunlar səslə müşayiət edilir. 

Silkələnmə başlandıqdan 

10-20 saniyə sonra yeraltı 

təkanlar güclənir, nəticədə 

bina-tikililər dağılır. Cəmi on 

güclü silkələnmə bütün binanı 

dağıdır.


24

Fəlakətə qədər




 Zərərçəkmiş və ya dağıntılar altında 

qalmış insanlara yardım edin.

 Fövqəladə vəziyyətlə əlaqədar olan 

məlumatı almaq üçün elementlərlə işləyən 

radionu qurun.

 Elektrik naqillərin zədələnmiş olub-

olmadığını yoxlayın. Zədələnməni aradan 

qaldırın və ya mənzildə elektik cərəyanını 

söndürün. Yadda saxlayın ki, güclü 

zəlzələ zamanı şəhərdə elektrik cərəyanı 

avtomatik olaraq söndürülür.

 Əgər siz evdəsinizsə, massiv mebel 

arxasında gizlənin, və ya daxili divarın 

yanında durun və bayıra çıxmayın.

 Şamlardan, kibritdən, çaxmaqdan 

istifadə etməyin – qazın sızması zamanı 

yanğın baş verə bilər.

25

Fəlakət zamanı



Fəlakətdən sonra


 Zəlzələ sizin müvəqqəti olaraq 

təcrid olunmağınıza səbəb olduğu hallar 

üçün fövqəladə kommunikasiya planını 

hazırlayın.

 Başqa yerdə yaşayan qohum və ya 

dostunuza xahiş edin ki, sizin ailənizin 

əlaqəli şəxsi olsun.

 Yataqları pəncərələrin və xarici 

divarların yanında qoymayın.

 Mənzildə dolabları, rəf və 

stellajları bərkidin, yuxarı rəflərdən və 

antresollardan ağır əşyaları aşağı endirin.

 Təhlükəli maddələri (zəhər-kimyəvi 

maddələr, asan alışqan mayelər) etibarlı, 

yaxşı təcrid edilmiş yerdə saxlayın.

Orta zəlzələ 5-20 saniyə 

davam edir. Silkələnmə 

nə qədər çox davam etsə, 

zədələnmələr bir o qədər ağır 

olur.


26

Fəlakətə qədər

Zəlzələ



 Əgər siz evdə deyilsinizsə, açıq 

məkana doğru, binalardan və naqillərdən 

uzağa gedin. Təkanların dayanmasını 

gözləyin.

 Hərəkət edən maşında olduğunuz 

zaman: maşını imkan daxilində tez olaraq 

binalardan, ağac və naqillərdən uzaq yerdə 

dayandırın. Maşında qalın.

 Fəlakəti müşayiət edən zaman şoka 

hazır olun.

 Qaz və su boruları şəbəkələrinin 

zədələnmiş olub-olmadığını yoxlayın. 

Zədələnməni aradan qaldırın və ya 

şəbəkələri söndürün. Açıq oddan istifadə 

etməyin. Nərdivanla düşdüyünüz zaman 

ehtiyatlı olun, onun etibarlılığından əmin 

olun.

 Zədələnmiş binalara yaxınlaşmayın 



və girməyin. Güclü təkrar təkanlara hazır 

olun, çünki ilk 2-3 saat ən təhlükəlidir. 

Binaya xüsusi zərurət olmadan girməyin. 

Mümkün olan təkrar təkanları uydurmayın 

və səs yaymayın. Yalnız rəsmi 

məlumatlardan istifadə edin.

27

Fəlakət zamanı



Fəlakətdən sonra


 Şəhər kənarına çıxmazdan əvvəl hava 

proqnozunu dəqiqləşdirin. Əgər şimşək 

gözlənilirsə, şəhər kənarına səyahəti təxirə 

salın.


 Əgər siz şimşək frontunu gördünüzsə, 

ilk növbədə ilk şimşək çaxdıqdan 

sonra ilk gurultunun gecikməsi 

zamanına görə ondan hansı məsafədə 

olduğunuzu müəyyən edin, həmçinin 

onun yaxınlaşdığını və ya uzaqlaşdığını 

müəyyən edin.

 İşığın böyük sürətinə görə (300 

000 km/s) biz şimşəyi həmin saniyədə 

görürük. Səsi isə biraz gec eşidirik 

(təxminən 340 m/s). Misal: əgər şimşəyin 

çaxmasından gurultuya qədər 5 saniyə 

keçdisə, şimşək frontunadək məsafə: 340 

m/s • 5s = 1700 m bərabərdir.

Şimşək -  yağış buludlarının 

toplusunda elektrostatik 

qığılcımın boşalmasıdır, 

hansını ki, gözqamaşdırıcı 

şimşək və gurultu müşayiət 

edir. Şimşəyin fövqəladə 

forması ildırımdır. 

Şimşəyin boşalması olduqca 

güclü cərəyan ötürücüsüdür. 

Şimşəyin ağaca düşməsi onun 

yarılmasına və alovlanmasına 

da səbəb ola bilər. Ağacın 

yarılması daxili partlayış 

zamanı oduncağın daxili 

nəminin saniyəvi buxarlanması 

nəticəsində baş verir. İldırımın 

insanları vurması onların ağır 

zədələnməsinə və ölməsinə 

səbəb olur. Hər il dünyada 

ildırımdan təxminən 300-dək 

insan həlak olur. 

İldırım ilk növbədə hündür 

əşyaları zədələyir (qüllə, ağac 

və s.).


Şimşək

28

Fəlakətə qədər




 Əgər siz göldə və ya onun 

sahilindəsinizsə: sahildən uzaqlaşın və 

yüksəklikdən düzənliyə düşün.

 Çöldə olduğunuz zaman və ya 

sığınacağın (binanın) olmadığı təqdirdə 

yerə uzanmayın, dərəyə, düzənliyə və ya 

digər təbii olaraq dərinləşmiş yerə sürünün 

ki, bütün bədəniniz elektrik cərəyanının 

təsiri altına düşməsin.

 Metal əşyaları (motosiklet, velosiped 

və s.) kənara, sizdən 20-30 metr uzaqlığa 

qoyun.


 Əgər siz avtomobildəsinizsə: 

maşından çıxmayın, pəncərələri bağlayın 

və radioqəbuledicinin antenini aşağı salın.

 Şimşək gurultu ilə müşayiət edildiyi 

zaman təhlükəlidir. Belə halda təcili olaraq 

əvvəlki ölçüləri götürməlisiniz.

 Əgər siz kənddəsinizsə: pəncərələri, 

qapıları, bacaları və ventilyasiya borularını 

bağlayın. Sobanı qalamayın, çünki onun 

borusundan çıxan yüksək temperaturlu 

qazların aşağı müqaviməti vardır.

 Telefonla danışmayın: şimşək dirəklər 

arasında çəkilmiş naqillərə düşə bilər.

 Şimşək zamanı elektrik naqillərinə, 

ildırımötürənə, damlardan suaxıdan 

borulara, antenə yaxın getməyin; 

pəncərənin yaxınlığında durmayın, imkan 

olduqca televizoru, radionu və digər 

məişət elektrocihazlarını söndürün.

 Əgər siz meşədəsinizsə: meşənin 

qısa bitkili hissəsində gizlənin. Yüksək 

ağacların, xüsusilə, şam, palıd və qovaq 

ağaclarının yaxınlığında durmayın.

29

Fəlakət zamanı



Fəlakət zamanı


22

Broşura “Gürcüstan və Cənubi Qafqazda iqlimin dəyişməsi ilə adaptasiya olunma 

və biomüxtəlifliyin qorunması məqsədilə yerli imkanların artırılması və regional 

əməkdaşlığın dərinləşdirilməsi” layihəsi çərçivəsində hazırlanıb, həmin layihə Avropa 

İttifaqı tərəfindən maliyyələşdirilir və Qafqazın mühiti mühafizə qeyri-hökumət 

təşkilatları şəbəkəsinin (CENN) və Mersi Korps (Mercy Corps) Beynəlxalq Qeyri-

hökumət Təşkilatı tərəfindən həyata keçirilir. Qarşıda olan publikasiyanın məzmununa 

görə tam məsuliyyəti Mersi Korps və CENN daşıyır, broşura heç bir halda Avropa 

İttifaqının mülahizə və fikirlərini ifadə etmir.



Məlumat üçün bizə müraciət edin:

 

Qafqazın mühiti mühafizə qeyri-hökumət 



təşkilatları şəbəkəsi (CENN)

Beytullah küçəsi №27

0105 Tbilisi, Gürcüstan

Tel.:  +995 32 275 19 03/04

Faks:  +995 32 275 19 05

info@cenn.org

www.cenn.org

Mersi Korps

Radian küçəsi №16,

0179 Tbilisi, Gürcüstan

Tel.:   +995 32 224 24 71

Faks: +995 32 223 18 89

admin@mercycorps.ge



www.mercycorps.ge




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə