Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə139/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   135   136   137   138   139   140   141   142   ...   163

361

Beynəlxalq Təşkilatların Rolu

vensiyanı dəstəkləmək üçün çalışır. Bu təşkilatların, həmcinin, niş rolları da 

var: Maliyyə Fəaliyyəti İşci Qrupu (Financial Action Task Force-FATF) inki-

şaf proqramları və beynəlxalq standartların tətbiqi vasitəsilə pul yuyulmasına 

qarşı işlərə rəhbərlik edir; Dünya Ticarət Təşkilatı özünün anti korrupsiya ro-

lunu Hökumət Alqı-Satqı işlərində Şəffafl ıq üzrə İşçi Qrupu (Working Group 

on Transparency in Government Procurement) tərkibində aparır.  

Parlament assambleyaları korrupsiyaya qarşı beynəlxalq sazişlər və ya-

naşmalar işləyib hazırlamağa, üzv ölkələrdə onların qəbul edilməsinə lob-

biçilik etməyə və yerinə yetirilməsinə monitorinq etməyə kömək edə bilər. 

Avropa  Şurasının korrupsiya ilə bağlı Kriminal və Mülki Hüquq Konven-

siyası  Nəzdində (CoE Criminal and Civil Law Covention on Corruption)

görülən işlərə görə AŞPA ən yaxşı nümunədir. Digər məşhur təşkilat, Kana-

dada yerləşən Korrupsiyaya Qarşı Parlamentarların Qlobal Təşkilatı (Global 

Organization of Parlamentarians against Corruption-GOPAC), ölkə parla-

ment üzvlərinin davranış kodekslərinə riayət edərək öz dürüstlüyünü qoru-

maq səylərini dəstəkləyir,həmçinin özlərinin nəzarət funksiyalarını səmərəli 

surətdə başa düşüb həyata keçirmək səylərini dəstəkləyir.Buraya parlament 

nəzarəti üçün fəaliyyət göstəriciləri də daxildir. Başqa bölgə Parlament as-

sambleyaları, məsələn,Asiya Parlament Assambleyası da korrupsiya  ilə 

mübarizə ilə məşgul olur.



İnkişaf  bankları həm öz proqramlarının dürüstlüyünü saxlamaq üçün, həm 

də daha geniş mənada qəbul olunduğu kimi iqtisadi və sosial inkişafa ciddi 

mane olduğuna görə antikorrupsiya  səylərində əsas oyunçulara çevrilmişlər; 

korrupsiya, qanunun aliliyini pozur, iqtisadi artım üçün zəruri olan institutları 

zəifl ədir və xüsusilə yoxsulların asılı olduğu sosial təminat xidmətlərini sarsı-

dır. İnkişaf bankları, kredit alan təşkilatlarda korporativ rəhbərlik və idarəçilik 

sistemləri qurmaqla, resursların istifadəsi üçün siyasi məsuliyyəti artırmaqla 

və vətəndaş cəmiyyətlərinin imkanlarını gücləndirib tədbirlər görməyi tələb 

etməklə və onların yerinə yetirilməsinə nəzarət etməklə korrupsiyaya qarşı 

proqramlara çox zaman çox şaxəli yanaşma tətbiq edirlər. Dünya Bankı və 

Beynəlxalq Valyuta Fondu iki ən böyük qlobal təşkilatdır. Bundan əlavə re-

gional inkişaf  bankları- Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnki-

şaf Bankı və Amerika-Dövlətlərarası İnkişaf Banklarının da anti-korrupsiya 

proqramları vardır. 



Bank funksiyası olmayan başlıca beynəlxalq (və milli)inkişaf təşkilatları 

da insan inkişafı üçün vacib olan qabaqcıl idarəçiliyə artan diqqətin tərkib 

hissəsi kimi, korrupsiyanı hədəf götürürlər.Korrupsiyann idarəetməyə dağıdı-



362

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

cı təsirləri daha yaxşı məlum olduqca, o getdikcə birbaşa hədəfə çevrilir.Qa-

baqcıl təcrubəni ayırd edib və yayan təşkilatlara BMT İnkişaf Proqramı, Si-

lahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi(DCAF) 

və TCI üzrə Qlobal Yardım Şəbəkəsi(Global Facilitation Network for Secu-

rity Sector Reform GFN-SSR) daxildirlər. Bu mənada, NATO-nun özü də 

“inkişaf” təşkilatı kimi fəaliyyət göstərərək,özünün anti korrupsiya proqram-

larını qabaqcıl təhlükəsizlik sektoru idarəçiliyi və demokratik mülki nəzarət 

üzrə maraqları ilə əlaqələndirir.

Hüquq mühafi zə  tədbirlərinin koordinasiyası:İnterpol və BMT –nin 

Narkotiklər və Cinayət üzrə  İdarəsi (United Nations Offi ce on Drugs and 

Crime- UNODC ) kimi qlobal təşkilatlar milli antikorrupsiya səylərini ko-

ordinasiya etmək və tamamlamaq baxımından vacib rol oynayırlar. Cinayətə 

qarşı mübarizədə özünün altı əsas istiqamətini elan edərək, İnterpol hüquq 

mühafi zə orqanları  əməkdaşları üçün etika və davranış kodeksləri, polis 

qüvvələri üçün isə standartlar və qabiliyyətləri qiymətləndirmək üçün Polis 

Dürüstlük Sorğusu hazırlamışdır. Korrupsiya müstəntiqlərinə kömək üçün 

Qabaqcıl Praktika Kitabxanasını toplamış  və korrupsiya ilə  əlaqədar milli 

təmas nöqtələri qrupu qurmuşdur. O, həmçinin, İnterpolun  Korrupsiya üzrə 

ekspertlər qrupuna(İnterpol Group of Experts on Corruption-İGEC) rəhbərlik 

edir və onlar başqa beynəlxalq maraqlı tərəfl ərlə bərabər korrupsiyaya qarşı 

mübarizədə milli və regional yanaşmaları koordinasiya edib ahəngləşdirməyə 

çalışırlar.UNODC və İnterpol dünyanın ilk anti-  korrupsiya akademiyasını 

açmağa razılaşmışlar və o Vyana yaxınlığında yerləşəcək. Avropa Komis-

siyası da, Baltik dənizi ölkələri və Balkanlarda mövcud olan başqa bir çox 

regional təşkilatlar da ,məsələn hüquq mühafi zə işçi qrupları kimi, güclü anti-

korrupsiya proqramlarına malikdir.



Beynəlxalq peşəkar təşkilatlar  öz məsuliyyət dairələrində dürüstlüyü 

təmin etmə və anti-korrupsiya proqramlarına malikdirlər. Qlobal təşkilatlar 

sırasına Hakimlərin Beynəlxalq Assosiasiyası (International Association of 

Judges), Hüquqçuların Beynəlxalq Komissiyası (The International Commis-

sion of Ju rists), Beynəlxalq Bar Assosiasiyası (The International Bar Asso-

ciation), və Beynəlxalq Prokurorlar Assosiasiyası (The International Asso-

ciation of Prosecu tors) daxildirlər. Auditlə məşgul olan digər başqa regional 

təşkilatlar da vardır; məsələn, Ali Audit İnstitutlarının Asiya Təşkilatı( Asian 

Organisation of Supreme Audit Institutions).



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə