Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə138/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   134   135   136   137   138   139   140   141   ...   163

357

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

mexanizmlər vasitəsilə mövzular gündəmə gətirməli və debatların forması-

nı  dəyişməlidirlər. VCT-ı oturuşmuş kütləvi informasiya vasitələrindən və 

yeni xəbərləşmə vasitələrindən (məsələn, İnternet, sosial şəbəkələr) istifadə 

edib perspektivləri xəbərləşib və yalan iddia və yalan xəbərlərə qarşı təkzib 

verməlidirlər. Vətəndaş  cəmiyyətinin potensial rolunun tam istifadə olun-

masınu təmin etməkdən ötrü, donorlar QHT-lərin burada vurğulanan rolla-

rını oynamaq üçün onların imkanlarını artırmağa yönəlmiş resurslarla təmin 

etmələri tövsiyə olunur. 

QHT-lər özlərinin maliyyə  işləri və  əməliyyatları üçün geniş  şəffafl ıq 

və cavabdehlik tələblərindən qaçmamalıdırlar. Legitimlik və ictimai dürüst-

lük vətəndaş  cəmiyyəti üçün həyati məna daşıyır və onların missiyalarının 

səmərəliliyi üçün zəruridir. Şəffafl ıq və cavabdehlik QHT-lərdən tələb olun-

duğu kimi,bu tələblər hökümətlərdən və onların idarələrindən və həmçinin, 

NATO-dan da tələb olunmalıdır. NATO-nun mövcud olduğu illər  ərzində, 

milli parlament üzvləri NATO qərarları ilə bağlı sorğular verdikdə, daimi ola-

raq bu qərarların məxvi olduğu cavablarını almışlar. Bu cür sual NATO Baş 

Katibinə verildikdə isə,o da NATO-nun suveren dövlətlər ittifaqı olduğunu 

daimi olaraq bildirir. Bu qapalı dairə vəziyyət Soyuq Müharibə dönəmindəki 

məqsədlərə xidmət edə bilərdi, ancaq indiki zamanla uyğunlaşmır. Müvafi q 

şəffafl ıq və cavabdehlik mexanizmlərinin NATO daxilində yaradılması təcili 

tələb olunur.

  

                                           




358

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu


359

Beynəlxalq Təşkilatların Rolu

22-ci  FƏSİL

Beynəlxalq Təşkilatların Rolu

Beynəlxalq təşkilatlar son iyirmi il ərzində korrupsiyaya qarşı münasibətin 

dünyanın hər yerində hədsiz dərəcədə dəyişməsində mərkəzi rol oynamışlar. 

Onlar həmçinin, korrupsiyaya qarşı mübarizədə, beynəlxalq konvensiyalar 

və standartlar vasitəsilə,yaxşı idarəçiliyi təbliğ etməklə, monitorinq və içti-

mai müdafi ə tədbirləri kimi praktiki səylərlə, başlıca rol oynamışlar.Görülən 

işlərin çoxu beynəlxalq biznes və inkişaf sahələrinə yönəlsə  də, indiki za-

manda müdafi ə və təhlükəsizlik sektorunda korrupsiya məsələsinə diqqət art-

mışdır. Bu son onillikdə müdafi ə sahəsində idarəçiliyə verilən diqqətin təbii 

olaraq genişlənməsidir,və bu ondan irəli gəlir ki, NATO kimi təşkilatlarda 

getdikcə anlaşılır ki, resursların səmərəli idarə olunması müvəffəqiyyətli 

əməliyyatları təşkil etmək üçün həyati məna daşıyır.

Beynəlxalq təşkilatlar dedikdə (BT)-bu fəsilin məqsədləri üçün 

hökumətlər- arası təşkilatlar və qlobal qeyri-hökumət təşkilatları nəzərdə tu-

tulur. Bu təşkilatların çox böyük resursları və bilik və bacarıqları mövcud-

dur və öz təşkilatlarında və ya cəmiyyətdə korrupsiyaya qarşı mübarizədə 

həm rəsmilər, həm də vətəndaşlar onlardan istifadə etmək istəsə çox dəyərli 

olar. Bu fəsil bu cür istifadə etmək istəyənlərə kömək etmək məqsədi güdür 

və hansı resursların mövcud olduğunu, bu resurslara necə çıxış əldə etməyi 

və onlardan necə səmərəli istifadə etməyi anlatır.Birinci olaraq bu fəsil, həm 

ümumilikdə, həm də konkret olaraq müdafi ə sektorunda, beynəlxalq təşkilatlar 

tərəfi ndən müdafi ə sektorunda korrupsiyaya qarşı mübarizədə tətbiq etdikləri 

rollara və yanaşmalara baxacaqdır. Sonra, o bir çox məşhur təşkilatları yaxın-

dan nəzərdən keçirib,bu təşkilatların imkanları vasitəsilə ölkə daxilində hansı 

dəyişiklikləri sürətləndirməyi müəyyən etməyə çalışacaqdır.

Beynəlxalq Təşkilatların Rolu: Geniş Kontekst

1990-cı illərin  əvvəlinə  qədər korrupsiya  çoxlu sayda beynəlxalq biz-

nes və inkişaf üzrə çalışan şəxslər tərəfi ndən adi (“normal”, hətta) əməliyyat 

xərcləri kimi sayılırdı.Bir çox Qərb ölkələrində, korrupsiya ödənişlərini ver-

gi bəyannamələrində qanuni xərclər kimi göstərmək adi hal almışdı.Buna 

baxmayaraq,bir neçə onilliklər  ərzində,korrupsiyanın iqtisadi inkişaf proq-

ramlarına böyük yük olduğu və onun gətirdiyi dağıdıcı iqtisadi təsirlər getdikcə 

məlum oldu. 1977-ci ildə qəbul edilmiş ABŞ-ın Korrupsiyalı Xarici Praktika 

Aktı (US Corrupt Foreign Practices Act of 1977) ətrafında gedən debatlar za-



360

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

manı, məsələn, 400-dən çox ABŞ şirkəti öz korporasiya fondlarından 300 mil-

yon dollardan çox pulu xarici hökumət adamlarına ödədiklərini boyunlarına 

almışlar. Bu reallıq etikdən kənar olması ilə bərabər, həmçinin,pis biznes idi 

və korporasiyalara inamı aşılayırdı və özəl sövdələşmələri məhsuldarlıqdan 

üstün tutaraq,ümumilikdə, azad bazar sisteminin dürüstlüyünü sarsıdırdı

234



Rusiyada və digər post-sovet ölkələrində bulanıq “azad –bazar” –a keçid döv-



rü korrupsiyanın dağıdıcı təsirlərinin yaranmasına gətirdi.Bu ölkələrdə Qərb 

ekspertləri tərəfi ndən səmimi surətdə (ancaq sadəlövçəsinə) tövsiyə edilən 

özəlləşdirmə proqramları dövlət malının bütövlükdə oğurlanması mərhələsinə 

keçdi. 1993-cü ildə BŞ-n yaranması ilə, onun yaradıcıları korrupsiyanıın in-

kişafa vurduğu zərərlə bağlı birbaşa təcrübəsi olan rəsmilər idi, bu artan na-

rahatlıqla bağlı səslər daha da ucaldı. O zamandan başlayaraq, çoxlu sayda 

artan ölkədaxili və beynəlxalq təşkilatlar şəbəkəsi təhsil, lobbiçilik və konkret 

tədqiqatdan istifadə edərək korrupsiya problemini və onunla mübarizənin va-

cibliyini ciddi surətdə beynəlxalq siyasi gündəmə daşıdılar.

Bu gün,onlarla beynəlxalq təşkilatlar, hökumətlərarası təşkilatlar,və qlo-

bal qeyri-hökumət təşkilatları korrupsiyaya qarşı səylərə fəal olaraq qoşul-

muşlar. Onlar anti-korrupsiya ekosistemdə mühüm yerləri tuturlar.(Nəzərə al-

maq lazımdır ki,bu fəsilin məhdud həcminə görə sadəcə ayrı-ayrı təşkilatların 

adları yerləri(niche)göstərmək üçün verilir, onlar haqda geniş məlumat veril-

mir).

Qlobal və bölgəsəl səviyyələrdə  anti-korrupsiya razılaşmalarınının və 



standartlarının hazırlanması  və yerinə yetirilməsi.  İndiki zamanda,ondan 

çox bu cür razılaşmalar mövcuddur, daha tanınanı, 2005-ci ilin Dekabrında 

qüvvəyə minən BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasıdır(UN Conventi-

on against Corruption-UNCAC), və İƏİT-in Beynəlxalq Biznes Əməliyyatları 

zamanı Xarici Hökumət Adamlarının Rüşvətxorluğuna qarşı Mübarizə 

Konvensiyasıdır. Konvensiyanın yerinə yetirilməsinin monitorinqi İƏİT 

kimi təşkilatlar üçün qabaqcıl praktikanın müəyyən edilməsi və yayılması 

kimi mühüm məna kəsb edir. Bu iş çox vaxt təşkilatlar şəbəkəsi tərəfi ndən 

dəstəklənir, məsələn, Avropada: Avropa Şurası, Korrupsiyaya Qarşı Dövlətlər 

Qrupu (Group of States against Corruption- GRECO),və Avropa Komissiyası 

və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru( OSCE 

Coordinator on Economic and Environmental Activities). Amerikada, Ame-

rika Dövlətləri Təşkilatı Korrupsiyaya qarşı Amerika Dövlətləri- Arası Kon-

234


  Unlawful Corporate Payments Act of 1977, Legislative History – House Report, 

http://10.173.2.10/criminal/fraud/fcpa/history/ 1977/houseprt.html.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə