Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə137/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   133   134   135   136   137   138   139   140   ...   163

355

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Yekun Müddəalar: QHT və Hökümətlərin Dürüstlüyün Təmin 

Edilməsi İstiqamətində Tərəfdaşlığının Artırılması

Müdafi ə sektorunda dürüstlüyün təmin edilməsi və korrupsiyanın azaldıl-

ması istiqamətində vətəndaş cəmiyyətləri köklü rol oynaya bilər. Çoxlu sayda 

hökümətlər QHT-lərin, vətəndaş cəmiyyətlərinin başqa sahələrinin və müstəqil 

medianın legitim köməklərini etiraf edir. VCT-ı və media müdafi ə sektorunda 

pozuntuları üzə çıxarıb ona qarşı çıxmaqla və qanun aliliyi üzərində qurul-

muş cavabdeh hökümət üçün ictimai dəstək təmin etməklə, səmərəli nəzarətçi 

rolunu oynaya bilər. Lakin, bu cür qarşılıqlı faydalı tərəfdaşlıq olmayan və ya 

kifayət qədər olmayan ölkələrdə, hökümətlər şərait yaratmalı və tərəfdaşlığı 

genişləndirmək və ya qurmaq üçün addımlar atmalıdır.

 Bu məsələləri sadəcə sözdə qəbul etməyən ictimai mühitin formalaşma-

sı həm düşüncə tərzinin dəyişməsini, həm də hökümət və yaranmaqda olan 

QHT-lər və  vətəndaş  cəmiyyəti strukturları arasında açıqlıq, məsləhətləş-

mələr,  əməkdaşlıq və inam yollarının artmasını  tələb edir. Bütün geniş di-

apazonlu vətəndaş  cəmiyyəti təşkilatları, məsələn, media, QHT-lər,alimlər, 

həmkarlar ittifaqları  və qadın təşkilatları  və  təkcə hakimiyyətlə dost hərbi 

xarakterli “düşüncə mərkəzləri”  yox, bütün vətəndaş cəmiyyətləri bu işə cəlb 

olunmalıdır.  Çox zaman bu kimi vətəndaş cəmiyyətlərinin geniş fəaliyyəti 

və rolları ya azaldılır, ya da nəzərə alınmır. Bu cür dəyişikliklər bir gecənin 

içində əldə edilmir. Lakin cəmiyyət və hökümətlər üçün (bax Fəsil 14) onun 

faydaları bu prosesi başlamağı zəruri edir. 

9/11 hücumlarından bəri, ABŞ  və onun bir neçə müttəfi qi  özlərinin 

müharibədə  iştirak etdiklərini hesab edirdilər və yaxşı başa düşülür ki, 

müharibə zamanı media-vətəndaş  cəmiyyəti və hökümət- silahlı qüvvələr 

münasibətləri də fərqli qaydalarla tənzimlənəcəkdir. Çoxlu sayda demokra-

tik ölkələrdə əhalinin çoxu tam başa düşmür ki, müharibə zamanı hökümət 

həm məxvilik, həm də aldatmadan istifadə edəcək. Media və  vətəndaş 

cəmiyyətlərinə  məhdudiyyətlərin qurtuluş müharibələri dönəmində  tətbiq 

edilməsi az mübahisə doğurduğu halda, bu qaydaların “seçilmiş müharibələrə” 

tətbiqi (məsələn,  İraq  əməliyyatı  və “terrora qarşı müharibə”adı altında 

təhlükəsizlik əməliyyatları) az  ictimai dəstək alır.

9/11-dən sonra vətəndaş  cəmiyyəti təşkilatlarına qoyulan məhdudiyyət 

və təzyiqlərə cavab olaraq, bir çox QHT-lər öz hüquqlarını əsas götürərək, 

hökümətin müdaxilə və təqibləri olmadan, sərbəst fəaliyyətə keçməyə çalış-

dılar. ABŞ-dakı Beynəlxalq Gəlirsiz Hüquq  Mərkəzi (İnternational Center for 

Not- for- Profi t Law-İCNL),məsələn, vətəndaş cəmiyyətlərini qorumaq üçün 

İttifaqın informasiya vermək siyasətini nəzərdən keşirir..



356

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

bütün ölkələrin qoşulduğu beynəlxalq insan hüquqları konvensiya və dekla-

rasiyaları əsasında hazırlanmış prinsiplər irəli sürdü

233


. Dövlətlər nəinki insan 

hüquqları və əsas azadlıqlarına müdaxilə etməkdən çəkinməli, onlar həmin 

hüquqları müdafi ə etməli və onların ifadə edilməsinə  təminat verməlidir. 

Vətəndaş cəmiyyətlərinin fəaliyyətlərinə heç bir məhdudlaşma qoyulmayan 

mühitin dövlətlər tərəfi ndən yaradılması həyati xarakter daşıyır. 

Öz nöbəsində  vətəndaş  cəmiyyəti qruplarının və xüsusilə  də, inkişaf 

məsələləri ilə,insan hüquqları və mülki azadlıqlarla məşğul olan təşkilatların 

təhlükəsizlik strategiyaları ilə və müdafi ə sektorunda korrupsiya risklərinin 

aradan qaldırılması ilə bağlı ictimai müzakirələrə fəal surətdə cəlb olunma-

ları vacibdir. Bu vətəndaş  cəmiyyətləri təşkilatları  səslərini aydın  şəkildə 

ucaltmaq üçün beynəlxalq  şəbəkələr qura bilər və bu kitabda ifadə olunan 

problemlər ilə məşğul olmaq üçün ümumi fəaliyyət proqramlarına cəlb oluna 

bilərlər. Vətəndaş cəmiyyətləri təşkilatları bir tərəfdən dürüstlük, şəffafl ıq və 

hesabatlılığın təmin edilməsini,digər tərəfdən silahlı qüvvələrin məhsuldarlıq 

və səmərələliyini optimal surətdə tarazlaşdıra biləcək formanın hazırlanması 

və  dəstəklənməsi kimi çətin məsələdə kömək edə bilər. (Bax Fəsil 2).TSİ 

təcrübəsi olan QHT-lər bu cür problemlərlə məşğul olmaq üçün ən uyğundur. 

Çoxlarının münaqişə bölgələrində və ümumi missiyaları zamanı topladıqla-

rı geniş sahə təcrübələri vardır,məsələn, sosial ayrımçılığı aradan qaldırmaq 

üçün olan missiyalarda. Həmçinin, müdafi ə sahəsində korrupsiyanın baş tut-

maması üçün zəruri mühitin yaradılması üçün hansı  tədbirlərin görülməsi 

kimi məsələlərdə kömək edə bilərlər.

19-cu fəsildə göstərilən Cənubi Koreya nümunəsi hansı nailiyyətlər əldə 

etmək imkanını göstərir.  Hərbi alqı-satqıda dürüstlük və korrupsiya ilə bağlı 

geniş problemlər olduğunda, Cənubi Koreya höküməti 2003 ilində geniş isla-

hat prosesi başlatdı. Üç il sonra ombudsmanlıq sistemi yaradıldı və bu sistem 

ilk dəfə qanunla təsdiq edildi və ilk dəfə  vətəndaş  cəmiyyəti təşkilatlarına 

hərbi alqı-satqıların monitorinqində iştirak etmək hüququ tanındı. 

Vətəndaş  cəmiyyətləri təşkilatları özlərinin təcrübə  və biliklərini siya-

si qərar qəbul edənlərə  və ictimaiyyətə geniş surətdə daha aktiv çatdırma-

ları vacibdir və müdafi ə  və  təhlükəsizlik debatlarının bütün səviyyələrində 

dürüstlüyü təmin etmək siyasi müzakirələrin yeni məcrada getməsində 

aparıcı rol oynamağa çalışmalıdırlar. Vətəndaş  cəmiyyətləri qrupla-

rı praktik, empirik əsaslarla və etika üzərində qurulmuş yenilikçi siyasi 

233

 International Center for Not-for-Profi t Law and World Movement for Democracy, 



“Defending Civil Society,” Th

  e International Journal of Not-for-Profi t Law 10:2 (April 2008): 

31-33.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə