Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə145/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   141   142   143   144   145   146   147   148   ...   163

376

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 22.4 NATO-Ukrayna Peşəkar İnkişaf Proqramı

2005-ci ildə NATO ilə Ukrayna, müdafi ə sektorunda çalışan mülki 

rəsmilərin hazırlıq səviyyəsinin lazımı  səviyyədə olmadığı  qənaətinə 

gəldilər.Hərbçilər müntəzəm surətdə istər xaricdə, istərsə də ölkə daxilində 

təlim proqramlarında iştirak edirdilər, ancaq onların mülki tərəfdaşlarının bu 

cür imkanları yox idi. Bu hal idarəetmə sistemində tarazlığın pozulmasına 

gətirirdi.

Ukrayna bu problemi həll etmək etmək üçün kömək istədi və 2006-cı 

ildə NATO və Ukrayna birgə NATO-Ukrayna Peşəkar  İnkişaf Proqramı 

(NATO-Ukraine Professional Development Program) qurdular və bu 

proqram müdafi ə sektorunda çalışan mülki heyətə hesablanmışdır. Ölkə 

daxili sponsorlar tapıldı və proqramı idarə edən qrup NATO-nun Kiyevdəki 

əlaqə  ofi sində yerləşdirildi. Müdafi ə Nazirliyinin Kadrlar İdarəsindən 

bir Ukraynalı zabit NATO –Ukrayna proqram direktoruna tabe olaraq 

proqram direktorunun müavini təyin edildi.Bundan əlavə yerli idarəetmə 

heyəti təşkil olundu və bütün maraqlı tərəfl ər orada təmsil olundu: Müdafi ə 

Nazirliyi rəhbərliyi (nazirin köməkçisi təmsil olunmaqla, Müdafi ə Nazirliyi 

Kadrlar  İdarəsi, Milli Təhlükəsizlik və Müdafi ə  Şurası, Böyük Britaniya 

xüsusi hərbi müşaviri (Böyük Biritaniya layihədə aparici dövlət idi),NATO 

Əlaqə  Ofi sinin  rəhbəri və proqram direktoru. İdarəetmə heyəti adından, 

proqramın direktoru ildə 3-4 dəfə Bruseldə yerləşən əsas donorların idarə 

heyətinə hesabat verirdi.

Xaricdə  təlim və  təhsil proqramın mühüm hissələrini təşkil edirdi və bu 

gunə  qədər 1000-dən çox Ukrayna rəsmiləri kurslarda iştirak etmişlər- 

bir qismi ölkə daxilində, bir qismi xaricdə. Bu kurslara ehtiyac boyük 

olduğundan onlar korrupsiya riskləri ilə müşaiyət olunurdu (bu artıq daxili 

seçim prosedurlarında xroniki hal almışdi). Prosesin dürüslüyü üçün

proqram aşağıdakı prosedurları irəli sürdü:

1. Təlimlər üçün tələbatlar Müdafi ə Nazirliyinin transformasiya 

məqsədləri əsasında 1 il öncə hazırlandı. Bu komandirlərə qarşıya qoyulan 

məsələləri yerinə yetirmək üçün uyğun adamları göndərməyə imkan verdi.

2. Təlim tələbatları kurslara və potensial tələblərə uyğunlaşdırıldı(ən azı 

onların tutduğu vəzifələrə)və illik plana salınaraq Müdafi ə Nazirliyi yüksək 

rəhbərliyinə təsdiq üçün göndərildi.




377

Beynəlxalq Təşkilatların Rolu

3. Proqramın işçiləri, Müdafi ə Naziriliyi ilə  işləyərək çoxlu sayda 

mümkün namizədlər irəli sürür, onların tələblərə cavab verməsi,tutduğu 

vəzifə  və  rəhbərliyin icazəsi aydınlaşdırılır. Bu namizədlər aşağıdakı 

prosedurları keçməlidirlər:

• Rəqabətli seçim, o cümlədən, dil testi və müxtəlif maraqlı tərəfl ərdən 

ibarət komissiyanın müsahibəsi və komissiyada ən azı bir Ukraynalı 

və bir NATO rəsmisi yer alır.

4. Ümumi idarəetmə  və  nəticələrə görə cavabdehlik, yuxarı  səviyyəli 

maraqlı  tərəfl əri daimi qiymətləndirmə ilə  təmin etməli. Bu axırıncı 

məsələdə bu qərarların dürüslüyünü təmin etmək üçün hərbi rəhbərliyin 

dəstəyi çox mühüm olmuşdur və bir çox hallarda qaydalardan yan keçmək 

istəyənlər ciddi surətdə cəzalandırılmışlar

Bütün bu hallarda həlledici  şərait yaradan amil insanların özləridir-

sadiqlik, inam və tərəfdaşlar arasında qarşılıqlı anlaşma müvəffəqiyyətin aça-

rıdır. BT-ların müvəffəqiyyəti üçün bir nömrəli  şərt onun ölkə daxilindəki 

tərəfdaşıdır. Bütün maraqlı tərəfl ərlə səbrlə işləyən, fərqlilikləri yoluna qo-

yan, lazım olduqda mövqe göstərən və- sonda – prosesdə  məsuliyyəti öz 

üzərinə götürən, əvvəlcə birlikdə və sonra ideal olaraq yavaş-yavaş layihənin 

yerinə yetirilməsi üçün artan məsuliyyəti öz üzərinə götürən tərəfdaş olursa 

BT uğur qazanır. Bu toplunu bu nöqtəyə qədər oxuyan oxucunun da bu cür 

şəxs olacağı şansı vardır.               




378

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq


379

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

lV Hissə

Dürüstlüyü Təmin etmə 

Proqramlarının Yerinə 

Yetirilməsi

Toplunun son hissəsi müdafi ə sektorunda dürüstlüyü təmin etmə proq-

ramlarının tərtib edilib yerinə yetirilməsinin praktiki cəhətlərini nəzərdən 

keçirir. Burada xüsusi əhəmiyyət daşıyan məsələ hər bir hərbi təşkilatın hər 

hansı konkret ölkədə yerli mədəniyyətini(ənənəsini)qəbul etmək və təşkilati 

mədəniyyətin fərdi və təşkilati dürüstlüyə kömək edən və korrupsiyalaşmış 

davranışa qarşı çıxan xüsusiyyətlərini möhkəmləndirməkdir.  Bu cür qabaqcıl 

təcrübələr ölkədəki başqa təşkilatlara da yayıla bilər.



                               


380

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq


381

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

23-cü Fəsil

Dəyişikliyin  Baş Verməsinə  

Çalışmaq

Heç bir iki hərbi təşkilat dürüstlük və korrupsiya ilə bağlı eyni 

problemlərlə üzləşmirlər. Uyğun olaraq dürüstlüyü təmin etmək təşəbbüsləri, 

yəqin ki, təhcizat proseduru zamanı şəffafl ığın və dürüstlüyün artırılmasına 

yönəlmiş xüsusi bir prosesdə kiçik düzəlişdən başlayaraq, bütün əsas hərbi 

biznes proseslərində dürüstlüyün artırılmasına və təşkilat daxilindəki insanla-

rın münasibətlərinin və davranışlarının dəyişməsinə qədər müxtəlif səviyyəli 

və növlü səyləri tələb edir. 

Bu fəsil ikinci məsələyə yönəlmişdir. O, oxucuya uyğun üstünlükləri və 

çatışmazlıqları ilə bərabər, sınaqdan keçmiş dəyişim idarəetmə strategiyaları 

və proseslərini anlatır. O, həmçinin, oxucunu mümkün boşluqlarla və dürüst-

lüyü təmin etmə proqramlarını hazırlayan və həyata keçirən zaman meydana 

gələn problemlərlə, necə davranma haqda təklifl ərlə məlumatlandırır. 

Bu cür proqramın tərtibi,hərbi dürüstlüyün və korrupsiya risklərinin in-

diki vəziyyəti və baş verən tendensiyalarin anlamında, məsuliyyət və strateji 

baxış üzərində qurulmuşdur.



İndiki Vəziyyətin Qiymətləndirilməsi

Çox vaxt, Müdafi ə Nazirliyinin rəhbərliyi xüsusi bir korrupsiyalı davra-

nışla əlaqədər olaraq keçirilən parlament dinləmələri vasitəsilə və ya ictimai 

rəyin təzyiqi altında dəyişim təşəbbüsündə olur. Daha çox hallarda təşəbbüs 

edilən dəyişimin müvəqqəti təsiri olsa da və kiçik müsbət nəticə versə də,onlar 

tez bir nəticə nümayiş etdirmək istəyirlər. 

Ona görə də, hər hansı dürüstlük təmin etmə proqramı tərtib etməzdən 

əvvəl dürüstlüyün özünü qiymətləndirmək ciddi surətdə tövsiyə olunur. Bu 

cür qiymətləndirmə aşağıdakılara gətirməlidir:

• 

Korrupsiya risklərini  əhatə edən sahələri və hərbi fəaliyyətləri ay-



dınlaşdırmalı;

• 

Həqiqi və ya potensial korrupsiya davranışının səbəblərini anlamalı;



• 

Hərbçilərin və Müdafi ə Nazirliyinin başqa heyətinin, həmçinin, 

cəmiyyətin korrupsiyalı davranış problemlərinə münasibətlərinin an-

lamı; və


• 

Dürüstlük tədbirləri və  dəyişimi qəbul etmə hazırlığının 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə