Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə153/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   149   150   151   152   153   154   155   156   ...   163

404

Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki

olduğu sovet tipli totalitar hökumətin törətdiyi təsir və nüfuzdan ibarətdir. 

Kommunist sistemi, öz korrupsiyasını  yetişdirmişdir, bunlar daimi olaraq 

yemək və ərzaq məhsullarının,xidmətlərin və imkanların qıtlığı ilə müşaiyət 

olunmuşdur (burada alternativ təminat yollarının tələb edilməsi və korrup-

siyalaşmış davranışın yaranması) . Yeni formalar doğuran monopoliyanın 

müxtəlif formaları, mentalitetin nəticəsi olaraq və bir partiyanın qeyri normal 

monopoliyası ücbatından həmişə hakim idi.

Korupsiya stereotipləri, imperiyalar təsiri ilə yaranmış, xaricdən gətirilmiş 

və xarici hakimiyyətin simvolu kimi görünə bilər. Bunun əksinə olaraq, tota-

litar cəmiyyətdə korrupsiya daxili xarakter daşıyır və o yerli cəmiyyətin ya-

ratdığı praktikadır. O şüurlu surətdə həyata keçirilən və müəyyən məqsədlərə 

nail olmaq üçün edilən  şəxsi seçimdir və mütləq yaşamla  əlaqəli deyildir. 

O səbəbə görə, totalitar korrupsiya müəyyən mənada həm cəmiyyət, həm 

də fərd üçün çox zərərlidir. O,düşüncələrdə bu cür ifadə olunmuşdur:” Mən 

başqalarının korrupsiyaya qoşulmasının əleyhinəyəm, lakin mənim imkanım 

olsa, mən də qoşulardım ”.Totalitar dövrün korrupsiya qatlarına qarşı təsadüfi  

işlərlə yox,sistemli surətdə uzun zaman ərzində müqavimət göstərilməlidir.

Təşviqlər yəqin ki, burada yaxşı işləyir: nəzarət, polis tədbirləri, işdən azad 

etmə və digər cəza formaları ilə.

•  Keçid qatı demokratiyaya keçid dövrünün törətdiyi, qısa və çox dina-

mik tarixi dövr ərzindəki təsir və amillərdən ibarət olur. Keçid dövrü,totalitar 

cəmiyyətdən demokratik prinsiplər və liberal bazar iqtisadiyyatı qaydaları 

əsasında çalışan cəmiyyətə keçid kimi görünsə  də,o həmçinin mülkiyyətin 

qəddarcasına paylanması ilə xarakterizə olunur və orada etika və mənəviyyat, 

düzlük,ədalət və qanunculuq hədsiz dərəcədə aktiv səylərlə geriyə atılır və 

məhdud saylı adamların zənginləşməsinə çalışılır. Faktiki olaraq hər kəs 

azadlıq və demokratiyada qazanır, ancaq mülkiyyətin paylanması zamanı 

itirənlərin sayı qaliblərdən daha çox olur. Bu hal keçid dövrünə legitimlik 

gətirmir və demokratikləşmə prosesi üçün zəruri olan dəstəyi sarsıdır. Bunun-

la əlaqədar digər hal, başlıca olaraq, hakimiyyət və siyasətə fərdi nüfuzun və 

zənginliyin artırılması üçün vasitə kimi baxılan geniş yayılmış münasibətdir. 

Beləliklə,keçid dövrünün mənasına və təbiətinə uyğun olaraq korrupsi-

yaya təsirli, praqmatik və rasional davranış kimi baxılır. Deməli, əgər “tarixi”  

və “ kommunist” miras “oyun qaydaları” kimi qəbul edilən peaktiv (təpgisəl) 

alandırıla bilən korrupsiyaya yönəlmiş münasibətlərə  gətirmişsə,burada isə 

biz korrupsiyaya yönəlmiş  kəmiyyətcə  fərqli, daha fəal münasibətin  şahidi 

oluruq.Bu cür münasibətdə, korrupsiya özünü çoxaldan və artan dərəcədə ye-

nilikcidir, yəni özü-özünə bəraət vermə səbəbiylə “hamı belə edir” və bu cür 



405

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

etmək “təbii”-dir anlayışı ilə.

Bu qatla məşğul olmaq sistemli çox-ölçülü siyasi, normativ, institutlaş-

mış və intizam tədbirlərini əhatə edən səyləri tələb edir. Bu açıq siyasi ba-

xış, öhdəlik, siyasi iradə, müasir qanunvericilik, institutlaşmış şəbəkələşmə 

və güclü cərimələr, o cümlədən, cinayətkarın cinayət məsuliyyəti və həbsə 

alınmasını tələb edir.

•  “Əkilmiş” qat, xarici ölkələrdən gətirilən və həyata keçirilən modellər 

və praktikaların gətirdiyi təsirlər və amillərdən təşkil olunur, onlar insan-

ların  şüurlarına keçir və insanların dəyərlərinı, həyat normalarını  və insanı 

münasibətlərini dəyişir.Bazar iqtisadiyyatı və özəl mülkiyyəti müdafi ə edən 

liberal iqtisadi model dünyanın hər yerinə yayılır. Lakin qlobal iqtisadiyyat, 

həmçinin, idarə olunma problemlərini yaşayır və qlobal korporasiyalar yerli 

ölkələrin və  cəmiyyətlərin maraqlarını  nəzərə almamağa meyllidirlər. Özəl 

və korporativ maraqlara artan diqqət cəmiyyət və  fərdi etikaya mənfi   təsir 

göstərə bilər və korrupsiya və diğər vəzifədən sui-istifadə hallarını artırar.

Beynəlxalq korporasiyalar korrupsiya kanallarından istifadə edib yeni bazar-

lara, o cümlədən, silah alverinə də girişirlər. Qərb şirkətləri bu işə qoşulanda, 

onların yerli siyasi və biznes elitasına, həmçinin dövlət idarəetməsinə mənfi  

təsiri xüsusilə güclü olur. “Qərblilər də eyni cür davranırlar” şahidliyi korrup-

siya üçün qalan etik maneəni də aradan qaldırır.

Mədəni Xüsusiyyətlərlə Məşğul Olmaq üçün Startegiyalar

Ayrıca götürülmüş  cəmiyyətin mədəni xüsusiyyətlərini diqqətə alaraq, 

biz korrupsiyaya qarşı mübarizədə dörd əsas strategiyalar tipini tətbiq edə 

bilərik.


(1) Beynəlxalq Səviyyədə

Bu səviyyəyə əsasən aşağıdakı strategiyalar daxildir:

•  Beynəlxalq dürüstlük standartları və etalon göstəricilərindən istifadə 

etməklə “qabaqcıl” standartlar və praktikalar müəyyən edilir və başqa 

ölkələrdə istifadə olunmaq üçün göndərilir. Burada standartların ümumi ya-

rarlılığı və qabaqcıl təcrubə ilə və xüsusi mədəni mühitə onları uyğunlaşdır-

maq zəruriliyi arasında tarazlıq olması lazımdır.

•  Yerli və Qərb ölkələrinin hökümətlərinə və şirkətlərinə qarşı ikili stan-

dartların tətbiqini rədd etmək;  “dürüstlük reputasiyası” reytinqləri müəyyən 

etmək və bu cür siyahıda olmayan şirkətlərlə və aşağı “dürüstlük reputasiya-

sı” olan şirkətlərlə müqaviləli münasibətlərə girməmək;

•   Hərbi Dürüstlük Paktları və İttifaqları;

•   Dünya Bankı İctimai Xərclər və Maliyyə Məsuliyyəti (World Bank’s 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə