Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə161/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   155   156   157   158   159   160   161   162   163

426

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

NATO- nun ekspert baxış qrupu: səfər hesabatı

NATO- nun ekspert baxış qrupu öz səfərləri haqda səfər etdikləri ölkənin 

istifadəsi üçün qısa hesabat yazırlar. Adətən o üç səhifədən beş səhifəyə qədər 

olur və üç məsələni əhatə edir: 1) ölkənin həyata kecirdiyi qabaqcıl təcrübəni 

müşahidə etmək; 2) müdafi ə sahəsində dürüstlüyün zəif nöqtələrini müşahidə 

etmək; və 3) bu zəif nöqtələri gücləndirmək istəyən ölkəyə  tədbirlər planı 

təklifl ərini vermək. NATO- nun ekspert baxış qrupu Müdafi ə Nazirliyinin 

apardığı səylərdə onlara məsləhətçilər kimi kömək edir.

Qabaqcıl Təcrübə I: Ukrayna—Açıq QHT və media görüşü kecirilməsi

Dürüstlük Özünü-Qiymətləndirmə Prosesinin 2008- ci ildə Ukraynada 

sınağı zamanı, Ukraynanın Millii Təhlükəsizlik və Müdafi ə  Şurası geniş 

sayda QHT-lər və Media nümayəndələrinin görüşünü təşkil edərək, onların 

fi kirləri ilə Ukraynada səfərdə olan NATO qrupunu tanış etdi. Jurnalistlərdən 

tutmuş anti-korrupsiya qruplarına qədər 30-dan çox müxtəlif təşkilatların 

bir masa ətrafında toplanması NATO qrupuna ölkədəki vəziyyət, mövcud 

problemlər və vəziyyətdən çıxış yolları ilə bağlı variantları öyrənmək üçün, 

yerli və qeyri dövlət təşkilatları perspektivindən, əla imkanlar yaratdı.Görüş 

açıqlıq və şəffafl ığı nümayiş etdirdi və siyasilərlə, hərbçilərlə və hökümət 

nümayəndələri ilə daha rəsmi görüşlər üçün ən dəyərli  əlavə oldu. Açıq 

QHT fi kirləri əvvəllər kecirilən müsahibələri və təqdimatlari tamamlamaq 

və tarazlaşdırmaq baxımından həddən artıq faydalı oldu.

Qabaqcıl Təcrübə II: Norveç-Vəsait

2008- ci ildə Dürüstlük Özünü-Qiymətləndirmə Prosesinin Norveç sınağı 

bir neçə qabaqcıl təcrübənin sahələrini üzə  çıxardı,o cümlədən,  şikayət 

komitələrindın istifadə, elektron təhcizat prosesinin inkişafı, və  aşağıda 

göstərilən Müdafi ə Nazirliyi tərəfi ndən dərc edilmiş biznes təmaslarında 

Etik qaydalar vəsaiti.



Sorğu Vərəqəsi

I.      Demokratik nəzarət və öhdəlik

1. Parlamentin Müdafi ə strukturları üzərində nəzarətini, o cümlədən, Par-

lamentin Müdafi ə Komitəsinin funksiyalarını, kəşfi yyat xidmətləri üzərində 

nəzarət və araşdırmalarını və Müdafi ə Nazirliyində edilən başlıca təyinatlar 

üzrə rolunu təsvir edin.

Tədqiq ediləcək sahələr:

•  Müdafi ə siyasəti qurulmasında və ali qərarların qəbul edilməsində 




427

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

parlamentin rolu.

•  Müdafi ə Komitəsi üzvlüyü, səlahiyyətləri və ekspert dəstəyi.

•  Müdafi ə strukturlarında korrupsiya və dürüstlük məsələləri(məsələn, 

siyasi, hərbi cəviyyələrdə və ya mülki qulluqçular arasında).

2. Müdafi ə xidmətləri həyata keçirən digər təşkilatları, məsələn Mil-

li Qvardiya, President qüvvələri,kəşfi yyat  xidmətləri və  Sərhəd Xidmətini 

təsvir edin. Onlar parlament nəzarəti və araşdırmasına məruz qalırlarmı? O 

necə işləyir? Onlar hökümətdə kimə cavabdehdirlər? Onların Müdafi ə Nazir-

liyi ilə münasibətləri necədir?



Tədqiq ediləcək sahələr:

•  Bu qüvvələrin mütəşəkkil cinayət qruplarına münasibətləri.

•  Bu qüvvələrin müstəqilliyi( və ya yoxdur).

•  Özəl hərbi podratçılar-onların Müdafi ə Nazirliyi ilə münasibətləri, 

onların fəaliyyətlərinin nəzarət və araşdırılması, və auditi. 

3. Ölkənizin milli müdafi ə siyasətini, o cümlədən, Parlamentin və onun 

Mudafi ə  və  Təhlükəsizlik Komitələrinin birlikdə rolunu təsvir edin. Əgər 

bəyan edilmiş müdafi ə siyasəti, milli təhlükəsizlik strategiyası, və ya müdafi ə 

siyasətini  əhatə edən hökümət hesabatı varsa onlara isnad edin. Müdafi ə 

siyasəti haqqında məlumat harada dərc olunub və ictimaiyyətin o haqda nə 

qədər məlumatı var?

Tədqiq ediləcək sahələr:

•  Hərbi məlumatlara çıxışı tənzimləyən qanunlar.

•  Müdafi ə siyasəti ilə bağlı əsas sənədlərın əldə edilməsi mümkünlüyü 

və onlara ictimaiyyətin çıxışı.

4. Müdafi ə Nazirliyinin vətəndaş cəmiyyətləri ilə, o cümlədən,media və 

QHT-lərlə münasibətlərini təsvir edin.Onlar konkret müdafi ə məsələləri üzrə 

nə dərəcədə məsləhət alır və məlumatlandırılır və tez –tez mi?

Tədqiq ediləcək sahələr:

•  Müdafi ə sektorunun dürüstlüyü ilə bağlı  vətəndaş  cəmiyyətlərinin 

fi kirləri.

•  Müdafi ə sektorunun dürüstlüyü ilə bağlı mediannın fi kirləri.




428

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  Müdafi ə sektorunun dürüstlüyü ilə bağlı başqa ümumi fi kirlər( müsbət 

və ya mənfi ).

II.          Milli anti-korrupsiya qanunları və siyasəti

1. Sizin ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizədə beynəlxalq 

anti- korrupsiya vəsaitlərindən necə istifadə olunur?

Tədqiq ediləcək sahələr:

•  Beynəlxalq anti-korrupsiya müqavilələri və konvensiyaları( məsələn, 

BMT-nin Korrupsiyaya  Qarşı Konvensiyası, İƏİT-in Xarici Vəzifəli Şəxslərin 

Rüşvətxorluğuna Qarşı Mübarizə  Konvensiyası).

•  Avropa  Şurasının GRECO qiymətləndirmələri kimi monitorinq 

mexanizmləri. 

•  Dünya Bankı  İnstitutunun Korrupsiya İndeksinin Nəzarəti(World 

Bank  İnstitute’s Control of Corruption İndex) statistik məlumatları  və ya 

Beynəlxalq Şəffafl ığın Korrupsiya Barometri İndeksi.  

2. Sizin ölkədə korrupsiyaya qarşı mübarizədə  və dürüstlüyün təmin 

edilməsində hansı metodlar və təsisatlar vardır?

Tədqiq ediləcək sahələr:

•  Milli siyasət, anti-korrupsiya strategiyası,qanunlar,təsisatlar və pro-

sedurlar.

•  Anti-korrupsiya və etik büroları, audit birlikləri, nəzarət qrupları, və s.

 

3. Sizin ölkənizdə son üç ildə rüşvət və korrupsiya ilə bağlı cinayət işi 



qaldırılmış mühüm işləri və tətbiq edilmiş cərimələri təsvir edin.

III.  Müdafi ə və təhlükəsizlik sektorunda anti –korrupsiya siyasəti

1.   Sizin ölkənizdə Müdafi ə Nasirliyi və Silahlı Qüvvələr heyəti üçün 

yüksək rüşvət və korrupsiya riskləri hansı sahələrdədir? (məsələn, kiçik 

rüşvətlər, xərclər, səyahət, göndərmələr). Ən yüksək altı sahəni göstərin.



Tədqiq ediləcək sahələr:

•  Yüksək risk sahələrini necə müəyyən edirsiniz?




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə