Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə155/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   151   152   153   154   155   156   157   158   ...   163

409

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

varlanması üçün istifadə etmişlər. Nazirlər və onların ali rəhbərliyi dövlət 

siyasətinin qurulması və həyata keçirilməsi ilə yox, daha çox korrupsiya üçün 

istixana rolunu oynayırdılar. 

Bu səviyyə üçün strategiyalar çox istiqamətli olmalıdır və geniş spekt-

rli problemləri, büdcə  kəsirlərini, gündəmdəki məsələləri  əhatə etməlidir. 

Müdafi ə Nazirliyinin Planlaşdırma, Proqramlaşdırma və Büdcələmə Siste-

mi (PPBS) tətbiq etmək cəhdlərinə baxmayaraq, hərbi imkanlar planlaşdır-

ma metodları, qabaqcıl hərbi alqı-satqı idarəetmə prinsipləri və s. ilə bağlı 

yerinə yetirilmə çox vaxt səhti olur, diğər tərəfdən Sovet münasibəti və pro-

sedurları qalmaqda davam edir. Maliyyə  və maddi-texniki baza planlaşdır-

ması, həyata keçirilməsi və hesabat verilməsi sahələrindəki problemlər  ən 

kəskindir və orada büdcə gəlirləri və xərclərin idarə edilməsinə əsas yer ve-

rilir və çox vaxt qərarlar siyasi məqsədlərə və sağlam planlaşdırmaya uyğun 

yox, məqsədəuyğunluq əsasında qəbul edilir.   

Resurs ayrılması qərarlarının hədsiz mərkəzləşdirilməsi, şəffafl ıq olma-

dıqda ixtiyari qaydalara və korrupsiyaya kömək edir. Əsas hərbi alqı-satqı 

proseslərinə, artıq avadanlıq və infrastrukturun utilizasiyası proseslərinə par-

lament nəzarəti olmadıqda və hərbi və təhlükəsizlik sektorunun real ehtiyac-

ları və büdcə səviyyəsi üçün açıq müzakirələr getmədikdə, müvafi q nəzarət 

və audit olmadıqda vəziyyət daha da pisləşir. Post-kommunust ölkələrində 

ayrılmış resursların nə  dərəcədə  təhlükəsizlik gətirdiyi haqda obyektiv 

qiymətləndirmə nümunələri tapmaq çox çətindir.

Lakin buna baxmayaraq müəyyən ümüdverici irəliləyişlər də var-

dır. Məsələn, 2007-ci ildə Müdafi ə Nazirliyinin auditi, Bolqarıstan Audit 

İdarəsi büdcənin qanunlara nə qədər uyğun xərcləndiyi və həmçinin nə qədər 

səmərəli istifadə edildiyi haqda qiymətləndirmə apardı. Qiymətləndirmə he-

sabatı açıq-aydın ifadə edilmiş, qiymətləndirilə bilən, həyata keçirilə bilən 

məqsədləri ifadə edən lazımi siyasi sənədlərin olmadığını qeyd etdi və or-

dunun tələbatlarının müəyyən edilmədiyini üzə  çıxardı. Hesabat, həmçinin 

,bəyan etmişdir ki, Müdafi ə Nazirliyi geniş  və mürəkkəb, beş  səviyyəli 

idarəetmə ierarxiyasından istifadə edir və nazirliyin proqram və büdcələri 

planlaşdırması, proqramlaşdırması, yerinə yetirməsi və mühasibatın aparıl-

ması ilə  həddən artıq işcilərin məsul olduğu bir idarəçiliyin olduğunu üzə 

çıxarmışdır.                        

        Əgər söhbət oturuşmuş idarəçilik mexanizmi üzərində qurulmuş 

ölkədən gedirsə, onda hesabatda deyilənlər əhəmiyyətsiz görünə bilərdi,lakin 

xüsusi bir mədəniyyət kontekstində müşahidəçilər bu hesabatı”inqilabi” iş 

adlandırdılar.



410

Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki

Haşiyə 24.2. Müdafi ə Sektorunda Dürüstlüyün Post-Kommunist 

Ölkələrində Möhkəmləndirilməsi

Dürüstlük  əsasında dəyişim prosesləri,o cümlədən siyasi, beynəlxalq, 

strateji konsepsiyaların həyata keçirilməsi və dövlət institutlarının 

qurulmasında Bolqarıstanın təcrübəsi bir neçə nümunə ilə təqdim edilir.

1999-cu ilin Hərbi Doktrinası: Siyasi Dürüstlük Nümunəsi

1997-ci ildəki seçkilərdən sonra, Bolqarıstan hökuməti ölkənin NATO və 

AB-nə daxil olması üçün qəti qərar verdi. Həmin qərara uyğun olaraq 

parlament yeni milli təhlükəsizlik konsepsiyası qəbul etdi və bir il sonra 

yeni Hərbi Doktrinanı  qəbul etdi. Doktrina Bolqarıstana faktiki NATO 

və AB üzvü kimi baxırdı  və bu istiqamətdə  fəaliyyət planları üçün 

siyasi baxış, strategiya və baza  prinsipləri müəyyən etdi. Bu müdafi ə 

sektorunda həqiqi islahatlara bir ildən çox aparılan səylərin nəticəsində 

baş vermişdir. Konservativ hərbi rəhbərlik bu səylərin qarşısını almağa 

cəhdlər göstərirdi və islahatları maskalanmış uyğunlaşma formaları ilə 

əvəz etməklə və bir neçə ali hərbi və siyasi rəsmilərin dəyişdirilməsində 

görürdülər. Ekspert məsləhətləri, hərbi-siyasi  əməkdaşlıq və ictimai 

müzakirələr hərbi islahatları irəliyə aparırdı. Hərbi Doktrina layihəsinin 

açıq müzakirələri zamanı aydın oldu ki, ordunun konservativ üzvlərinin 

istifadə etdiyi arqumentlər real müzakirələrdə dəstək ala bilmədi.

 1999-cu ilin Kosovo böhranı:  Beynəlxalq səviyyədə Dürüstlük      

Kosovo böhranı, uğur qazanmaq üçün həlledici prinsip kimi, dürüstlüyün 

əhəmiyyətini və  dəyərini nümayiş etdirir. İlk növbədə, NATO-nun 

Kosovo  əməliiyatı dürüstlüyün praktikada ən yaxşı nümunəsi oldu və 

Bolqar xalqına beynəlxalq səviyyədə siyasi dürüstlüyün nə olduğu haqda 

yaxşı nümunə göstərdi.  İkincisi, eyni dürüstlük prinsipi bu münaqişə 

ilə bağlı hökumətin qərarlarında həlledici kriteriya oldu, xüsusilə  də 

hökumətin Kosovo müdaxiləsini dəstəkləmək siyasətində. Bu siyasət 

Bolqarıstanın Təhlükəsizlik Konsepsiyası  və  hərbi doktrinası ilə tam 

uyğun idi və o zamanlar hazırlanmaqda olan hərbi islahat planının əsasını 

təşkil edən həlledici ideyalar üçün sınaq idi. Siyasi strategiyanın və faktiki 

fəaliyyətin ardıcıllığı, xalqın dəstəyini qazanmaq üçün və NATO-ilə  və 

fərdi ölkələrlə bütün məsləhətləşmələri aparmağa, o cümlədən Rusiyanın 

hərbi təyyarələrinin Bolqarıstan hava məkanından istidafəsinə izn 

verilməməsinə də möhkəm əsaslar yaratdı.



411

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

2004 Planı:Doktrinanı Yerinə Yetirərkən Drüstlük

“Plan 2004” adlanan Hərbi islahat planını hazırlanması, Bolqarıstanın 

1999-cu ilədək gördüyü oxşar fəaliyyətlərdən tam fərqli idi. Birincisi 

o,baş nazirin açıq rəhbərliyi altında və prezident və parlamentin dəstəyi 

ilə Milli Təhlükəsizlik Konsepsiyası  və  Hərbi Doktrina üzərində 

qurulmuşdur.  İkincisi, o, struktur, ordunun gücü, silah və texnikası  və 

hərbi hazırlığı ilə bağlı çoxlu sayda variantların operativ analizi və silahlı 

qüvvələrin mümkün əməliyyat planları əsasında hazırlanmışdır. Üçüncü, 

güc və güc vasitələrinin inkişafı, təhsil və  təlim, kəşfi yyat  və  əks – 

kəşfi yyat, tibbi yardım, logistik dəstək, sosial dəstək, təhcizat və tədqiqat, 

funksiyaların və strukturların müdafi ə nazirliyindən kənara ötürülməsi, 

Müdafə Nazirliyindən kənardakı hərbi qruplaşmaların mülki təşkilatlara 

verilməsi və.s, planları ilə koordinasiya edilmiş, və hamısı aydın həyata 

keçirmə mexanizmləri və  təşkilatları  və sağlam büdcə proqnozları ilə 

dəstəklənmişdir. Bu plan təkcə ixtisar və strukturların yenilənməsini 

nəzərdə tutmurdu, habelə Planlaşdırma, Proqramlaşdırma və Büdcələmə 

Sisteminin (PPBS) tətbiqini, hərbi qərarlar qəbul edilən zaman operativ 

analizdən istifadə edilməsini və  həmçinin,şəffafl ıq, cavabdehlik və 

məsuliyyət və  əldə edilmiş  nəticələrin məhsuldarlığının ölçülməsinı  də 

əhatə edirdi



Hərbi İdarəetmə, Dürüstlük və Hərbi Təşkilatların Qurulması 

Hərbi Doktrinanın və Plan 2004-ün həyata keçirilməsi, PPBS-in tətbiq 

edilməsi və  hərbi idarəçilik və idarəetmə üzrə xüsusi araşdırmanın 

əsasında aparıldı. Mülki-hərbi münasibətlər və parlament nəzarəti haqda 

1998-ci ildən başlayaraq tədqiqatlar edilmişdi və Plan 2004 bəyənildiktən 

sonra Böyük Britaniyanın Müdafi ə Nazirliyinin məsləhət və idarəetmə 

xidməti (UK MoD Department for Consultancy and Management 

Services-DCMS) tərəfi ndən qabaqcıl idarəçiliyin və  hərbi idarəetmənin 

praktikalarını institutlaşdırmaq üçün yeni tədqiqat təşəbbüsü irəli sürüldü, 

o cümlədən, Müdafi ə Nazirliyi haqda təlimata və Bolqarıstan “Müdafi ə 

Qanunu”-na  əlavə  və  dəyişikliklər edildi. Şəffafl ığı, məsuliyyət və 

cavabdehliyi və idarəetmə proseslərinin ölçmə parametrlərini artırmaq 

üçün, müdafə naziri Proqramlaşdırma,  İnteqrasiya və Modernizasiya 

Şuraları (Programming, İntegration and Modernization Councils) yaratdı 

və bu Şura paralel olaraq yeni yaranmış Hərbi Planlaşdırma, Avroatlantik 

İnteqrasiya və Silahlanma Siyasəti direktorluqları, həmçinin, baş ştabda 

yeni təşkil olunmuş siyasət və proqlramların planlaşdırılması idarəsi və 

silahlı qüvvələrin digər növlərinin qərargahlarında eyni strukrurlarla 

 

birgə fəaliyyət göstərəcəktir.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə