Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə154/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   150   151   152   153   154   155   156   157   ...   163

406

Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki

Public Expenditure and Financial Accountability -PEFA) prosesini hərbi 

sahəyə tətbiq etmək;

•   Təmiz alqı-satqı üçün ciddi tələblər;

•   Müdafi ə sektorunda büdcə şəffafl ığı və anti-korrupsiya strategiyası;

•  Təlim üçün çox əhəmiyyətli dərəcədə maliyyə ayırmaq; dürüstlüyü 

təmin etmək və qabaqcıl idarəçilik sahələri üzrə təhsil və tədqiqat işləri.

Bundan əlavə, çoxlu sayda yeni NATO və AB üzv ölkələrində, həmçinin 

modernizasiya yolunu tutan diğər ölkələrdə “dürüstlük konsepsiyası”-nın kor-

rupsiyaya qarşı olduğu başa düşülmür. Ona görə də dürüstlüyü təmin etmək 

səyləri ilə bərabər, strateji prioritet olan korrupsiyaya qarşı mübarizə daimi 

vurgulanmalıdır ki, o dürüstlük söhbətlərinin arxasında qalmasın.



(2) Ölkə Səviyyəsində

Bu səviyyədəki strategiyalar maksimum dərəcədə milli xüsusiyyətləri 

nəzərə almalıdır. Strategiyalar təkcə simptomların üzərində yox, xəstəliyin 

dəqiq diaqnozu üzərində qurulmalıdır.

      Bir çox ölkələrdə, dramatik hadisələr uçbatından ayaqda durmaq 

zərurəti elə şərait yaradır ki, uyğunlaşmaya (adaptasiyaya) lazım olan norma 

və praktikalar imitasiya edilir: üzdə, xaricdən gələn normaların qəbul edildiyi 

görünür,həqiqətdə isə milli özünə məxsusluq “kadr arxasında” qalır. Institut-

lar və siyasətçilər, Avropanın nəyi görmək istədikləri haqda düşündüklərini 

demək və nümayiş etdirmək qabiliyyətindədilər. Müəyyən mənada, bu korrup-

siyaya qarşı mübarizədə belədir. Korrupsiya əleyhinə strategiyalar,qanunlar 

və institutlar bolluğu mövcuddur və praktiki nəticələrin nə  qədər aşağı 

səviyyədə olmasından asılı olmayaraq Avropa institutlarına hesabat vermə 

“mükəmməl”-dir. Beləliklə,uzun ömürlü qohumbazlıq praktikaları, müştəri 

praktikası və iş keyfi yyətinə görə yox, şəxsi əlaqəsinə görə dəstəkləmə asan-

lıqla yenidən yaranır və yayılır.

      Diğər tərəfdən, sözdə “ali kontekst” yerli mədəniyyətlərdə çox zaman 

üstünlük təşkil edir, yəni, nə deyilirsə və nə edilirsə konkret ənənə çərçivəsində 

və şəraitə uyğun edilir. Status, hörmət və “üzüsulu çıxma” əsas rol oynayan 

amillərdir. Davranış üslubları uyğunlaşa biləndir, mühitə uyğunlaşmaya üs-

tünlük verir, birbaşa qarşıdurmadan çəkinir və fi kir ayrılıqlarını gizlədir.    

     Bu səviyyədə xarici təşkilatlar, Avropa və Avro -Atlantik institutla-

rı “adını de utandır” tipli tam və kiçik hissələrlə ifadə olunmuş daimi xari-

ci nəzarətlə, tez-tez yoxlama və monitorinq hesabatları ilə, sanksiyalarla və 

məhdud inam əlamətləri ilə müşaiyət olunan strategiyaları  qəbul etməlidir. 

Eyni zamanda, cəmiyyət tərəfdən yerli elitlərə inamın itməməsi üçün və on-




407

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

ların cəmiyyətdən uzaqlaşmaması üçün daimi qabaqcıl praktikanın uğurla 

yerinə yetirildiyi haqda tərif və etirafl ar da səsləndirilməlidir.

     Bu cür strategiyalar aşağıdakı tədbirləri əhatə edir:

•  Sistemli öncədən xəbərdarlıq, qarşısını alma mexanizmlərini özündə 

ehtiva edən;

•   Korrupsiyaya qarşı sistemli olaraq maneələr hazırlayan, korrupsiyalı 

davranışa görə inzibati cərimələr həyata keçirən, o cümlədən, qanunsuz yolla 

əldə olunmuş mülkiyyəti qaytaran;

•   Bütün ictimai sektor fəaliyyətlərinə qabaqcıl audit mexanizmlərini 

tətbiq edən;

•   Yeni, sinxronlaşdırılmış siyasi və iktisadi mədəniyyəti yaradan.



(3) Təhlükəsizlik Sektoru Səviyyəsində

Bu səviyyədəki strategiyalar milli təhlükəsizlik sektorlarının mədəni 

xüsusiyyətləri ilə  məhdudlaşır,  əsasən də  ənənəvi və  bəzən də tam güclü 

məxvı mədəniyyətlə bağlı olduqda.

      Hətta idarəçiliyin ən çox şəffaf formasında –demokratiyada – şəffafl ığın 

məhdud olduğu sahələr vardır, məsələn, milli təhlükəsizlik məsələləri üzrə. 

Buna baxmayaraq, keçid ölkələri öz təhlükəsizlik sistemlərinin parlament 

yoxlayışına və auditə açıq olmasının zəruriliyini boyunlarına almalıdırlar. 

Korrupsiya praktikasının və  həmçinin, səmərəsiz və  məhsuldar olmayan 

idarəçilik təcrubəsinin qarşısını almaq üçün məxvilik mədəniyyəti şəffafl ıq 

mədəniyyəti və hesabatlılıqla əvəz olunmalıdır.,

      Bu səviyyədəki strategiyalar idarəçilik və dürüstlüyü möhkəmləndirmək 

üçün üç məqsədə xidmət etməlidir: 

•  Birinci məqsəd milli təhlükəsizlik sisteminin totalitar cəmiyyətdə daşı-

dığı istisna “toxunabilməz” statusu bir daha daşımadığını təlqin etməkdir. Ya-

şadığımız 21-ci əsrin əvvəlində, təhlükəsizlik sektoru demokratiya prinsipləri 

əsasında hüquqi, şəxsi heyət və resurs təmini üçün, məsələn, təhsil, səhiyyə 

və sosial təminat kimi diğər dövlət sektorları ilə bərabər mübarizə aparmalı-

dır.

•   İkinci məqsəd odur ki, milli təhlükəsizlik sektoru resurslara “abunə” 



deyil və bu sektorun saxlanması üçün xərclərə öhdəlik olmadığı haqda 

düşüncəni inkişaf etdirmək lazımdır. Əksinə, təhlükəsizlik sektoru yaxşı qa-

zanc gətirən və cəmiyyətə yaxşı xidmət edən və təkcə cəmiyyətə yük kimi 

yox, yatırım kimi görünməlidir.

•  Üçüncü məqsəd, milli təhlükəsizlik və təhlükəsizlik sektorları təkcə 

adi vətəndaşlardan izolə edilmiş  məhdud sayda ekspertlər üçün deyildir. 




408

Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki

Əksinə, bu  hər bir vətəndaşa məxsus fəaliyyət sahəsidir və hər bir vətəndaşın 

legitim maraqlarını ifadə edir.

Bu səviyyədə nəzərdə tutulan strategiyalar təhlükəsizlik sektoru institut-

larının şəffafl ığını gücləndirmək və elə hüquqi normalar müəyyən etməkdir 

ki, hökumət təşkilatlarının yaratdığı xəbərlər və ya dövlət təşkilatlarının mara-

ğına uyğun xəbərlər maksimum dərəcədə ictimaiyyətə açıq olsun.Xalqın güc 

strukturlarından uzun müddətli qorxusu əlavə boyutlar gətirir. Bu səbəbdən 

açıq telefon xətləri, poçt qutuları, qəbul otaqları  və digərləri,anonimliyi 

zəmanət altına alma kimi qabaqcıl təcrübələr şəffafl ıq strategiyasına dəstək 

üçün tətbiq edilə bilər.

(4) Müdafi ə Sektoru Səviyyəsində

Bu səviyyədəki strategiyalar müdafi ə sektorunun xüsusiyyətlərini, mülki-

hərbi münasibətlərin müəyyən edilmiş nümunələrini,ölkə ordusunun statusu-

nu və hərbi sənayenin rolunu nəzərə alır.

      Kommunist dönəmində, ordu “dövlətin içində dövlət” kimi idi, çünki 

onun təhlükəsizlik sistemində xüsusi yeri var idi. Keçid illərində,həmin status 

tez-tez cəmiyyətin yadına salınır. Ordu çox vaxt nüfuzunun və resurslarının 

itməsini xarici təzyiq və siyasətçilərin “xəyanəti” kimi izah edir. Bu onları 

avtomatik olaraq siyasiləşdirir: incə yollarla, mülki nəzarətin onların maraq-

larına toxunduğunu görərək, ordu ya seçilmiş rəsmilərə qarşı çıxmağa cəhd 

edir və ya da siyasətə birbaşa təsir etməyə çalışır.

            Həmçinin, kommunist dönəmində, ordu fövqaladə mühümlüyü 

ilə seçilirdi. İllər sonra, ordu və silahlı qüvvələr maliyyələşmədə  əlverişli 

vəziyyətdə qalaraq dövlət resurslarının böyük hissəsini sərf edərək tez-tez 

təhlükəsizlik sektoru institutlarının zərərinə olaraq imtiyazlı statusunu sax-

layır. O da özü- özündə korrupsiya fırıldaqları və pis hökumət praktikalarını 

cəlb etmək üçün amildir.  

   Çoxlu sayda sosialist ölkələri,həm də, müəyyən rejimləri “qardaş 

yardımı” satışları ilə silahlanma ilə  dəstəkləyirdilər, ancaq onlara sonralar 

beynəlxalq birlik tərəfi ndən məhdudiyyətlər qoyuldu. Çox vaxt kəşfi yyat 

xidmətlərinin dəstəyi ilə həyata keçirilən bu çür əməliyyatlar, o zaman gizli 

və qanunsuz əməliyyatlar ənənəsini də möhkəmlətdi. Həmin irs hələ də ara-

dan qaldırılmayıb: o ordu üzərində, onun büdcəsi və fəaliyyələtləri üzərində 

nəzarəti əngəlləyir. Bundan əlavə, tez-tez hökumət dəyişiklikləri hərbi təşkilat 

daxilində təkrar-təkrar gərginliklərə gətirmişdir. Bir çox halda, müdafi ə naziri 

vəzifəsinə müvafi q səriştəsi olmayan adamlar təyin edilmiş, onlar Müdafi ə 

Nazirliyinin imkanlarından yararlanaraq özlərinin və öz siyasi müttəfi qlərinin 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə