Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə150/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   146   147   148   149   150   151   152   153   ...   163

394

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

bilər ki, təşəbbüsün əhatə dairəsi hədsiz dərəcədə iddialıdır və ya əksinə çox 

da dərin deyil. 

Bundan  əlavə,dəyişim idarəetməsi,başqa idarəetmə forması kimi,əldə 

edilən təcrübə işığında planların təftiş olunmasına və ya proseslərə dəyişiklik 

edilməsinə izn verməlidir.Məşhur hərbi aforizmə tam uyğun olaraq “Heç bir 

döyüş planı düşmənlə  təmasdan sonra qüvvədə qalmır”

243


, heç bir dəyişim 

idarəetməsi planı həqiqi gündəlik həyatla qarşılaşdıqdan sonra həyatda qala 

bilmir

244


Lakin, işlərin uğurla başa çatmasını təmin edən bir neçə dəyişməz amillər 

də mövcuddur.

•  Dürüstlük proqramının məqsədlərinə uyğun olaraq fəaliyyəti tanımalı və 

mükafatlandırmalı;

•  Dəyişimin mahiyyətini və  səbəbini aydınlaşdırmalı  və  xəbərləşmə 

vasitəsilə davam etdirməli;

•  Hərbi qulluqçular və kənar maraqlı tərəfl ər haqda tənqidi fi kirlər və ide-

yalar təmin etməli;

•  Potensial müqavimət və onun arxasındakı  səbəbləri aydınlaşdırmaqda 

davam etməli;

•   Dürüstlüyü sürətləndirən və institutlaşdıran zəruri qabiliyyətləri ayırd 

etməli və ona yatırım qoymalı.

Təşkilati Mədəniyyətə Yeni Təcrubələri Yeritmək

Kotterin dəyişim idarəetmə nəzəriyyəsinə görə, son mərhələ arzu olunan 

dəyişimin geri dönməz olduğunu təmin etməkdir və bizim baxdığmız halda 

bu müdafi ə sektorunda dürüstlük və korrupsiya risklərinə şamil olunur.

Buna o zaman nail olunur ki, yeni standartlar, daha əhəmiyyətlisi, 

dürüstlük və korrupsiyaya qarşı  sıfır dözümlülüklə xarakterizə olunan 

yeni davranış müdafi ə  təşkilatının və onun kənar maraqlı  tərəfl ərinin,o 

cümlədən,parlament üzvlərinin,müdafi ə sənayesi, media və başqalarının pay-

laşan münasibətlərinin,inanclarının və vərdişlərinin tərkib hissəsinə çevrilir.

Müdafi ə sektorunun gələcək liderlərinin hazırlığı bu cür təşkilati 

mədəniyyətin institutlaşmasında mühüm rol oynayır. Haşiyə 23.5, NATO-

nun Dürüstlüyü Təmin etmək Təşəbbüsü çərçivəsində müdafi ə sektorunun 

gələcək liderlərinə həm NATO, həm də tərəfdaş ölkələrdə verilən təlim kurs-

larından bəhs edir. Haşiyə 23.6 rol- oynama  nümunələrini təqdim edir. Bu 

243

 Feld Marşal Helmut von Moltke-ye (1800-1891) aiddir.Alman dilinden bele tərcümə olunur 



“ heç bir əməliyyat planı dqşmənin əsas qüvvələri ilə ilkin təmasdan sonra müəyyənliyini 

saxlamır”

244

 Guy and Beaman, Effecting Change in Business Enterprises.




395

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

proqram çoxlu sayda tərəfdaş ölkələrdə müdafi ə və təhlükəsizlik sektorunda 

yeni nəsil liderlərin təlimi üçün uğurla istifadə edilir. 

Xülasə olaraq, bu toplu xüsusi korrupsiya məsələləri ilə məşğul olmaq 

üçün və dürüstlüyün möhkəmlənməsi üçün praktiki yanaşmalarla dolu çoxlu 

nümunələr təqdim edir. Bu özəl fəsil dəyişim idarəetməsinin şərti proseslərini 

analiz etdi.Lakin, hər bir hərbi struktur üçün hazır variant mövcud deyil. 

İstənilən quruluş üçün tətbiq edilən ideyalar və qabaqçıl praktikalar müdafi ə 

sektorunda qabaqcıl idarəçilik prinsiplərinin tətbiqi ilə birləşdirilmiş təxəyyül 

və strateji düşüncə tələb edir, liderlik keyfi yyətləri və əzm tələb edir.



Haşiyə 23.5. NATO-nu Dürüstlüyü Təmin Etmək Hazırlıq Kursları

Böyük Britaniya tərəfi ndən irəli sürülən, müdafi ə sektorunun gələcək 

liderləri üçün nəzərdə tutulmuş  təşəbbüs, beş günlük dürüstlük təmin 

etmə hazırlıq kursları ilə nəticələnmişdir və  NATO Dürüstlük Təşəbbüsü 

proqramı çərçivəsində həyata keçirilmişdir.

Hazırliq kursları Müdafi ə Nazirlikləri və Silahlı qüvvələrin polkovniklər 

səviyyəsindəki heyəti üçün nəzərdə tutulmuşdur. Mühazirələr Böyük 

Britaniya Müdafi ə Akademiyası heyəti, Cenevrədəki Təhlükəsizlik 

Siyasəti Mərkəzi,NATO, İsveç Müdafi ə Kolleci və BŞ tərəfi ndən aparılmış, 

həmçinin,müxtəlif  hökümət və  beynəlxalq təşkilatlardan kənar çıxışçılar 

dəvət olunmuşlar.

Mühazirələrin tərkibinə müdafi ə sektorunda rast gəlinən korrupsiya 

növləri və korrupsiyaya uğrayacaq zəif nöqtələri, hərbi və sülhməramlı 

əməliyyatlarda korrupsiya məsələləri və hərbi korrupsiya ilə mübarizədə 

medianın rolu və idarəçilik cəhətləri daxildir. Proqram praktiki məsələlərə, 

müxtəlif ölkə  təcrübələrinə  və  hərbi ierarxiyanın orta səviyyəli zabit 

və mülki heyətinin dəyişimə etdikləri təsirlərə diqqət yetirir. Hazırlıq 

modullarının əsas məqsədləri iştirakçılara kömək etmək və:

1. Korrupsiyanın nə olduğunu başa düşmək;

2. Müdafi ə sektorunda korrupsiyanın nə olduğunu başa düşmək;

3. Siyasi səviyyədə, icra orqanları səviyyəsində və şəxsi davranış vasitəsilə 

dürüstlüyün təmin edilməsi və korrupsiya ilə mübarizənin aparılması 

yollarını başa düşmək ;



396

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

4. Məsələnin həll oluna biləcəyi haqda əminlik əldə etmək

Kursun iştirakçıları,  şəffafl ıq və qabaqcıl idarəçilik konsepsiyalarını 

və  hərbi təminatçılarla, ictimaiyyət və  vətəndaş  cəmiyyətləri ilə uyğun 

əməkdaşlıq yollarını öyrənirlər. Onlar şəxsi təcrübələrini mübadilə edir və 

bir-birindən öyrənirlər. Kursun iştirakçılar üçün ən önəmli tərəfi , onların 

“Mən dürüstlük üçün nə edəcəm” fərdi təqdimatlarıdır. 

İlk sınaq kursu 2008-ci ilin İyulunda Böyük Britaniya Müdafi ə 

Akademiyasında keçirildi. Kurs, Ukrayna, Gürcüstan, Azərbaycan, 

Rumıniya, Ermənistan. Albaniya, Monteneqro, Bosniya-Hersoqovina

Polşa, Böyük Britaniya, Norveç və  İsveçrədən gəlmiş on səkkiz nəfərlik 

xarici iştirakçı qrupla keçirildi.

Bu günə qədər bu kurslar 20-dən çox ölkənin nümayəndələrinə NATO-nun 

Oberammerqau-dakı  Məktəbində,Sarayevodakı Sülh Dəstəyi  Əməliyyat 

Hazırlıq Mərkəzində  və Kiyevdəki Milli Müdafi ə Akademiyasında 

keçirilmişdir. Bu kurslar 30-a yaxin yüksək rütbəli hərbi və mülki 

qulluqçulardan böyük coşqulu qəbul görmüşdur və 25-ə qədər əlavə anti-

korrupsiya mühazirəçiləri və beynəlxalq ekspertləri bu kursların hər birində 

iştirak etmişlər.

Mənbə: NATO Building Integrity Training Course: http://www.defenceagainstcorruption.

org/tools-and-techniques/training-module.

  

Haşiyə 23.6.  Rol-Oynama Oyunları: Güclü Təlim Aləti

Siyasi islahat aləti olaraq, təlimlər hakimiyyətin tam dəstəyini 

almalıdır,uyğun adamları seçməlidir və onların bilik və bacarıqlarını 

,həmçinin, onların işə olan münasibətlərini yaxşılaşdırmalıdır. Lakin, 

insanların işə olan münasibətlərini dəyişmək həmişə asan deyil, cünki bu 

məsələlərin kökü dərindir və şüurlu şəkildə də edilmir. Əgər biz dinləyiciləri 

dəvət edib onların münasibətlərini dəyişmək istəyiriksə, ilk növbədə biz 

onların bu münasibətlərini özlərinin etiraf etmələrinə çalışmalıyıq. Sonra 

biz münasibətin yaranmasının kökündə  nəyin durduğunu onlara izah 

etməliyik. Sonra biz onlara müxtəlif münasibətləri sınaqdan keçirmələrini 

və tətbiq etmələrinə həvəsləndirməliyik. Bunların heç biri adi dərslərlə əldə 

edilə bilməz. Bunları Power Point vasitəsilə etməyi düşünmək ağılsızlıqdır.

Təsəvvür edin ki, rol-oynama oyunu gedir və burada müxalif parlament 

üzvü yeni qırıcı təyyarə alınması planını tənqid edir və müdafi ə naziri isə 

nəyə görə hava qüvvələrinin qırıcı təyyarəyə ehtiyacı olduğunu izah edir.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə