Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə149/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   145   146   147   148   149   150   151   152   ...   163

391

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

Bəzən insanlar bu cür birgə axtarış mərhələsinin mühümlüyünü azaldır və 

ya tamamilə üstündən keçirlər və iddialı  və geniş bir baxış irəli sürərək 

dəyişim idarəetməsinə başlayırlar. Bir çoxları  iddia edə bilər ki, sifarışçi 

təşkilatdakı cari vəziyyəti tamamilə qiymətləndirmədən, öyrənmədən, 

təşkilati dəyişim üçün layihə irəli sürmək etik baxımdan düzgün olmazdı. 

Dəyişim səylərinin daha çox hissəsini enerji və güc tələb edən baxışa 

yönəltmə, ən azı diqqətli bir axtarış etmədən, çox zaman zərərli ola bilər və 

sizin başınız bu problemı yaradan səbəblərə yox, cari məsələlərin yaratdığı 

simptomlara qarışar. Həmçinin, layihə maraqlı baxışın həyata keçirilməsi 

cəhdinə  də çevrilə bilər, öncə çoxları üçün ruhlandırıcı  və  səfərbəredici 

olsa da, nailiyyət əldə edilməsi tamamilə qeyri real ola bilər,xüsusilə də, 

əgər təşkilatın görməli olduğu çoxlu gündəlik,əsas işlər olduğu halda . Bu 

mərhələ,həmçinin aşağıdakıları əhatə edir:

• Layihə qrupunun müəyyən edilməsi;

• Birgə planlaşdırma və məlumat bazası toplanması;

• Tədqiqat nəticələrinin birgə analizı;

• Nəticələr və yekun müddəaların hazırlanması;

• Sifarişçi təşkilatda nəticələr və tövsiyələrin birgə paylaşması.

Mərhələ 3: Prioritetləri Təmin Etmək üçün Təşkilati İnkişaf Fəaliyyətlərinin 

Birgə Planlaşdırılması

Bu mərhələ, prioritetləri təmin etmək üçün tövsiyələrin tam 

aydınlaşdırılmasına və onunla yanaşı müxtəlif fəaliyyət planlarına 

çevrilməsinə yönəlmişdir. Ümumi idarəetmə planına bəzən müxtəlif planlar 

inteqrə edilir. Beləliklə, bu mərhələdə ilkin fəaliyyətlər tez-tez bir-birini 

örtür və  əvvəlki mərhələdəki axtarış  mərhələsinin sonundakı  fəaliyyətin 

davamı kimi olur. Fəaliyyət planları dəyişim üçün aydın və real baxış təmin 

edir.Onlar indiki haldan, arzu olunan gələcək hala keçidi idarəetmək üçün 

“yol xəritəsi” ilə təmin edir. Bu mərhələyə aşağıdakılar daxildir:    

•   Axtarış zamanı  əldə edilmiş  nəticələrin  əsasında təşkilatı inkişaf  

fəaliyyətlərinin seçilməsi;

•   Fəaliyyət planlarınin birgə hazırlanması;

•   Qiymətləndirmə planlarınin birgə hazırlanması;



392

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

• Öyrənmə planlarınin birgə hazırlanması.



Mərhələ 4: Dəyişim İdarəetməsi və Birgə Qiymətləndirmə

Bu mərhələdə dəyişim səylərinin davam etdirilməsi və qiymətləndirilməsi,o 

cümlədən təşkilatın üzvləri tərəfi ndən və  bəzən dəyişim fəalı  tərəfi ndən 

göstərilən müqavimətə cavablar önə çıxarılır. Bu mərhələyə aşağıdakılar 

daxildir:    

• Sifarişçinin fəaliyyət planları ilə bağlı davam edən xəbərləşməsi 

(məktublaşması);

• Fəaliyyət planının sifarişçi tərəfi ndən yerinə yetirilməsi;

• Sifarişçi və  dəyişim fəalının dəyişim zamanı gedən dəyişiklikləri 

dəstəkləməsi;

• Layihə fəaliyyətlərinin və arzuolunan nəticələrin birgə qiymətləndirilməsi.

Mənbələr: Carter McNamara, “Organizational Change and Development,” Free Management 

Library, www.managementhelp.org/org_chng/org_chng.htm#anchor556912.

Təşkilatın üzvlərinin səlahiyyətləndirilməsi maneələri yan keçmək 

və ya onları aradan qaldırmaq üçün başqa bir vasitədir. O, konkret dü-

rüstlük məqsədlərinə nail olmaq üçün məsuliyyətləri və resursları  həvalə 

edərək,insanların maraq toqquşmalarını və başqa korrupsiya risklərini xəbər 

verməyə  həvəsləndirmədən başlayaraq,təşkilat üzvlərinin,  əhəmiyyətli 

dərəcədə korrupsiya riskləri olan bütöv sahələrdə, məsələn,hərbi 

təhcizat,ofsetlərdə gedən prosesləri və praktikaları izləmək tapşırığı ilə, qrup 

liderləri kimi fəaliyyət göstərmələri üçün təyinatlara qədər böyük spektrlı 

texniki metodlar hazırlayır.

Səlahiyyət verilməsi o zaman xüsusilə təsirli ola bilər ki, müdafi ə struk-

turlarının ali rəhbərliyi, fərdlərin və qrupların nailiyyətlərini geniş surətdə 

qəbul edir və dürüstlük təmin edilməsinə davamlı sadiq qaldığını nümayiş 

etdirir.


Və sonda, tədbirlər görmək üçün bütün maneələrin  şərt kimi məhv 

edilməsi zəruri deyildir. Liderlər və dəyişim fəalları potensial maneələrin bir 

çoxunun aradan qaldırılması, başqalarının təsirinin azaldılması və hətta bir 

çox maneələrin qulaq ardına vurulması yolunu da tuta  bilərlər. Bu o inancla 

edilir ki, dəyişim üçün müsbət motivlər ortaya çıxarılan maneələrdən daha 

mühümdür.




393

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

Tez Əldə Edilən Nailiyyətlərin Nümayiş Etdirilməsi

Dəyişimin davamlılığını  təmin etmək skeptiklərə bu niyyətin ciddi ol-

duğunu və dürüstlük strategiyasının həyata keçirilə bilən olduğunu inandır-

maq baxımından xüsusi əhəmiyyət kəsb edir.  Ona görə də dəyişim fəalları 

dürüstlük  təmin etmə strategiyası və proqramı elan olunan kimi onun yerinə 

yetirilməsinə başlamaq təzyiqi altındadırlar və onlar nümayiş etdirməlıdirlər 

ki, proqram və strategiya işləyir.

Təcrübəli praktiklər dəyişim fəallarına və  həmçinin hərbi strukturla-

rın  rəhbərliyinə pozucu davranışlara baş vurmamalarını məsləhət görürlər. 

Məsələn, detallara dərindən diqqət yetirmək, tənqidə mənfi  formada reaksiya 

vermək,yekun nəticələrə tez çatmaq və ya işçilərin hər addımına nəzarət,cünki 

bütün bu cür davranışlar uğur qazanmaq şanslarını sarsıdır. 

“Tez əldə olunan nailiyyətlər” təşkilatın daxilində mühüm dəyişikliklərin 

mütləq olaraq olması  demək deyildir. Onlar korrupsiya risklərinə  də 

kəmiyyət baxımından geniş  təsir etməyə  də bilər. Praktiki işlərdə sadiqlik 

göstərmək,müqavimətin qarşısında qətiyyət göstərmək və dürüstlük,şəffafl ığın 

artırılması və cavabdehlik və məsuliyyətin təkmilləşdirilməsi uzərində quru-

lan anti-korrupsiya strategiyasının həyata keçirilə bilən olmasını sübut etmək 

həqiqətən əhəmiyyət daşıyır.  

Məsələn, hərbi təhcizat hallarında müstəqil müşahidəçilərdən istifadə 

edilməsi dürüstlüyü təmin etmək strategiyasının bir hissəsi olduğundan (bax: 

7-ci Fəsil), geniş hərbi alqı-satqı hallarını, məsələn, təyyarə və ya gəmilərlə 

bağlı alqi-satqıları gözləməyə ehtiyac yoxdur. Hər hansı yanaşmanın sına-

ğı kiçik təhcizat məsələlərində də həyata keçirilə bilər,məsələn, yəqin ki,bir 

neçə yüz min Euro-luq alqı-satqıda, o zaman bu hal da xüsusiləşmiş media və 

qeyri-hökümət təşkilatlarının obyektivinə düşəcəkdir. Bu cür qeyri-standart 

yanaşma uğuru təşəbbüsün temp almasına kömək edəcək və digər tərəfdən 

dəyişım fəallarına gələcək maneələrı görmək imkanı verəcək və uyğun olaraq 

dürüstlük təmin etmək strategiyalarını təkmilləşdirməyə kömək edəcəkdir.   

Dəyişimi Sürətləndirmək Üçün İlkin Uğurlardan  İstifadə 

Edilməsi

Dürüstlüyün təmin edilməsi və korrupsiya risklərinin azaldılması 

istiqamətində ilkin uğurlar, başlanğıcda nə qədər kiçik olsa da, toplanmalıdır 

və sonra daha çox arzu olunan dəyişimlər yaratmaq üçün genişləndirilməlidir.

Son arzu olunan vəziyyət, həmçinin, dəyişə bilər. Dürüstlük proqramları-

nın yerinə yetirilməsi dinamik prosesdir, ona görə də əldə olunan təcrübədən 

çıxan nəticələri tətbiq etmək üçün daimi təftişə ehtiyac duyulur. Belə alına 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə