Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə151/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   147   148   149   150   151   152   153   154   ...   163

397

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

Realliqda, oyunçulardan biri müxalif siyasətin oyunçularından biridir, o 

birisi  isə  müdafi ə elitasına xidmət edir, ancaq oyun zamanı onlar başqasının 

rolunu oynayırlar.  Beləliklə onlar başqasının rolunda çıxış edir və onlar öz 

rollarını başqasının çəkdiyi şəkildə görürlər. Bundan əlavə oyunçular silah 

təhcizatı  məsələlərini dramatik şəkildə, açıq,faktiki olan konkret olaraq 

oynayırlar.Bu oyun onların əvvələr adi hazırlıq dərslərində öyrəndiklərinə 

əlavə kimi də xidmət edir. 

Birinci günün sonunda, dinləyicilərdən biri, demokratik idarəçilik üzrə 

giriş sessiyasını şərh edərək,deyir: “Mən bu materiallarla tanışam. Biz bunu 

universitetdə keçmişik”, ikinci gün, o oyun-oynama oyununda aparıcı rol 

oynayır. Sonralar o deyir: “Dünən mən fi kirləşdim ki, sizin dediklərinizi 

başa düşdüm, lakin,başa düşməmişəm. İndi mən onu başa düşürəm”   

Rol oynama məşğələsi zamanı, parlamentın təhqiqat komitəsinin üzvü 

rolunu oynayan dinləyici aparıcıya evə getmək istədiyini bildirir.Aparıcı 

təəccüblənərək niyə getdiyini soruşur. “Mən o eqoist Müdafi ə Nazirindən 

bezdim”- dinləyici deyir. Aparıcı deyir ki, onun eqoist davranışı bizim 

təlimin məqsədinə uyğunlaşdırılıb və dinləyici də onunla razılaşdı. “Bu 

o qədər realdir ki, mən ona dözə bilmirəm, hətta biz çox şey öyrənsək də 

belə” dedi və çıxıb getdi.

Rol oynama oyunundan sonra, korrupsiyalaşmış nazirin rolunu oynayan 

dinləyici deyir: “Mən öz oynadığım xarakterdən ikrah hissi keçirdim 

Mən heç vaxt ağlıma gətirməzdim ki, mən belə oğru rolunu oynayaram. 

Digər oyunçudan soruşanda ki,onun oynadığı həqiqətcil rol qabiliyyətinin 

nəticəsidir, yoxsa oyunun yaratdığı  vəziyyət onu ruhlandırıb: O,cavab 

vermişdir: “Mən dəhşətli aktyoram. Bu oyun idi”

Rol-oynamanın başqa faydası ondan ibarətdir ki,o qrupun möhkəmliyinə 

kömək edir və sonra sinifdəki işdə yardımçı olur,nəhayət, oyunda yaranan 

həyəcan uzunmüddətli təsirə malik olur. Sonralar, dinləyicilər həm aparıcını, 

həm də kursları unudurlar amma oyunu hələ də xatırlayırlar. Aparıcı ancaq 

dolayı sübutlar təmin edə bilər, ancaq  biz möhkəm inanırıq ki, rol-oynama 

hazırlıq kurslarında “qabaqcıl praktika”nın mühüm hissəsidir və məqsədi 

təkcə bilik vermək və bacarıqları yaxşılaşdırmaq deyil.

Mənbə: Sami Faltas, Centre for European Security Studies, www.cess.org; Sami Faltas and 

Merijn Hartog, “The Starlink Program: Training for Security Sector Reform in Armenia, 

Azerbaijan, Georgia, Moldova, and Ukraine,” Connections: The Quarterly Journal 7:2 

(Summer 2008), 81–91



398

Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki


399

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

24-cü Fəsil

Dürüstlük Proqramlarının 

Yerinə Yetirilməsində Mədəni 

Xüsusiyyətlərin Dərki

Təsirli dürüstlük strategiyalarının və programlarının tərtibi və  həya-

ta keçirilməsi konkret təşkilati mədəniyyətləri özündə  əks etdirmək 

qabiliyyətindən və cavabında, fərdi və təskilati dürüstlüyə kömək edən və kor-

rupsiyalaşmış davranışa mane olan təşkilati mədəniyyətin xüsusiyyətlərinin 

güclənməsinə şərait yaradılmasından asılıdır.



Nəyə Görə Mədənəiyyət Vacibdir?

Çoxlu sayda post-kommunist, keçid və inkişaf etməkdə olan ölkələrdə, 

korrupsiya o dərəcəyə çatıb ki, və siyasətə, iqtisadiyyata, cəmiyyətə  və 

adi vətəndaşlara elə  zərər vurub ki, o artıq  təhlükəsizlikləşmiş  probleminə 

çevrilmişdir

245


. Bir-birini əvəz edən hökümətlər korrupsiyanın ölkə üçün 

təhlükəsizlik probleminə çevrilməsinə düzgün həll tapmaq iqtidarında olma-

mışlar və çox vaxt onlar hakimiyyətə korrupsiyanın “belini sındırmaq” vədləri 

ilə də gəlirlər. Ancaq, onların hakimiyyətinin sonunda, həm obyektiv kriteri-

yalar, həm də açıq görünən o olur ki, korrupsiya nəinki azalıb, hətta onun tu-

murcuqları cəmiyyətdə daha geniş və dərin yayılıb. Bu hal insanların demok-

ratiyaya olan inancını aşılayır, sosial təbəqələri zəifl ədir,sosial təbəqələşməni 

dərinləşdirir və ölkənin idarə edilməsində oliqarxiq və kriminal strukturları 

birbaşa və gizli nüfuz dairələri üçün əlavə kanallarla təmin edir. Ona görə 

də, korrupsiyanın cilovlanması ölkənin milli təhlükəsizlik siyasətinin  əsas 

prioritetinə çevrilir.

Bu böyük mənada və təxirə salınmaz surətdə müdafi ə sektoruna da aid 

edilir. Bir tərəfdən ordu BŞ-ın son zamanlar apardığı bütün sorğularda üç üst 

ən az korrupsiyalaşmış təşkilatlar sırasındadır,və bu da öz növbəsində hərbi 

təşkilatlar üçün legitimlik və xalq dəstəyi yaradır.Digər tərəfdən müdafə 

sektoru ənənəvi olaraq ictimaiyyət və hətta parlament yoxlamalarına qapalı 

olmuşdur. Beləliklə,demokratik nəzarət üçün uyğun mexanizmlər olmadığı 

245 


  Təhlükəsizliklə bağlı problemlər və  təhlükəsizlik üçün köklü mühümlük daşıyan 

problemlər bu səbəbdən təhlükəsizlikləşmiş sayılır.




400

Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki

halda və ya korrupsiya üçün sıfır dözümlülük olmadığı halda,müdafi ə sektoru 

çirkli maraqların, bataqlığın və yeni korrupsiya fırıldaqlarının hazırlandığı 

təcrübə sahəsinə çevrilir və “təsdiqlənir”.

Bu toplunun əvvəlki fəsilləri müdafi ə  təşkilatlarında, proseslərdə  və 

fərdlərin davranışında dürüstlüyün təmin edilməsi və müdafi ə sektorun-

da korrupsiya risklərinin azaldılması ilə bağlı qabaqcıl təcrübə nümunələri 

təqdim edib. Lakin,bu cür qabaqcıl təcrübəni başqa ölkələrdə  tətbiq etmək 

cəhdləri həmişə eyni səmərəni vermir və niyyətin nə qədər yaxşı olmasından 

asılı olmayaraq, sadəcə yerli şərtlərə uyğun olmadığı üçün təşəbbüslərin imi-

tasiyası kimi görünür.

Köklü mədəni fərqliliklər qabaqcıl praktikaların bir çox ölkələrdə 

tədbiqinin uğursuzluğuna aparan səbəblər arasındadır. Bir çox hallarda əvvəlcə 

uğurlu tədbiq edilən model uğursuzluqla tamamlanır və ya qeyri məğbul 

nəticələrə gətirir. Bunlar yerli xüsusiyyətlərə, ənənələrə, təcrübə,təşkilat və 

insan mədəniyyətinə məhəl qoyulmaması ilə əlaqədardır.

Başqa sözlərlə,mədəniyyət rol oynayır. Kənar model və praktikala-

rı  həyata keçirərkən onların yerli ölkənin dilinə  tərcümə edilməsi və izah 

edilməsi vacibdir və bu praktika və modellər yerli özəllikləri,xasiyyətləri və 

stereotipləri nəzərə almalıdır. Həmçinin, xaricdən tövsiyə olunan modellər və 

praktikaların düzgün başa düşülməsi və təhrif edilməməsi(yerli münasibətlər 

və qavrayışlar vasitəsi ilə) təmin edilməlidir.



İnsanları və Təşkilatları Fərqli edən Nədir?

Mədəniyyət fərqləri özlərini ən azı yeddi səviyyədə ifadə edirlər:



1. Qərb ilə  Şərq Arasında,  yəni Qərbin fərdlilik üzərində qurulmuş 

cəmiyyəti ilə, Şərqin kollektivlik üzərində qurulmuş cəmiyyətləri arasında. 

Bundan əlavə bir çox Slavyan və və ya Ortodoks ölkələri bu iki cəmiyyətin 

“içərisində - arasında” yer tutur. 



2.  Şimali Atlantikanın iki sahili arasında. Bunlar bir birindən çox da 

fərqli cəmiyyətlər deyil və ancaq soyuq müharibədən sonra onların strateji 

baxışları və prioritetləri fərqlənir.

3.  Qərbi və Şərqi Avropa arasında- əvvəllər Berlin Divarı və sonralar isə 

faktiki Dəmir Pərdə ilə ayrılan Avropa. Avropanın demokratik cəmiyyətinə 

geri dönmək üçün keçmiş sosialist ölkələrinin həqiqi və çox hallarda nəhəng 

səylərinə baxmayaraq, əvvəlki sovet siyasi və sosial mexanizmlərinin mirası 

cəmiyyətlərə və fərdlərə, onların dünya görüşlərinə və qavrayışlarına sirayət 

etmişdir. 1989-cu ildən başlayaraq,  Şərqi Avropa ölkələri Qərbi Avropanın 

norma və praktikalarını, daha çox tənqidi analiz etməməklə, qəbul etməyə 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə