Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə152/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   148   149   150   151   152   153   154   155   ...   163

401

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

cəhdlər edir. Qərbi Avropalıların reallığı odur ki, onları yerli səviyyədə 

xəbərləşmə və icmaların özlərinin təşkili formaları, sosial əlaqələr, valideyn 

və qonşuluq münasibətləri, nəsillər arasında mərhəmət və həmrəylik, daxili 

və dostcasına qarşılıqlı kömək modelləri və ümumi məqsədlərə çatmaq üçün 

kiçik addımların atılması modelləri maraqlandırmır. Qeyri rəsmi icmaların 

davranış nümunələri onları totalitar sistemlərdə sosial və funksional mühüm-

lük kəsb etməyən fərdlə və həyatın bütün sahələrinə girən və onu tənzimləmək 

istəyən –dövlət arasında özünü yerləşdirir. 

4.  Hakimiyyət institutları ilə ölkənin ümumi vətəndaşları arasında

Şərqi Avropa cəmiyyətlərində hakimiyyətə qarşı ikili münasibət mövcud-

dur. Bir tərəfdən, onlar gözləyirlər ki, “hakimiyyət” bütün problemləri və ya 

ən azı  əsas problemləri həll etməlidir.Hakimiyyət idarəçiliyin fəal subyek-

tidir, sıravi vətəndaşlar isə passiv obyektlərdir. Digər tərəfdən, vətəndaşlar 

hakimiyyətdəkilərin öz məqsədləri və iddiaları olduğunu,məsələn, yüksək 

həyat tərzi və imtiyazlara can atdıqlarını görürlər.



5. Təhlükəsizlik sektoru təşkilatları ilə (güc işlətmək səlahiyyəti olan 

təşkilatla ) başqa dövlət təşkilatları arasında. Güc strukturları özlərini 

yüksək intizamlı təşkilatlar sayırlar və onların naminə, cəmiyyət ehtiyac və 

məhdudiyyətlər içində qalmalı, çünki “kim öz ordusunun qayğısına qalmırsa, 

xarici ordunun qayğısına qalacaq”, yəni nə cür təsirli və ya məhsuldar istifadə 

olunmasından asılı olmayaraq hərbi strukturlar üçün resurslar zəmanət altına 

alınmalıdırlar. Hərbiləşmiş düşüncə milli təhlükəsizliyin müqəddəs olduğunu 

təlqin edir və olkənin suverenliyinin və müstəqilliyinin qorunması, təhlükənin 

nə  qədər real olmasından asılı olmayaraq, ölkənin və silahlı qüvvələrin  ən 

mühüm və üstün prioriteti sayılır və səhiyyə, təhsil, elm və ətraf mühit nə cür 

bərbad gündə olsa da güc strukturları maliyyələşməlidir deyir. Haşiyə 24.1 

təşkilati mədəniyyətlə və onun ekspertləri ilə bağlı iki geniş istifadə olunan 

tərifdən nümunə gətirir.



6.  Müdafi ə sektoru ilə milli təhlükəsizliyin digər təşkilatları arasın-

da.Müdafi ə sektorunun çoxlu sayda nümayəndələri,polis və mülki müdafi ə 

xidmətindən fərqli olaraq, müdafi ə strukturlarının öz fəaliyyətlərinin nəticələri 

haqqında cəmiyyətə hesabat verməməli qənaətindədirlər.

7.  Müdafi ə sektorunda hərbi və mülki qulluqcular arasında. Şərqi və 

Mərkəzi Avropa olkələri demokratik hərbi-mülki münasibətlərin qurulma-

sında diqqətəlayiq tərəqqi əldə etmişlər.Buna baxmayaraq, hərbçilər və mül-

ki təşkilatlar korrupsiyaya qarşı mübarizədə özlərini az hallarda bir yerdə 

görürlər: əvəzində, onlar bir-birini dürüst olmamaqda günahlandırırlar.

Mülki və təşkilati mədəni özəlliklərlə baglı bütün 7 maddəli təzahürlər, 

dürüstlüyü artırmaq, tərcüməçiləri və  xəbərləşmə aparanları  təlim 



402

Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki

etmək,quraşdırılmış qarşısını alma və öncədən xəbərdarlıq sistemlərini təmin 

etməyə lazımi diqqət və səylər tələb edir. Seçilən kriteriya və göstəricilərdən 

asılı olaraq, hər bir yeddi səviyyə üçün xüsusi çəki müəyyən edilə bilər 

və sonra səyləri maksimum qazanc əldə etmək üçün qabaqcıl praktikanın 

tətbiqi zamanı baş verən “təhrifl ərin” verəcəyi zərərləri minimumlaşdırmağa 

yönəltmək olar.

Mədəniyyət Qatları və Korrupsiya Qavrayışları 

Dürüstlüyü təmin etmə təşəbbüslərinə baxarkən, dəyişim fəalları korrup-

siyaya yönəlik xasiyyət və sterotiplərin dörd əsas qatına fi kir verməlidirlər. 

Bu, mədəni özəllikləri korrupsiya qavrayışına təsir edən davranışla bağ-

lamaq istədikdə, korrupsiyaya qarşı  işlək mexanizmləri qəbul etdikdə  və 

ona təşkilatın  əməkdaşlarının münasibətini dəyişmək istədikdə xüsusilə 

əhəmiyyətlidir.

Haşiyə 24.1. Təşkilati Mədəniyyətin Tərifi  Haqda

Təşkilati mədəniyyətin qəbul olunmuş bir tərifi  aşağıdaki kimidir:

İnanclar, dəyərlər və normalar dəsti dramatikləşdirilmiş hadisələr və 

şəxsiyyətlər simvolları ilə birlikdə təşkilatın unikal xarakterini əks etdirir 

və onun fəaliyyəti üçün çərçivə müəyyən edir.

Təşkilati mədəniyyət ilə  məşğul olan digər aparıcı  nəzəriyyəçilər 

korporativ mədəniyyətin amillərini nəzərə alan ümumi tərifə üstünlük 

verirlər:

“Təşkilat qrupun xarici mühitə alışmaq və daxildə inteqrasiyanı  təmin 

etmək problemlərini həll etdiyi zaman öyrəndiyi paylaşan əsas fi kirlər və 

ideyalar nümunəsidir və onun işlək olması səmərəliliyi ilə ölçülür. Ona 

görə də yeni üzvlərə həmin problemlərlə əlaqədar davranmaq, düşünmək 

və hiss etmək düzgün yol kimi öyrədilir.  

Bu iki tərif məzmununa görə faktiki olaraq eynidir. Başqa sözlərlə, 

təşkilatlar zaman keçdikcə, inkişaf etdiyi zaman iki əsas problemlə 

üzləşirlər: ayrı-ayrı  fərdlərin effektiv bir bütöv halına inteqrə edilməsi 

və ayaqda qalıb işləməsi üçün xarici mühitə  səmərəli surətdə alışması. 

Qruplar bu problemlərə zaman keçdikcə əlac tapdıqlarına görə “kollektiv 

öyrənmə”- yə baş vururlar və o da öz növbəsində paylaşan  fi kirlər və 

inanclar dəsti yaradır və ona da “mədəniyyət” deyirlər.




403

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Təşkilati mədəniyyətin elementlərinə aşağıdakılar daxil ola bilər.

•  Bəyan edilən dəyərlər;

•   Təşkilat üzvünün acıq və örtülü davranış qaydaları;

•   Adətlər və rituallar;

•   Təşkilatın tarixi ilə bağlı nağıllar və mifl ər;

•   Şop-tok – Qrup daxili və qrup haqqında danışılan tipik dil;

•   İqlim – təşkilat üzvləri bir biri ilə söhbət edəndə meydana gələn 

hisslər, kənar şəxslərlə onların yaratdığı mühitlə, o cümlədən 

onların əhatə etdiyi fi ziki məkan ilə; və

•  Obrazlar və simvollar, onlar şüuraltı ola bilir, lakin başqa 

mədəniyyət elementlərində ifadə edilə bilər.



Mənbə:

 Gareth Morgan, Images of Organization (Thousand Oaks, CA: Sage Publications, 1997); 

Edgar Schein, “Organizational Culture and Leadership,” in Classics of Organization Theory, Jay 

Shafritz and J. Steven Ott, eds. (Fort Worth: Harcourt College Publishers, 2001); “Organizational 

Culture,” www.soi.org/ reading/change/culture.shtml.

•  Tarixi qat, çox uzun tarixi və mədəni ənənənin nəticəsində yaranır.

Tarixlərinin uzun bir zamanında Mərkəzi və Şərqi Avropa xalqları kənardan 

idarə olunan imperiyalara tabe etdirilmişlər.  İnsanlar, onlara korrupsiyanı 

qəbul etməyə məcbur edən ənənə və qaydalarla daimi təmasda idilər. Çünki 

onlar, imperiyanın yerli nümayəndələri ilə gündəlik əlaqədə, əsas və unikal 

vasitə idi. Məsələn, Osmanlı idarəsində fərqli davranış mümkün deyildir; o 

zamanlar korrupsiya hakimiyyətin başqa adı idi və hakimiyyətin funksiya-

sının forması idi. Bu cür əsrlərlə davam edən təcrübə  fərdlərə, cəmiyyətin 

sterotiplərinə, və xasiyyətinə və o da öz növbəsində həyat strategiyalarının 

seçilməsinə davamlı, dönməz təsir etmişdir.  Korrupsiyaya dözümü təşviq 

edən və onu qəbul edən bu cür “təhrifl ə” məşgul olmaq üçün səbr və əzm 

tələb olunur. Bunun açarı liderlik, təhsil, etik kodekslər və şəxsi nümunə ad-

lanan yumşaq tədbirlərdir. Uyğun olaraq, dürüstlük nailiyyətlərini mükafat-

landıraraq daha ümidverici stimullardan istifadə etməkdir. Siyasi rəhbərliyin 

məsuliyyəti genişdir,çünki korrupsiyanın hər bir yeni halı korrupsiyanın təbii 

olduğu haqda ümumi fi kri gücləndirir.

•   Kommunist qatı bir partiyalı, mülkiyyətin hamısının dövlətin əlində 

olduğu ictimai amirlik iqtisadiyyatının və məhdud insan hüquqlarının hakim 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə