Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə146/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   142   143   144   145   146   147   148   149   ...   163

382

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

qiymətləndirilməsi;

Bundan  əlavə, hərbi dürüstlüyün geniş  və düzgün strukturlaşdirilmış 

qiymətləndirilməsi,geniş dairədə maraqlı tərəfl əri cəlb etməklə aşağıdakılara 

kömək edəcəkdir:

• 

Dürüstlüyü  möhkəmləndirmək tədbirləri və müxtəlif praktikalar ara-



sında səbəbiyyət və qarşılıqlı asılılıqların başa düşülməsi;

• 

Dürüstlüyü təmin etmə tədbirlərində kimlərin müttəfi q və rəqib ola-



cağının dərk edilməsi;

• 

Dəyişim üçün potensial tərəfdarların müəyyən edilməsi.



Daxili və açıq mənbələrin öyrənilməsi,hərbi strukturlarda və kənarda ca-

lışan şəxslərlə xüsusi mövzular ətrafında müzakirələr,xüsusi hazırlanmış sor-

ğular və müsahibələr indiki vəziyyəti  qiymətləndirmək üçün istifadə olunur. 

NATO-nun özünü-qiymətləndirmə  vəsaiti və sorğu kitabcası-  NATO-nun 

dürüstlüyü təmin etmə yolunda etdiyi təşəbbüslərin ilkin nəticələri –bu cür 

ilkin qiymətləndirmədə xüsusilə faydalı ola bilər.Haşiyə 23.1 bu vəsait üzrə 

ilkin məlumatlar və istinad mənbələrini təmin edir. Anti-korrupsiya gündəliyi 

qəbul etmək istəyən istənilən ölkəyə və hərbi qurumlara açıqdır.



Haşiyə 23.1. NATO-nun Özünü Qiymətləndirmə Vəsaiti

Polşanın rəhbərliyi altında, NATO ölkələrinin BŞ ilə  əməkdaşlığı 

müdafi ə və təhlükəsizlik sektoru üçün  Dürüstlük  Özünü-Qiymətləndirmə 

Prosesinin yaranmasına gətirdi. Bu proqram ondan istifadə etmək istəyən 

istənilən ölkəyə açıqdır və bir çox NATO və  tərəfdaş ölkələr tərəfi ndən 

artıq istifadə edilir.Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi, dürüstlük 

sistemlərinin gücünü qiymətləndirmək üçün ölkələri hazır forma ilə 

təmin edir. O, Müdafi ə Nazirliyinin və digərlərinin ətrafl ı sorğuya verilən 

cavablarına diqqət yetirir və bu cavablar sonradan kənar ekspert incələmə 

qrupları  tərəfi ndən gözdən keçirilir.Sorğu anketi müdafi ə strukturlarında  

dürüstlük sisteminin əsas dayaqlarına və  hər bir dayaq üzrə korrupsiya 

risklərinə  əsas diqqət yetirir. O sorğunu necə doldurmaq və dürüstlüyü 

təmin edən və korrupsiyanı azaltmağa yönələn sonrakı islahat və fəaliyyət 

təşəbbüslərini necə davam etdirmək qaydalarını əhatə edir. Ekspert qrupu 

cavabları qiymətləndirir və yerlərə  səfər edərək prosesin üstünlükləri 

və çatışmazlıqlarını müəyyən edir və davam üçün öz tövsiyələrini və 

müşahidələrini ortaya qoyur. Proses bir səfər əsasında və ya təkrar olunan 

dövrənin tərkib hissəsi kimi aparıla bilər.



383

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi aşağıdakı mövzuları əhatə edir:

1. Demokratik nəzarət və əməkdaşlıq;

2.  Milli anti-korrupsiya qanunları və siyasəti;

3. Müdafi ə və təhlükəsizlik sektorunda anti-korrupsiya siyasəti;

4.  Şəxsi heyət- davranış, siyasət, təlim, intizam;

5. Planlaşdırma və büdcələmə;

6.  Əməliyyatlar;

7. Təhcizat;

8. Hərbi şirkətlərlə və başqa təminatçılarla əməkdaşlıq;

9. Konkret ölkələr üçün suallar;

Mənbə: Mark Pyman, Building Integrity and Re ducing Corruption Risk in Defence 

Establishments: Ten Practical Reforms, with foreword by Lord George Robertson of 

Port Ellen (UK: Transparency Interna tional, April 2009); The full description and the 

questionnaire are available at: Transparency International, “Integrity Self-Assessment 

Process,”http://www.defenceagainstcorruption.org/tools-and-techniques/self-

assessment-tool

.

Güclü Koalisiya Formalaşdırılması

Təxirəsalınmazlıq hisslərinin yaradılması,müdafi ə sektorunda korrupsiya 

risklərini qiymətləndirərkən  əldə edilən  ən faydalı  nəticələr sırasındadır

238



Məqsədyönlü müsahibələr və araşdırmalar, tez-tez inandırıcı hesabatla-



ra və keyfi yyətli məlumat bazasına gətirir və o da öz növbəsində  korrup-

siya probleminə unutqan olan adamları  və ya təşkilatın fəaliyyətinə və ya 

xarakterinə korrupsiyanın uzunmüddətli və geniş təsirinə fi kir verməyənləri 

təbliğ edir.

Bu halın yaratdığı kontekstdə təkcə korrupsiyaya daha çox həssas olan 

birləşmələrin rəhbərlərini yox, həm hərbi, həm də mülki yüksək rəhbərliyin 

təşkilat boyunca korrupsiyaya qarşı öhdəliklərini təmin etmək olar.  

Bu mərhələdə kimlərin dəyişim tərəfdarları kimi hərəkət edəcəklərini 

müəyyən etmək  əhəmiyyət daşıyır,həmçinin, parlament və  vətəndaş 

238 


  Bu və  aşağıdakı bir çox addımlar John Kotterin “Leading Change (Boston Harvard 

Business School Press,1996)” yazısına əsaslanır.




384

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

cəmiyyətləri nümayəndələrinin arasında, xüsusilə  də, hərbi düşüncə 

mərkəzləri, aktivist qrupları və media arasında dəstək axtarmağa başlamaq 

çox mühümdür. Hərbi texnologiyalar təminatçılarının, məmulatlarının və 

xidmətlərinin nümayəndələri orduda korrupsiyaya qarşı mübarizədə potensi-

al müttəfi qlər arasında görülə bilər. 

Dürüstlüyün təmin edilməsi və orduda korrupsiyanın azaldılma-

cı istiqamətində atılan istənilən uğurlu addım Müdafi ə Nazirliyi siya-

si rəhbərliyinin, ali hərbi rəhbərliyin, parlamentarlar və aparıcı  vətəndaş 

cəmiyyətləri nümayəndələrinin güclü koalisiyası  əsasında,  əsas hərbi 

təminatçıların dəstəyi və müstəqil tənqidi medianın yaxın monitorinqindən 

faydalanmaqla həyata keçirilə bilər.



Gələcəyə Baxış  və Strategiya İnkişaf Etdirməli və 

Xəbərləşməli

Dürüstlük və müdafi ə sektorunda korrupsiyanın azaldılması kimi 

mürəkkəb səylər, uzaqgörən adamlar və problemə strateji yanaşan və öz ba-

xışlarını və strategiyasını səmərəli surətdə xəbərləşə bilən adamlar tələb edir.

Birincisi,hərbi təşkilatın rəhbərliyi dürüstlüyü təmin etmək problemi-

ni və müdafi ə sektorunda korrupsiya potensialını geniş surətdə azaldan ya-

naşmaları uyğun  şəkildə formalaşdırmalıdır. Problemin çox dar çərçivədə 

ifadə olunması,müdafi ə sektorunda korrupsiyaya uzun müddətli və sistem-

li təsir ehtimalını azaldır. Digər tərəfdən, problemin çox geniş ifadə olun-

muş  çərçıvəsi,məsələn, “demokratik və cavabdeh hərbi institutların təşviq 

edilməsi” diqqətin itirilməsinə aparacaq və  uğurlu təşəbbüs üçün zəruri 

dəstəyi yaratmayacaq. Bu toplunun ikinci fəsli problem və onun həlli üçün 

yanaşmanın necə çevik formalaşdırılması haqda nümunə gətirir.

Sonra gələcəyə baxışın hazırlanması mərhələsi gəlir. Baxış bəyanatı hər 

bir ölkə  və  hərbi strukturlar üçün konkret olmalıdır və Dürüstlük  statusu 

və korrupsiya təhlükəsi səviyyəsinə uyğun olmalıdır. Bir çoxları korrupsi-

yaya bulaşmış hərbçilərin həbsə girməsini görmək istəyəcək, digərləri isə “ 

korrupsiyadan azad” hərbi strukturların olmasına çağıracaqdır. Baxışı ifadə 

etmək üçün ümumi bir etibarlı resept yoxdur, lakin onun konstruktiv olma-

sı zəruridir və elə baxış olmalıdır ki,problemləri ilə bərabər nail olunandır.

Haşiyə 23.2  baxış bəyanatını hazırlamaq yolunu göstərir. 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə