Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə144/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   140   141   142   143   144   145   146   147   ...   163

374

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

üçün çalışırlar.Onlar, həmçinin, hökumətlərə anti-korrupsiya islahatları apar-

maq üçün içtimai təbliğat kampaniyaları ilə lobbiçilik edirlər.

BŞ yerli özəklərə təcrübə, vasitələr, vərdiş və bilikər inkişaf etdirməyə və 

yerlərdə korrupsiyaya qarşı mübarizə üçün geniş iştiraka, həmçinin qlobal və 

regional təşəbbüslərə kömək edir.

BŞ üçün qlobal prioritetlər siyasətdə, dövlət müqavilələrində  və özəl 

sektorda korrupsiyaya qarşı mübarizədir. BŞ, həmçinin, beynəlxalq anti-kor-

rupsiya konvensiyalarının yerinə yetirilməsini dəstəkləyir və yoxsulluğun 

azaldılması və inkişafı dəstəkləyən proqramlar üzrə işləyir. BŞ hər hansı kor-

rupsiya halını araşdırmaqla məşğul olmur və ya ayrı-ayrı halları açıqlamılr, 

ancaq zaman-zaman bu işlə məşğul olan təşkilatlarla birgə çalışır.

2000-ci ildən başlayaraq,BŞ –ın Böyük Britaniya nümayəndəliyi müdafi ə 

sektorunda korrupsiyaya qarşı işləməyə başladı. Başlanan işlərin ilkin diqqəti 

silah ixracatına yönəlmişdir və BŞ silah ticarəti ilə məşğul olan hökumətləri 

və  hərbi  şirkətləri bir yerə  yığaraq bu sahədə korrupsiyanı azaltmaq üçün 

hansı konstruktiv addımların atılmasını müzakirə etmişdir. İrəli sürülən ide-

yalara korrupsiyaya qarşı mübarizə üçün hərbi konsorsiumun yaradılması-

nın mümkünlüyü, İƏİT konvensiyasının müddəalarının yerinə yetirilməsinin 

gücləndirilməsi, təhcizat zamanı Dürüstlük Paktlarından istifadə  və başqa 

beynəlxalq təşkilatlarla yaxın əməkdaşlıq daxil idi.

BŞ son zamanlar NATO ilə Trast Fondu layihəsi nəzdində müdafi ə 

sahəsində korrupsiya və korrupsiya riskləri ilə bağlı  işləməyə başlamışdır. 

O, həmçinin, hərbi dürüstlük proqramlarının  səmərəliliyini qabaqcıl yollarla 

qiymətləndirmək təşəbbüsü də başlamışdır.

Dəyişimi Sürətləndirmək üçün BT-ın  İmkanlarından 

İstifadə

Çoxlu sayda beynəlxalq təşkilatlar, hökumətlərarası  təşkilatlar və qlo-

bal vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizəyə qoşulmuş-

lar. Hərbi islahat tərəfdarı rəsmi hərbçi və adi vətəndaş üçün əsas problem 

dəyişimi sürətləndirmək üçün yuxarıda göstərilən intellektual imkandan necə 

istifadə edilməsidir. Aşağıda sınaqdan uğurlu çıxan üç yanaşma təqdim edil-

mışdır:

1.Beynəlxalq Standartlar: İslahatda maraqlı olan ölkə təşkilatı beynəlxalq 



təşkilatla təmasa girir və o da öz növbəsində beynəlxalq standartla hərəkət 

edir. Bu İƏİT– in anti-korrupsiya standartı  da ola bilər və ya məsələn, 

dövlət rəsmiləri üçün maraqlar toqquşması üzrə BMT-nin Qaydaları  kimi 

etika standartı da ola bilər, və ya hər hansı prosesin gedişində dürüstlüyün 




375

Beynəlxalq Təşkilatların Rolu

təmin edilməsi standartları kimi, məsələn, audit etmə  də ola bilər. Məqsəd 

odur ki, istənilən tənqid və  təklif mexanizmlərindən istifadə edərək açıq 

surətdə standartlara riayət etmək və nəticədə şöhrət, iş yerində məğrurluq və 

beynəlxalq standarta riayət etmənin gətirdiyi təkmilləşmiş  səmərəlilik  əldə 

edilsin.Qiymətləndirmə qrupu ilə yaxından əməkdaşlıq edərək, aparılan yox-

lamalar təkcə tənqid və təklifl ər üçün yox, həm də yuxarı səviyyəli rəsmilərin 

gündəliyinə  çətin islahat proqramlarını  gətirmək baxımından da əla imkan 

sayılır.

Birgə layihələr: Ölkə daxili təşkilat beynəlxalq təşkilatdan həmən 

təşkilatın rəhbərliyi üçün önəmli olan spesifi k məsələnin həlli üçün kömək 

istəyir, çünki o məsələ yerli resursların vasitəsilə  həll olunmur. Çıxış yolu 

birgə idarəetmə mexanizmləri vasitəsilə birgə layihədir-yəni, proqramı yerinə 

yetirmə qrupu, istiqamət verən idarə heyəti, birgə qiymətləndirmələrin və 

birgə hesabatın verildiyi və hər iki tərəfi n rəhbərliyinin daimi iştirak etdiyi 

orqan. Bu cür fəaliyyət yerli təşkilatları dürüstlük, şəffafl ıq və cavabdehlik 

və məsuliyyət kimi beynəlxalq standartlar ilə çalışmaq mexanizmlərinə bağ-

layır. Birgə layihələr normaların, dəyərlərin və iş metodlarının ötürülməsi ba-

xımından də səmərəli mexanizm ola bilər. Sərbəst məlumat axınının “Qərb” 

tərəfdən gəlməsi yerli tərəfdaşı da öz hesabatlarında dəqiqlik və düzgünlüyə 

sövq edir və o zaman şəffafl ıq da təkmilləşir (Haşiyə 22.4  nümunəsinə bax).

3.Körpu qurmaq: Çox vaxt ölkədaxili təşkilatların içərisində  və ya 

cəmiyyətin özündə maraqlı elə adamlar olur ki, onlar dürüstlüyün təmin 

olunması üçün öz motivasiyaları və resursları ilə potensial müttəfi qlər kimi 

səfərbər olurlar. Lakin, belə adamları tapmaq da çətin olur,o da bürokratiya və 

ya cəmiyyətin təbiəti ilə bağlı olan,məsələn, qarşılıqlı şübhə və ya bürokratik 

qaydalardan doğan, məsələdir. Beynəlxalq təşkilatlar bu cür təbii müttəfi qlərin 

görüşüb bilik və təcrubə mübadiləsi etmələrinə, bir-biri ilə inam qazanmala-

rına və eyni şəbəkədə iş görmələrinə  kömək edə bilər. Bu halda,əgər yerli 

hökumətlər beynəlxalq təşkilatlara cəmiyyətin daxilində və dövlət aparatında 

geniş əlaqələr qurmağa imkan verərsə, o zaman ən etibarlı məlumatların və 

əlaqələrin əsasında oyun qurulmasına kömək edər. Yerli rəsmilərin və qey-

ri- hökumət ekspertlərinin və ya aktivistlərin onların beynəlxalq tərəfdaşları 

ilə əlaqə qurmaları üçün BT mühüm rol oynayır. Bu cür çəbəkə yaranması-

nın ən azı iki istiqamətdə güclü təsiri ola bilər: 1) peşəkar və çox yaxşı in-

teqrasiya olunmuş ekspert sinfi nin meydana gəlməsi;2) daha təsirli müstəqil 

monitorinqə izn verən daha təcrübəli vətəndaş cəmiyyəti.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə