Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə128/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   124   125   126   127   128   129   130   131   ...   163

336

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

dar tərif verərək, onları vətəndaşları əhatə edən və sərbəst şəkildə özlərinin 

maraqlarını , ideyalarını və ideologiyalarını

193


 inkişaf etdirən birliklər adlan-

dırır (ailələrindən,dostlarından,hökümət və  iş yerlərindən kənar).  Bu fəsil 

üç sektorlu modeli qəbul edir, vətəndaş  cəmiyyətinin tərifi ni verən faydalı 

başlanğıc nöqtəsi kimi, dövlətə hökümət, bazar və vətəndaşlardan ibarət bir 

sistem kimi baxır. Bu baxımdan vətəndaş cəmiyyəti üçüncü sektora aiddir və 

o dövlətlə yanaşı və dövlətlə və gəlir əldə etmək istəyən fi rmalarla qarşılıqlı 

əlaqədə olaraq(məsələn,media), sosial hərəkatlar,QHT-lər,dini qurumlar,qadın 

və  gənclər qrupları,yerli xalqların təşkilatları,peşəkar birliklər, akademik 

mərkəzlər,birliklər və s. formasında ayrı-ayrı ölkələrdə və ya transnasional 

olaraq fəaliyyət göstərirlər.

Vətəndaş cəmiyyətlərinin bu tərifi  hökümət sektoru daxilində gəlir əldə 

edən müəsisələri və təşkilatları istisna edir (o cümlədən,əsas media kanalla-

rını  əhatə edərək). Amma, sonralar görəcəyimiz kimi, bu üç sektor arasın-

dakı sərhədlər getdikcə tutqunlaşır. Məsələn, vətəndaş cəmiyyəti təşkilatları 

və özəl müəsisə  və medianın funksiyaları arasında bir çox sərhədlərin bir-

birini örtməsinin şahidi oluruq. Xüsusilə də bu, ictimai vəkillik və monitorinq 

fəaliyyətlərində QHT-lərin “yeni media”

194


 –dan artan istiqamətdə istifadə 

edilməsində təzahür edir.  

Növbəti paraqrafl ar nəyə görə vətəndaş cəmiyyətləri dürüstlüyün təmin 

edilməsi və korrupsiyanın azaldılması istiqamətində rol oynamalıdır və bu rol 

nədən ibarət olmalıdır suallarına cavab axtarır.Həmçinin,onların təhlükəsizlik 

sektorunda islahatlar üzrə qazandıqları təcrübələr və indiki zamanda QHT-

lərə qarşı yaradılan problemlər nəzərdən keçirilir.

Vətəndaş Cəmiyyəti və “Yeni Diplomatiya”    

Vətəndaş  cəmiyyəti,fərqli yönlü təşkilatlar və  hərəkatlardan ibarət 

olub önəm daşıyan prinsipial dəyərləri və baxışları ifadə edən sosial ener-

jini səfərbər edir

195

. QHT-lər vətəndaş  cəmiyyətlərinin özəyini təşkil edir. 



Onlarda üzvlük və rəsmi qeydiyyatın olması  şərt deyil, hökümət və siyasi 

partiyalardan müstəqil olaraq hərəkət edir və maliyyəni də müstəqil olaraq 

193

  United Nations General Assembly, We the Peoples: Civil Society, the United Nations 



and Global Governance: Report of the Panel of Eminent Persons on United Nations-Civil 

Society Relations, A/58/817 (New York, 11 June 2004), 13.

194 


Burada yeni media dedikdə 20- ci əsrin sonunda meydan gələn digital, kompyuterləşmiş 

və ya şəbəkə  xəbərləri,xəbərləşmə texnologiyaları  məsələn,  İnternet, websaytlar nəzərdə 

tutulur. Köhnə media dedikdə TV proqramları,  fi lmlər, jurnallar, kitablar və ya nəşrlər 

nəzərdə tutular.

195 

 L. David Brown, Creating Credibility: Legitimacy and Accountability for Transnational 



Civil Soci ety (Sterling, VA: Kumarian Press, 2008), 1


337

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

əldə edir. Onlar xidmət sahəsində (təhlükəsizlik də mühüm xidmət sahəsi 

sayılır)

196


 strategiya və inkişafın təbliği,təhsil və digər gəlirsiz fəaliyyət və 

Amnesty  İnternational kimi böyük təşkilatdan başlamış(onun 2,2 milyon 

üzvü var və dünyanın 150 ölkəsində və bölgəsində məlumatlarına abunəçilər 

vardır), kiçik yerli səviyyədə işləyən təşkilatlara qədər təşkilatları əhatə edir. 

Tədqiqat institutlarına gəldikdə isə,onlar QHT-lər və ya hökümətdən asılı ol-

mayan akademik mərkəzlər ola bilir və ya əksinə, hökümətlə əlaqəli olurlar

məsələn, dövlət büdcəsindən ayrılmalarla və ya keçmiş hökümət nazirlərinin 

və ya rəsmilərin vasitəsilə (onlar işçilər də ola bilir).

Keçmişdə, QHT-lərlə hökümətlər arasında münasibətlər gərgin və ya 

düşməncəsinə olmuşdur. Dünyanın bir çox ölkələrində bu cür münasibət hələ 

də davam edir (və ya yenidən belə olur-aşağıda müzakirə olunacaq). Son iki 

on illik ərzində, bir çox məsələlərdə və getdikcə artan yerlərdə (o cümlədən, 

Avropanın və Amerikanın çox hissələrində) Cənubi Asiyanın və Afrikanın ge-

niş ölkələrində və Yaxın Şərqin izolə olmuş bölgələrində bu cür münasibətlər 

münaqişəli yox, artan dərəcədə konstruktiv əməkdaşlığa keçmişdir. Bir çoxla-

rı QHT-lər və hökümətlər arası konstruktiv münasibətlərə “yeni diplomatiya” 

adını vermişlər

197


. Bu müəyyən mənada hökümətlərin milli təhlükəsizliyi və 

stabilliyi təmin etmənin mühüm elementı kimi, insan təhlükəsizliyinin təmin 

edilməsini anlamalarından irəli gəlmişdir.

198


 

Müdafi ə Sektorunda Vətəndaş Cəmiyyətlərinin Müşahidəsi

Bu kitabın spesifi k gündəliyi baxımından yanaşsaq, vətəndaş cəmiyyəti 

fi qurları- başlıca olaraq QHT-lərin və  tədqiqat mərkəzlərinin dar bir qru-

pu- hökümətlə,parlamentlə və əhali ilə beş əsas istiqamət üzrə təmasda ola 

bilərlər (bir çox məhdud hallarda artıq olurlar):

• 

İctimaiyyət arasında təhsilin və maarifl əndirmənin artırılması

İctimaiyyətə korrupsiyanın nəticələrinin şikəstedici olacağının həyəcan 

196    Təhlükəsizlik ictimai xidmət kimi özəl xüsusiyyətlərə malikdir və o bu xidmətin 

göstərilməsi yollarına və hesabatlılıq və maliyyə sxemlərinə təsir edir. Təhlükəsizlik qüvvələri 

silahlı olduğundan təhlükəsizlik xidmətinin fəaliyyətinə monitorinq etmək çətin olur, onlar 

mülki monitorinq qruplarını qorxuda bilir. Sülh zamanında hərbi hazırlığı qiymətləndirmək 

çətindir və mübahisəli fəaliyyət tədbirləri və nəticələrlə müşaiyət oluna bilər. Bax: the discus-

sion by William Byrd and Stéphane Guimbert in The World Bank, “Public Finance” (January 

2009)


197

 David Davenport, “The New Diplomacy,” Policy Review 116 (December 2002 & January 

2003)

198


 “Milli təhlükəsizliyin”ənənəvi məqsədi  dövləti xarici təhlükədən qorumaq olmuşdur. 

İnsan təhlükəsizliyi dedikdə isə əksinə fərdlərin qorunması nəzərdə tutulur. Human Se curity 



Brief 2006 (University of British Columbia, Human Security Centre).


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə