Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə130/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   126   127   128   129   130   131   132   133   ...   163

340

Vətəndaş Cəmiyyəti və  Media-nın Rolu

Aşağıda müzakirə olunduğu kimi,vətəndaş  cəmiyyətlərinin bu işləri 

görmələri üçün çoxlu çətinliklər və maneələr vardır. Minimum olaraq səmərəli 

hökümətlər və parlamentlər bütün uyğun siyasi sənədlərə çıxışı təmin etməli 

və müdafi ə sektoru üzərində müşahidə və nəzarət də daxil olmaqla müstəqil 

üçüncü sektorun mövcudluğunu və işləməsini stimullaşdırmalıdır. Sonuncuya 

nail olmağın bir yolu müstəqil düşüncə mərkəzlərini, tədqiqat institutlarını, 

universitet və QHT-ləri işə qoşub müdafi ə və təhlükəsizlik sektorunun spesifi k 

sahələrində tədqiqat və audit işləri aparmaqdır (məsələn, cinayət işləri,alqı-

satqı  məsələləri və kadr siyasətləri üzrə). Lakin,əgər vətəndaş  cəmiyyəti

xüsusən də ictimaiyyət arasında alternativ debatlar keçirməklə dürüstlü-

yü təmin etmək məsələlərində  fəal iştirak etməlidirsə, o zaman hökümətin 

təhlükəsizlik siyasəti ilə bağlı, hərbi büdcəsi ilə bağlı, hərbi təhcizat və re-

sursların istifadəsini təmin etməklə bağlı aydın variantlar irəli sürmək üçün 

müstəqil QHT-lərin zəruri təcrübə toplaması və bu təcrübələri əldə saxlaması  

lazımdır.  İndiki zamanda  QHT-lərın daxilində bu cür təcrübə və vərdişlərin 

olması hətta yetişmiş demokratik ölkələrdə belə zəifdir və bu imkanlara sahib 

olmaq böyük bacarıqlar əldə etməyi tələb edir və donorların bu bacarıqları 

əldə etməyi maliyyələşdirməsi üçün güclü öhdəliklərinin olması tələb olunur. 

Vətəndaş  cəmiyyəti qrupları BMT-nın nizamnaməsində  və başqa 

çoxtərəfəli sazişlərdə  və  təşkilatlarda təsbit olunan beynəlxalq hüququn 

prinsiplərinin yayılmasında son on illiklər ərzində xüsusilə fəal olmuşlar. On-

lar bir çox ölkələr tərəfi ndən yardımçı və etibarlı tərəfdaşlar kimi qəbul edilir. 

Vətəndaş  hərəkatləri və QHT-lər insan hüquqları,  ətraf mühit, inkişaf, de-

mokratik idarəetmə və münaqişənin qarşısının alınması kimi sahələrdə xalqın 

əsas müdafi əçilərinə çevrilmişlər. Onlar beynəlxalq norma və müqavilələrin 

yerinə yetirilməsində kömək etmiş və sonralar  hüquq və siyasətə çevrilən 

köklü mənəvi və siyasi standartları formalaşdırmışlar.

Mühüm vətəndaş cəmiyyəti hərəkətlarına Yubiley 2000 borc kompaniya-

sını –Böyük Yeddiləri dilə tutub kasıb ölkələrin borclu olduğu 100 milyard 

dolları silmək, minaları ləğv etmək haqda Ottava Kampaniyasını

199


 və ABŞ 

rəhbərliyi ilə aparılan 2003 İraq müharibəsinə müqavimət kampaniyalarını 

göstərmək olar. QHT-lər, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin ya-

radılmasında , Uşaq Hüququ üzrə Konvensiyaya Əlavələr qəbul edilməsində 

(18 yaşdan aşağı uşaqların orduya çağırışının ləğv edilməsi) və kiçik və yün-

gül silahların yayılması və sui-istifadəsinə qarşı tədbirlərin irəli sürülməsində 

(SALW) fövqaladə rol oynamışdır.

199 


 Bax, məsələn: Kenneth Anderson, “The Ottawa Convention Banning Landmines: the 

Role of International Non-Governmental Organizations and the Idea of International Civil 

Society,” European Journal of International Affairs 2:1 (2000)



341

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Vətəndaş Cəmiyyəti və TSİ

Böyük Britaniya Beynəlxalq  İnkişaf  Departamentı  və  İƏİT  İnkişaf 

Əməkdaşlıq Direktorluğunun (OECD Directorate for Development Co-

Opeartion) rəhbərliyi ilə gedən proseslər sayəsində “təhlükəsizlik sektorunda 

islahat üzrə  İƏİT-in DAC istiqamətlərini həyata keçirmək vəsaiti və siyasət 

qərarları və praktikası arasında boşluğu doldurmaq” haqda 2007-ci ildə kitab-

ca dərc olunmuşdur.

200


 Vətəndaş cəmiyyətinin TSİ-la bağlı iştirakına gəlincə 

kitabca iddia edir ki, “VCT-ı  həm faydalanan tərəf,qeyri rəsmi nəzarətçi, 

tərəfdaş və islahat tərəfdarı və həmçinin xidmət göstərən tərəf kimi çıxış edə 

bilər. TSİ-a dəstək beynəlxalq vətəndaş  cəmiyyətləri təşkilatları  tərəfi ndən 

də verilə bilər və bu dəstək bilik və bacarıq öyrətmək və islahatların işlənib-

hazırlanması,müdafi əsi, həyata keçirilməsi,monitorinqi və qiymətləndirilməsi 

ilə ifadə olunur.”

201


QHT-lər  əsasən aşağıdan yuxarıya yanaşmalar təklif edirlər və onlar da 

yuxarıdan aşağıya gələn tədbirlərdən həm münasib, həm də  səmərəli olur. 

Məsələn, dövlətin əlaqəsinin və ya nüfuzunun az olduğu icmaları xəbərləşmə 

vasitələri ilə təmin etməklə. Vəsait həmçinin aşağıdakıları nəzərdə tutur: TSİ 

proqramları vətəndaş cəmiyyəti təşkilatlarının dərin kontekst analizini,rolunu 

və mövqeyini əhatə etməlidir, cünki onların imkanları, səmərələliyi və 

fəaliyyət dairəsi ölkədən ölkəyə geniş dərəcədə dəyişir. Vətəndaş cəmiyyəti 

qiymətləndirmələri geniş miqyasda yerli maraqlı  tərəfl əri nəzərə almalıdır 

(dövlət tərəfi ndən “bəyənilənlərdən” əlavə) və kasıbların,qadınların,uşaqların 

və  gənclərin və digər təhlükəsizlik müzakirələrindən kənarda tutulanla-

rın təhlükəsizliyini həqiqətən yaxşılaşdırmağa diqqət yetirənləri ayırd 

etməlidir

202

.

Vəsait, həmçinin, vətəndaş cəmiyyətlərinin görə biləcəyi işləri də müzakirə 



edir, məsələn, sülh proseslərini, milli büdcə proseslərini və təhlükəsizlik və 

müdafi ə xülasələrini. Nəzəri olaraq, vətəndaş  cəmiyyətləri çoxlu mühüm 

funksiyalar yerinə yetirə bilərlər, məsələn, hərbi və təhlükəsizlik –xarakter-

li tədbirləi monitorinq etməklə; terrorizmə qarşı  səyləri və qanunvericiliyi 

nəzərdən keçirərək, insan hüquqları və qanun aliliyinə nə qədər hörmət edil-

diyini müəyyən etməklə; ordunun, hüquq-mühavizə orqanlarının və digər 

təhlükəsizlik xidmətlərinin hərəkətlərini müşahidə etməklə  və qanun və 

qaydaların və ya uyğunsuz qanun və ya siyasətin törətdiyi mənfi  nəticələri 

ictimaiyyətə çatdırmaqla; korrupsiya iddialarının və başqa pozuntuların 

araşdırılmasını aparmaqla; təkmilləşmiş TSİ praktikası üçün istiqamətlər 

200

  OECD DAC Handbook on Security System Reform (OECD, 2007).



201

  Ibid., 226.

202  

İbid.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə