315
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
təmin olunmalıdır. Bu niyyətə görə,hərbi ombudsman araşdırma təşəbbüsü
irəli sürmək iqtidarında olmalı,şikayətləri tədqiq etmək,öz yurisdiksiya-
sı çərçivəsində qeyri-qanuni hərəkət törədən şəxslərə qarşı araşdırma apar-
maq, özbaşına və əsassız qərarlara görə və ya başqa cürə səhvlər edən və ya
vəzifəsini yerinə yetirərkən yarıtmazlığa yol verənlərə qarşı araşdırma apara
bilər.
Zəif institutlaşmış ombudsmanın funksiyaları elə müəyyən edilməlidir ki,
insanların problemləri həll olunan vaxta qədər onlarla işləmək imkanı olsun
və beləliklə “ofi s və müştəri “ arasındakı geniş uçurum bağlansın.
Ombudsmanlığın fərqli model səlahiyyətləri ilə bağlı ortaq məxrəc
aşağıdakı səlahiyyətləri özündə ehtiva edir və sadəcə bu səlahiyyətlərlə də
məhdudlaşmır:
176
şikayət əsasında və ya ombudsmanın öz təşəbbüsü ilə araş-
dırma aparmaq, Müdafi ə Nazirliyinin istənilən administrativ aktını- həmən
administrativ aktın yekunlaşmasından asılı olmayaraq araşdırmaq; Müdafi ə
Nazirliyinin və silahlı qüvvələrin işinin təkmilləşməsinə kömək edən və
ya mübahisəli administrativ aktların baş verməsi risklərinin azaldılmasına
kömək edən yazılar yazmaq,görüşlər,sorğular, konfranslar keçirmək üçün
şəxslər və təşkilatlarla birgə təşəbbüslərdə olmaq və əməkdaşlıq etmək; sor-
ğularla çıxış etmək və bu cür kömək və məlumatları istənilən şəxsdən və ya
hərbi birləşmədən əldə etmək; istənilən hərbi birləşmə ərazisinə xəbərdarlıq
etmədən daxil olub,yoxlamaq; istənilən şəxsi məhkəməyə çağırmaq,and içmə
ilə ifadə verməyə və ya təhqiqat altında olan məsələlər üçün əhəmiyyətli
olan sənədlər və ya başqa dəlillər gətirmək; şikayət və təhqiqat ilə bağlı olan
istənilən məsələnin gizliliyini saxlamaq; ombudsman ofi si üçün büdcə hazır-
lamaq və idarə etmək.
•
Dəyərlər:
177
Müstəqillik və tərəfsizlik ombudsman institutunun xarakte-
rik xüsusiyyətləridir, ombudsman institutu bu əsasların üzərində qurul-
malıdır. Həqiqi və qəbul edilən tərəfsizliyi təmin etmək üçün və nazirlə
ombudsman arasında yaxın münasibətlər qurmaq üçün müstəqillik
zəruridir. Ombudsmanın dürüstlüyü onun ciddi mənəvi və etik davra-
nış qaydalarına dönməz surətdə riayət etməsidir-ombudsmanın dav-
ranışı müdafi ə sektorunda çalışan insanları inandırmalıdır ki,onların
sədaqəti dövlətə və onun demokratik və siyasi sisteminə olmalıdır,
176
ABŞ Ombudsman Assosiasiyası tərəfi ndən qəbul edilmişdir, Model Ombudsman Act for
State Governments (Dayton, Ohio, February 1997)
177
Dəyərlər “standartlar” kimi izah oluna bilər.” Bax: International Ombudsman Association,
International Ombudsman Association Best Practices (A Supplement to IOA’s Standards of
Practice), Version 2 (March 31, 2008).
316
Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda
və bu sistem onların hüquqlarını və qazandıqları imtiyazları qoruya-
caq. Beləliklə,onlara öz səylərini müsbət və məsuliyyətli tərzdə tətbiq
etmələrinə imkan verəcək. Ombudsman həm hərbi, həm də mülki qul-
luqçulara, biznesmenlərə və vətəndaşlara açıq olmalıdır. Onun istənilən
hərbi düşərgəyə,birləşməyə, bölmələrə və başqa iş yerlərinə sərbəst gi-
riş imkanları olmalıdır. Hər hansı araşdırılan işlə bağlı istənilən və bütün
sənədləri tələb edə bilər və onlara sərbəst giriş əldə edə bilər(o zəmanətlə
ki, heç bir sənəd gizlədilməyəcək). Konfi densiallıq ombudsmana insan-
ların ombudsman institutuna inamını artırmağa kömək edəcək. Ombuds-
man təşkilatında çalışan hər bir kəsin yüksək peşəkarlığa sahib olması
tələb olunur; onların peşəkarlığı müdafi ə sektorunda və ümumiyyətlə
hökümətdə peşəkarlığın artmasına kömək edir. Ombudsman siyasi
cəhətdən neytral olmalıdır; daha sonra, ombudsman,ombudsmanlıq
institutunun neytralliğini pozan və real və qavranan maraqlar toqquş-
masına gətirən hər hansı rəsmi və ya qeyri rəsmi birliyin tərkibində yer
almamalıdır.
•
Təyinat: Hansı modelin seçilməsindən asılı olmayaraq, ombuds-
man, ən azı Müdafi ə Naziri və uyğun parlament komitələri arasında
müzakirələrdən sonra təyin olunmalıdır. Bu komitənin səlahiyyətlərindən
biri təkcə naziri yox, həm də ali rəhbərliyi və hər bir hərbi qulluqçunu
xüsusi məsələ üzrə ifadə verməyə tələb etməsidir.
•
Kadrolaşma: Müxtəlif ombudsman təşkilatları müxtəlif kadrolaşma
modelləri seçmişlər, xüsusilə də, müstəqil mülki heyətə olan ehtiyacla
hərbi təcrübəsi və biliyi olan işçilər arasında tarazlıq yaratmaq məsələsi
ilə məşğul olduqda. Silahlı qüvvələrlə iş üzrə Almaniya Parlamentar
Komissarının ştatlı işçiləri seçmək səlahiyyəti vardır. Onların 60 civa-
rında işciləri var və demək olar ki, yarısı yüksək-orta və yüksək dərəcəli
xidmət heyətidir və onlar Komissara ünvanlanmış məsələlərə baxmaq-
la birbaşa məşğuldurlar.
178
Avstraliya Müdafi ə Qüvvələri ombudsmanı,
Avstraliya Dövlət xidməti işcilərindən təşkil olunmuşdur. Onların om-
budsman təşkilatında işlərin baxılmasına cəlb olunan hərbçilər yoxdur.
Hollandiyada Baş Müffəttiş ofi sində 16 hərbi və 13 mülki qulluqçu çalı-
şır və baş müfəttiş və baş ştabın rəisinin vəzifələri üç xidmətin arasında
növbə ilə dəyişilir.
179
178
Karl Gleumes,
The Parliamentary Commissioner for the Armed Forces: Her Role in
Exercising Parliamentary Control over the Federal Armed Forces and Processing Petitions
from Service Personnel,
17.
179
Bax: (www.ombudsman.forces.gc.ca) Kanada Silahlı Qüvvələrinin ombudsmanı.