300
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 19.1. Ombudsmanın Tərifi
Ombudsman sözünü geniş mənada tərcümə etsək “vətəndaşın müdafi əçisi”
və “xalqın nümayəndəsi” kimi olar. Ombudsman gender baxımından neytral
sayılan termindir, dünyanın hər tərəfi ndə qadın və ya kişi bu vəzifəni tutarsa
bu söz işlədilir. Lakin, bir çox adamlar “ombuds” və “ombudsperson”da
deyirlər (Bax:
www.usombudsman.org
). Ombudsman idarəsini təmsil
edən başqa adlardan da istifadə olunur. Məsələn, İngilis dilli ölkələrdə
administrasiya üzrə parlament komissarı (Şri Lanka, Böyük Britaniya),
xalq qoruyucusu (Cənibi Afrikada), baş müstəndiq (Zambiyada) adlanır.
Bir çox ölkələrdə insan hüquqlarının qorunması ombudsman idarəsinin
əsas məqsədlərindən biridir və bu da tez-tez idarənin adında əks olunur.
Məsələn, Meksikanın İnsan Hüquqları üzrə Milli Komissiyası, Polşanın
Mülki Hüquqlar Qoruyucusu, Sloveniya
İnsan Hüquqları Ombudsmanı,
Macarıstan İnsan Hüquqları üzrə Parlament Komissarı.
Mənbə: Petter Bolme,
International Overview of the Ombudsman Concept (Stockholm:
Global Reporting Sweden AB, 2008), 4.
Bu ilkin konsepsiyanın əsas özəyini təşkil edir. Yəni,hərbi qüvvələrə
tətbiq edildikdə bu instituta xalqın müdafi əçisi və ya hərbi qulluqçuların
hüquqlarını qoruyan və hərbi qüvvələrin daxilində demokratik konstitusiya
prinsiplərini vurğulayan hərbi ombudsmanın funksiyalarını yerinə yetirir.
Ombudsmanın funksiyalarıni daşıyan və ancaq təşkilatın rəhbəri tərəfi ndən
təyin olunan “Daxili ombudsman” və ya “baş müfəttiş” kimi ifadələrin il-
kin konsepsiyadan əyilmə kimi göründüyünü qeyd emək mühümdür. Onlar
təşkilat daxili mühitə müsbət təsir edə bilərlər, ancaq onlara alternativ kimi ba-
xıla bilməz.Rəngarəng təşkilati mədəniyyətlə xarakterizə olunan bürokratiya-
lar, müxtəlif dərəcəli uğurlarla,ilkin ombudsman konsepsiyasının dəyişilmiş
versiyalarını işə salmışlar. İlkin konsepsiyalar haqda bilgi və onların spesifi k
icra mexanizmləri, ölkə və qurum səviyyəsində dürüstlüyü təmin etmək stra-
tegiyasına müvafi q ombudsman institutunun yaranmasına kömək edir.
Hərbi ombudsman institutunun yaranması liberal demokratiyada müdafi ə
sektorunun iki mühüm problemıni həll etmək məqsədinə xidmət edir: vətəndaş
cəmiyyətləri və müvafi q hərbi qurumlar arasındakı münasibətləri mülki
nəzarət altında saxlamaq və eyni zamanda,orduda xidmət edən insanların
insan və sosial hüquqlarını qorumaq. Beləliklə, mülki-hərbi münasibətlərdə
mövcud olan klassik sual,” kim qoruyanları qoruyacaq” digər suala birləşir:
“hərbi forma daşıyan vətəndaşlar kimi, qoruyanların hüquqlarını necə qoru-
301
Ombudsman Qurumunun Rolu
malı”?. Hər iki sualın mənimsədiyi məsələlər təkcə konseptual baxımdan
yox,həm də ictimai və hərbi institutlaşmanın inkişaf siyasəti və strategiyası
kimi bir-biri ilə qarşılıqlı əlaqədədirlər.
Ombudsmanın beynəlxalq baxımdan qəbul olunmuş rolu yalnız araşdır-
ma aparmaq və həll üçün tövsiyələr verməkdir. Ona görə də bu cür institu-
tun qurulması hər hansı mövcud hakimiyyətə təhlükə kimi görülməli deyil
165
.
Hərbi ombudsmanın fəaliyyət dairəsi böyük mənada,dəyişən hərbi mühi-
tin niyyətindən,nüfuzundan və təbiətindən asılı olacaq. Onun “nəzarətdən
kənar”-a çıxması etimal edilmir
166
. Korrupsiya özünün çox saylı formalarında
və təzahürlərində, mülki-hərbi münasibətlərin bütöv spektrındə inandırıcıdır.
Ona görə də “geniş hüquqlu ombudsman” ciddi mülki-hərbi münasibətlərin
öhdəsindən gəlmək üçün səlahiyyət və bacarığa sahib olmalıdır. Bir çox
ölkələrdə bu cür idarənin qurulması öz xidməti borclarını yerinə yetirən
hərbçilərin davranış normalarında çox mühüm dəyişikliklərə gətirmişdir.
Ombudsman İnstitutlarının Modelləri
Ümumiyyətlə, ombudsman institutları iki qrupa bölünür-“klassik” və
“təşkilati”. Hər qrupun içində daimi təkamül gedir və onlar arasındakı sərhəd
xətləri sürətlə dəyişir
167
. Lakin, həm hökümət siyasəti baxımından, həm də
ictimai struktur olaraq müdafi ə sektoru fərqli məna daşıyır. Bu
səbəbə görə
müdafi ə sektorunda çoxlu növ ombudsman institutları var və onların da fərqli
tapşırıqları və səlahiyyətləri var. Üç əsas model praktiki cəhətdən fərqləndirilə
bilər- klassik ombudsman, müdafi ə sektoru üzrə güclü ombudsman və silahlı
qüvvələrin zəif təşkilati ombudsmanı.
İdarəetmənin əsas prinsipini xatırlasaq, “ölcülməli olan şey varsa, o da
görülən işdir”, burada ombudsmanın nüfuzuna hərbi idarəçiliyin monito-
rinq və qiymətləndirmə prosesinın bir hissəsi kimi baxıla bilər, xüsusilə də,
müdafi ə siyasətinin formalaşdırılması və həyata keçirilməsi məsələsində.
Müdafi ə Sektoru üzrə Klassik Ombudsman Modeli
Bu model ondan irəli gəlir ki, istənilən parlamentlı hökümətdə parlament
165
Bir çox hallarda bu cür fəaliyyət hərbi tabeçiliyə zidd kimi qəbul edilir və doğru və ya
yanlış olsa da hərbi və ya siyasi hakimiyyətin və rəhbərliyin aşılanması kimi izah olunur.
166
Phasoane Mokgobu, “Determining a Role for a Military Ombudsman in the South African
National Defence Force,” African Security Review 8:1 (1999), www.iss.co.za/ASR/8NO1/
Determining.html.
167
ABŞ- dakı Ombudsmanlar Assosiasiyasının materiallarına görə.Kanada Silahlı
Qüvvələrinin website-nə də bax: www.ombudsman.forces.gc.ca.