290
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
dövlət katibləri bu cür sərt sınaqdan çıxırlar, çünki dinləmələr zamanı siyasi
qalmaqal davam edir və müxalifət üzvləri hökümətin səriştəsizliyini sübut
etmək üçün bıçaqlarını hazır tuturlar. Eyni zamanda,parlament sorğuları par-
lament üzvlərinin təcrübəsizliyi nədəniylə, hüququ əsaslandırma baxımından
çox zaman zəifl əmiş olur. Onlar araşdırıcı qabiliyyətlərinə görə yox,siyasi
instinktlərinə görə seçilirlər.
Araşdirma vasitələri mühümdür, ancaq korrupsiyanı azaltmaq üçün ən
yaxşı vasitə ardıcıl prosedurların hazırlanması və onlara riayət edilməsidir:
diqqətli, hərbi büdcənin xətt-xətt öyrənilməsi, alınan silah və texnikanın
həyat-dövrü xərclərinə baxılması və edilən yoxlamaların audit ofi sindən gələn
yoxlama nəticələri ilə birləşdirib maliyyə xərclərinin nə qədər müqavilədə
göstərilən məqsədlərə uyğun xərcləndiyini müəyyən etməkdir. Təbii, bu
cür prosedurlar o zaman nəticə verər ki, parlamentin bu cür geniş analizləri
etmək üçün lazımi səviyyədə ixtisaslaşmış işçiləri olsun. Müstəqil Audit
Ofi sinin mövcudluğu təqdirdə, o qanuna zidd hallar üçün çəkindirici rolu
oynayır,cünki qanunsuz mənimsəmələr onların hesabatlarında çox ehtimal
ki,üzə çıxacaqdır.
Təhcizat sahəsində, Müdafi ə Nazirliyi hərbi tələbatlar haqda Parlamentə
məlumat verməlidir, bu tələbləri qarşılamaq üçün alternativlər göstərilməli,
potensial təminatçılar və son alqi-satqı qərarına bəraət verən arqumentlər
göstərilməlidir. Məsələn, Belçika və Niderlandiyada Müdafi ə Nazirliyi
əvvəlcədən hazırlanmış prosedur üzrə hərəkət etməlidirlər. Birincisi,10 illik
proqram çərçivəsində hansı silah sistemlərinə tələbatların olduğu müəyyən
edilir və bu tələbatların izahatları, alternativlərin analizi,danışıqların
gedişi,konpensasiya (iqtisadiyyat nazirliyi tərəfi ndən idarə olunan) və birgə
istehsal cəhətləri haqda hesabat verilir və sonda alqı-satqı qərarı qəbul olu-
nur. Bu cür prosesi dəstəkləmək üçün 1996-cı ildə Belçikada Nümayəndələr
Palatasında hərbi alqı satqı üçün xüsusi komitə qurulmuşdur. Hollandiyada
isə, parlament müqavilələrin dəyəri 50 milyon Euro-dan artıq olduğu hal-
larda, imzalanmadan öncə onu lazımi zaman ərzində nəzərdən keçirməli və
Müdafi ə Nazirliyi bu qaydalara uyğun hərəkət etməlidir (Bax Haşiyə 18.2).
Bu adətən Müdafi ə Komitəsindən gələn yaşıl işıqla nəticələnir,lakin Parla-
ment üzvlərinin bu müqaviləni İkinci Palatanın gündəliyinə salıb ümumi
müzakirələrə çıxarmaq və ya səsverməyə qoymaq hüququna malikdir. Alma-
niyada eyni gücləndirilmiş yoxlama proseduru 25 milyon Euro-dan başlayır.
291
Parlamentlərin və Audit İdarələrinin Rolları
Haşiyə 18.2 Hərbi Təhcizat Nəzarəti üçün Model Ardıcıllığı
Aşağıda silah alqı- satqısı modeli ardıcıllığına nəzarət Hollandiya
Parlamentinin təcrübəsində göstərilir.
Tələblər
Müdafi ə Nazirliyi ordunun ümumi operativ tələbləri ilə bağlı parlamentı
mə lu matlandırır. Bura hərbi avadanlığın növləri, lazım olan sayı və təhcizat
üçün saxlanılmış maliyyənin həcmi daxildir. Parlamentarlar adətən indiki
hərbi avadanlıq alışı üçün nəzərdə tutulan büdcənin ümumi hərbi büdcənin
hansı hissəsini təşkil etdiyinə fi kir verirlər və başqa üstünlük təşkil edən
ehtiyaclarla bu qərarın nə qədər uyğunluğu haqda suallar verirlər. Təhcizat
prosesi ancaq o zaman irəliləyir ki, parlamentın müdafi ə komissiyası bu
tələbləri bəyənsin və ya minimum olaraq özünün sakit razılığını “komissiya
təqdim olunan sənədi yaxından izləyir” şəklində versin.
Hazırlıq işləri
Operativ tələblər texniki şərtlərə çevrilir. Bazar ətrafl ı öyrənilir və mümkün
təminatçıların siyahısı hazırlanır. Məmulat indi və ya yaxın zamanda hazır
deyilsə, o zaman hərbi sənaye ilə və başqa maraqlı ölkələrlə əməkdaşlığa
gedib həmin silahların düzəldilməsi mərhələsi planlaşdırılır. Təhcizat
strategiyası müəyyən edilir və istehsal və təhvil üçün cədvəl tərtib edilir.
Qiymətləndirmə
Qiymətləndirmə maraqlı təminatçılar tərəfi ndən təmin edilmiş məlumatların
geniş şəkildə öyrənilməsidir. Onlar bütün texniki şərtləri təmin etmək
iqtidarındadırlarmı, yoxsa onlar bu tələbləri qarşılamaq üçün alternativ
yollar irəli sürür? Bu avadanliq başqa ölkələrdə istifadə olunurmu və
onların iş təcrübəsi necədir? Hansı birgə istehsal və kompensasiya imkanları
var? (ofset imkanları). Bu araşdırma alternativ məlumatlardan ibarət qısa
siyahıya gətirməlidir. Bu məlumatlar səlahiyyətli parlament komitəsində
müzakirəyə çıxarılmalı və ictimaiyyətə bildirilməlidir.
292
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Alqı-satqı
Bu mərhələ müzakirə edilmiş təklifl ər əsasında alış üçün son tövsiyələri və
hazırlıqları əhatə edir,yəqin ki,artıq sınaqlar da keçirilmişdir. Silahlanma
direktorluğu son tövsiyələri dəqiqləşdirmək üçün müxtəlif kriteriyalardan
istifadə edir. Nəzərə alsaq ki, bir neçə alternativ variantlar hərbi tələblərə
cavab verir, başqa işlər də nəzərə alınacaq. Məsələn,həyat dövrü zamanı
istismar xərcləri, hərbi baxımdan səmərələlik səviyyəsi və asayiş
təhlükəsizliyi.Ofset və birgə istehsal mexanizmləri tez-tez gündəmdədir-
parlamentarlar əmin olmaq istəyirlər ki, daxili sənaye də müvafi q surətdə
istehsala cəlb olunacaq və xaricdə sərf olunan hər bir dollar və ya Euro-ya
görə 100% kompensasiya ödəniləcəkdir.
Parlamentın rolu bu mərhələlərin hər birində qiymət səviyyəsindən asılı
olaraq fərqli olacaq. Hollandiyada 5 milyon Euro-dan aşağı müqavilə silahlı
qüvvələrin hansı növünə aiddirsə onlar tərəfi ndən imzalanır. 25 milyon
Euro-ya qədər olan müqavilələr Baş Ştabın rəisi səviyyəsində imzalanır
və parlamentlə danışılır. 25 və 100 milyon arası müqavilələr prosesin
əvvəlindən parlament komitəsi tərəfi ndən bəyənilməlidir, əgər layihə siyasi
cəhətdən həssas sayılmırsa, onun yerinə yetirilməsi,silahlı qüvvələrin
uyğun növünə həvalə edilir. Yüksək dəyərli layihələr imzalanmadan öncə
parlamentın bəyənməsini nəzərdə tutur. Onların yerinə yetirilməsi ilə bağlı
qərar, avadanlıqlar üzrə yetkili olan Dövlət katibi (nazir müavini) tərəfi ndən
verilir. 250 milyon Euro-dan çox olan müqavilələr bütöv kabinetın və
parlamentin qərarı ilə olur.
Mənbə: Willem F. van Eekelen, The Parliamentary Dimension of Defence Procurement:
Requirements, Production, Cooperation and Acquisition, Occasional Paper No. 5 (Geneva:
DCAF, 2005).
Müttəfi qlər: Media, QHT-lər,Beynəlxalq Təşkilatlar, Hərbi
Peşəkarlar
Parlamentlər üçün problemlərdən biri odur ki, onlar öz ixtiyarlarında olan
geniş resurslardan səmərəli istifadə edə bilmirlər, parlamentarların buna vaxt-
ları çatmır. Media da ilham mənbəyi kimi çıxış edir; Qərb parlamentlərində
gedən sual-cavab saatları qəzetlərdə yazılan qalmaqallı yazılar və ya
hökümətin səmərəsiz addımlarından kaynaklanır. Mətbuat səmərəli demok-
ratiya üçün tələbdir, ancaq media vasitəsiylə yayılan xəbərlərə ağırlıqlı ola-