284
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
keçirmək;
• Beynəlxalq öhdəlikləri və müqavilələri parlament tərəfi ndən ratifi ka-
siya etmək təklifl əri;
• Parlamentə güc işlətmək və hərbi qüvvələri xarici missiyaya
göndərmək tövsiyələri;
• Hərbi təhcizata nəzarət;
• Yüksək səviyyəli təynatları nəzərdən keçirmək;
• Kadr siyasətinin və insan hüquqlarının monitorinqini keçirmək.
Komitələrin öz nəzarət funksiyalarını səmərəli yerinə yetirmələri üçün üç
tələb yerinə yetirilməlidir. Birincisi, onların qanun tərəfi ndən açıq ifadə olu-
nan lazımi səlahiyyətləri olmalıdır. Bu adətən aşağıdakı səlahiyyətləri nəzərdə
tutur:
• Dinləmələr və ya sorğular təşkil edir və bu zaman nazirlər,digər
yüksək vəzifəli hökümət adamları,hərbi və mülki rəsmilər və
ekspertlər suallara cavab verməyə və ya ifadə verməyə çağırılırlar;
• Hökümətdən sənədlər tələb edir;
• Hökümət xərclərinin şəffafl ıq və məhsuldarlığını yoxlayır və
səlahiyyətli orqanlardan lazım gəldikdə audit keçirməyi tələb edir;
• Müdafi ə və təhlükəsizlik sektorunda vəziyyətlə bağlı hərbi qulluq-
çulardan və mülki təşkilatlardan gələn ərizə və şikayətlərə baxır;
• Xaricdə yerləşdirilmiş hərbi qüvvələr daxil, hərbi bazalara və başqa
obyektlərə səfər edib onlara baxış keçirir.
İkincisi, komitənin öz vəzifələrini yerinə yetirmək üçün imkanı olmalıdır,
yəni ixtisaslı ştatı,müvafi q büdcəsi, məlumatlara çıxışı və kənar təcrübəni cəlb
etmək imkanı (və ödəmək şərti ilə). Komitə üzvlərinin peşəkar qabiliyyətləri
də mühümdür: onların müvafi q təhsili,təcrubəsi və biliyi olmalı və periodik
olaraq əlavə təlim və təhsillə tamamlanmalıdırlar.
Sonuncu mühüm olan məsələ komitə üzvlərinin hökümətin cavabdehliyinə
olan münasibətidir və partiya mənsubiyyətini kənara qoyaraq ictimai ruhah
üçün çalışmasıdır. Media və ya ictimayyətdən xəbərsiz qapalı görüşlər par-
tiyalılıq hisslərindən uzaqlaşmaq üçün yol ola bilər. Səs yazısı getməyən
qeyri-rəsmi görüşlər və ya seminarlar ümumi baxış formalaşdırmaqdan ötrü
və partiya siyasətindən üzaqlaşmaq üçün əla vasitələrdir. Komitə sədrinin
münasibəti və liderlik bacarığı ən mühüm təsir mexanizmi sayılır.
Güclü aktiv münasibət komitənin önləyici nəzarətini təmin etməyə
kömək edir. Müntəzəm və surpriz olaraq hərbi birləşmələrə edilən səfərlər,
285
Parlamentlərin və Audit İdarələrinin Rolları
dinləmələr və auditlərə sərf edilən zaman əhəmiyyətli dərəcədə vaxt və ener-
ji qənaətinə gətirir və problemlər üzə çıxdığı zaman bu vaxt və enerjidən
istifadə olunur.
Audit İdarələri
Komitənin tərkibindəki peşəkar ştatlı işçilərin verdiyi məlumatlardan
əlavə, parlamentlər müstəqil audit şirkətlərindən də məlumat və analizlər
alırlar. Bunlar çox zaman ya parlamentə birbaşa bağlı olur,məsələn, ABŞ
Konqresi Büdcə Ofi si kimi, ya da İngiltərədəki Böyük Britaniya Mil-
li Audit ofi si kimi spesifi k məsuliyyət və qarşılıqlı əlaqə sistemi vasitəsilə
parlamentlə əlaqədə olur.Səmərəli iş zamanı,bu idarələr hökümətin keçmiş
və carı fəaliyyətini qiymətləndirmək üçün parlamentı vasitələrlə təmin edir.
Audit ofi sinin spesifi k funksiyalarına aşağıdakılar daxildir:
• Bütün mərkəzi hökümət idarələrinin və icra strukturlarının maliyyə
bəyannamələrinin audit edilməsi;
• Büdcə yerinə yetirilməsi analizləri, icra orqanlarının büdcə təklifl ərinin
analizi,dəyər hesablamalarının müstəqil qiymətləndirilməsi və alternativ
büdcə variantları və ssenariləri təklif etməklə büdcə prosesinin dəstəklənməsi;
• Büdcə və maliyyə məsələləri ilə əlaqədər spesifi k siyasi qərarlar və
proqramların analizi;
• Xəbər verənlərə və ictimayyətə şikayətləri çatdırmaq üçün onları
vasitələrlə təmin etməli və bu cür ittihamları araşdırmalı;
• Auditlərdən istifadə etməklə və qabaqçıl təcrübəni yaymaqla idarələrə
kömək edib onların gördükləri işin səmərəliyini artırmalı;
Bütün bu səylər strukturların fəaliyyətinin qiymətləndirilməsi və tap-
şırıqların yerinə yetirməsi bacarığından asılıdır. Hesabdarlıq və ya hüquqi
yanaşmadan əlavə “siyasi kurs cavabdehliyi” də faydalıdır,cünki o resurs-
ları, cari fəaliyyəti və arzuolunan nəticələri birləşdirməyə kömək edir. On-
ların işləri Planlaşdırma,Proqramlaşdırma, Büdcələmə və Qiymətləndirmə
Sistemləri(PPBES) ilə bağlı olduqda bunu etmək asandır (bu zaman audit
strukturları nəticələrinin dəyərləri artır). Bu halda audit ofi si proqramlaşdır-
maya xüsusi diqqət yetirməlidir, o orta perspektivdə resurslar ayırmaq və proq-
ramları qiymətləndirmək üzrə qərarlar verir. Çoxlu ölkələrdə qiymətləndirmə
inkişaf etməmiş xarakter daşıyır: əgər işin həcminin böyüklüyünü və siyasi
həssaslığı nəzərə alsaq bu da təəccüblü deyil.
286
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 18.1. Böyük Britaniya Milli Audit Ofi sinin Rolu
Nəzarətçi və Baş Auditor tərəfi ndən idarə olunan Milli Audit Ofi si (NAO-
National Audit Offi ce)öz səylərini üç istiqamətə yönəldir: xərclənən
vəsaitlərin səmərəliyinin təmin edilməsi, parlamentın işinin dəstəklənməsi
və qabaqçıl təcrübə üçün istiqamətlərin müəyyən edilməsi.
Xərclənən vəsaitlərin səmərələliyi:
1983-cü ildə qəbul olunmuş Milli Audit Aktina (National Audit Act)
görə,NAO dövlət vəsaitlərinin xərclənməsi üzrə məsələləri qiymətləndirir
və hesabat hazırlayır. Xərclənən vəsaitlərin səmərəliliyi baxımından, o
hökümət idarələrinin və digər dövlət strukturlarının planlaşdırılmış nəticələr
əldə etməsi üçün öz resurslarını necə səmərəli və məhsuldar sərf etdiyini
qiymətləndirir. Bu işin miqyası çox genış məsələləri əhatə edir,cinayət
hüququ sisteminin fəaliyyətindən tutmuş Müdafi ə Nazirliyinin əsas
təhcizat layihələrinə qədər, hökümət layihələrinin kommersiya təcrübəsinin
yaxşılaşdırılmasından tutmuş, şose yolu xidmətini təkmilləşdirən
müqavilələrə qədər. NAO ildə 60 hesabat təqdim edir. Hesabatların hamısı
statistika və dəlillər əsasındadır və ciddi analizlərdən istifadə olunub
hazırlanır və həmçinin, uyğun sənədlərə çıxış üçün geniş qanunla müəyyən
edilmiş salahiyyətləri vardır.
Parlamentə Dəstək
NAO-nun rəhbəri Nümayəndələr Palatasının rəsmi nümayəndəsidir və onun
işinin nəticələri Nümayəndələr Palatasının qaydalarına əsasən parlamentə
təqdim olunur. O parlament və vergi verənlərin adından çıxış edir və
höküməti dövlət büdcəsindən istifadəyə görə cavabdeh tutur və hökümətin
xidmət strukturlarına öz işlərini yaxşılaşdırmaları üçün kömək edir. 2000-ci
ildən bəri, müntəzəm surətdə hökümətin dövlət büdcəsini formalaşdırmaq
üçün irəli sürdüyü əsas fərziyyələri analiz edir və qiymətləndirir və onların
münasibliyini yoxlayır və hökümətin hesabatları ilə paralel əldə etdiyi
nəticələrini də açıqlayır. 2007/2008-ci illər ərzində parlament üçün 60 əsas
hesabat hazırlamış və 460 hesabat isə audit edilmişdir. 2008-2009 büdcə
ilindən başlayaraq, auditlər, Beynəlxalq Maliyyə Hesabati Standartları
(İnternational Financial Reporting Standards)əsasında aparılacaqdır.
Dostları ilə paylaş: |