Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə101/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   97   98   99   100   101   102   103   104   ...   163

266

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

National Defence Authorization act for Fiscal Year 2009) məlumat 

bazasının yaradılması haqqında müddəa irəli sürdü. Həmin müddəaya görə 

məlumat bazasında federal podratçılar və qrant alan təşkilatların dürüstlüyə 

necə  əməl edilməsi və  şərtlərin yerinə yetirilməsi məsələləri haqqında 

məlumatlar saxlanılmalıdır. O FPDMB məlumat bazası kimi hazırlanacaq, 

lakin ona daxil olmaq məhdudlaşdırılacaq.

Qeyd etmək lazımdır ki, 100 podratçı içərisindən 25 şirkət FPDMB-nin 

məlumatına görə, heç bir qayda pozuntusuna yol verməyib, 14 şirkətin isə 

yalnız bir qayda pozuntusu qeydə alınıb. Beləliklə, ən böyük 100 hökumət 

podratçısından 39-u sistematik qayda pozmalarına meylli olmamışlar və 

bu,hökumətlə biznes arasında  əməkdaşlığın labüd olaraq çoxsaylı qanun 

pozuntularına gətirib çıxardığı haqqında uydurmanı təkzib edir.

Çexiya Respublikası hökuməti korrupsiya hərəkətlərində  əsaslı olaraq 

ittiham edilən  şirkətləri dövlət satınalmalarında iştirakdan kənarlaşdırma 

(yəni, qara siyahıya salma) haqqında müddəanı bu yaxınlarda özünün 

korrupsiyaya qarşı sonuncu proqramına daxil etməklə daha bir addım 

irəli gedib. Bu məsələ çoxdan «Beynəlxalq  Şəffafl ıq» təşkilatının Çex 

bölməsi tərəfi ndən təbliğ edilirdi. Bölmənin mövqeyi ondan ibarət idi ki, 

təhqiqat aparmaq və dövlət ittihamı irəli sürmək kimi alətlərlə yanaşı, 

bazarı korrupsiyaya məruz qoyan şirkətlərdən təmizləmək üçün mühüm 

inzibati alət tətbiq etmək lazımdır. Bu digər potensial qanun pozucuları 

üçün əhəmiyyətli çəkindirici element olacaq. 2007-ci il hesabat məruzəsinə 

kənarlaşdırma proqramının uğurlu olmasını təmin etmək üçün tövsiyələrin 

siyahısı daxil edilib: qaydaların ictimaiyyətə açıqlığı; bütün satınalmalar 

üzrə qara siyahıların məcburiliyi;  ədalətin təminatı, yəni hamıya eyni 

yanaşma; həmçinin ifl asa  uğratmaq deyil, islahatları  təşviq etmək 

məqsədilə ciddi inzibati cərimələr. Bu məruzə, həmçinin tövsiyə edir ki, 

qara siyahının tərtib edilməsi dövlət satınalmaları sahəsində korrupsiyaya 

qarşı  tədbirlərin -  dövlət müqavilələrində  əxlaq kodekslərinə riayət 

etmə, dürüstlük sazişləri, xəbərçilərin mühafi zəsi, səhvlərin düzəldilməsi 

proqramları və başqa - daha mürəkkəb strategiyasının tərkib hissəsi olsun.

Mənbələr: “Project on Government Oversight Releases New Federal Contractor 

Misconduct Database,” Ethics World (15 October 2008), www.ethicsworld.org/

publicsectorgovernance/publicprocurement.php #pogo; “TI Czech Supports 

Blacklisting to Clean Up Public Procurement. Report provides key conditions for 

blacklisting to be successful,” Ethics World (11 December 2007), www.ethicsworld.org/ 

publicsectorgovernance/ publicprocurement.php#blacklisting.




267

Hökumətin Rolu

Lüzumsuz artıq texnikanın və infrastruktur obyektlərinin yerbəyer edilməsi 

dürüstlük üçün əlavə problemlər ortaya çıxarır. Bu halda problem müəyyən 

predmetin həqiqətən izafi  olub-olmamasını və  əgər cavab müsbət olarsa, o 

zaman izafi  əmlakın dəyərinin nə qədər olacağını dəqiq qiymətləndirməkdən 

ibarətdir.  İzafi   əmlakın satışı üçün təşkil edilmiş  və  şəffafl ığın lazımi 

səviyyəsinin təmin edildiyi açıq hərraclar Müdafi ə Nazirliyinə bu əmlak üçün 

maksimal mümkün olan vəsaiti qazanmağa kömək edə bilər. Xeyli həcmdə 

izafi  əmlaka sahib olan ölkələr onun ötürülməsi və ya satışı prosesini idarə 

etmək üçün ixtisaslaşdırılmış departamentlər yarada bilərlər. Bu Müdafi ə Na-

zirliyinin üstündən hərracların təşkilatçısı rolunu götürərdi.

Təftiş və Audit

Effektiv yoxlamalar və audit sistemi potensial korrupsiyanın aşkar 

edilməsi və cəzalandırılması üçün real imkanlar yaratdığından onun qarşısı-

nı almaqda mühüm rol oynayır. Hətta korrupsiya özü olmadığı halda, onlar 

məhdud resursların effektiv və səmərəli istifadəsinin, həmçinin müdafi ə siste-

minin idarə edilməsində və qərarların qəbulu sahəsində dürüstlüyün təminatı 

üçün əhəmiyyətli vasitədir. Təftiş və auditə həm adətən nəzarət-təftiş orqan-

larının qanuniliyin təminatı üzrə yerinə yetirdiyi yoxlamalar, həm də auditor 

strukturlarının proseslərdə bədxərclik, səmərəlilik və dürüstlük üzrə həyata 

keçirdiyi yoxlamalar aid edilir. Təftiş və audit sistemlərinin gücləndirilməsi 

üzrə tədbirlərə müfəttişlərin sayının və peşəkar hazırlığının artırılması, prose-

durların təkmilləşdirilməsi, səlahiyyətlərin artırılması və informasiya texno-

logiyalarından daha səmərəli istifadə edilməsi aiddir.

Şəffafl ıq və Hesabatlılıq

Məlumatın şəffafl ığı və yuxarı orqanlar qarşısında hesabatlılıq dürüstlü-

yün təmin edilməsi və korrupsiyanın qarşısının alınması üçün əhəmiyyətli 

vasitələr hesab edilirlər. Xarici şəffafl ığın  ənənəvi metodları  ağ kitabla-

rın nəşrini və parlamentə hesabatların verilməsini (18 və 21-ci Fəsillərə 

bax) nəzərdə tutur. Bu metodlar vəzifəli şəxslərin məsuliyyətdən yayınmaq 

məqsədi ilə məxfi likdən özləri üçün əlverişli istifadə etmək kimi geniş yayıl-

mış meyllərini məhdudlaşdıran mühüm vasitələrdir. Məxfi  təsnifatlardan və ya 

layihələrdən yalnız ən təxirəsalınmaz hallarda və müvafi q nəzarətin (məxfi lik 

rejiminə uyğun) təşkil edilməsi şərti ilə istifadə olunmalıdır. Şəffafl ıq və he-

sabatlılıq, vətəndaş cəmiyyəti ilə innovasiya əlaqələrinin qurulması, məsələn, 

ictimai şuraların yaradılması və həmin şuraların nümayəndələrini nazirliyin 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə