279
Hökumətin Rolu
Haşiyə 17.5. Qalmaqala Reaksiya - Peru Nümunəsi
Ölkədaxili qiyama cavab olaraq Peru Kəşfi yyat Xidməti 1990-cı illərdə
xeyli genişləndirildi. Lakin Xidmətdən daha çox prezident Alberto Fujimori
hökumətinə qarşı siyasi müxalifəti sərt nəzarət altında saxlamaq üçün
istifadə edilirdi. Prezidentin müşaviri Vladimiro Montesinos rəsmi olaraq
Kəşfi yyat Xidmətinin rəisi olsa da, de-fakto milli müdafi ə təsisatlarına
nəzarət edir və ancaq prezidentə hesabat verirdi. Onun rəhbərliyi altında
Kəşfi yyat Xidməti mühüm siyasi xadimləri satın alır və şantaj edir,
Kolumbiya partizanlarını silahla təımin edir və hətta narkotik maddə
qaçaqmalçılarından külli miqdarda pul alırdı. 2000-ci ildə Montesinos
müxalifətçi deputatı satın almağa cəhd edərkən ələ keçdi. Hadisənin
lent yazısı aşkar edildikdən sonra, o vəzifədən azad edildi. 2000-ci ilin
Noyabrında Prezident Fujimori istefa verdi.
Müvəqqəti hökumət quruldu və o, yeni seçilmiş hökumətin öz vəzifələrinə
başlamasından bir neçə ay əvvəl təhlükəsizlik strukturları üzərində mülki
nəzarəti təmin etmək üçün bir sıra addımlar atmağa təşəbbüs göstərdi.
Kəşfi yyat Xidməti və Müdafi ə Nazirliyi yenidən təşkil edildi, onların
büdcələri azaldıldı və hər ikisi Konqressin ciddi nəzarəti altına keçdi.
Yüksək rütbəli təhlükəsizlik rəsmiləri vətəndaş müharibəsi və 1995-ci ildə
Ekvadorla sərhəd müharibəsində korrupsiya və insan haqlarını pozmaqda
ittiham edilərək istintaqa cəlb edildilər.
İstefada olan bəzi hərbiçi zabitlər və təhlükəsizlik üzrə ekspertlər
islahatların keçirilməsinə kömək etdilər və proses 2001-ci il İyulunda yeni
administrasiyanın seçilməsi ilə daha da dərinləşdi. Sonrakı illərdə Milli
Təhlükəsizlik Xidmətində bir neçə dəfə islahatlar aparıldı və onun fəaliyyət
dairəsi xeyli azaldıldı. Müdafi ə Komissiyası və Kəşfi yyat Komissiyası
vasitəsilə Konqresin həmin strukturlar üzərində nəzarəti gücləndirildi.
Konfi densiallığı artırmaq üçün 2006-cı ildən başlayaraq Kəşfi yyat
Komissiyasında üzvlük Konqresin tam beş illik dövrü ilə eyniləşdirildi.
Əvvəlki dövrdə isə, bu Komissiya da Konqresin digər Komissiyaları kimi,
hər il yenilənirdi.
Ümumilikdə bu fəaliyyətlər ictimaiyyət tərəfi ndən yaxşı qarşılandı və
etimadı bərpa etməyə kömək etdi. Təhlükəsizlik təsisatları çərçivəsində
isə bu keçmiş liderlərin əməllərinə görə "kollektiv cəzalandırılma" kimi
qiymətləndirildi. Beləliklə,milli təhlükəsizlik təsisatları daha şəffaf
olsalar da, fəaliyyətlərinin səmərəliliyi xeyli azalmış oldu. Bu isə terrorist
fəaliyyətin yenidən dirçəlməsinin və daha yaxşı silahlanmış Çili qarşısında
zəif düşmək kimi ümumi fi krin yaranmasının əsas amillərindən biri
olmuşdu.
Mənbə: Dr. Jorge Ortiz, Instituto Peruano de Economica y Politica
280
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
İkinci səviyyədə prosedurların sadələşdirilməsi, idarəetmənin və
rəhbərliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Korrupsiyaya mane olmağa çalışmaqdansa dürüst olmaq imkanlarının
artırılmasına daha çox diqqət ayırmaq müdafi ə strukturlarında peşəkar qrup-
larla körpü qurmağa kömək edə bilər. Müdafi ə strukturları əməkdaşlarının
korrupsiyasız yaşamaq və səmərəli fəaliyyət göstərmək imkanları olarsa, on-
lar üçüncü səviyyəni - korrupsiyaya qarşı məqsədyönlü kampaniyanı həvəslə
dəstəkləyəcəklər.
Korrupsiyanın zatən hər yerdə mövcud olması faktı, müdafi ə nazirliklərini
də cəmiyyətin qalan hissəsi ilə eyni korrupsiya səviyyəsində durmağa məhkum
edir. Hətta korrupsiyanın bütün cəmiyyəti bürümüş olduğu ölkələrdə belə icti-
mai gözləntilərin çoxalması və ictimai nəzarətin artırılması kimi amillər kiçik
bir dürüstlük adacığı əmələ gətirmək üçün müdafi ə idarəsində vəzifə şərəfi
hissləri ilə birləşdirilə bilər. Paradoks olsa da, əksər cəmiyyətlərdə, hətta on-
lar korrupsiyaya uğramış olsalar belə, silahlı qüvvələrdə və mülki müdafi ə
xidmətində dürüstlük bir milli iftixar və sayğı mənbəyidir. İstehza doğuran hal
budur ki, avtoritar rejimlər belə vəziyyətdə özlərini narahat hiss edirlər. Səbəb
odur ki, çox vaxt korrupsiya müdafi ə və güc strukturlarının rəhbərlərini rejimə
daha çox bağlayan bir vasitə olur ki, lazım gəldikdə vətəndaşlara qarşı onla-
rın dəstəyi təmin edilsin. Beləliklə, demokratik idarəçilik müdafi ə sahəsində
dürüstlüyün təmin edilməsinə, müdafi ə sahəsində dürüstlüyün təmin edilməsi
isə demokratikləşməyə yardım edir. Müdrik hakimiyyət bu müsbət və qarşı-
lıqlı gücləndirici dinamiklik ilə işləyəcək və ondan faydalanacaq.
Haşiyə 17.6. Dürüstlüyün Təmin Edilməsi üzrə İslahatlar üçün Yol Xəritəsi
Müdafi ə sahəsində dürüstlüyün təmin edilməsi islahatları üzrə burda təqdim
edilən yol xəritəsi Polşa təcrübəsinə əsaslanıb.
Hər şeydən əvvəl, islahatlara ehtiyac duyulan məsələləri müəyyən etmək
üçün korrupsiya riskləri üzrə özünü qiymətləndirməni aparın. Bunun üçün
NATO alət (Dürüstlülük üzrə Özünü Qiymətləndirmə Sorğusu) təklif
etməklə bərabər, həmçinin bu məsələdə ekspert köməyi də təqdim edə
bilər. Korrupsiyalaşmış sahələrin qiymətləndirilməsindən sonra onların
həlli üçün prioritet olanları müəyyən edin. İslahatların etibarlı olmaları
üçün onlara yuxarıdan, yəni yüksək korrupsiya risklərinin əhəmiyyətli
potensial itkilərlə və yüksək vəzifəli şəxslərlə kəsişdiyi yerdən başlayın.
Bundan sonra prioritetləri təyin edəcək, əsas dəyişiklikləri müəyyən edəcək
və iş planı, tələb olunan büdcə və kadr təminatını əks etdirəcək strategiyanı
formalaşdırın.