287
Parlamentlərin və Audit İdarələrinin Rolları
NAO,Dövlət Maliyyələşdirilməsi Komitəsini, hər iki Palatadan olan xüsusi
komitələri və dövlət xərclərini və xidmətləri yoxlayan fərdi Parlament
üzvlərinin səylərini dəstəkləyir. NAO 17 xüsusi Komitəyə geniş dəstək
vermiş və son zamanlar Xüsusi Komitələrin nazirlik və idarələrin
fəaliyyətləri ilə bağlı apardığı nəzarətinə kömək məqsədilə fəaliyyət
brifi nqləri keçirir. O, həmçinin parlament üzvlərindən gələn mürəkkəb
və geniş miqyaslı sorğular ilə məşğul olur, bu sorğular ayrı-ayrı hallarda
xərclənən vəsaitlərin səmərəlilik hesabatını təşkil edir.
Qabaqçıl Təcrübə Nümunələri
NAO texniki məlumatlar,istiqamət verici və müsbət təcrübə materialları çap
edir və onlar da başqaları tərəfi ndən,əsasən də,dövlət sektoru təşkilatlarında
istifadə olunur.
Müdafi ə məsələləri
NAO-nun bu sahədəki işi mürəkkəb bir idarənin maliyyə auditini
aparmaqdan ibarətdir. Böyük Britaniya Müdafi ə Nazirliyi 90 milyard
funt sterlinq dəyərində qeydiyyata alınmış aktivlərə malikdir və Nazirlik
34 milyard funt sterlinq illik büdcəyə malikdir. NAO, həmçinin, Müdafi ə
Nazirliyinin xərclərinin səmərəli istifadəsini qiymətləndirən hesabatlar
hazırlayır. Bu hesabata Müdafi ə Nazirliyinin indiki əməliyyatları aparmaq
qabiliyyətləri və gələcəkdə ortaya çıxa biləcək hərbi tapşırıqları yerinə
yetirmək üçün uyğun hərbi qabiliyyəti saxlaması və inkişaf etdirməsi
də daxildir. NAO əməliyyat səmərələliyi cəhətlərinə, silahlı qüvvələrin
şəxsi heyətinin tələbatlarına, əsas silah növlərinin alışına, hərbi bazaların
saxlanması və obyektlərin profi linin dəyişməsi məsələlərinə diqqət yetirir.
Son vaxtların hesabatları Chinook vertolyotlarının vəziyyəti ilə bağlı,
Hercules C-13 təyyarələri haqda ,səs sürətindən yuxarı uçan reaktiv
təyyarələr üçün logistik proqramlar, xidmətə çağırış və xidmət dönəmində
onların şəraiti,ehtiyyat qüvvələrdən istifadə və müdafi ə məlumat
infrastrukturu haqqında olmuşdur.
Mənbə (dəyişilmiş): National Audit Offi ce, www.nao.org.uk.
288
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Yüksəkdən Başlama: Parlamentarlar Üçün Korrupsiya
Riskləri və Onların Aradan Qaldırılması Üsulları
Korrupsiyanın azaldılması məsələsində parlamentarlar oyunu idarə
edənlər kimi hərəkət etməlidirlər,yəni şəffafl ıq üçün normalar və standartlar
müəyyən edilir, höküməti düzgün qərar qəbul etmə proseslərinə cavabdeh
edir və hökümətin fəaliyyətinin auditinin nəticələrini yoxlayır. Ancaq, geniş
xərclərin olduğu istənilən yerdə olduğu kimi, onlar hökümətin qərarlarına
təsir etməyə çalışırlar və bəzən bunu öz şəxsi qazancları və ya öz partiyaları-
nın xəzinəsi üçün edirlər. Bu mənada, hərbi müqavilələrdə korrupsiya halları
artan istiqamətdə diqqət mərkəzindədir. Hələ ki, müdafi ə sektorunun korrup-
siyaya meylliliyinin, məsələn, tikinti və infrastruktur müqavilələrindən çox
olması haqda əlamətlər yoxdur. Əlbətdə, təhlükəsizlik sektoruna geniş anlam-
da yanaşsaq, korrupsiya polisə və gömrük xidmətlərinə hərbi sahədən daha
çox bulaşmışdır, ancaq kiçik səviyyədə olsa da, bu parlament səviyyəsindən
aşağıda da da baş verir.
Buna baxmayaraq, müdafi ə sektorunun özünün unikal korrupsiya riskləri
var. Qərar verən rəhbər işçilərin və maraqlı tərəfl ərin dairəsi adətən kiçik
olur və gizli hərəkət edirlər və ekspert bilikləri az yayılıb, və hər şeydən
əlavə bazar monopoliyaya alınıb,yəni Müdafi ə Nazirliyi yeganə alıcıdır və
uyğun keyfi yyətli təminatçıların sayı məhduddur. Çoxlu sayda subpodratçı-
larla mürəkkəb hərbi müqavilələr uyğun mühasibat prosesini çətinləşdirir və
təhcizat idarələri inandıqları təhcizatçı qruplarla işləməyə üstünlük verirlər.
Bunun fonunda parlamentarlar öz seçicilərinin iqtisadi maraqları üçün lob-
biçilik edirlər və çağırışı üzatmaq üçün onlara yardım əlini uzadırlar və ya
özlərinin qəyyumluğunda olanları sərfəli işlə təmin edirlər.
Burada,öz seçicilərinə legitim kömək göstərməklə səlahiyyətdən sui-
istifadə etmə arasında nazik fərq yaranır. Silah alqı-satqı prosesinə təsir etmə
yolları axtaran zaman qanunlarla toqquşmasız keçinmə üçün insan ixtiraçılı-
ğının limiti yoxdur. Korrupsiya, müqavilə ödənişləri üzrə (bəraəti olmayan
yuxarı səviyyədə) “şapka” formasında, edilən xidmətlərə görə komissiya-
larla, müqavilədən kənar qazanclarla, məsələn,kiminsə ailəsinin bayramlar-
da turistik səfərləri ilə və ya başqa xidmətlər üçün və ya stolaltı ödənişlərlə
ola bilir.Nüfuzlu şəxslərin qərarlarına təsir edən geniş miqyaslı korrupsiya
vasitəçilər və agentlər tərəfi ndən həyata keçirilir və alıcı ilə təminatçı ara-
sında birbaşa əlaqədən kənarda qurulur və beləliklə,ödənişlər bank yolu ilə
edilmədiyindən onun izini tapmaq çətin olur
160
. Bu nəyin icazə verildiyini
160
“The Etiquette of Bribery: How to Grease a Palm,” The Economist, 23 December 2006.
289
Parlamentlərin və Audit İdarələrinin Rolları
və nəyin qadağan edildiyini və rəsmilərlə təminatçıların arasında xəttin ha-
radan keçdiyini müəyyən edən aydın qanunvericiliyin yaradılmasının qarşı-
sını alır. Rəsmilərin və parlamentarların almasına icazə verilən hədiyyələrin
dəyərlərinin müəyyən edilməsi vacibdir. Parlamentarlar izləməlidirlər ki, bu
qaydalar və davranış kodeksləri möhkəm surətdə müəyyən edilib və riayət
olunur və onların özlərinə də şamil olunur. Digər hər hansı uyğunsuz davranış
görüntüsündən qaçmalı, məsələn, kommersiya agentləri ilə əlaqəyə girməməli
və ya müstəqil surətdə müəsisələrə getməməli, ancaq müdafi ə komitəsi üzvü
olan digər həmkarlar ilə birlikdə hərəkət edilməlidir.
2007-ci ildə, Montanadan olan demokrat senator Jon Tester, yenilik-
çi təklifl ə öz gündəlik iş cədvəlini websayta qoymuşdur. Bu hal risklərə
qarşı vasitələri vurğulayır: parlamentarların fəaliyyətini göstərən və onla-
rın maraqlarını bəyan edən maksimum şəffafl ıq. Ayrı-ayrı parlamentarlar
özlərinin aktivlərini və maraqlarını parlamentdə işə başlamazdan öncə bəyan
etməlidirlər və parlamentdən gedəndən bir neçə il sonra da bu addımı at-
malıdırlar. Onlara edilən və onların partiyasının xəzinəsinə edilən anonim
töhvələrə qadağa qoyulmalıdır. Bu tədbirlər, həmçinin onların şəxsi maraqla-
rına da xidmət edir, onları fırıldaqçılıqda ittiham edən arqumentlərdən qoru-
yur və onların fəaliyyətinə ictimayyətin inamını artırır. Bu baxımdan, BMT
–nin Dövlət Rəsmiləri Üçün Beynəlxalq Davranış Kodeksi qaydaları tərtib
etmək üçün faydalı əsas yaradır və xüsusilə də, ll bənddə yer alan maraq toq-
quşması və işdən azad etmə və lll bənddə yer alan gəlirlərin bəyan edilməsi
üçün. Bu cür bəyannamə əsas tam ştatlı qanunvericilər üçün əhəmiyyət kəsb
edir, cünki onlara başqa yerlərdə ödənişli işlə məşğul olmaq izni verilmir.
Məsələn, İngiltərə Lordlar Palatasında 743 üzvdən 139-u məsləhətçi statu-
sunda maaş alır və korporasiyaların maaş cədvəllərində adları gedir.
Müdafi ə Sektorunda Şəffafl ıqın Təmin Edilməsində Parla-
mentın Rolu
Müdafi ə Nazirliyində şəffafl ığı təmin etmək yolunda parlamentlər güclü
rol oynayır və bu işləri yerinə yetirmək üçün onların əllərində çoxlu say-
da vasitələr mövcuddur. Parlament üzvləri yazılı və şifahi formada suallar
verə bilər və əgər cavablar qane etməzsə,cavab alana qədər israr edə bilərlər.
Şəffafl ığa nail olmağın güclü vasitələrindən biri rəqabətdə olan təminatçılarla
dinləmələrin təşkil edilməsidir. Kommersiya sirlərini qorumaq üçün qapalı
qapılar arxasında da dinləmələr təşkil edilə bilər.Vaxt alan, ancaq daha dra-
matik istiqamət parlament sorğusu ilə müraciət etməkdir. Onların məqsədi
fakt toplamaq və məsuliyyətləri müəyyən etməkdir. Az-az nazirlər və ya
Dostları ilə paylaş: |