295
Parlamentlərin və Audit İdarələrinin Rolları
zaman alınan silah onların əməliyyatda olan silahdaşları üçün həyat və ölüm
məsələsinə çevrilər. Bundan əlavə razılaşma və mühasibat uçotu işləri ən kiçik
detallara qədər diqqətlə nizamlanır və təhcizat prosesinin hər mərhələsində
imzalama tələb olunur. Çoxlu sayda Müdafi ə Nazirliklərində mümkün po-
zuntuları yoxlamaq üçün xüsusi şöbələr vardır. Bu şöbələrin komandanlıq
ierarxiyasından kənarda olub müstəqil mövqeyinin olması vacibdir və baş
müfəttiş idarəsi ilə əlaqəsi olmalıdır. Baş müfəttiş parlamentlə sıx əlaqədə
olmalıdır və onun təyinatı parlamentdə müzakirə olunmalıdır.
Müdafi ə Sənayesinə və Silah İxracına Nəzarət
Tez-tez parlamentlər xaricə ölkələrə satışla bağlı yox, ölkənin aldığı si-
lahlarla bağlı daha sərt nəzarət nümayiş etdirirlər. Bir tərəfdən bu məntiqidir
cünki silah alışı zaman bilavasitə parlament vergi verənlərin pulunu ayırır və
beləliklə bu prosesdə iştirakçı tərəfə çevrilir. Digər tərəfdən, iqtisadi stimullar
nəzarətə yox,daha çox sənayenin inkişafına diqqət yönəldir ancaq burada da
daha çox ekspertlər maraq göstərirlər. Parlamentarlar legitim olaraq, qabaq-
cıl texnoloqiyaya və peşəkar işə diqqət yetirərək sənayenin bu cür yenilikci
sahəsində iş yerlərinin saxlanmasında maraqlıdırlar. ABŞ-dan başqa, heç bir
ölkə həyatı məna daşıyan hərbi sənayeni dəstəkləyə bilən daxili bazara malik
deyil. Nəticədə, ixracat bazarı və ya beynəlxalq əməkdaşlıq layihələri hesabına
bu şirkətlər də davamlı işləyə bilir. Son 10 illik ərzində hərbi büdcələrin azal-
dılması (çoxlu Qərb ölkələrində) üçüncü dunya ölkələrində rəqabətin artması-
na gətirmişdir. İndiki iqtisadi böhran bu məsələni daha da gərginləşdirmişdir.
Böyük hərbi müqavilələr az və hərdənbir olsa da, bu layihələr baş tutduğu
zaman sənaye illər ərzində iş yeri əldə edir və müəsisələrin işciləri də işlə
təmin olunur və bu zaman bir çox rəhbərlik tam şəffafl ıq və mövcud açıq
təcrübələrdə keçmək imkanı olmayan cəlbedici layihələri imzalamağa razı
olurlar. Son zamanlar bu tendensiya bir çox hallarda dəyişmişdir. (Bax Haşiyə
18.3).
Müsbət hal odur ki, hərbi sənayenin özü korrupsiya məsələləri ilə məşğul
olmaya başlayıb. 2006-cı ilin İyulunda Avropa Aerokosmik və Müdafi ə
Sənayesi korrupsiyaya qarşı mübarizə üçün beynəlxalq sanaye işçi qrupu-
nun yarandığını elan etdi. İlkin olaraq bu təşəbbüs, bütün Avropa ölkələrinin
müdafi ə xarakterli şirkətlərini və onların milli müdafi ə sənayesi birliklərini
əhatə etməsini nəzərdə tuturdu və sonralar isə başqa ölkələrin müdafi ə
şirkətlərinin də üzv olmasına açıq olduğunu bildirirdi. Eyni gündə Böyük
Britaniya Müdafi ə Sənayelərinin Anti-Korrupsiya Forumunun (UK Defense
İndustries Anti-Corruption Forum) yaradıldığı elan olundu. Bu təşəbbüslər
işləyəcəkmi? Bunu gələcək göstərəcək. Ümumdünya İnkişaf Hesabatı (The
World Development Report) 1997-ci ildə bildirmişdir ki, sənayeləşmiş
296
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
ölkələrdəki şirkətlərin 15%-ı öz müqavilələrini davam etdirmək üçün rüşvət
verirlər. Bu rəqəm Asiyada 40%, Rusiyada isə 60% olmuşdur. Korrupsiyanın
azaldılması hökümətlərin və parlamentlərin əzmkarlığından asılı olacaqdır,
xüsusilə də, o faktı nəzərə almaq lazımdır ki, Avropa və ABŞ-ın xaricində,
yüksək mövqedə duran adamlar kommersiya müqavilələrində iştirakına görə
rüşvət umurlar. Nəticədə, korrupsiya o zaman azalacaq ki, həm alanın, həm
də satanın üzləşəcəyi risklər böyük olsun. Əgər rəqabətdə olan fi rmalar öz
sıralarını davranış kodekslərinə riayət etməklə möhkəmlədərsə, işlərdə çox
irəliləyiş olar. Parlamentlər, əlbəttə, bu tendensiyanın inkişafında konstruktiv
rol oynaya bilər.
Haşiyə 18.3. Silah İxracatı Zamanı Seçilmiş Əsas Korrupsiya Halları
Son illərin ən çox hallanan rüşvət qalmaqalı dünyanın dördüncü ən
böyük müdafi ə sənayesi olan Böyük Britaniya Aerokosmik Sistemləri
Şirkətinin (British Aerospace Systems-BAE) Saudiyyə Ərəbistanı ilə
sövdələşməsi olmuşdur. 2003-cu ildə Guardian qəzeti müəyyən etmişdir
ki,BAE, İngiltərə dəyişən hökümətlərinin göz yumması ilə, yüksək vəzifəli
Səudiyyə rəsmilərinə və onların ailələrinə, sərfəli hərbi müqavilələri əldə
etmək üçün son iki onillik ərzində milyonlarla ölçülən rüşvət vermişdir.
Böyük Britaniya Ağır Qanun Pozuntuları İdarəsi (The British Serious
Fraud Offi ce) təhqiqata başlamış, və BAE-də 6o milyon funt sterlinq
həcmində “xidməti dəstək üçün” maliyyə olduğunu üzə çıxarmışdır.
Təhqiqat müəyyən etmişdir ki, 1 milyard funt sterlinq, Saudi ailəsi ilə bağlı
olan iki vasitəçinin İsveçrə bankındakı hesabına köçürülmüşdür. Lakin,
Baş prokuror işi dayandırmışdır. O 2006-cı ilin Dekabrında parlamentə
bildirmişdir ki, Səudiyyə Ərəbistanı cavab tədbirləri görəcəyini və İngiltərə
ilə anti-terror məsələsində əməkdaşlığı durduracağını işarə etmişdir. Baş
Nazir Tony Blair Baş prokurorun bu qərarını dəstəkləmişdir.
Bu cür hallar NATO ölkələrinə satışlarda da baş vermişdir. 1970-ci illərin
ortasında, Lockheed şirkəti Hollandiyaya yeni hərbi təyyarələr satmaq
prosesində pulla təsir etmək səylərinə baş vurmuşdur. Prins Bernhard-ın
təklifi ilə Lockheed ona 1,1 milyon dollar vermişdir (o Kraliça Yuliananın
əridir). Müstəqil təhqiqat komissiyası onun davranışının “qəbahət”olduğu
nəticəsinə gəlmişdir. Lakin,ölkədə konstitusiya böhranı (Kraliçanın müm-
kün getməsi ilə bağlı) yarana bilməsi təhlükəsindən, hökümət parlament
liderləri ilə məsləhətləşmələrdən sonra, sadəcə onun silahlı qüvvələrin Baş
Müfəttişi funksiyası dayandırdı. Eynilə həmin dövrdə, Hollandiya ABŞ-
dan F-16 təyyarələri aldığı zaman, Dassault şirkəti ilə əlaqədə olan agent,
parlament üzvünə rüşvət vermək cəhdində şübhəli bilindi, ancaq bu məsələ
məhkəməyə gətirilmədi.