297
Parlamentlərin və Audit İdarələrinin Rolları
Hindistan mühüm qanunvericilik aktları qəbul etməsinə baxmayaraq,
onu korrupsiyadan daha çox zərər çəkən ölkə kimi nümünə göstərmək
olar. 1978-ci ildə İngiltərədən alınan Jaguar təyyarələri, Bofors artilleriya
sistemlərini almaq üçün 1980-ci illərdə imzalanan müqavilələr, Mirage
2000 təyyarələri və HDW sualtı gəmiləri ilə bağlı müqavilələrin hamısı,
hərbi tələblərə uyğun olduğu əsaslandırılmasına baxmayaraq, korrupsiya
üfunəti ilə əhatə olunmuşdur.
Cavab olaraq 2001-ci ildə Müdafi ə Nazirliyinin iş sisteminə şəffafl ıq və
ictimai məsuliyyət tədbirlərini daxil etmək üçün iradsız dürüst olan bir şəxs
təyin edildi. Hökümət xarici təminatçıların öz nümayəndələri vasitəsilə,
açıq surətdə ,xidmətlərini bəyan etmələrini və bu xidmətlər əsasında onlara
ödəniləcək məvaciblərin, maaş, komissiya və ya başqa metodlarla, bəyan
edilməsi haqda təlimatlar verdi. 2006-cı ildə elan olunmuş Müdafi ə Təhcizatı
Proseduru (The Defence Procuremnet Procedure-DPP) qeydiyyat tələbləri
və cərimə müəyyən etdi və nəticədə istər Hindistanlı, istərsə də xarici vasitəçi
olsun, müdafi ə müqavilələrini irəli aparmaq üçün cəlbedici vasitəçilərin
rolunu aradan qaldırdı. Lakin 2008-ci ilin Aprelinə kimi, bu təlimata görə
heç bir səlahiyyətli Hindistanlı qeydə alınmayıb. DPP-nin, həmçinin 3 əsas
elementı mövcuddur: ofset maddəsi; alternativsiz təminatçıdan alışa yasaq
və bütün əsas müqavilələrdə texnologiyanın məcburi olaraq verilməsi
maddəsi. 2008-ci ildə Müdafi ə Naziri Antoni korrupsiyanın qarşısını almaq
və şəffafl ığı təmin etməkdən ötrü başqa tədbirlər planı qəbul etdikləri haqda
parlamentı məlumatlandırdı, o cümlədən: 3 milyard ruppini keçən bütün
müqavilələrlə hökümət arasında Dürüstlük Paktına riayət edilməsi, hərbi
alqi- satqi prosesində əsas qərarların kollegial səviyyədə qəbul edilməsi,
səhra sınaqları aparılan zaman geniş şəffafl ığın təmin edilməsi və satan
tərəfl ərlə ilkin görüşlər üçün təlimatlar hazırlanması.
Mənbələr: G. Parthasaraty, The Era of Corruption (28 March 2001), www.rediff.com;
Defence minister A.K. Antony in a written reply in the Rajya Sabha. See www.thaindian.
com (22 April 2008).
Yekun Müddəalar
Son illərin korrupsiya hallarının araşdırılması şəffafl ığın nə qədər önəmli
olduğunu, həmçinin parlament nəzarətinin mühüm rolunu və bu nəzarətin
məhdudluğunu vurğulayır. Bir çox hallarda, hökümət dövlətin ali maraqla-
rının parlamentin sərt yönümlü addımlarından daha da üstün olduğu haqda
(bəlkə də müvəqqəti) uğurlu arqumentlər gətirmişdir. Buna baxmayaraq, par-
298
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
lament addımlarının təsiri vardır. Sənaye müəsisələri, hətta rüşvət təklifl ərinə
çox həvəssiz yanaşırlar. Ümumilikdə həm hökümət, həm də parlament kor-
rupsiya məsələsində birgə hərəkət edirlər. Lockheed qalmaqalı (Bax Haşiyə
18.3) və General Elektrik ilə bağlı hallar ABŞ-da 1977-ci ildə xarici korrupsi-
ya praktikası aktının (Foreign Corrupt Practices Act)qəbul edilməsinə gətirdi
və işləri eyni müstəvidə görmək üçün ABŞ tərəfi ndən digər hökümətlərə
də eyni Aktları qəbul etmələri sövq edildi. Parlamentarlar, həmçinin tez-tez
İƏİT Konvensiyalarının müddəalarını ölkə qanunlarına çevirmək üçün öz
ölkələrində səylər edirlər. AŞPA kimi parlamentlər- arası assambleyalar və
NATO Parlament Assambleyası beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı
mübarizədə standartların müəyyən edilməsi istiqamətində aparıcı rol oyna-
maqda davam edir.
Parlamentlər və parlamentarlar korrupsiyaya qarşı mübarizə aparmaq üçün
son zamanlar çox işlər görsələr də, hələ də çox problemlər qalır. Parlamentar-
lar səmərəli nəzarəti təmin etmək üçün parlamentın müdafi ə komitələrinin və
audit ofi slərinin lazımi səlahiyyətini təmin etməklə bu problemləri həll etmək
imkanı qazanır. Onlar bu işləri həyata keçirmək üçün lazımi bacarıqları təmin
edib işləyə bilər,məsələn, hazırlıqlı işçilər,büdcə,məlumatlara çıxış və kənar
təcrübələrin cəlb olunması yolları ilə. Parlamentın hərbi komitəsinin üzvləri
özlərinin peşəkar səviyyələrini artırmaqla və xalqın maraqlarına çalışan,milli
təhlükəsizlik məsələlərində partiya mövqeyindən çıxış etməyən, fundamental
dərəcədə ölkənin yaşaması üçün lazım olan liderlik nümunəsi göstərə bilərlər.
Bunları etməklə, legitim dövlət sirlərini qorumaqla, onlar mərdliklə orduda
şəffafl ığı təmin edə bilər. Bütün bu işləri görməklə onlar həm ölkə daxili,
həm də beynəlxalq səhnədə müttəfi qlər şəbəkəsi yaradaraq özlərinin işlərinin
səmərəliliyni təkmilləşdirər, korrupsiyaya qarşı ümumi dəyərləri paylaşaraq
öz ölkələrinin çiçəklənən təhlükəsiz demokratik ölkə kimi inkişaf etməsinə
kömək edər.
299
Ombudsman Qurumunun Rolu
19 -cu Fəsil
Ombudsman Qurumunun Rolu
Özünün 200 illik tarixi boyu
162
,Ombudsman institutu həm inkişaf etməkdə,
həm də inkişaf etmiş demokratik ölkələrdə öz yerini nümayiş etdirmişdir.
Ombudsman institutu kriminal fəaliyyət kimi korrupsiyaya qarşı mübarizə
üçün əsas vasitə deyil. Lakin, əgər müvafi q surətdə tətbiq edilsə,möhkəm si-
yasi iradə ilə dəstəklənsə və təcrübəli motivasiyalı işçilərlə təmin edilərsə,
Ombudsman idarəsi müdafi ə sahəsində korrupsiyanın qarşısını almaq, neyt-
rallaşdırmaq və ləğv etmək strategiyası çərçivəsində səmərəli vasitə ola bilər.
Orduda Ombudsmanın Funksiyası
Özünün müasir tərifi ilə desək, ombudsmanın əsas funksiyası,” insan-
ların hüquqlarının pozulmasının qarşısını almaq, hakimiyyətdən sui-istifad
əyə,səhv,yarıtmazlıq,ədalətsiz qərarlar və pis rəhbərliyə qarşı olub, dövlət
idarəetməsini yaxşılaşdırmaq və hökümətin fəaliyyətinin daha açıq və
hökümətin və dövlət qulluqçularının ictimaiyyətin üzvlərinə cavabdeh olma-
sına çalışmaqdır.”
163
Bu izahatın məğzi, yetişmiş demokratik ölkələrdə oldu-
ğu kimi, ondan ibarətdir ki,ombudsman əhalinin şikayət etdiyi təşkilatlardan
asılı deyil. Beləliklə,Ombudsman institutu qanunla yaradılır; ombudsman qa-
nunvericilik orqanı tərəfi ndən təyin edilir və onun nümayəndəsi sayılır. Bu
cür mexanizmin üstün arqumentlərindən biri odur ki, bu halda ombudsma-
nın müstəqilliyi zəmanət altına alınır. Başqa cür olarsa, o zaman ombuds-
man hökümətə tabe olan idarələri tənqid etməkdə həvəssiz olar. Dövlətin
qanunverici qanadının hissəsi olaraq, ombudsman əhaliyə birbaşa xidməti
təmin etməklə bərabər, həm də ombudsmanın hüququ jurisdiksiyasında olan
idarələrin üzərində qanunverici nəzarət funksiyasını da yerinə yetirir. Om-
budsman sadəcə tövsiyə verə bildiyindən, hökümət və məhkəmə orqanlarını
əsaslı addımlar atmağa məcbur edə bilmədiyindən, onun rolu hakimiyyətin
bölünməsi konsepsiyası ilə uyğunluq təşkil edir.
164
162
Keçmiş Bosniya və Hersoqovina və İsveç ombudsmanı Frank Orton bildirir ki, 1713 cü
ildə İsveç kralı tərəfi ndən imzalanan fərmana görə Kralın Ən Yüksək Ombudsman institutu
yaradıldı. Məqsəd hakimlərin, hərbi zabitlərin və dövlət qulluqçularının qanunlara və onlar
üçün müəyyən edilmiş qaydalara riayət etməsini təmin etmək idi.
163
Beynəlxalq Ombudsman İnstitutu(International Ombudsman Institute),isnad edilib: www.
law.ualberta.ca/centres/ioi/.
164
ABŞ Ombudsman Assosiasiyası tərəfi ndən hazırlanmış Model Ombudsman Act for the
State Governments-dən şərh, www.abanet.org/adminlaw/ombuds/usoamodel1.html.
Dostları ilə paylaş: |