317
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
•
Şəffafl ıq və hesabatlılıq: Ombudsmanin fəaliyyətləri ilə bağlı onu təyin
edən hakimiyyət dairələrini və ictimaiyyəti məlumatlandırmaq öhdəliyi
olmalıdır. Ən azı ildə bir dəfə, ombudsman,ombuds təşkilatınin il
ərzində gördüyü işlər barədə ombudsmanı təyin edən hakimiyyətə,digər
siyasi liderlərə və ictimaiyyətə hesabat verməlidir
180
. Hesabat siyahısı-
na ictimaiyyət üçün açıq olan broşura və məlumat vərəqləri,fərdlərin
və idarələrin ombudsman təşkilatı ilə qarşılıqlı əlaqələr qurmasına
yönləndirilən kitabcalar,Müdafi ə Nazirliyində və Silahlı qüvvələrdə
aparılan yoxlamaların hesabatları,Müdafi ə Nazirliyində və Silah-
lı qüvvələrdə baş verən administrativ ölçülərlə bağlı araşdırmaların
hesabatı, ictimaiyyətin geniş marağına səbəb ola biləcək ayrı-ayrı
şikayətləri əhatə edən halların web-sayta qoyulması və ya elektronik
bulleten vasitəsilə çatdırılması, ombudsmanın rolunu və xidmətini
izah edən plakatlar,ombudsmanın parlament komitələrinə göndərdiyi
sənədlər və s. daxildir.
181
Yekun müddəalar
Ombudsman institutları dövlətin siyası,icraedici və təhlükəsizlik
sistemlərinin əsas həlledici “üfüqi” hesabatlılığını ifadə edən komponentlərdən
biridir. Hərbi məsələlər üzrə Ombudsmanın təyin edilməsi, müdafi ə sektorun-
da siyasi,administrativ və ya komandanlıq orqanlarında, hökümət və dövlət
idarəetməsində baş verən uyğunsuz hərəkətlərin qarşısını almağa yönəlmiş
və eyni zamanda hərbi qülluqçuların,mülki işçilərin və vətəndaş cəmiyyəti
təşkilatlarının hüquq və vəzifələrinin demokratik normalar və dəyərlərə uy-
ğun olaraq təmin edilməsinə xidmət edir.
Ombudsman modelinin çevikliyi o deməkdir ki, müdafi ə sektorunda dürüst-
lük müxtəlif yollarla inkişaf etdirilə bilər-araşdırmalar aparmaqla,hesabatlarla,
ictimai yerlərlə çıxışlarla, parlamentə sorğularla və hökümətin yuxarı səviyyəli
rəsmiləri ilə görüşməklə. İstənilən halda,ombudsman idarəsi müstəqil surətdə
pis idarəetmə ilə bağlı iddiaları alıb onu araşdıran idarə olmalıdır.
Milli və hərbi dürüstlüyü möhkəmləndirməyin səmərələliyi üçün om-
budsman təşkilatı və onun funksiyası qanun tərəfi ndən müəyyən olunmalıdır,
özbaşına ləğv olunmadan və ya senzuradan qorunmalıdır,müvafi q büdcə ilə
180
Çoxlu sayda idarələr əvvəlki ilin fəaliyyəti ilə bağlı hesabatlar hazırlayır:sorğuların sayı,
qeyri rəsmi həll olunan işlərin sayı,araşdırılan işlər və növbədə olan işlər,verilən tövsiyələr
və onların yerinə yetirilib- yetirilməməsi haqda..
181
Avstraliya, Kanada,Almaniya, Norveç və ABŞ ombudsman idarələrinin təcrübələri
əsasında bu siyahı hazırlanmışdır..
318
Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda
təmin olunmalı və partiyasız işçilərlə təmin olunmalıdır və hər bir hərbi şəxs
və vətəndaş üçün məlumat almaq imkanı olmalıdır. Beləliklə, ombudsman-
lıq müdafi ə sektorunda dürüstlüyü təmin etmək tövsiyələrini də nəzərə al-
maqla icra orqanlarını bu tövsiyələrə hörmət edib və onların əsasında hərəkət
etməyə vadar edəcək.
319
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
20-ci Fəsil
Korrupsiyanın Azaldılması Yolunda
Müdafi ə Sənayesi Müttəfi q rolunda
Anti-korrupsiya rejiminin səmərəli işləməsi üçün müdafi ə sənayesi də bu
işə qoşulmalıdır. Hərbi təminatçılar, geniş şəffafl ıq mexanizmləri ilə bağlı olan
korporasiya sosial məsuliyyətı və legitimliyinin vacib olduğunu etiraf edirlər.
Bu fəsil iki əsas hərbi təminatçı təşkilatın dürüstlük siyasətini təqdim edir
və müdafi ə sektorunda dürüstlüyü təmin etmək üçün müdafi ə sənayesinin və
hökümətin daha hansı başqa tədbirləri həyata keçirməli olduğunu təsvir edir.
1.Müdafi ə Sənayesi Korrupsiya Probleminin Azaldılması
Məsələsinin Bir Hissəsi kimi: Amerika Perspektivi
Bə’ziləri o fi kirdədir ki, korrupsiya bir çox bazarlarda sadəcə bazar içində
iş görmək üçün çəkilən xərcdir. Bu cür düşüncənin nəticəsi odur ki, korrup-
siyaya qarşı edilən səylər faydasız və lazımsızdır. Hər kəs sadəcə iş görmək
üçün bu ödəməni qəbul etməli və işləməlidir. Bu cür fi kir korrupsiyanın başqa
bir əsil zərbəsini qulaq ardına vurur. O vətəndaşların hökümətlərə və korpo-
rasiyalara inamını məhv edir,dövlət büdcəsindən istifadə edərək məhsulların
və verilən xidmətin keyfi yyətini azaldır,azad bazarın məhsuldar işləməsini
sarsıdır. Xöşbəxtlikdən, bu fi kir indiki bir-biri ilə bağlı olan dünyada az inan-
dırıcı görünür, çünki sonda, faktiki olaraq, həmin üzə çıxarılan geniş miqyaslı
korrupsiya ictimaiyyətə açıqlanır və bu işə girişmiş bütün tərəfl ərin zərərinə
olaraq tənqid olunur.
Son illərdə dünyanın müxtəlif ölkələrində müdafi ə sənayesi də korrupsi-
ya iddiaları ilə üz-üzə gəlmişdir. Bu iddialar dövlət büdcəsindən geniş surətdə
asılı olan sənayeyə inamı zəifl ətmişdir. Ona görə də sənaye ilə hökümət ara-
sındakı tərəfdaşlığın korrupsiya ilə mübarizədə yeganə səmərəli vasitə oldu-
ğunu demək yersiz görünə bilər. Əgər,əlbəttə,geriyə addım atsaq, korrupsi-
ya problemi məntiqi olaraq hər iki tərəfdən hücuma məruz qalmalıdır,həm
təminatçı tərəfdən- burada müdafi ə sənayesi nəzərdə tutulur və həm də təklif
edən tərəfdən-təbii olaraq hökümət idarələri və adamları nəzərdə tutulur.
Bu bölmə təminatçı tərəfdə baş verən korrupsiya hallarını nəzərdən keçirir
və biznesin yüksək etik standartlar səviyyəsində aparılmasını təmin etməkdən