320
Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda
ötrü ABŞ-dakı hərbi korporasiyaların, xüsusilə də, Lockheed Martin-in qa-
baqçıl təcrübələrinə diqqət yetirilir.
Müdafi ə Sənayesi Təşəbbüsü (Dİİ)
ABŞ-dakı əsas hərbi təminatçılar Müdafi ə Sənayesi Təşəbbüsünə(Defense
İndustry İnitiative-Dİİ) məxsusdur. Bu təşəbbüs 1986-cı ildə müdafi ə sənayesi
daxilində fırıldaq,israfçılıq və həm hərbi sənaye, həm də Müdafi ə Nazirli-
yi daxilində sui-istifadələrlə bağlı hallara qarşı ictimaiyyətin inamının aşı-
lanmasına cavab olaraq yaradılmışdır. Dİİ-yə daxil olan bütün imza tərəfl əri
20.1Haşiyəsində göstərilən altı özünüidarəetmə prinsiplərini qəbul edib və
riayət edəcəklərini bəyan etmişlər.
Dİİ-i imzalayan hər bir tərəf özlərinin etik proqramları və praktikaları ilə
əlaqədar ətrafl ı illik etik sorğu anketiləri hazırlamağa razılaşmışlar. Bu sor-
ğuların nəticələri toplanır və illik Dİİ İctimai Cavabdehlik Hesabatına (Dİİ
Public Accountability Report)salınır
182
.
Dİİ üzvü olan bütün tərəfl ər bu altı prinsiplərə riayət etmək üçün öz ya-
naşmalarını qəbul etsələr də,zaman keçdikcə qabaqçıl təcrübələrin mübadiləsi
vasitəsilə, ABŞ-dakı əsas hərbi təminatçı təşkilatlar etik proqramların
müəyyən ümumi elementlərini paylaşmağa başladılar.
Səmərəli Etik Proqramların Elementləri
a.Etik kodeksləri və ya davranış kodekslərı
Dİİ-yə imza atmış bütün tərəfl ər etika kodekslərini qəbul etmişlər,bu
həmçinin,davranış kodeksləri adlanır. Davranış kodeksi dəyərlər və stan-
dartlar (meyarlar)müəyyən edir və şirkətin işçiləri və şirkət onlara riayət
edir. Səmərəli olmaq üçün, kodeks şirkətin dürüstlüyə olan münasibətini və
dəyərlərini əks etdirməlidir. Öz şirkətinin dəyərlərini ifadə etməkdən başqa,
ABŞ şirkətlərinin qəbul etdikləri çoxlu kodekslər riayət etmə standartlarını
müəyyən edir. Dİİ üzvlərinin kodeksləri ayrımçılıq və təzyiqlərdən tutmuş,
biznes nəzakəti,anti-korrupsiya və anti-“şapka” məsələlərinə qədər uzanır.
Lockheed Martin-in “Standartlar Müəyyən edilməsi,Etika kodeksləri
və Biznes Davranışı”
183
(“Setting the Standard,Code of Ethics and Business
Conduct”) adlanan kodeksi korporasiya yaranan vaxtdan mövcuddur. Bu ko-
182
2003-dən bəri hazırlanan illik hesabatlar DII website-da: www.dii.org.
183
Bu ünvana baxın: www.lockheedmartin.com/data/assets/corporate/documents/ethics/
setting-the-standard.pdf.
321
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
deks Lockheed Martin-in ən yüksək dürüstlük standartlarına öhdəliklərini və
bu öhdəliklərin yerinə yetirilməsində hər bir işçinin mühüm rolunu vurğula-
yır. O, Lockheed Martinin dəyərlərinin şirkət üçün mühümlüyünü işçilərə
məlumatlandırır və işçilərin də bu dəyərlərin yaşamasında rolunu onlara bil-
dirir. Hər bir işci təsdiq etməlidir ki, o bu kodeksi alıb, oxuyub və başa düşüb
və ona riayət etməyə razılaşıb.
Haşiyə 20.1. Müdafi ə Sənayesi Təşəbbüsünün Özünü İdarəetmə Prinsipləri
1. Hər bir imza atan tərəf yazılı biznes davranışı kodeksinə malik olmalı və
ona riayət etməlidir. Kodeks, imza atan təşkilatın daxilundə çalışanların hər
biri üçün ali etik dəyərlər müəyyən edir.
2. Hər bir imza atan tərəf, bu kodeksin müddəalarına uyğun onların bütün
işçilərinin şəxsi məsuliyyətlərini anlatmalıdır.
3. İmza tərəfl əri kodeksi pozanlar haqda xəbər verilməsini həvəsləndirməlidir
və bu zaman xəbər verənlərə qarşı heç bir əks-tədbir görülməyəcəyi vədi
verilməlidir.
4. İmza tərəfl əri federal alqı-satqı qanunlarına riayət edilməsi üçün,
monitorinq nəzarətinin mexanizmlərini tətbiq etməklə, özünü idarəetmə
üçün öhdəliklər götürür və federal alqı-satqı qanunun pozulduğu təqdirdə
onun könüllü surətdə uyğun dairələrə xəbər verilməsi haqda prosedurlar
qəbul edir.
5. Hər bir imza atan tərəf Dİİ prinsiplərini yerinə yetirərkən öz qabaqcıl
təcrübələrini bir-biri ilə bölüşmək haqda öhdəlik götürür; hər bir imza atan
tərəf illik Ən Yaxşı Praktika Forumunda iştirak etməlidir.
6. Hər bir imza atan tərəf ictimayyət qarşısında cavabdeh olmalıdır.
Mənbə: Müdafi ə Sənayesi Təşəbbüsünün Nizamnaməsi, Article III: www.dii.org.
Beləliklə,məsələn,kodeksin “ABŞ-dan Kənarda Etik Bizneslə Məşğul
ol” başlıqlı bölməsində deyilir ki, Lockheed Martin-in etik davranışın ən
yüksək standartlarına uyğun öhdəliyi dünyanın hər yerinə keçərlidir. Kodeks
həmçinin bəyan edir:
“Rüşvət, ixrac və idxal qanunları pozuntuları və qeyri qanuni boykot-
larda iştirak, bazarda inamsizlıq yaradır,demokratiyanı sarsıdır, iqtisadi və
sosial inkişafı korlayır və biznes əməliyyatlarında şəffafl ıq və inamdan asılı
322
Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda
olan hər kəsə zərər vurur.”
184
Bu Lockheed Martin-in dəyərlərini əks etdirir,” Nə doğrudursa onu et”.
Bu bölmə işçilərdən tələb edir ki, onlar Lockheed Martin-ın işlədiyi ölkələrdə
ölkə və yerli qanunlara riayət etsin. Bu bölmə, işçiləri anti-korrupsiya qanun-
larına riayət etməyə və o cümlədən,başqa beynəlxalq anti-rüşvət konvensiya-
ları arasında, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qəbul etdiyi
Xarici Rəsmilərin Rüşvətxorluğuna Qarşı Mübarizə Konvensiyasına və ABŞ
Xarici Korrupsiya Praktikaları Aktına xüsusi diqqət yetirməyə yönləndirir
185
.
b. Rəsmi Etik Təşkilatları
Çoxlu sayda geniş ABŞ hərbi podratçılarının ixtiyarında rəsmi etika
təşkilatları mövcuddur və onlar həmin şirkətlərin etik proqramlarına rəhbərlik
edir və yerinə yetirir. Rəsmi etik proqramları, şirkətin davranış kodekslərinin
məzmunlu olmasını təmin edir.Tipik olaraq bu cür proqramın ən azı iki əsas
funksiyası olur.(1) xəbərləşmə, təlim və şirkətin dəyərləri,öhdəlikləri və
kodeksə riayət məsələləri ilə bağlı ictimaiyyətə çıxış; və (2)kodeksin həyata
keçirilməsi.
Xəbərləşmə və ictimaiyyətə çıxış səylərini yerinə yetirərkən,təşkilat,
əsasən dürüstlük öhdəliyinin şirkətin mədəniyyətinə çevrilməsini təmin
etməyə çalışır. Müxtəlif nöqteyi nəzərdən baxsaq rəsmi etik proqramın
yerinə yetirəcəyi ən mühüm funksiya elə budur.Pis davranışın və ya korrup-
siyanın qarşısını almağın ən səmərəli vasitələri bütün işçilərin öz qanunsuz
hərəkətlərinə görə məsuliyyət daşıyacağı mühit yaratmaqdan keçir.
Lakin,əgər işçilər hesab etsələr ki, təşkilat dəyərləri və kodeksı sadəcə ka-
ğız üzərində sözlərdən ibarətdir və şirkətin fəaliyyəti ilə heç bir əlaqəsi yox-
dur, o zaman dürüstlük mədəniyyəti də heç bir kök atmayacaq. Ona görə də,
işçilərin özəl maraqlarının qorunması zərurəti ilə, şirkətin kodeksini qulaq ar-
dına vuranların hansı nəticələrlə üzləşəcəyi haqda məlumatlandırmaq zərurəti
arasında tarazlıq yaratmaq çox əhəmiyyət daşıyır. Etik təşkilatın şirkətin
idarəçilik strukturuna daxil edilməsi də çox vacibdir.Şirkət daxilində etika
və dürüstlüyün vacibliyini və öz müstəqilliyini təmin etməsi üçün şirkətin
daxilində onun yeri yüksək olmalıdır. ABŞ-da etik proqramların çoxu şirkətin
Baş Müşavirinə və ya birbaşa olaraq şirkətin icraçı direktoruna hesabat verir.
Həmçinin, çoxları Direktorlar Şurası ilə hesabat və ya xəbərləşmə kanalları
yaratmışlar.
Nəhayət, daha güclü etik təşkilatları tam və ya yarı ştatla etika üzrə
184
Lockheed Martin, Setting the Standard: Code of Ethics and Business Conduct (Bethesda,
MD: Lockheed Martin Corporation, October 2008), 12.
185
İbid.,12
Dostları ilə paylaş: |