311
Ombudsman Qurumunun Rolu
cəmiyyəti, həm də müdafi ə strukturlarını inandırlmalıdır ki, ölkənin
bütün hakimiyyəti (parlament, hökümət, dövlətin başçısı və hüquq
sistemi) ədalətli, səmərəli,məsuliyyətli və şəffaf formada, konstitusi-
ya qaydaları çərçivəsində demokratik və milli mənəvi dəyərlərə uy-
ğun olaraq fəaliyyət göstərirlərlər. Qarşılıqlı inamın əldə olunması və
onun saxlanılması ölkədə mülki-hərbi münasibətlərin tənzimlənməsi
və milli təhlükəzislik sektoru üçün həyati vacibdir. Bu inamın
səviyyəsi, bütövlükdə sistemə və onun imkanlarına milli təhlükəsizlik
məsələlərini, hərbi strukturları və istənilən növ böhranı uğurla idarə
etmək üçün mövcud olan inamı əks etdirir.
•
Rol: Hərbi ombudsmanın rolu hərbçilərin, orduda xidmət edən mül-
ki heyətin, siyasi liderliyin hərbi kimliyinin və müsbət xarakterinin
möhkəmlənməsinə yönəlməlidir. Bu baxımdan, ombudsman dialoq,
qarşılıqlı hörmət və geniş paylaşan məqsədlər və vəzifələrin intensiv
və əhatəli birliyi vasitəsilə konsensus qurma rolunu oynayır.
•
Missiya: Ombudsmanın əsas missiyası hərbi siyasi rəhbərliyin, idarəetmə
və hərbi rəhbərliyin etimadlılığının və fəaliyyətinin möhkəmlənməsinə
kömək etməkdir, çünki kimliyin və bütövlüyün möhkəmlənməsi sübut
olunmuş nailiyyətlərlə ölçülür. Ombudsman idarəsi cəmiyyəti Müdafi ə
Nazirliyi və silahlı qüvvələrlə münasibətlərdə hüquqi baxımdan qo-
ruyur. O nazirliyin administrativ addımlarından doğan çatışmazlıqları
gələn şikayətlər əsasında müstəqil yoxlamalarla düzəltməyə çalışır,
cavabdeh, qanunlara əsaslanan, şəffaf və həssas qabaqcıl hökümət
idarəetməsinə təkan verir,insanların hökümətin administrativ ad-
dımlarına qarşı şikayətlərini həll etməkdə kömək edir, cavabdehlik
və məsuliyyət üçün konsepsiyalar və prinsiplər hazırlayır,idarələrin
səlahiyyətlərinə uyğun hərəkət etmələrini yoxlayır və s. Lakin om-
budsmanın missiyası hökümət, Müdafi ə Nazirliyi və ya silahlı
qüvvələrin qərar qəbul etmə yollarına etiraz etmək və ya onları əvəz
etmək deyildir. Əksinə, ombudsman institutu bu idarələrdəki mülki və
hərbi rəhbərləri özlərinin səlahiyyətləri çərçivəsində cəmiyyət qarşı-
sında, hərbi və mülki heyət qarşısında məsuliyyətləri haqda xəbərdar
etməyə,məsuliyyətlə hərəkət etməyə, onların idarəetmədə qanun və
qabaqcıl təcrübə ilə hesablaşmalarını təmin etməyə və ənənəvi hərbi
xarakterə hörmət etməyə təşviq etməkdir. Müdafi ə məsələləri üzrə om-
budsman ölkənin hərbi təşkilatını elə formaya salmağa çalışmalıdır ki,
o bütün cəmiyyətin üzvləri tərəfi ndən paylaşan və faydalanan təşkilat
olsun.
312
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 19.5. Hərbi Alqı- Satqı Zamanı Dürüstlüyün Möhkəmləndirilməsi ilə
Əlaqədar Ombudsmanın Konsepsiyasına Riayət Edilməsi
2006-cı ildən başlayaraq, Koreya höküməti Hərbi Təhcizat Proqram
İdarəetməsi (Defense Acquisition Programme Administration- DAPA) işə
salmışdır. Keçmişdə hərbi təhcizat proseslərində dürüstlük və korrupsiya
ilə bağlı geniş sayda problemlərin olması və vətəndaş cəmiyyətlərinin
şəffafl ığı təmin etmək üçün köklü islahatlara ehtiyac olması istiqamətində
təzyiqi DAPA-nın yaradılmasına gətirdi.
2003-cü ildə hərbi təhcizat işlərində köklü islahatlar aparmaq üçün xüsusi
komitə yaradıldı . DAPA-ın işi 2006-cı ilin Yanvarında yeni qanunun qəbul
edilməsi ilə başladı. Ona hərbi sahədə alqı- satqı və təhcizat məsələləri ilə
məşğul olmaq və bu proseslər zamanı şəffafl ığın artırılması,məhsuldarlığın,
xarıcı təcrübə və hesabatlılığın gücləndirilməsi tapşırılmışdır. DAPA-nın
kadrlarının 50 faizi mülki şəxslərdər. Bunun mühümlüyü ondadır ki, bu cür
hal əvvəllər toxunulmaz olan və ya hətta “müqəddəs” sayılan hökümətin
sahəsinə giriş idi.Vətəndaş cəmiyyətlərini dəvət edib bu işlərdə iştirak
etmək Koreya üçün əlavə nailiyyət idi.
DAPA-nın əlində olan vasitələrə proqram fəaliyyət komitəsi, Dürüstlük
Paktları, ombudsman proqramları və “əsil adlar” siyasəti daxildir. BŞ
Koreya, PSPD və Audit və Müfəttişlik İdarəsinin tövsiyələri əsasında üç
mülki ombudsman təyin olundu. Ombudsman üçün fəaliyyət prinsipləri
müstəqillik, ardıcıllıq, iştirak prosesi, şəffafl ıq və neytrallıqdır. Ombudsman
qrupu həftəlik görüşlər keçirir, tövsiyələr, düzəlişlər verir və nəticələri dərc
edir.
DAPA ombudsman sistemi Koreyanın qanun əsasında qurulmuş ilk
ombudsman sistemi idi. Həmçinin Koreyada ilk dəfə idi ki, vətəndaş
cəmiyyəti hərbi təhcizat məsələlərini monitorinq etmək imkanı
qazanmışdır. İlk dəfə olaraq köhnə sistemə dəyişikliklər edilməsinə
başlanmışdır, əməkdaşlıq imkanları artmışdır. Bu prosesdən çıxan nəticələr
aşağıdakılardır:
1.Vətəndaş cəmiyyətinin iştirakı mümkündür və hər bir addımda vacibdir
2.Kənar, iştirakçı monitorinq dürüstlüyü möhkəmləndirmək üçün başlıca
əhəmiyyət kəsb edir
313
Ombudsman Qurumunun Rolu
3.Təhqiqat nəticələrinə inam yaratmaq üçün expertlərin cəlb olunması da
vacibdir
4.Qarşıdurma yox,əməkdaşlıq münasibəti könüllü dəyişikliyə aparan
həlledici amildir
5.Dəyişikliyin saxlanılması onun əldə edilməsi kimi çox çətindir.
Mənbə: BŞ Koreya-nın Baş Katibi və Koreyanın Hərbi Alqı-Satqı Proqramların
İdarəetməsində Təmsilçi Ombudsman Sung-Goo Kang-ın 2009 -cu ilin 25-27 Fevralında
Monterreydə NATO Dürüstlüyü Təmin Etmə Konfransında etdiyi çıxışın əsasında.
• Funksiyalar və Səlahiyyətlər: Seçilən modeldən asılı olmayaraq, hərbi
ombudsmanın əsas funksiyası dövlət qulluqçularının fəaliyyətinə qarşı edilən
istənilən və hər bir şikayəti araşdırmaqdır. Bu funksiyadan doğan əsas nəticə,
istisna olaraq, qanun və hüquqların pozulmasını ayırd etmək deyil, əksinə
hərbi təşkilat daxilində və bütövlükdə cəmiyyət boyunca birliyi, bütövlüyü
təmin etməkdir. Birlik dedikdə ümumi hədəfl ərə çatmaq üçün məqsədlər başa
düşülür.
Əgər ölkənin gözləntiləri yüksəkdirsə, seçilən model klassik modelə
yaxın olmalıdır və burada hərbi ombudsman hökümət və dövlət sektorunun
bütün sahələrində, o cümlədən, avadanlıq və xidmətlərin təmini və istifadəsi
ilə bağlı araşdırma aparmağa səlahiyyətləndirilir. Hərbi xidmət,xarici
əlaqələr məsələləri, hərbi məhkəmələr,dövlətin müharibə dövrü üçün
ehtiyatları,hərbi sağlamlıq və bərpa mərkəzləri,bütün bunlar, ombudsmanın
məsuliyyət dairəsinə daxildir. Ombudsmanın əsas vəzifəsi hərbi təşkilatın
bütün bölmələri daxilində konstitusiya hüquqlarının və hüquqi tələblərin
təmin olunmasına riayət edilməsini müşahidə etmək və təmin etməkdir və
bu tələblərin Müdafi ə Nazirliyi və ya silahlı qüvvələrdən, müdafi ə sənayesi
və ya vətəndaş cəmiyyətlərindən gəlməsinin əhəmiyyəti yoxdur. Hərbi om-
budsman administrativ hərəkətlər və hərbi güc işlətməsi məsələləri üzrə
şikayətləri araşdıra bilər,lakin, intizamla bağlı tətbiq edilən icraatları və ya
hər hansı şəxsə mükafat və ya rütbə vermək və ya rədd etmək kimi məsələləri
araşdıra bilməz. Müstəsna hallarda, ombudsman xidmətdə olan hərbçinin
şikayətlərini araşdırır,o da o zaman baş verir ki, onlar bütün daxili şikayət
mexanizmlərinin hamısından istifadə etsinlər.
Əgər ölkənin niyyətləri güclü institutlaşmış ombudsmanlıqdırsa, onun
səmərəliliyi üçün ombudsman hüquqi cəhətdən müəyyən edilmiş müstəqillik
və tərəfsizlik,konfi densiallıq və həqiqi yoxlama və araşdirma imkanları ilə
Dostları ilə paylaş: |