306
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 19.3. Baş Müfəttiş Güclü İnstitutlaşmış Ombudsman Kimi
Hollandiya Silahlı Qüvvələrinin Baş Müfəttişi güclü institutlaşmış
ombudsmanlığa nümunə sayıla bilər. O hərbi ierarxiyadan kənarda çalışır
və birbaşa Müdafi ə Nazirinə hesabat verir. Onun aşağıdakı məsələlərə
mandatı vardır: sorğu əsasında Naziri məlumatlandırmaq və ona tövsiyələr
hazırlamaq və ya öz təşəbbüsü ilə silahlı qüvvələrlə bağlı məsələlərlə
əlaqədar tövsiyələr hazırlamaq, araşdırmalar aparmaq və ya vasitəçilik
funksiyaları həyata keçirmək. Bundan əlavə, ayrı-ayrı hərbçilərin və ya
keçmiş hərbçilərin adından və ya onların yaxın qohumu tərəfi ndən yazılı
surətdə müraciət olduğu halda onların problemləri ilə məşqul olmaq da
daxildir. Onun funksiyalarına məsləhət vermək, müraciət olunmuş hər
hansı bir hüquqi işin son mərhələsində vasitəçilik etmək, əlaqələr qurmaq
və problemləri həll etməli olan orqanların diqqətinə çatdırmaq da daxildir.
Bu idarənin iki köklü bazası onun müstəqil və konfi densial olmasıdır. Baş
müfəttişin geniş miqyasda təhqiqat səlahiyyəti var, o cümlədən, silahlı
qüvvələrə məxsus olan istənilən yerə və ya sənədə çıxışı var və həmçinin
istənilən silahlı qüvvələr heyətini dinləmələrə çağırmaq səlahiyyəti vardır.
Mənbə: National Defence and Canadian Forces Ombudsman, The Way Forward:
Ombudsmen Models
Bu cür problemlərin öhdəsindən gəlmək üçün, baş müfəttiş, orduda
xidmət edən və ya Müdafi ə Nazirliyində işləyən hər kəsin ədalətsizliklə
üzləşməməsini təmin etmək kimi özünün əsas funksiyasından əlavə, həmçinin
“daxili müstəqil audit” rolunda da çıxış edir. Ombudsman modelinin bu cür
genişləndirilməsi korrupsiyanın qarşısının alınması və onunla mübarizə apa-
rılması istiqamətində,xüsusilə də bu cür həssas sahələr olan hərbi alqı-sat-
qı və təhcizat, resurslar ayrılması və resursların idarə edilməsi proseslərində
həddən artıq mühüm məna daşıyır. Təşkilati və resurslar baxımından bu çox
geniş və çox imkanlı ofi s olmalıdır, hərbi ierarxiyadan kənarda olmalı və bir-
başa Müdafi ə Nazirinə tabe olmalıdır.
Zəif İnstitutlaşmış Ombudsmanlıq
Özünün “zəif” variantında, institutlaşmış ombudsmanlıq müştəriyə prob-
lemi həll etmək üçün özünün variantlarını hazırlayıb həyata keçirməyə kömək
edir. Cavabdehlik “müştəri”-nin üzərinə düşür (əsgər,zabit, mülki işçi, biznes
qurumu,vətəndaş). Bu ombudsmanlığın ən çox təhrif olunmuş formasıdır.
Bu daha çox “inciklik ofi sinə” bənzəyir nəinki demokratiya və insan hüquq-
larını müdafi ə edən quruma. Bunun müdafıə sektorunda olan insanlar üçün
307
Ombudsman Qurumunun Rolu
müəyyən faydası var və korrupsiyaya qarşı istifadə oluna bilər,lakin,ordunun
səmərəli və demokratik, şəffaf və cavabdeh və məsuliyyətli bir institut kimi
inkişaf etməsində,sərbəst və fəal vətəndaşları olan cəmiyyət üçün və demok-
ratik inkişaf mərkəzi olan və “xalqın adından icra orqanlarına” nəzarət edən
parlament üçün məhdud dərəcədə faydası var. Bu cür modelin tipik funksi-
yalarına sadəcə “yoxlama”, qulaq asma, məlumatla təmin etmə, məsələləri
sistemləşdirmə, isnad etmə, məsləhət, məsələnin kökünə varma, rəsmi
vasitəçilik,müəyyən praktikalara dəyişiklik təklifl əri, monitorinq və yuxarı
dairələrə gedən proseslərlə bağlı göndərilən tendensiyalar daxil olur.
170
Bu
Haşiyə 19.4. “Zəif” İnstitutlaşmış Ombudsman Modeli: Nümunə
“Ombudsmana –oxşar” təşkilat kimi Çex Respublikası Müdafi ə Nazirinin
Müfəttişliyini nümunə göstərmək olar. (Başqa Varşava Müqaviləsi ölkələri
üzvləri üçün də uyğundur). Bu müfəttişlik Müdafi ə Nazirliyinin ali daxili
müfəttişlik orqanıdır və maliyyə əməliyatlarından başqa Çex ordusu
tərkibində müfəttişlik əməliyyatlarının həyata keçirilməsinə məsuldur.
Müfəttişlik ölkə səviyyəsindəki müfəttişlik orqanları ilə, məsələn, Çex
Respublikasının Ali Audit Ofi si ilə, Hüquqların İctimai Müdafi əçısi-
Ombudsman ilə,cinayət axtarışı üzrə məsul olan hakimiyyət strukturları
və Milli Təhlükəsizlik İdarəsi ilə əməkdaşlıq edir. Müfəttişlik hərbi
qüvvələrin daxilində anti-korrupsiya strategiyasını koordinasiya edir və
anti-korrupsiya tədbirlərin yerinə yetirilməsi prosesini təmin edir. Onun
həmçinin təyyarə qəzalarının səbəblərini araşdırmaq məsuliyyəti vardır.
Müfəttişlik direktor tərəfi ndən idarə olunur və Müdafi ə Nazirinə hesabat
verir.
Mənbə: Website of the Czech Republic Ministry of Defence, www.army.cz/scripts/detail.
php?id=7152
modelin konkret tətbiqində fərqlər mövcuddur, lakin sadəcə bir əlamət
hamı üçün ümumidir: ombudsmanın vəzifəsi dövlət hakimiyyətinin qanunu
hökümətin tələblərini yerinə yetirməsini və vətəndaşların fərdi hüquqlarına
hörmət edilməsini təmin etsin
171
.
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsində və
Korrupsiya Risklərinin Azaldılmasında Ombudsmanın Rolu
170
Bunlar Ombudsman Assosiasiyasının ədəbiyyatına isnad edilən “on əsas nöqtə”-lərdir.
171
Michael Lunn, The Ombudsman between Legislator, Administration and Citizen –
Developing the Ombudsman Concept, Danimarka Ombudsman İnstitutunun 50 iliyi
münasibətilə çıxışı,1.
308
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Korrupsiya, geniş anlamda, iqtisadi inkişaf üçün mühüm element sayı-
lan yaxşı idarəçiliyin əks tərəfi dir
172
. Əski və hələ də mövcud olan və hərbi
strukturlarda dərin kök salan fi krə görə, korrupsiya “sadəcə başqa cür biznes
xərcidir və bazar iqtisadiyyatı üçün uyğun haldır və kim ki, hərbi sahədə iş
görmək istəyir onu ödəməlidir. Hər kəs onu edir!”. Faktiki olaraq korrupsiya
təkcə silahlı qüvvələrin pis fəaliyyəti ilə bağlı uzun müddətli nəticələrə yox,
həm də ölkə üçün bu nəticələrə aparır. Orduda korrupsiya bu günün ən cid-
di mənəvi təhdidlərindən biridir. Ayrı-ayrı ölkələrin spesifi k xüsusiyyətlərinə
baxmayaraq, korrupsiya bir çox nəhəng hərbi alqı-satqıların,daşınmaz
əmlakın və əmlak idarəedilməsinin, orduya çağırış və ordudan xaric edilmənin
və hətta struktur islahatlarının bir çox cəhətlərinin pozulmasına gətirən ümu-
mi səbəblərdən biridir. Hərbi qərar-qəbul etmə prosesi siyasi,administrativ
və hərbi sektorların əsasında və onların vasitəsilə həyata keçirilir və orada:
(1)hərbi ekspertlər əməliyyat doktrinalarını və tələb olunan hərbi imkanları
müəyyən edirlər; (2) siyasi mülki rəhbərlik və siyasi liderlər resurs ayrılması,
materiallar alqı-satqısı,silah ticarəti və təşkilati inkişaf üzrə qərarlar qəbul
edirlər; (3)Müdafi ə Nazirliyinin mülki idarələri açıq tenderlər təşkil edir və
xidmətlər təmin edirlər. Bu prosesdəki bütün sektorlarda korrupsiya riskləri
mövcuddur.
Halbuki, sosio- siyasi nöqteyi nəzərdən baxsaq, mülki nazirin istənilən
potensial korrupsiyalı qərarı “siyasətin dəyəri” qiymətləndirməsi ilə toq-
quşacaq, siyasətçilərin imicini pozaraq onları demokratiya rəmzlərindən
“biznes siyasətçiləri”-nə çevrirəcək,orduya və siyasi rəhbərliyə inamsızlığı
dərinləşdirəcək (şübhələrə baxmayaraq ki, onların hərbi həmkarları da bu işə
cəlb olunmuşlar) və belə təəssürat yaranacaq ki, hər bir siyasi partiya özü-
nün “şirkətlər dairəsi”ilə mühasirə olunub. Eyni zamanda ordunun istənilən
korrupsiya fəaliyyətinə qoşulması hərbi formada olan adamların xarakter və
mənəviyyatına,ordunun xalq arasında adına və milli dəyərinə zərbə vurur.
Bir cümlə ilə desək, korrupsiya hərbi sütun da daxil ölkənin milli dürüstlük
sistemini pozur.
John McMillan - Avstraliyanın Birlik və hərbi qüvvələr ombudsmanı
özünün geniş təcrübəsinə əsaslanaraq deyir: “Korrupsiyaya qarşı mübarizə
Ombudsman institutunun başlıca və ya hətta əsas funksiyası da deyil.On-
ların, məsələn,gizli izləmə aparmaq səlahiyyəti, telefon zənglərini tut-
172
Bolqarıstanın demokratiyaya keçid dövrü üzrə tanınmış təhlilçisi Dr. Ivan Krastev-in
televiziya müsahibəsində dediyi kimi “ Dövlət adamları ona görə rüşvət alırlar ki, almamaq
üçün əsas yoxdur. Özəl şirkətlər ona görə rüşvət verirlər ki,verməmək üçün başqa variant
yoxdur”
Dostları ilə paylaş: |