302
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
ali milli hakimiyyətdir. Parlamentın hərbi məsələlər üzrə, o cümlədən, resurs
ayırmalı üzrə qərarları və büdcə nəzarəti, sorğulara baxılması,parlamentdə
dinləmələr vasitəsilə problemləri qaldıraraq nəzarət mexanizmlərinin ins-
titutlaşdırılması kimi son qərarları özü qəbul edir və s. Bu mexanizmlərə
xalq müdafi əçisi və hərbi ombudsman da daxildirlər. Hərbi ombudsman
bir tərəfdən milli hərbi siyasətin həlli məsələlərinə parlamentarların və
cəmiyyətin təsirini mühavizə edir və hərbi qüvvələr daxilində demokra-
tik konstitusiya prinsiplərinin ciddi yerinə yetirilməsini vurğulayır və digər
tərəfdən hərbçilərin hüquqlarını insan kimi,vətəndaş kimi və hərbi təşkilat
üzvü kimi qoruyur. Haşiyə 19.2 Norvecdəki müdafi ə sektorunda klassik om-
budsmanla bağlı nümunə təqdim edir.
Haşiyə 19.2. Norvec Nümunəsində Müdafi ə Məsələləri Üzrə Klassik
Ombudsman
Müdafi ə məsələləri üzrə klassik ombudsman nümunəsi Norvec Silahlı
Qüvvələri üçün Parlament Ombudsmanlıqıdir. Parlament tərəfi ndən 1952-
ci ildə müəyyən edilən dünyanın ilk hərbi ombudsmanlığıdır. Ombudsman
özü və Ombudsman Komitəsi Norvec parlamentinin orqanıdır və
parlamentin nəzarət və müşahidə fəaliyyətinin bir hissəsidir. Ombudsman
silahlı qüvvələrin bütün üzvlərinin (və keçmiş üzvlərinin) hüquqlarını
qorumalıdır. İstər qadın, istərsə kişi olsun, özünə qarşı yanlış,ədalətsiz və
ya qeyri-münasib münasibəti görərsə, o öz şikayətini ombudsmana edə
bilər. Ombudsman Komitəsi parlament qarşısında illik hesabatlar verməyə
borcludur, lakin o istənilən zaman hər hansı məsələni parlamentdə qaldıra
bilər. Ombudsman parlamentə və Müdafi ə Nazirliyinə öz səlahiyyətləri
daxilindəki məsələlərlə bağlı məsləhət verir. Müstəqil hərbi müşahidə
mexanizmi kimi, Ombudsman Komitəsi hərbi birləşmələri həm ölkə
daxilində, həm də xaricdə yoxlaya bilər. Ombudsman etdiyi yoxlamaların
hesabatını uyğun tövsiyələrlə müdafi ə nazirinə və baş ştab rəisinə təqdim
edir.
Ombudsman öz diqqətində olan istənilən məsələlər üzrə təşəbbüslə çıxış
edə bilər və fəaliyyət göstərə bilər. Bütün hakimiyyət strukturları ilə
istənilən məsələni müzakirə etmək səlahiyyəti vardır, onun bütün sənədlərə
və məlumatlara çıxışı vardır və şahidlər və ekspertlərlə dinləmələr keçirə
bilər. Ombudsman Müdafi ə Nazirindən,Müdafi ə Nazirliyindən və hərbi
rəhbərlikdən asılı deyil, onlara qarşı tərəfsiz mövqe tutur.
Mənbə: Website of the Norwegian ombudsman for AF, www.ombudsmann.no/mil/english.
asp
303
Ombudsman Qurumunun Rolu
Adlarındakı fərqlərə baxmayaraq,müdafi ə məsələləri üzrə klassik om-
budsman institutlarının bir çox mühüm xarakteristikaları eynidir
• İnsanların hüquqlarını qorumaq üçün ombudsmanın funksiyaları qa-
nunla müəyyən edilir və ombudsman qanunverici orqan tərəfi ndən təyin olu-
nur və bu cür təyinat ombudsmanın müstəqilliyi üçün güclü hüquqi təminat
verir və onun əldə etdiyi məlumatların konfi densiallığını təmin edir.
• Ombudsmanın, hökümətin ,o cümlədən, Müdafi ə Nazirliyinin funk-
siyalarının mövcud qanunvericiliyə və cəmiyyətin mənəvi normalarına qarşı
hərəkətlərini araşdırma səlahiyyəti vardır.
• Ombudsman hökümət təşkilatlarının ədalətsiz və uyğunsuz təşkilatı
fəaliyyətlərini dəyişmək üçün hökümətə təklifl ər hazırlayır və tövsiyələr ve-
rir və ya hüquqi addımlar da daxil olmaqla tədbirlər təşəbbüsü ilə çıxış edir.
• Ombudsman öz fəaliyyətinin nəticələrini ictimaiyyətin varı edir
və administrativ vəziyyəti düzəltmək üçün və ya qanunvericilik düzəlişləri
etmək üçün qeyri-hökümət təşkilatları və media vasitəsilə təzyiq edir.
Bütün hallarda,ombudsman təşkilatı tərəfsiz,partiyasız və siyasətdən
kənar mövqe tutmalıdır. Lakin ombudsmanın siyasi səhnədə mövcudluğunu
inkar etmək olmaz.
168
O siyasi təşəbbüslər vermək iqtidarındadır: yeni qanun
və ya düzəlişlər vasitəsilə, siyasi motivlərə görə təyin olunmuş şəxsin işdən
azad edilməsini tövsiyə etməklə,qanunsuz siyasi və ya administrativ praktika-
ları işıqlandırmaqla və ayrı –ayrı sahələr və ya strukturlar üzrə institutlaşmış
islahat təşəbbüsləri ilə. Hər hansı nazirliyi və ya başqa dövlət strukturunu
tənqid etmək hökümətin (partiya və koalisiyanın) seçimini tənqid etməkdir və
o da müxalifət tərəfi ndən istifadə və ya sui-istifadə olunur.
169
Klassik ombudsmanın milli hərbi kimlik və dürüstlüyü təmin etməsi yo-
lunda nüfuzu təkcə müxtəlif hüquqların pozulması ilə əlaqədar fərdi halları
araşdırmaq deyil. Ombudsmanın dürüstlüyü təmin etmək yolunda rolu, əgər
o siyasətin formalaşdırıldığı mərhələdə siyasi proseslərə uğurla təsir edə bilsə,
bu qərarların yerinə yetirilməsində legitimliyi təmin edə bilsə və cəmiyyəti
əldə olunmuş nəticələrlə təmin etsə, çox əhəmiyyətli dərəcədə ola bilər. Əgər
o qarşılıqlı inam və dəstək mühiti yaradarsa cəmiyyət və ordu üçün həlledici
rol oynaya bilər.
168
Bu halda siyasi səhnə siyasi partiyalar,parlament, hökümət, president apparatı,qeyri-
hökümət təşkilatlarından təşkil olunur və siyasi səhnədə qarşılıqlı fəaliyyət üçün rəsmi və
qeyri rəsmi, qanuni və qeyri- qanuni prosedurlardan istifadə olunur.
169
Ivan Bizjak, “The Ombudsman between Legislator, Administration and Citizen – Political
An gle” (Copenhagen, April 2005).