Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə123/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   119   120   121   122   123   124   125   126   ...   163

323

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

müfəttişlər təyin edirlər və onlar idarəetmə  və ya istehsalat strukturlarında 

yerləşdirilir. Etika üzrə müfəttişlər etika təşkilatlarının simasını ifadə edir və 

həm məsləhət, həm də istiqamət verir,həmçinin,pis davranış hallarını araşdı-

rır. Etika müfəttişlərinin iş yerlərində yerləşməsi bilavasitə iş zamanı işçilərə 

yol göstərmək imkanları yaradır. 

Lockheed Martin-də etika təşkilatları şirkətin sədrinə, İcraçı direktora və 

şirkətin prezidentinə,  həmçinin Direktorlar Şurasına hesabat verir   Lockheed 

Martin-də altmış beşdən çox etika müfəttişi çalışır və onlar iş sahələri üzrə 

bölünmüşlər.



c. Qaynar xətlər, Köməkçi xətlər və ya Hesabat Kanalları

 Amerikadakı çoxlu etika proqramlarının mühüm elementı işçilərin eti-

ka təşkilatına öz şikayətləri haqda xəbər vermə  və ya onlardan məsləhət 

alma vasitələridir. Çoxlu ABŞ etik proqramları  işçilərə öz narahatlıqlarını 

bildirmək üçün və ya etik məsələlər üzrə məsləhət almaq üçün yerlər ayır-

mışlar.  Buraya etika müfəttişləri ilə şəxsi görüş,hər hansı xüsusi bir müfəttişə 

və ya korporasiya etikası e-mail adresinə e-maillər göndərmək, müəyyən 

edilmiş website-də fi kirləri ifadə etmək və ya faks və məktublar göndərmək 

daxildir. Ən mühüm xəbərləşmə kanalı qaynar xətlər və ya kömək xətləridir. 

Adətən bu pulsuz telefon zəngləri olur və onun vasitəsilə işçi birbaşa etika 

təşkilatı ilə danışa bilir. Əgər işçilər öz  adlarının açıqlanmasını istəmirlərsə,o 

zaman bu cür qaynar xətlər işçilərə öz narahatlıqlarını bildirməyə imkan ve-

rir. Burada yaradılan vasitələr,həmçinin, anonim xəbər verən işçilərə yenidən 

qaynar xəttə zəng vurub etik təşkilatın araşdırmasının son nəticələri ilə bağlı 

məlumatları almağa imkan verir. 

Səmərəli xəbərləşmə kanalları, pis davranışı müşahidə edən və ya kor-

rupsiyada iştiraka məcbur edilən işçilər üçün də öz narahatlıqlarını ifadə 

etməyə və onları həll etməyə imkanlar yaradır. Səmərəli omaq üçün, şirkət 

xoş məram üçün bu xəbərləşmə kanallarından istifadə edən işçilərə qarşı hər 

hansı qisas alınmasına izn verməyəcəyini möhkəm olaraq vurğulamalıdır. Qi-

sasdan qorxma, işçilərin gördükləri problemləri şirkətə xəbər verməmələrinin 

əsas səbəblərindən biridir.



d. Təlim və İctimaiyyətə Çıxış

ABŞ-dakı çoxlu sayda etik proqramlara riayət təlimləri və şirkətin davra-

nış kodeksləri üzrə təlimlər daxildir. Riayət etmə təlimləri xüsusi istiqamətli 

təlimlər sayılır və onlar hər hansı bir xüsusi şirkətin  fəaliyyəti zamanı 

üzləşdiyi tənzimləyici və ya hüquqi risklərlə məşğul olur. Davranış kodek-

si təlimi- Lockheed Martin-də ona “maarifl əndirmə  təlimi“ deyilir, riayət 

etmə  məsələlərini də  əhatə edə bilər, lakin daha çox şirkətin dəyərlərinə, 



324

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

mədəniyyət və etik qərarvermə mexanizmlərinə diqqəti yönəldir. Nə riayət 

etmə  təlimlərinin,nə  də davranış kodeksi təlimlərinin işçiləri hər hansı qa-

nunlar və ya təlimatlar üzrə ekspertlərə çevirmək cəhdləri yoxdur. Bu təlimlər 

məlumatlandırılmağa doğru yönəlmişdir və işçilərə hər hansı addım atmaq-

dan öncə nə vaxt məsləhət almaları anlatılır.

 Lockheed Martin-də  işçilər  şirkətdəki fəaliyyətlərinin bazası  əsasında 

hazırlanmış kompyuterləşmiş riayət təlimləri keçirlər. Məsələn, təyyarədə 

işləyən mexanik üçün ixrac/idxal təlimləri keçmələrini tələb etmirik, çünki 

onların gündəlik işləri bu mövzu haqda bilgi tələb etmir. Bütün işçilər digər 

tərəfdən  əmək kurslarını keçməyə  məcburdurlar çünki, ABŞ hökümətinin 

podratçısı kimi,bütün işçilər bu sahə üzrə bilikli olmalıdırlar. Bundan əlavə 

hər bir tələb olunan riayət kursları periodik olar hər bir və iki ildən bir 

keçirilməlidir. Nəhayət, kompyuterə  çıxışı olmayan və ya xüsusi ehtiyacı 

olan işçilərə öncədən hazırlıqlar keçirilir.

Məlumatlandırma təlimləri hər il keçirilir. Kompyuterləşmiş riayət 

təlimindən fərqli olaraq Lockheed Martin məlumatlandırma təlimlərinin çoxu 

şəxsən işçinin müdürü tərəfi ndən edilir. Buna kaskad prosesi vasitəsilə nail 

olunur. Lockheed Martin-in sədri,  İcraçı Direktoru və prezidentı olan Bob 

Stevens öz işçilərini təlim edir, həmin işçilər öz tabeliyində olan işçiləri təlim 

edir və təşkilat boyu bu proses bütün işçilərin təliminə aparır. Təlim əsasən bir 

saat davam edir və video ssenari əsasında aparılır və təqdim olunan məsələlər 

üzrə hamının iştirakı ilə dialoq gedir.

e. Xəbərləşmə

Səmərəli etika proqramları yenilikci xəbərləşmə metodlarına geniş yer 

verməklə, bütün işçilərin şirkətin etik standartlarına uyğun səviyyədə riayət 

olunmasının mühümlüyünü təmin edir. Şirkətlər xəbərlər toplusu, e-mail me-

sajları, plakatlar, şəkillər və website-dan istifadə edərək etika və dürüstlük 

üzrə il boyunca vacib xəbərləri yayırlar. Tələb olunan təlimdən çox,yaradıcı 

xəbərləşmə metodları işçilərin diqqətini daha yaxşı cəlb edir. ABŞ-dakı çoxlu 

şirkətlər etik mesajları öz işçilərinə çatdırmaq üçün texnoloqiyadan istifadə 

edib yeni vasitələr inkişaf etdirirlər. Məsələn,şirkətlər You Tube-da etik so-

runlarla bağlı videoroliklər yerləşdirir və etik sorunlarla bağlı bloqlarda 

müzakirələr açır və ya etik uğurlar və ya uğursuzluqlar haqda müzakirələr 

açırlar.


Lockheed Martin-də etik  təşkilatların istifadə etdikləri  Dürüstlük 

Dəqiqəsi ən yayılmış xəbərləşmə metodudur. Lockheed Martin-in Dürüstlük 

Dəqiqəsi kiçik seriyalı videolardan ibarətdir və onlar şirkətin işçilərinə illik 

məlumatlandırılma təlimlərini tamamlamaq üçün etika, rəngarənglik və Tam 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə