325
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Spektrlı Liderlik mesajları ilə il boyunca əlavə olaraq e-mail-lə göndərilir.
Lockeed Martin ildə üç dəfə Dürüstlük Dəqiqəsi seriyaları yayır. Onlar spe-
sifi k olaraq iş yerlərində müşahidə olunan tendensiyaları hədəf götürür. Hər
bir seriya bir mühüm mövzunu önə çəkir,məsələn, beynəlxalq biznesin uy-
ğun şəkildə aparılması,təzyiq,maraqlar toqquşması,ayrımçılıq və işçilər arası
digər pis davranış yollarını. Ssenarilər iki dəqiqəlik epizodla üç həftə ərzində
təqdim edilir. İlk iki hissə maraqlı yerdə sona çatır və işçiləri sonuncu hissədə
nə baş verəcəyinə baxmağa kökləndirir.
Korrupsiya ilə Mübarizədə Xüsusi Texniki Metodlar
Dürüstlüyün bizim şirkətin mədəniyyətinin bir təbəqəsi olduğunu təmin
edən güclü etik proqramlardan ibarət, konkret hədəfl ərə yönəlmiş, aşağıdakı
texniki metodlar toplusunu korrupsiyaya qarşı mübarizədə Lockheed Martin
səmərəli hesab etmişdir:
• Anti-korrupsiya, biznes imtiyazları almaq və vermək və maraqlar toq-
quşması məsələləri ilə məşğul olan Davranış Kodeksi bölmələri.
• “Şapka”-larla, biznes imtiyazları və maraqlar toqquşması ilə məşğul
olan ətrafl ı şirkət siyasətləri.
• Konkret ölkələr üçün qonaqpərvərlik xüsusiyyətləri haqda kitabçalar
bizim iş gördüyümüz ölkələrdə biznes imtiyazları üçün uyğun məhdudiyyətlər
müəyyən edir. Bu kitabçalar bizim işçilər tərəfi ndən asanlıqla əldə edilir.
• Qonaqpərvərlik xəttini keçən biznes imtiyazları ilə və işlərə kömək
üçün əvəzində verilən ödənişlərlə bağlı müntəzəm hesabatlar tələb olunur.
• Şirkətin anti-korrupsiya siyasətləri ilə bağlı riayət etmə və davranış
kodeksı təlimləri.
• Bizim anti-korrupsiya səylərimizin bütün cəhətlərini audit etmək.
• Bizim bütün üçüncü-tərəf nümayəndələrimiz və məsləhətçilərimiz
haqda, onlarla təmasa girməzdən öncə ciddi araşdırma aparılmalıdır. Bu cür
araşdırma-yoxlama açıq mənbələrin məlumatlarının öyrənilməsi, təqdim olu-
nan materialların yoxlanması,bu ölkələrdəki səfi rliyə sorğu göndərilməsi və
üz-üzə müsahibələr yolu ilə edilir.
• Üçüncü tərəf nümayəndələri və məsləhətçiləri Lockheed Martin-ın
Davranış Kodeksi olan Standartların Müəyyən Edilməsi-nə riayət etməli və
daha konkret olaraq Lockheed Martinin anti-korrupsiya standartlarına əməl
etməlidirlər.
• Üçüncü tərəf nümayəndələri və məsləhətçilər ilə razılaşmalar perio-
dik yoxlamalara məruz qalır və onların verdiyi məlumatlar da hərtərəfl i analiz
olunur.
326
Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda
2. Dürüstlük Siyasəti: Avropa Hərbi Podratçı Nümunəsi
Son illər ərzində əsas beynəlxalq şirkətlər, etik standartlara və beynəlxalq
hüquq və normalara riayət edilməsini onların strateji baxışlarının bölünməz
hissəsi olduğu anlama gəlmişlər. Qlobal iqtisadi və geosiyasi konteksdə baş
verən əsas dəyişikliklərə cavab olaraq və bu şirkətlərin əməliyyatlarının
getdikcə qlobal miqyas almasından dolayı, bu şirkətlər özlərinin insan resur-
su idarəetməsindən başlamış, marketinq və satışa, sənaye əməliyyatları və
mülkiyyət məsələlərinə qədər öz işlərinin ayrı-ayrı sahələrini necə apardıqları
haqda ciddi düşünürlər.
2001-ci ildə, korporasiya məsuliyyəti siyasətini qəbul edərək, Tha-
les (Fransız şirkəti) Avropada bu dəyişiklikləri nəzərə alan ilk Avropa
şirkətlərindən biri olmuşdur.
Mürəkkəb, Dəyişən Mühit
Tarix boyunca, Thales mühitə uyğun dəyişikliklərə özünü uyğunlaşdır-
mışdır. XXl-ci əsrin əvvəlində “sənayedə suverenliyi” müəyyən edən insti-
tutlaşmış mexanizmlərdə baş verən dəyişimlər də, ən azı digər dəyişikliklər
kimi əhəmiyyət daşıyır.
Thales və onun başqa ölkələrdə aldığı müəsisələr (Böyük Britaniya, Hol-
landiya, Avstraliya) on illiklər ərzində ciddi milli mexanizmlərlə və dövlətin
sərt nəzarəti altında fəaliyyət göstərmişdir. Ən böyük müştəri və bəzən hətta
səhmdar olaraq, dövlət, korporasiya strategiyası, tədqiqat və inkişaf üçün
büdcə ayrılması, ixrac lisenziyaları verilməsi və biznesin başqa cəhətləri üzrə
məsələlərdə iştirak edir.
İndi Thales “çoxşaxəli daxili” şirkətdir və vahid, açıq-aydın müəyyən
olunmuş, ardıcıl milli əsaslarla yox, əksinə qlobal ölçüləri olan strateji
məkanda işləyir. Bu cür yeni kontekstdə insan resurslarını və ya beynəlxalq
biznes əməliyyatlarını idarə etmək daha da mürəkkəb olur.
Məsələlər nə qədər qlobal olsa da,şirkətin işləri hər bir ölkənin mil-
li suverenliyi üçün həssas, strateji və əsas sayılan texnologiyalara arxala-
nır. Bu cür struktur ziddiyyəti həm transnasional şirkətlərə, həm də onların
tənzimləyicilərinə çoxlu problemlər yaradır və korporativ idarəetmənin ye-
nilikci konsepsiyaları əsasında müxtəlif cür idarəetmə metodlarının hazırlan-
masına çağırır.
Daha çox Şəffafl ıq və İzlənəbilirlik
Beynəlxalq iqtisadi mühitin mürəkkəbliyini əsas götürərək, beynəlxalq
327
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
təşkilatlar və ölkələrin qanunvericiləri yeni təlimatlar hazırlayır və yeni qa-
nunlar qəbul edirlər, həmişə ardıcıl olmasa da, vətəndaş cəmiyyətlərinin
üzvləri, o cümlədən, qeyri hökümət təşkilatları biznes dairələrindən yeni və
yüksək standartlar tələb etməkdə davam edirlər.
Qlobal idarəçiliyin vahid modeli olmadığı bir dövrdə, bu qayda və
tələblərin şəffaf sayı və mürəkkəbliyi biznes mühitini daha da dağınıq edir-
xüsusilə də nəzərə alsaq ki, Amerika və Britaniya kökənli müəyyən “yumşaq
qanun”kodeksləri və qanunları başqa ölkələrin hüquq sistemləri ilə ziddiyyət
təşkil edir. Getdikcə artan qloballaşmış biznes mühiti və çoxtərəfl i təşkilatların
müəyyən etdiyi mürəkkəb qanunverici və normativ konteksti, şəffafl ığa olan
tələbi daimi artırır, şirkətlərin biznes fəaliyyətlərini daha böyük dərəcədə
açıqlığa və izlənəbilirliliyə gətirməyə məcbur edir.
Etik İdarəetmə
İdarəçilik təcrübələrinə qarşı təzyiq dünyanın hər yerində artdığı halda,
“sərt qanun”-lar qəbul etmə səlahiyyətinə malik yeganə orqanlar olan- dövlət
orqanlarının nüfuz dairəsi yavaş-yavaş azalır, cünki heç bir sərt qanun uzun
müddətli olaraq iqtisadi reallıqla tam uyuşmur. Qanunları daha da konkret
etmək üçün tez-tez təftiş etmək və düzəlişlər etmək lazım gəlir. Lakin qanunlar
nə qədər çox təftiş edilirsə, bir o qədər çox tutqun olur. Nəticədə,qanunvericilər
arasında sadəcə əsas qanunvericilik prinsiplərini qanuna yerləşdirmək ten-
densiyaları üstünlük təşkil edir və şirkətlərə öz kodekslərini,baza prinsiplərini
və etik davranış standartlarını müəyyən etmələri özlərinin ixtiyarında qalır.
Etika konsepsiyası və korporativ məsuliyyət qanunun bitdiyi yerdə
başlayır. İdarəçilik mexanizmlərində dəyişiklik şirkətlərin üzərinə böyük
məsuliyyət qoyur, onların idarəçilik fəaliyyətinə və biznes modellərinə birbaşa
təsir edir. Bir neçə il bundan əvvəl, Thales bu yeni şəraitdə uyğunlaşmaq üçün
etdiyi səylərin bir hissəsi kimi etika və korporativ məsuliyyət üzrə çoxşaxəli
siyasət irəli sürdu. Məhdud hüquqi və normativ çərçivədə, idarə müdürləri
daimi müxtəlif standartların tətbiqi haqda seçim etmələri tələb olunur. Onlar
minimum və optimal səylər arasında tarazlıq qurmalıdırlar, uzun müddətli
artımı davamlı və gəlirli surətdə ən yaxşı yolla təmin etmək üçün özlərinin
müxtəlif variantlarını nəzərdən keçirərək müəyyən etməlidirlər. Bu seçimlər
idarə müdürünün məsuliyyətinin əsas hissələrindən biridir və səhimdarların
sayı çoxaldıqca onların tələbləri daha konkret olur və bu seçimləri etmək
daha çətin olur.
İdarəçilik, həmçinin, bütün şirkət işçilərinin mənəvi gözləntilərini əhatə
etməli və uzlaşdırmalıdır. Şirkət böyüyüb özünün beynəlxalq əhatə dairəsini
Dostları ilə paylaş: |