344
Vətəndaş Cəmiyyəti və Media-nın Rolu
vəzifədən sui-istifadə hallarını üzə çıxarmaqdır. Bu cür cavabdehlik və
məsuliyyət mexanizmlərindən əlavə,müstəqil media cəmiyyətı onu maraq-
landıran məsələlərlə bağlı məlumatları dəqiq,tarazlı surətdə və vaxtı-vaxtında
təmin etməklə yaxşı idarəçiliyin aləti funksiyasını da yerinə yetirə bilər. Bu
cür məlumatlar vətəndaşlara onları kim idarə edir və necə idarə edir sual-
larına cavab tapmağa imkan verir. Başqa sözlərlə, yaxşı jurnalistika “ hər
hansı xüsusi strategiyada və ya qararda nəyin əsas mövzu olduğunun ayırd
edilməsində, ictimayyət üçün gündəmdəki məsələlərin formalaşdırılmasnda,
məsələlərin analiz edilməsində və mümkün həll yolları və alternativlərin
211
aydınlaşdırılmasında həyati rol oynayır”. Silahlı qüvvələr üzərində demok-
ratik nəzarətin mühüm elementi kimi, medianın yaxından ilgilənməsi geniş
surətdə qəbul edilir: lakin,”dördüncü hakimiyyət” ilə təhlükəsizlik siyasəti
arasında qarşılıqlı əlaqə çoxlu nyuansları ilə bərabər mürəkkəb mövzudur və
bu bölmə həlledici tendensiya və problemlərin ancaq bir qisminə toxunur.
Müasir texnologiya nailiyyətlərinin artan tempı sayəsində çoxlu say-
da məlumatların ənənəvi yollarla çatdırılması yavaş-yavaş sıradan çıxarılır.
Faktiki olaraq, hər bir media və məlumat yayılmasının adi üsulunun mua-
sir əks-tərəfdaşı vardır: yerüstü televiziyaya qarşı peyk televiziyası;elektron
nəşrlərinə qarşı ənənəvi nəşrlər,internet vasitəsilə danışığa qarşı adi telefon
danışığı. Elektronik kütləvi informasiya vasitələrinin sürətlə artışı,(yayılması
və istifadəsi)xüsusilə də mühüm tendensiya halını almışdır. 1990-cı illərdə
peyk və kabel təsərrüfatı 85 milyondan başlayaraq 300 milyonu keçmişdir və
onlarla və ya çox sayda bölgə kanalları ilk dəfə olaraq açılmışdır.
İnternetdən istifadəçilərin sayı 1,8 milyardı keçmışdir və yer kürəsi
əhalisinin 25%-nı təşkil edir. İndiki zamanda çoxlu sayda adamlar İnternet
vasitəsilə müntəzəm surətdə “xarici media”-dan alternativ mənbə kimi istifadə
edərək, beynəlxalq xəbərləri yayırlar. Bu cür texnoloji nailiyyətlər, həmçinin,
jurnalistlərə özlərinin “söz azadlığını” qoruyub möhkəmlətmək üçün mü-
hüm potensial üstünlüklər verir.Buna baxmayaraq, bir çox hökümətlər yeni
media texnologiyalarının onlara gətirdiyi problemlərdən dolayı, onlara qarşı
özlərinin muasir çevik texnologiyalarını qururlar (ən nəzərə çarpan nümunə
kimi,Çin hökümətinin dövlətə məxsus İnternet təminedici xidməti vasitəsilə
İnternetə çıxışlara nəzarət qoyma cəldlərini göstərmək olar).
Jurnalistlər özlərinin ümumi nəzarət etmə funksiyalarını yerinə yetirərkən
çoxlu sayda maneələrlə və problemlərlə üzləşirlər və bu problemlər hərbi xa-
211
Media-nın təhlükəsizlik və onun idarəçiliyi ilə münasibətləri haqda ətrafl ı sorğu üçün, bax
Ma rina Caparini, ed., Media in Security and Governance: The Role of the News Media in
Secu rity (Geneva: DCAF, 2004), chapter 1.
345
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
rakterli məsələləri xəbər verdikdə daha da sərt və kəskinləşmiş olur. Əsasən də,
medianın təhlükəsizlik və kəşfi yyat idarələrini nəzarət etmə rolu,xüsusilə də
sülh şəraitində çox vaxt zəif olur
212
. Bu həm də ona görə baş verir ki,nisbətən
az jurnalist bu sahədə ixtisaslaşır. Onların çoxunu geniş media təşkilatlarının
Haşiyə 21.1. Araşdırıcı Jurnalistika Müdafi ə Sektorunda Korrupsiya
Hallarını Üzə Çıxarır
İrakdakı Podratçı Qara Deşiklər
Araşdırma jurnalistikası, ifşaçı fəallar, hökümət auditorları və maraqlı
qanunvericilər yavaş-yavaş ABŞ-ın İraqdakı podratçı təşkilatlarla müqavilə
praktikasını aradan qaldırirlar. 2008-ci ildə aparılan BBC Panorama
tədqiqatı 23 milyard ABŞ dollarının itirildiyi, oğurlandığı və ya düzgün
hesablanmadığı iddiasını ortaya qoydu. Pis idarəetmə, fırıldaq və israf
böyük rəqəmlərlə ölçülür. Podratçılar ABŞ hökümət dairələrinə yaxınlıqları
ilə, rəqabətli tender olmadan seçilmişlər. Podratçılar öz xərclərini
şişirtmiş və öz gəlirlərini artırmaq üçün ikiqat hesablamalar etmişlər. İraq
ordusunun yenidən qurulması üçün nəzərdə tutulan milyardlar nəticədə
İraq hökümətinin rəsmilərinin ciblərinə axmışdır.
Mənbələr: Ed Harriman, “Where Has all the Money Gone?,” London Review
of Books 27:13 (7 July 2005): 3-7; Daylight Robbery: BBC Panorama (10
June 2008), http://news.bbc.co.uk/1/hi/programmes/panorama/ 7438372.
stm.
Əfqanıstanda Talibanın Maliyyələşdirilməsi
2009-cu ildə, araşdırıcı jurnalist Aram Roston Pentaqonun mülki
podratçılarının izinə düşərək, onların üsyançı qruplara pul verərək,
Amerikan əsgərlərinə gedən yük yollarını necə hücumlardan qoruduqlarını
müəyyən etmişdir. ABŞ-ın Kabuldakı hərbi rəsmiləri Rostona demişlər ki,
Pentaqonun logistik üzrə müqavilələrinin ən azı on faizi Talibana ödənişlərə
gedir.
Mənbə: Aram Roston, “How the US Funds the Taliban,” The Nation, 30 November 2009.
= Sülh zamanında hərbi məsələlər haqda xəbərlərdən fərqli olaraq müharibə zamanında
hərbi xəbərlər çoxlu sayda jurnalistləri cəlb edir.Məsələn, 1999 Kosovo Müharibəsini 5000
-ə qədər jurnalist işıqlandırırdı.
346
Vətəndaş Cəmiyyəti və Media-nın Rolu
Aitken Məsələsi-Böyük Britaniya
1995-ci ilin Aprelində, keçmiş Böyük Britaniya təhcizat naziri Jonatan
Aitken The Guardin qəzetinə qarşı “həqiqətin qılıncı”-nı istifadə edəcəyini
vəd etmişdir və qəzetə qarşı onun Səudiyyə Ərəbistanı silah alverçiləri ilə
işgüzar münasibətləri olduğu yazısına görə, cinayət işi qaldırmışdı. 1999-
cu ildə o yalan ifadəyə görə yeddi aylıq həbs cəzası aldı və müəyyən edildi
ki, o dəfələrlə yalan ifadə vermişdir.
Mənbə: “The Aitken Affair,” Special Reports, The Guardian, www.
guardian.co.uk/aitken.
BAE Faylları – Böyük Britaniya
2010-cu ilin Fevralında, Böyük Britaniyanın silah istehsal edən BAE
Systems fi rması günahgar olduğunu qəbul etdi və ABŞ və Böyük Britaniyada
uzun müddət ona qarşı gedən korrupsiya iddialarını həll etmək üçün bir
neçə yüz milyon dəyərində cərimə ödədi. Bu iddialar ilk dəfə 2003-cü ildə
The Guardian tərəfi ndən açıqlanmışdır.
Mənbə: “The BAE Files,” The Guardian, www.guardian.co.uk/world/bae.
West End Əməliyyatı, Hindistan
West End Əməliyyatı,Hindistanın böyük hərbi müqavilələrini əhatə edən
xüsusi əməliyyat olmuşdur. Hindistanın müstəqil həftəlik xəbərlər jurnalı
olan Tehelka-da 2001-ci ildə çıxan ilkin yazı, o zamankı koalisiyada yer
tutan bir çox hökümət üzvlərini hədəf almışdır. Yazı göstərmişdir ki, bir çox
siyasi fi qurlar, həmçinin,yüksək rütbəli ordu rəsmiləri hərbi müqavilələri
təsdiq etməkdən ötrü gizli sövdələşməyə gedib rüşvət alırlar. Səs yazıları
ictimaiyyətə açıqlanandan sonra Müdafi ə Naziri istefa verdi. Lakin, o
sonralar yenidən bərpa edildi. Əvvəlcə, hökümət, dəlillər əsasında hərəkət
etmək əvəzinə,Tehelka-nı saxta uydurmalarda günahlandırdı. Lakin, beş
il sonra, 2006-cı ilin Oktyabrında, Hindistanın Mərkəzi Təhqiqat Bürosu
Barak raket məsələsi üzrə aparıcı şəxslər haqqında ittiham irəli sürdü
və ortada korrupsiya və cinayətgar qəsd olduğu haqda şübhələrə əsaslar
olduğunu iddia etdi.
Mənbə: Tarun J. Tejpal, “The Tehelka Exposé,” www.taruntejpal.com/TheTehelkaExpose.
htm; V. Venkate¬san, “Dubious Deal,” Frontline 23:21 (2006), http://www.hinduonnet.
com/fl ine/fl 2321/stories/ 20061103001804100.htm.
nəzdində görmək olar (məsələn, BBC,ABŞ-ın əsas xəbərlər şəbəkəsində və
Dostları ilə paylaş: |