Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə110/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   106   107   108   109   110   111   112   113   ...   163

290

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

dövlət katibləri bu cür sərt sınaqdan çıxırlar, çünki dinləmələr zamanı siyasi 

qalmaqal davam edir və müxalifət üzvləri hökümətin səriştəsizliyini sübut 

etmək üçün bıçaqlarını hazır tuturlar. Eyni zamanda,parlament sorğuları par-

lament üzvlərinin təcrübəsizliyi nədəniylə, hüququ əsaslandırma baxımından 

çox zaman zəifl əmiş olur. Onlar araşdırıcı qabiliyyətlərinə görə yox,siyasi 

instinktlərinə görə seçilirlər.

 Araşdirma vasitələri mühümdür, ancaq korrupsiyanı azaltmaq üçün ən 

yaxşı vasitə ardıcıl prosedurların hazırlanması və onlara riayət edilməsidir: 

diqqətli, hərbi büdcənin xətt-xətt öyrənilməsi, alınan silah və texnikanın 

həyat-dövrü xərclərinə baxılması və edilən yoxlamaların audit ofi sindən gələn 

yoxlama nəticələri ilə birləşdirib maliyyə  xərclərinin nə  qədər müqavilədə 

göstərilən məqsədlərə uyğun xərcləndiyini müəyyən etməkdir. Təbii, bu 

cür prosedurlar o zaman nəticə verər ki, parlamentin bu cür geniş analizləri 

etmək üçün lazımi səviyyədə ixtisaslaşmış  işçiləri olsun. Müstəqil Audit 

Ofi sinin  mövcudluğu təqdirdə, o qanuna zidd hallar üçün çəkindirici rolu 

oynayır,cünki qanunsuz mənimsəmələr onların hesabatlarında çox ehtimal 

ki,üzə çıxacaqdır.  

Təhcizat sahəsində, Müdafi ə Nazirliyi hərbi tələbatlar haqda Parlamentə 

məlumat verməlidir, bu tələbləri qarşılamaq üçün alternativlər göstərilməli, 

potensial təminatçılar və son alqi-satqı  qərarına bəraət verən arqumentlər 

göstərilməlidir. Məsələn, Belçika və Niderlandiyada Müdafi ə Nazirliyi 

əvvəlcədən hazırlanmış prosedur üzrə hərəkət etməlidirlər. Birincisi,10 illik 

proqram çərçivəsində hansı silah sistemlərinə  tələbatların olduğu müəyyən 

edilir və bu tələbatların izahatları, alternativlərin analizi,danışıqların 

gedişi,konpensasiya (iqtisadiyyat nazirliyi tərəfi ndən idarə olunan) və birgə 

istehsal cəhətləri haqda hesabat verilir və sonda alqı-satqı qərarı qəbul olu-

nur. Bu cür prosesi dəstəkləmək üçün 1996-cı ildə Belçikada Nümayəndələr 

Palatasında hərbi alqı satqı üçün xüsusi komitə qurulmuşdur. Hollandiyada 

isə, parlament müqavilələrin dəyəri 50 milyon Euro-dan artıq olduğu hal-

larda, imzalanmadan öncə onu lazımi zaman ərzində nəzərdən keçirməli və 

Müdafi ə Nazirliyi bu qaydalara uyğun hərəkət etməlidir (Bax Haşiyə 18.2). 

Bu adətən Müdafi ə Komitəsindən gələn yaşıl işıqla nəticələnir,lakin Parla-

ment üzvlərinin bu müqaviləni  İkinci Palatanın gündəliyinə salıb ümumi 

müzakirələrə çıxarmaq və ya səsverməyə qoymaq hüququna malikdir.  Alma-

niyada eyni gücləndirilmiş yoxlama proseduru 25 milyon Euro-dan başlayır.




291

Parlamentlərin və Audit İdarələrinin Rolları

Haşiyə 18.2  Hərbi Təhcizat Nəzarəti üçün Model Ardıcıllığı

Aşağıda silah alqı- satqısı modeli ardıcıllığına nəzarət Hollandiya 

 

Parlamentinin təcrübəsində göstərilir.



Tələblər

Müdafi ə Nazirliyi ordunun ümumi operativ tələbləri ilə bağlı parlamentı 

mə lu matlandırır. Bura hərbi avadanlığın növləri, lazım olan sayı və təhcizat 

üçün saxlanılmış maliyyənin həcmi daxildir.  Parlamentarlar adətən indiki 

hərbi avadanlıq alışı üçün nəzərdə tutulan büdcənin ümumi hərbi büdcənin 

hansı hissəsini təşkil etdiyinə fi kir verirlər və başqa üstünlük təşkil edən 

ehtiyaclarla bu qərarın nə qədər uyğunluğu haqda suallar verirlər. Təhcizat 

prosesi ancaq o zaman irəliləyir ki, parlamentın müdafi ə komissiyası bu 

tələbləri bəyənsin və ya minimum olaraq özünün sakit razılığını “komissiya 

təqdim olunan sənədi yaxından izləyir” şəklində versin. 



Hazırlıq işləri

Operativ tələblər texniki şərtlərə çevrilir. Bazar ətrafl ı öyrənilir və mümkün 

təminatçıların siyahısı hazırlanır. Məmulat indi və ya yaxın zamanda hazır 

deyilsə, o zaman hərbi sənaye ilə və başqa maraqlı ölkələrlə əməkdaşlığa 

gedib həmin silahların düzəldilməsi mərhələsi planlaşdırılır.  Təhcizat 

strategiyası müəyyən edilir və istehsal və təhvil üçün cədvəl tərtib edilir.



Qiymətləndirmə

Qiymətləndirmə maraqlı təminatçılar tərəfi ndən təmin edilmiş məlumatların 

geniş  şəkildə öyrənilməsidir. Onlar bütün texniki şərtləri təmin etmək 

iqtidarındadırlarmı, yoxsa onlar bu tələbləri qarşılamaq üçün alternativ 

yollar irəli sürür?  Bu avadanliq başqa ölkələrdə istifadə olunurmu və 

onların iş təcrübəsi necədir? Hansı birgə istehsal və kompensasiya imkanları 

var? (ofset imkanları). Bu araşdırma alternativ məlumatlardan ibarət qısa 

siyahıya gətirməlidir. Bu məlumatlar səlahiyyətli parlament komitəsində 

müzakirəyə çıxarılmalı və ictimaiyyətə bildirilməlidir.



292

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Alqı-satqı 

Bu mərhələ müzakirə edilmiş təklifl ər əsasında alış üçün son tövsiyələri və 

hazırlıqları əhatə edir,yəqin ki,artıq sınaqlar da keçirilmişdir. Silahlanma 

direktorluğu son tövsiyələri dəqiqləşdirmək üçün müxtəlif kriteriyalardan 

istifadə edir. Nəzərə alsaq ki, bir neçə alternativ variantlar hərbi tələblərə 

cavab verir, başqa işlər də nəzərə alınacaq. Məsələn,həyat dövrü zamanı 

istismar xərcləri, hərbi baxımdan səmərələlik səviyyəsi və asayiş 

təhlükəsizliyi.Ofset və birgə istehsal mexanizmləri tez-tez gündəmdədir-

parlamentarlar əmin olmaq istəyirlər ki, daxili sənaye də müvafi q surətdə 

istehsala cəlb olunacaq və xaricdə sərf olunan hər bir dollar və ya Euro-ya 

görə 100% kompensasiya ödəniləcəkdir.

Parlamentın rolu bu mərhələlərin hər birində qiymət səviyyəsindən asılı 

olaraq fərqli olacaq.  Hollandiyada 5 milyon Euro-dan aşağı müqavilə silahlı 

qüvvələrin hansı növünə aiddirsə onlar tərəfi ndən imzalanır. 25 milyon 

Euro-ya qədər olan müqavilələr Baş  Ştabın rəisi səviyyəsində imzalanır 

və parlamentlə danışılır.  25 və 100 milyon arası müqavilələr prosesin 

əvvəlindən parlament komitəsi tərəfi ndən bəyənilməlidir, əgər layihə siyasi 

cəhətdən həssas sayılmırsa,  onun yerinə yetirilməsi,silahlı qüvvələrin 

uyğun növünə həvalə edilir. Yüksək dəyərli layihələr imzalanmadan öncə 

parlamentın bəyənməsini nəzərdə tutur. Onların yerinə yetirilməsi ilə bağlı 

qərar, avadanlıqlar üzrə yetkili olan Dövlət katibi (nazir müavini) tərəfi ndən 

verilir. 250 milyon Euro-dan çox olan müqavilələr bütöv kabinetın və 

parlamentin qərarı ilə olur. 

Mənbə: Willem F. van Eekelen, The Parliamentary Dimension of Defence Procurement: 

Requirements, Production, Cooperation and Acquisition, Occasional Paper No. 5 (Geneva: 

DCAF, 2005).



Müttəfi qlər: Media, QHT-lər,Beynəlxalq Təşkilatlar, Hərbi 

Peşəkarlar

Parlamentlər üçün problemlərdən biri odur ki, onlar öz ixtiyarlarında olan 

geniş resurslardan səmərəli istifadə edə bilmirlər, parlamentarların buna vaxt-

ları çatmır. Media da ilham mənbəyi kimi çıxış edir; Qərb parlamentlərində 

gedən sual-cavab saatları  qəzetlərdə yazılan qalmaqallı yazılar və ya 

hökümətin səmərəsiz addımlarından kaynaklanır. Mətbuat səmərəli demok-

ratiya üçün tələbdir, ancaq media vasitəsiylə yayılan xəbərlərə ağırlıqlı ola-



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə