357
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
mexanizmlər vasitəsilə mövzular gündəmə gətirməli və debatların forması-
nı dəyişməlidirlər. VCT-ı oturuşmuş kütləvi informasiya vasitələrindən və
yeni xəbərləşmə vasitələrindən (məsələn, İnternet, sosial şəbəkələr) istifadə
edib perspektivləri xəbərləşib və yalan iddia və yalan xəbərlərə qarşı təkzib
verməlidirlər. Vətəndaş cəmiyyətinin potensial rolunun tam istifadə olun-
masınu təmin etməkdən ötrü, donorlar QHT-lərin burada vurğulanan rolla-
rını oynamaq üçün onların imkanlarını artırmağa yönəlmiş resurslarla təmin
etmələri tövsiyə olunur.
QHT-lər özlərinin maliyyə işləri və əməliyyatları üçün geniş şəffafl ıq
və cavabdehlik tələblərindən qaçmamalıdırlar. Legitimlik və ictimai dürüst-
lük vətəndaş cəmiyyəti üçün həyati məna daşıyır və onların missiyalarının
səmərəliliyi üçün zəruridir. Şəffafl ıq və cavabdehlik QHT-lərdən tələb olun-
duğu kimi,bu tələblər hökümətlərdən və onların idarələrindən və həmçinin,
NATO-dan da tələb olunmalıdır. NATO-nun mövcud olduğu illər ərzində,
milli parlament üzvləri NATO qərarları ilə bağlı sorğular verdikdə, daimi ola-
raq bu qərarların məxvi olduğu cavablarını almışlar. Bu cür sual NATO Baş
Katibinə verildikdə isə,o da NATO-nun suveren dövlətlər ittifaqı olduğunu
daimi olaraq bildirir. Bu qapalı dairə vəziyyət Soyuq Müharibə dönəmindəki
məqsədlərə xidmət edə bilərdi, ancaq indiki zamanla uyğunlaşmır. Müvafi q
şəffafl ıq və cavabdehlik mexanizmlərinin NATO daxilində yaradılması təcili
tələb olunur.
359
Beynəlxalq Təşkilatların Rolu
22-ci FƏSİL
Beynəlxalq Təşkilatların Rolu
Beynəlxalq təşkilatlar son iyirmi il ərzində korrupsiyaya qarşı münasibətin
dünyanın hər yerində hədsiz dərəcədə dəyişməsində mərkəzi rol oynamışlar.
Onlar həmçinin, korrupsiyaya qarşı mübarizədə, beynəlxalq konvensiyalar
və standartlar vasitəsilə,yaxşı idarəçiliyi təbliğ etməklə, monitorinq və içti-
mai müdafi ə tədbirləri kimi praktiki səylərlə, başlıca rol oynamışlar.Görülən
işlərin çoxu beynəlxalq biznes və inkişaf sahələrinə yönəlsə də, indiki za-
manda müdafi ə və təhlükəsizlik sektorunda korrupsiya məsələsinə diqqət art-
mışdır. Bu son onillikdə müdafi ə sahəsində idarəçiliyə verilən diqqətin təbii
olaraq genişlənməsidir,və bu ondan irəli gəlir ki, NATO kimi təşkilatlarda
getdikcə anlaşılır ki, resursların səmərəli idarə olunması müvəffəqiyyətli
əməliyyatları təşkil etmək üçün həyati məna daşıyır.
Beynəlxalq təşkilatlar dedikdə (BT)-bu fəsilin məqsədləri üçün
hökumətlər- arası təşkilatlar və qlobal qeyri-hökumət təşkilatları nəzərdə tu-
tulur. Bu təşkilatların çox böyük resursları və bilik və bacarıqları mövcud-
dur və öz təşkilatlarında və ya cəmiyyətdə korrupsiyaya qarşı mübarizədə
həm rəsmilər, həm də vətəndaşlar onlardan istifadə etmək istəsə çox dəyərli
olar. Bu fəsil bu cür istifadə etmək istəyənlərə kömək etmək məqsədi güdür
və hansı resursların mövcud olduğunu, bu resurslara necə çıxış əldə etməyi
və onlardan necə səmərəli istifadə etməyi anlatır.Birinci olaraq bu fəsil, həm
ümumilikdə, həm də konkret olaraq müdafi ə sektorunda, beynəlxalq təşkilatlar
tərəfi ndən müdafi ə sektorunda korrupsiyaya qarşı mübarizədə tətbiq etdikləri
rollara və yanaşmalara baxacaqdır. Sonra, o bir çox məşhur təşkilatları yaxın-
dan nəzərdən keçirib,bu təşkilatların imkanları vasitəsilə ölkə daxilində hansı
dəyişiklikləri sürətləndirməyi müəyyən etməyə çalışacaqdır.
Beynəlxalq Təşkilatların Rolu: Geniş Kontekst
1990-cı illərin əvvəlinə qədər korrupsiya çoxlu sayda beynəlxalq biz-
nes və inkişaf üzrə çalışan şəxslər tərəfi ndən adi (“normal”, hətta) əməliyyat
xərcləri kimi sayılırdı.Bir çox Qərb ölkələrində, korrupsiya ödənişlərini ver-
gi bəyannamələrində qanuni xərclər kimi göstərmək adi hal almışdı.Buna
baxmayaraq,bir neçə onilliklər ərzində,korrupsiyanın iqtisadi inkişaf proq-
ramlarına böyük yük olduğu və onun gətirdiyi dağıdıcı iqtisadi təsirlər getdikcə
məlum oldu. 1977-ci ildə qəbul edilmiş ABŞ-ın Korrupsiyalı Xarici Praktika
Aktı (US Corrupt Foreign Practices Act of 1977) ətrafında gedən debatlar za-
360
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
manı, məsələn, 400-dən çox ABŞ şirkəti öz korporasiya fondlarından 300 mil-
yon dollardan çox pulu xarici hökumət adamlarına ödədiklərini boyunlarına
almışlar. Bu reallıq etikdən kənar olması ilə bərabər, həmçinin,pis biznes idi
və korporasiyalara inamı aşılayırdı və özəl sövdələşmələri məhsuldarlıqdan
üstün tutaraq,ümumilikdə, azad bazar sisteminin dürüstlüyünü sarsıdırdı
234
.
Rusiyada və digər post-sovet ölkələrində bulanıq “azad –bazar” –a keçid döv-
rü korrupsiyanın dağıdıcı təsirlərinin yaranmasına gətirdi.Bu ölkələrdə Qərb
ekspertləri tərəfi ndən səmimi surətdə (ancaq sadəlövçəsinə) tövsiyə edilən
özəlləşdirmə proqramları dövlət malının bütövlükdə oğurlanması mərhələsinə
keçdi. 1993-cü ildə BŞ-n yaranması ilə, onun yaradıcıları korrupsiyanıın in-
kişafa vurduğu zərərlə bağlı birbaşa təcrübəsi olan rəsmilər idi, bu artan na-
rahatlıqla bağlı səslər daha da ucaldı. O zamandan başlayaraq, çoxlu sayda
artan ölkədaxili və beynəlxalq təşkilatlar şəbəkəsi təhsil, lobbiçilik və konkret
tədqiqatdan istifadə edərək korrupsiya problemini və onunla mübarizənin va-
cibliyini ciddi surətdə beynəlxalq siyasi gündəmə daşıdılar.
Bu gün,onlarla beynəlxalq təşkilatlar, hökumətlərarası təşkilatlar,və qlo-
bal qeyri-hökumət təşkilatları korrupsiyaya qarşı səylərə fəal olaraq qoşul-
muşlar. Onlar anti-korrupsiya ekosistemdə mühüm yerləri tuturlar.(Nəzərə al-
maq lazımdır ki,bu fəsilin məhdud həcminə görə sadəcə ayrı-ayrı təşkilatların
adları yerləri(niche)göstərmək üçün verilir, onlar haqda geniş məlumat veril-
mir).
Qlobal və bölgəsəl səviyyələrdə anti-korrupsiya razılaşmalarınının və
standartlarının hazırlanması və yerinə yetirilməsi. İndiki zamanda,ondan
çox bu cür razılaşmalar mövcuddur, daha tanınanı, 2005-ci ilin Dekabrında
qüvvəyə minən BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasıdır(UN Conventi-
on against Corruption-UNCAC), və İƏİT-in Beynəlxalq Biznes Əməliyyatları
zamanı Xarici Hökumət Adamlarının Rüşvətxorluğuna qarşı Mübarizə
Konvensiyasıdır. Konvensiyanın yerinə yetirilməsinin monitorinqi İƏİT
kimi təşkilatlar üçün qabaqcıl praktikanın müəyyən edilməsi və yayılması
kimi mühüm məna kəsb edir. Bu iş çox vaxt təşkilatlar şəbəkəsi tərəfi ndən
dəstəklənir, məsələn, Avropada: Avropa Şurası, Korrupsiyaya Qarşı Dövlətlər
Qrupu (Group of States against Corruption- GRECO),və Avropa Komissiyası
və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru( OSCE
Coordinator on Economic and Environmental Activities). Amerikada, Ame-
rika Dövlətləri Təşkilatı Korrupsiyaya qarşı Amerika Dövlətləri- Arası Kon-
234
Unlawful Corporate Payments Act of 1977, Legislative History – House Report,
http://10.173.2.10/criminal/fraud/fcpa/history/ 1977/houseprt.html.