338
Vətəndaş Cəmiyyəti və Media-nın Rolu
siqnalını verərək, 1-ci fəsildə müzakirə olunduğu kimi, və nəticə eti-
barı ilə dürüstlüyün təmin edilməsi, şəffafl ığın artırılması və cavab-
dehlik və məsuliyyətin təkmilləşdirilməsi yolunda öz ölkəsindəki və
beynəlxalq təşəbbüslərə dəstəyin səfərbər edilməsi QHT fəaliyyətinin
əhəmiyyətli hissəsidir. Bu cür maarifl əndirmə oyadan fəaliyyətin əsas
məqsədi ölkədaxiıli TSİ təşəbbüslərinin həyata keçirilməsinin gündəmdə
olan uzun müddətli proses olduğunu göstərmək və ictimaiyyətə və
cəmiyyətə də bu məsələnin onlar üçün də vacib olduğunu aşılamaq-
dır. QHT-lər özlərinin maraqlı tərəf kimi fəallığından və “adını çək və
utandır”strategiyalarından spesfi k məsələlərə və ya pozuntulara birbaşa
təsir etmək üçün vasitə kimi uğurla istifadə edirlər.
•
Katalizator və vasitəçi kimi hərəkət etmə: QHT-lər və digər VCT-ları,
o cümlədən, tədqiqat mərkəzləri,universitetlər və tədqiqat institutları
vasitəçilik və körpü rolunu da oynaya bilər. Bu mənada,Cenevrədəki Si-
lahlı Qüvvələr üzərində Demokratik Nəzarət Mərkəzi (DCAF) və BŞ on il
ərzində iki əsas aparıcı mayak rolunu oynamışdır və analizlər,hesabatlar
və təlim kursları və seminarları vasitəsilə parlament üzvlərinin bilik və
bacarıqlarının artmasına hədsiz dərəcədə kömək etmişdir. Latın Ame-
rikasında, Orta və Şərqi Avropa ölkələrində, 1980-ci illərin sonu və
1990-cı illərin əvvəlində çoxlu sayda vətəndaş cəmiyyəti qrupları, bu
ölkələrdə yeni seçilmiş mülki hökümətlər özlərinin silahlı qüvvələrini
yenidən qurmağa başladığı zaman mühüm dialoq rolu oynamışlar. Bu
dialoqlar ilkin olaraq silahlı qüvvələri izolyasiyadan çıxardı və vətəndaş
cəmiyyətləri, seçilmiş rəsmilər və hərbi komanda strukturları arasında
peşəkar fi kir mübadiləsinə imkanlar açıldı.Ümumiyyətlə, xüsusilə də,
gövrək və keçid dövrü yaşayan ölkələrdə,hökümətlə( əsasən də müdafi ə
strukrurları ilə),hökümətə laqeyd və ya ona əks olan cəmiyyətin müəyyən
sektorları arasında vasitəçilik etmək üçün, daha çox vətəndaş cəmiyyəti
fi qurları masa arxasına gətirilməlidir.
•
Çoxlu sayda təcrübə və biliklə təmin etmə.Çoxlu saylı yerli QHT
və VCT-ları, təhlükəsizlik sektorunda islahatlarla məşğul olmaq
və qabaqçıl idarəçilik islahatları aparmaq üçün tələb olunan uğurlu
metodologiyaları,təcrübə və vərdişləri olan geniş institutlaşmış və fərdi
ekspertlər qrupu yaratmışlar. Məsələn, QHT-lər ordu ilə hərbi ehtiyatların
təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı işləyir,silahları işarələmək
və izləmək proqramları hazırlamaq məsələləri üzrə məsləhətlər verir və
münaqişədən sonrakı dövrdə tərksilah, demobilizasiya və reinteqrasi-
ya proqramlarında əhəmiyyətli rol oynayırlar. Bu cür geniş təcrübə və
339
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
insan resursları bu kitabın ll-ci hissəsində ifadə olunmuş narahatlıq do-
ğuran spesifi k hərbi-xarakterli problemlər üçün səhti olsa da, bu bilik və
bacarıqlar hökümətlər və ya hökümətlər arası təşkilatlar üçün korrupsi-
ya risklərini və müdafi ə sektorunun zəif nöqtələrini aradan qaldırmağa
yönəlmiş təşəbbüsləri gücləndirmək üçün potensial istifadəyə açıqdır.
Dərin TSİ təcrübələr toplusu, həmçinin, mühüm qabaqcıl idarəçiliyin
təmin edilməsinə yardım edir və müdafi ə sektorunun idarəetməsinin
bir sahəsində xüsusi biliklərin tətbiq edilməsinə kömək edir. Lakin, bu
təcrübədən və texniki bacarıqdan, məsələn,parlamentdəki dinləmələrdə
məhdud istifadə edilsə də, bu resurslardan istifadə lazımınca deyil. Hər
iki tərəfdən inamsızlıq və məhdud resurslar üzərində humanitar, insan
hüquqları və inkişaf xarakterli QHT-lər üçün rəqabətli prioritetlər də
köməkedici amillərdir.
•
Əsas tədqiqat və strategiya hazırlanmasının təmin edilməsi.VCT-nin
əsas töhvələrindən biri pozuntuları və ya hərbi güc işlətmək haqda
qərar vermə ziddiyyətlərini açıqlamaqdan başlamış- həm münaqişəyə
müdaxilə etmək, həm də hərbi əməliyyatlar aparmaq baxımından-
uyğunsuz,səmərəsiz və bəzən qeyri qanuni hərbi idarəetmə,silah alqi-
satqısı və ixrac praktikalarına qədər məsələləri əhatə edən tədqiqat və
“korrupsiya bəlası” (Fəsil1)reallığını sənədləşdirməkdir. İctimaiyyət və
hökümətin bu məsələləri dərk etmələrini yaxşılaşdırmaq üçün vətəndaş
cəmiyyətləri və media uyğun cavabların hazırlanmasında imkanlar ya-
radır. Dürüstlüyün təmin edilməsi və müdafi ə sektorunda korrupsiyanın
azaldılması üzrə yeni yanaşmalar və strateji variantlar təmin etməyə ça-
lışan, analitik proqramlar hazırlayan QHT-lər və tədqiqat institutlarınn
işləri bu cür tədqiqatlarla sıx bağlıdır. Bu cür işlər qabaqcıl təcrübələrin
dünyanın müxtəlif bölgələrində müqayisəsini,proqram təklifl əri hazır-
lanmasını və siyasi dəyişim üçün praktiki təklifl əri əhatə edir.
•
Monitorinq praktikası: “Korrupsiya bəlası” ilə məşğul olmaq üçün
hökümətlər tərəfi ndən proqram qəbul olunan kimi,QHT-lər də, həmçinin
“nəzarətçi komissiya” kimi mühüm rola malik olurlar-bura proqramın
yerinə yetirilməsini monitorinq etmək və hər hansı baş verə biləcək çatış-
mamazlıq və uğursuzluq olarsa cavabdehliyə çağırmaq daxildir. QHT-lər,
xüsusilə də, ölkə və beynəlxalq insan hüquqları təşkilatları,məsələn Am-
nesty İnternational və Human Rights Watch, təhlükəsizlik qüvvələrinin
və ordunun fəaliyyətini monitorinq etməkdə, onların insan hüquqlarına
və ya beynəlxalq humanitar qanunlara hörmət etmələrini təmin etməkdə
mühüm rola malikdirlər.