336
Vətəndaş Cəmiyyəti və Media-nın Rolu
dar tərif verərək, onları vətəndaşları əhatə edən və sərbəst şəkildə özlərinin
maraqlarını , ideyalarını və ideologiyalarını
193
inkişaf etdirən birliklər adlan-
dırır (ailələrindən,dostlarından,hökümət və iş yerlərindən kənar). Bu fəsil
üç sektorlu modeli qəbul edir, vətəndaş cəmiyyətinin tərifi ni verən faydalı
başlanğıc nöqtəsi kimi, dövlətə hökümət, bazar və vətəndaşlardan ibarət bir
sistem kimi baxır. Bu baxımdan vətəndaş cəmiyyəti üçüncü sektora aiddir və
o dövlətlə yanaşı və dövlətlə və gəlir əldə etmək istəyən fi rmalarla qarşılıqlı
əlaqədə olaraq(məsələn,media), sosial hərəkatlar,QHT-lər,dini qurumlar,qadın
və gənclər qrupları,yerli xalqların təşkilatları,peşəkar birliklər, akademik
mərkəzlər,birliklər və s. formasında ayrı-ayrı ölkələrdə və ya transnasional
olaraq fəaliyyət göstərirlər.
Vətəndaş cəmiyyətlərinin bu tərifi hökümət sektoru daxilində gəlir əldə
edən müəsisələri və təşkilatları istisna edir (o cümlədən,əsas media kanalla-
rını əhatə edərək). Amma, sonralar görəcəyimiz kimi, bu üç sektor arasın-
dakı sərhədlər getdikcə tutqunlaşır. Məsələn, vətəndaş cəmiyyəti təşkilatları
və özəl müəsisə və medianın funksiyaları arasında bir çox sərhədlərin bir-
birini örtməsinin şahidi oluruq. Xüsusilə də bu, ictimai vəkillik və monitorinq
fəaliyyətlərində QHT-lərin “yeni media”
194
–dan artan istiqamətdə istifadə
edilməsində təzahür edir.
Növbəti paraqrafl ar nəyə görə vətəndaş cəmiyyətləri dürüstlüyün təmin
edilməsi və korrupsiyanın azaldılması istiqamətində rol oynamalıdır və bu rol
nədən ibarət olmalıdır suallarına cavab axtarır.Həmçinin,onların təhlükəsizlik
sektorunda islahatlar üzrə qazandıqları təcrübələr və indiki zamanda QHT-
lərə qarşı yaradılan problemlər nəzərdən keçirilir.
Vətəndaş Cəmiyyəti və “Yeni Diplomatiya”
Vətəndaş cəmiyyəti,fərqli yönlü təşkilatlar və hərəkatlardan ibarət
olub önəm daşıyan prinsipial dəyərləri və baxışları ifadə edən sosial ener-
jini səfərbər edir
195
. QHT-lər vətəndaş cəmiyyətlərinin özəyini təşkil edir.
Onlarda üzvlük və rəsmi qeydiyyatın olması şərt deyil, hökümət və siyasi
partiyalardan müstəqil olaraq hərəkət edir və maliyyəni də müstəqil olaraq
193
United Nations General Assembly, We the Peoples: Civil Society, the United Nations
and Global Governance: Report of the Panel of Eminent Persons on United Nations-Civil
Society Relations, A/58/817 (New York, 11 June 2004), 13.
194
Burada yeni media dedikdə 20- ci əsrin sonunda meydan gələn digital, kompyuterləşmiş
və ya şəbəkə xəbərləri,xəbərləşmə texnologiyaları məsələn, İnternet, websaytlar nəzərdə
tutulur. Köhnə media dedikdə TV proqramları, fi lmlər, jurnallar, kitablar və ya nəşrlər
nəzərdə tutular.
195
L. David Brown, Creating Credibility: Legitimacy and Accountability for Transnational
Civil Soci ety (Sterling, VA: Kumarian Press, 2008), 1
337
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
əldə edir. Onlar xidmət sahəsində (təhlükəsizlik də mühüm xidmət sahəsi
sayılır)
196
strategiya və inkişafın təbliği,təhsil və digər gəlirsiz fəaliyyət və
Amnesty İnternational kimi böyük təşkilatdan başlamış(onun 2,2 milyon
üzvü var və dünyanın 150 ölkəsində və bölgəsində məlumatlarına abunəçilər
vardır), kiçik yerli səviyyədə işləyən təşkilatlara qədər təşkilatları əhatə edir.
Tədqiqat institutlarına gəldikdə isə,onlar QHT-lər və ya hökümətdən asılı ol-
mayan akademik mərkəzlər ola bilir və ya əksinə, hökümətlə əlaqəli olurlar,
məsələn, dövlət büdcəsindən ayrılmalarla və ya keçmiş hökümət nazirlərinin
və ya rəsmilərin vasitəsilə (onlar işçilər də ola bilir).
Keçmişdə, QHT-lərlə hökümətlər arasında münasibətlər gərgin və ya
düşməncəsinə olmuşdur. Dünyanın bir çox ölkələrində bu cür münasibət hələ
də davam edir (və ya yenidən belə olur-aşağıda müzakirə olunacaq). Son iki
on illik ərzində, bir çox məsələlərdə və getdikcə artan yerlərdə (o cümlədən,
Avropanın və Amerikanın çox hissələrində) Cənubi Asiyanın və Afrikanın ge-
niş ölkələrində və Yaxın Şərqin izolə olmuş bölgələrində bu cür münasibətlər
münaqişəli yox, artan dərəcədə konstruktiv əməkdaşlığa keçmişdir. Bir çoxla-
rı QHT-lər və hökümətlər arası konstruktiv münasibətlərə “yeni diplomatiya”
adını vermişlər
197
. Bu müəyyən mənada hökümətlərin milli təhlükəsizliyi və
stabilliyi təmin etmənin mühüm elementı kimi, insan təhlükəsizliyinin təmin
edilməsini anlamalarından irəli gəlmişdir.
198
Müdafi ə Sektorunda Vətəndaş Cəmiyyətlərinin Müşahidəsi
Bu kitabın spesifi k gündəliyi baxımından yanaşsaq, vətəndaş cəmiyyəti
fi qurları- başlıca olaraq QHT-lərin və tədqiqat mərkəzlərinin dar bir qru-
pu- hökümətlə,parlamentlə və əhali ilə beş əsas istiqamət üzrə təmasda ola
bilərlər (bir çox məhdud hallarda artıq olurlar):
•
İctimaiyyət arasında təhsilin və maarifl əndirmənin artırılması:
İctimaiyyətə korrupsiyanın nəticələrinin şikəstedici olacağının həyəcan
196 Təhlükəsizlik ictimai xidmət kimi özəl xüsusiyyətlərə malikdir və o bu xidmətin
göstərilməsi yollarına və hesabatlılıq və maliyyə sxemlərinə təsir edir. Təhlükəsizlik qüvvələri
silahlı olduğundan təhlükəsizlik xidmətinin fəaliyyətinə monitorinq etmək çətin olur, onlar
mülki monitorinq qruplarını qorxuda bilir. Sülh zamanında hərbi hazırlığı qiymətləndirmək
çətindir və mübahisəli fəaliyyət tədbirləri və nəticələrlə müşaiyət oluna bilər. Bax: the discus-
sion by William Byrd and Stéphane Guimbert in The World Bank, “Public Finance” (January
2009)
197
David Davenport, “The New Diplomacy,” Policy Review 116 (December 2002 & January
2003)
198
“Milli təhlükəsizliyin”ənənəvi məqsədi
dövləti xarici təhlükədən qorumaq olmuşdur.
İnsan təhlükəsizliyi dedikdə isə əksinə fərdlərin qorunması nəzərdə tutulur. Human Se curity
Brief 2006 (University of British Columbia, Human Security Centre).