Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə124/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   120   121   122   123   124   125   126   127   ...   163

325

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Spektrlı Liderlik mesajları ilə il boyunca əlavə olaraq e-mail-lə göndərilir.  

Lockeed Martin ildə üç dəfə Dürüstlük Dəqiqəsi seriyaları yayır. Onlar spe-

sifi k olaraq iş yerlərində müşahidə olunan tendensiyaları hədəf götürür. Hər 

bir seriya bir mühüm mövzunu önə çəkir,məsələn, beynəlxalq biznesin uy-

ğun şəkildə aparılması,təzyiq,maraqlar toqquşması,ayrımçılıq və işçilər arası 

digər pis davranış yollarını. Ssenarilər iki dəqiqəlik epizodla üç həftə ərzində 

təqdim edilir. İlk iki hissə maraqlı yerdə sona çatır və işçiləri sonuncu hissədə 

nə baş verəcəyinə baxmağa kökləndirir.

Korrupsiya ilə Mübarizədə Xüsusi Texniki Metodlar

Dürüstlüyün bizim şirkətin mədəniyyətinin bir təbəqəsi olduğunu təmin 

edən güclü etik proqramlardan ibarət, konkret hədəfl ərə yönəlmiş, aşağıdakı 

texniki metodlar toplusunu korrupsiyaya qarşı mübarizədə Lockheed Martin 

səmərəli hesab etmişdir:  

•  Anti-korrupsiya, biznes imtiyazları almaq və vermək və maraqlar toq-

quşması məsələləri ilə məşğul olan Davranış Kodeksi bölmələri.

•  “Şapka”-larla, biznes imtiyazları və maraqlar toqquşması ilə məşğul 

olan ətrafl ı şirkət siyasətləri.

•  Konkret ölkələr üçün qonaqpərvərlik  xüsusiyyətləri haqda kitabçalar 

bizim iş gördüyümüz ölkələrdə biznes imtiyazları üçün uyğun məhdudiyyətlər 

müəyyən edir. Bu kitabçalar bizim işçilər tərəfi ndən asanlıqla əldə edilir.

•  Qonaqpərvərlik xəttini keçən biznes imtiyazları ilə və işlərə kömək 

üçün əvəzində verilən ödənişlərlə bağlı müntəzəm hesabatlar tələb olunur.

•  Şirkətin anti-korrupsiya siyasətləri ilə bağlı riayət etmə və davranış 

kodeksı təlimləri.

•  Bizim anti-korrupsiya səylərimizin bütün cəhətlərini audit etmək.

•  Bizim bütün üçüncü-tərəf nümayəndələrimiz və  məsləhətçilərimiz 

haqda, onlarla təmasa girməzdən öncə ciddi araşdırma aparılmalıdır. Bu cür 

araşdırma-yoxlama açıq mənbələrin məlumatlarının öyrənilməsi, təqdim olu-

nan materialların yoxlanması,bu ölkələrdəki səfi rliyə sorğu göndərilməsi və 

üz-üzə müsahibələr yolu ilə edilir.

•  Üçüncü tərəf nümayəndələri və  məsləhətçiləri Lockheed Martin-ın 

Davranış Kodeksi olan Standartların Müəyyən Edilməsi-nə riayət etməli və 

daha konkret olaraq Lockheed Martinin anti-korrupsiya standartlarına əməl 

etməlidirlər.

•  Üçüncü tərəf nümayəndələri və məsləhətçilər ilə razılaşmalar perio-

dik yoxlamalara məruz qalır və onların verdiyi məlumatlar da hərtərəfl i analiz 

olunur.



326

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

2. Dürüstlük Siyasəti: Avropa Hərbi Podratçı Nümunəsi

Son illər ərzində əsas beynəlxalq şirkətlər, etik standartlara və beynəlxalq 

hüquq və normalara riayət edilməsini onların strateji baxışlarının bölünməz 

hissəsi olduğu anlama gəlmişlər. Qlobal iqtisadi və geosiyasi konteksdə baş 

verən  əsas dəyişikliklərə cavab olaraq və bu şirkətlərin  əməliyyatlarının 

getdikcə qlobal miqyas almasından dolayı, bu şirkətlər özlərinin insan resur-

su idarəetməsindən başlamış, marketinq və satışa, sənaye  əməliyyatları  və 

mülkiyyət məsələlərinə qədər öz işlərinin ayrı-ayrı sahələrini necə apardıqları 

haqda ciddi düşünürlər.

2001-ci ildə, korporasiya məsuliyyəti siyasətini qəbul edərək, Tha-

les (Fransız  şirkəti) Avropada bu dəyişiklikləri nəzərə alan ilk Avropa 

şirkətlərindən biri olmuşdur.

Mürəkkəb, Dəyişən Mühit

Tarix boyunca, Thales mühitə uyğun dəyişikliklərə özünü uyğunlaşdır-

mışdır. XXl-ci əsrin əvvəlində “sənayedə suverenliyi” müəyyən edən insti-

tutlaşmış mexanizmlərdə baş verən dəyişimlər də, ən azı digər dəyişikliklər 

kimi əhəmiyyət daşıyır.

Thales və onun başqa ölkələrdə aldığı müəsisələr (Böyük Britaniya, Hol-

landiya, Avstraliya) on illiklər ərzində ciddi milli mexanizmlərlə və dövlətin 

sərt nəzarəti altında fəaliyyət göstərmişdir. Ən böyük müştəri və bəzən hətta 

səhmdar olaraq, dövlət, korporasiya strategiyası, tədqiqat və inkişaf üçün 

büdcə ayrılması, ixrac lisenziyaları verilməsi və biznesin başqa cəhətləri üzrə 

məsələlərdə iştirak edir. 

İndi Thales “çoxşaxəli daxili” şirkətdir və vahid, açıq-aydın müəyyən 

olunmuş, ardıcıl milli əsaslarla yox, əksinə qlobal ölçüləri olan strateji 

məkanda işləyir. Bu cür yeni kontekstdə insan resurslarını və ya beynəlxalq 

biznes əməliyyatlarını idarə etmək daha da mürəkkəb olur. 

Məsələlər nə  qədər qlobal olsa da,şirkətin işləri hər bir ölkənin mil-

li suverenliyi üçün həssas, strateji və  əsas sayılan texnologiyalara arxala-

nır. Bu cür struktur ziddiyyəti həm transnasional şirkətlərə, həm də onların 

tənzimləyicilərinə çoxlu problemlər yaradır və korporativ idarəetmənin ye-

nilikci konsepsiyaları əsasında müxtəlif cür idarəetmə metodlarının hazırlan-

masına çağırır.

Daha çox Şəffafl ıq və İzlənəbilirlik

Beynəlxalq iqtisadi mühitin mürəkkəbliyini  əsas götürərək, beynəlxalq 




327

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

təşkilatlar və ölkələrin qanunvericiləri yeni təlimatlar hazırlayır və yeni qa-

nunlar qəbul edirlər, həmişə ardıcıl olmasa da, vətəndaş  cəmiyyətlərinin 

üzvləri, o cümlədən, qeyri hökümət təşkilatları biznes dairələrindən yeni və 

yüksək standartlar tələb etməkdə davam edirlər.

Qlobal idarəçiliyin vahid modeli olmadığı bir dövrdə, bu qayda və 

tələblərin şəffaf sayı və mürəkkəbliyi biznes mühitini daha da dağınıq edir- 

xüsusilə də nəzərə alsaq ki, Amerika və Britaniya kökənli müəyyən “yumşaq 

qanun”kodeksləri və qanunları başqa ölkələrin hüquq sistemləri ilə ziddiyyət 

təşkil edir. Getdikcə artan qloballaşmış biznes mühiti və çoxtərəfl i təşkilatların 

müəyyən etdiyi mürəkkəb qanunverici və normativ konteksti, şəffafl ığa olan 

tələbi daimi artırır,  şirkətlərin biznes fəaliyyətlərini daha böyük dərəcədə 

açıqlığa və izlənəbilirliliyə gətirməyə məcbur edir. 

Etik İdarəetmə

İdarəçilik təcrübələrinə qarşı təzyiq dünyanın hər yerində artdığı halda, 

“sərt qanun”-lar qəbul etmə səlahiyyətinə malik yeganə orqanlar olan- dövlət 

orqanlarının nüfuz dairəsi yavaş-yavaş azalır, cünki heç bir sərt qanun uzun 

müddətli olaraq iqtisadi reallıqla tam uyuşmur. Qanunları daha da konkret 

etmək üçün tez-tez təftiş etmək və düzəlişlər etmək lazım gəlir. Lakin qanunlar 

nə qədər çox təftiş edilirsə, bir o qədər çox tutqun olur. Nəticədə,qanunvericilər 

arasında sadəcə  əsas qanunvericilik prinsiplərini qanuna yerləşdirmək ten-

densiyaları üstünlük təşkil edir və şirkətlərə öz kodekslərini,baza prinsiplərini 

və etik davranış standartlarını müəyyən etmələri özlərinin ixtiyarında qalır.

Etika konsepsiyası  və korporativ məsuliyyət qanunun bitdiyi yerdə 

başlayır.  İdarəçilik mexanizmlərində  dəyişiklik  şirkətlərin üzərinə böyük 

məsuliyyət qoyur, onların idarəçilik fəaliyyətinə və biznes modellərinə birbaşa 

təsir edir. Bir neçə il bundan əvvəl, Thales bu yeni şəraitdə uyğunlaşmaq üçün 

etdiyi səylərin bir hissəsi kimi etika və korporativ məsuliyyət üzrə çoxşaxəli 

siyasət irəli sürdu. Məhdud hüquqi və normativ çərçivədə, idarə müdürləri 

daimi müxtəlif standartların tətbiqi haqda seçim etmələri tələb olunur. Onlar 

minimum və optimal səylər arasında tarazlıq qurmalıdırlar, uzun müddətli 

artımı davamlı və gəlirli surətdə ən yaxşı yolla təmin etmək üçün özlərinin 

müxtəlif variantlarını nəzərdən keçirərək müəyyən etməlidirlər.  Bu seçimlər 

idarə müdürünün məsuliyyətinin əsas hissələrindən biridir və səhimdarların 

sayı çoxaldıqca onların tələbləri daha konkret olur və bu seçimləri etmək 

daha çətin olur.

İdarəçilik, həmçinin, bütün şirkət işçilərinin mənəvi gözləntilərini əhatə 

etməli və uzlaşdırmalıdır. Şirkət böyüyüb özünün beynəlxalq əhatə dairəsini 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə