Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə122/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   118   119   120   121   122   123   124   125   ...   163

320

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

ötrü ABŞ-dakı hərbi korporasiyaların, xüsusilə də, Lockheed Martin-in qa-

baqçıl təcrübələrinə diqqət yetirilir.

Müdafi ə Sənayesi Təşəbbüsü  (Dİİ)

ABŞ-dakı əsas hərbi təminatçılar Müdafi ə Sənayesi Təşəbbüsünə(Defense 

İndustry İnitiative-Dİİ) məxsusdur. Bu təşəbbüs 1986-cı ildə müdafi ə sənayesi 

daxilində  fırıldaq,israfçılıq və  həm hərbi sənaye, həm də Müdafi ə Nazirli-

yi daxilində sui-istifadələrlə bağlı hallara qarşı ictimaiyyətin inamının aşı-

lanmasına cavab olaraq yaradılmışdır. Dİİ-yə daxil olan bütün imza tərəfl əri 

20.1Haşiyəsində göstərilən altı özünüidarəetmə prinsiplərini qəbul edib və 

riayət edəcəklərini bəyan etmişlər. 

Dİİ-i imzalayan hər bir tərəf özlərinin etik proqramları və praktikaları ilə 

əlaqədar ətrafl ı illik etik sorğu anketiləri hazırlamağa razılaşmışlar. Bu sor-

ğuların nəticələri toplanır və illik Dİİ İctimai Cavabdehlik Hesabatına (Dİİ 

Public Accountability Report)salınır

182

.

Dİİ üzvü olan bütün tərəfl ər bu altı prinsiplərə riayət etmək üçün öz ya-



naşmalarını qəbul etsələr də,zaman keçdikcə qabaqçıl təcrübələrin mübadiləsi 

vasitəsilə, ABŞ-dakı  əsas hərbi təminatçı  təşkilatlar etik proqramların 

müəyyən ümumi elementlərini paylaşmağa başladılar.

Səmərəli Etik Proqramların Elementləri

a.Etik kodeksləri və ya davranış kodekslərı 

Dİİ-yə imza atmış bütün tərəfl ər etika kodekslərini qəbul etmişlər,bu 

həmçinin,davranış kodeksləri adlanır. Davranış kodeksi dəyərlər və stan-

dartlar (meyarlar)müəyyən edir və  şirkətin işçiləri və  şirkət onlara riayət 

edir. Səmərəli olmaq üçün, kodeks şirkətin dürüstlüyə olan münasibətini və 

dəyərlərini əks etdirməlidir. Öz şirkətinin dəyərlərini ifadə etməkdən başqa, 

ABŞ şirkətlərinin qəbul etdikləri çoxlu kodekslər riayət etmə standartlarını 

müəyyən edir. Dİİ üzvlərinin kodeksləri ayrımçılıq və təzyiqlərdən tutmuş, 

biznes nəzakəti,anti-korrupsiya və anti-“şapka” məsələlərinə qədər uzanır. 

Lockheed Martin-in “Standartlar Müəyyən edilməsi,Etika kodeksləri 

və Biznes Davranışı”

183

 (“Setting the Standard,Code of Ethics and Business 



Conduct”) adlanan kodeksi korporasiya  yaranan vaxtdan mövcuddur. Bu ko-

182


 2003-dən bəri hazırlanan illik hesabatlar DII website-da: www.dii.org.

183


  Bu ünvana baxın: www.lockheedmartin.com/data/assets/corporate/documents/ethics/ 

setting-the-standard.pdf.




321

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

deks Lockheed Martin-in ən yüksək dürüstlük standartlarına öhdəliklərini və 

bu öhdəliklərin yerinə yetirilməsində hər bir işçinin mühüm rolunu vurğula-

yır.  O, Lockheed Martinin dəyərlərinin  şirkət üçün mühümlüyünü işçilərə 

məlumatlandırır və işçilərin də bu dəyərlərin yaşamasında rolunu onlara bil-

dirir. Hər bir işci təsdiq etməlidir ki, o bu kodeksi alıb, oxuyub və başa düşüb 

və ona riayət etməyə razılaşıb.

Haşiyə 20.1. Müdafi ə Sənayesi Təşəbbüsünün Özünü İdarəetmə Prinsipləri

1. Hər bir imza atan tərəf yazılı biznes davranışı kodeksinə malik olmalı və 

ona riayət etməlidir. Kodeks, imza atan təşkilatın daxilundə çalışanların hər 

biri üçün ali etik dəyərlər müəyyən edir.

2. Hər bir imza atan tərəf, bu kodeksin müddəalarına uyğun onların bütün 

işçilərinin şəxsi məsuliyyətlərini anlatmalıdır. 

3. İmza tərəfl əri kodeksi pozanlar haqda xəbər verilməsini həvəsləndirməlidir 

və bu zaman xəbər verənlərə qarşı heç bir əks-tədbir görülməyəcəyi vədi 

verilməlidir.

4.  İmza tərəfl əri federal alqı-satqı qanunlarına riayət edilməsi üçün, 

monitorinq nəzarətinin mexanizmlərini tətbiq etməklə, özünü idarəetmə 

üçün öhdəliklər götürür və federal alqı-satqı qanunun pozulduğu təqdirdə 

onun könüllü surətdə uyğun dairələrə  xəbər verilməsi haqda prosedurlar 

qəbul edir.

5. Hər bir imza atan tərəf Dİİ prinsiplərini yerinə yetirərkən öz qabaqcıl 

təcrübələrini bir-biri ilə bölüşmək haqda öhdəlik götürür; hər bir imza atan 

tərəf illik Ən Yaxşı Praktika Forumunda  iştirak etməlidir.

6. Hər bir imza atan tərəf ictimayyət qarşısında cavabdeh olmalıdır.



Mənbə: Müdafi ə Sənayesi Təşəbbüsünün Nizamnaməsi, Article III: www.dii.org.

Beləliklə,məsələn,kodeksin “ABŞ-dan Kənarda Etik Bizneslə  Məşğul 

ol” başlıqlı bölməsində deyilir ki, Lockheed Martin-in etik davranışın  ən 

yüksək standartlarına uyğun öhdəliyi dünyanın hər yerinə keçərlidir. Kodeks 

həmçinin bəyan edir:     

   “Rüşvət, ixrac və idxal qanunları pozuntuları və qeyri qanuni boykot-

larda iştirak, bazarda inamsizlıq yaradır,demokratiyanı sarsıdır, iqtisadi və 

sosial inkişafı korlayır və biznes əməliyyatlarında şəffafl ıq və inamdan asılı 



322

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

olan hər kəsə zərər vurur.”

184

 

    Bu Lockheed Martin-in dəyərlərini əks etdirir,” Nə doğrudursa onu et”. 

Bu bölmə işçilərdən tələb edir ki, onlar Lockheed Martin-ın işlədiyi ölkələrdə 

ölkə və yerli qanunlara riayət etsin. Bu bölmə, işçiləri anti-korrupsiya qanun-

larına riayət etməyə və o cümlədən,başqa beynəlxalq anti-rüşvət konvensiya-

ları arasında, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qəbul etdiyi 

Xarici Rəsmilərin Rüşvətxorluğuna Qarşı Mübarizə Konvensiyasına və  ABŞ 

Xarici Korrupsiya Praktikaları Aktına xüsusi diqqət yetirməyə yönləndirir

185

.

b. Rəsmi Etik Təşkilatları



Çoxlu sayda geniş ABŞ  hərbi podratçılarının ixtiyarında rəsmi etika 

təşkilatları mövcuddur və onlar həmin şirkətlərin etik proqramlarına rəhbərlik 

edir və yerinə yetirir. Rəsmi etik proqramları, şirkətin davranış kodekslərinin 

məzmunlu olmasını təmin edir.Tipik olaraq bu cür proqramın ən azı iki əsas 

funksiyası olur.(1) xəbərləşmə, təlim və  şirkətin dəyərləri,öhdəlikləri və 

kodeksə riayət məsələləri ilə bağlı ictimaiyyətə çıxış; və (2)kodeksin həyata 

keçirilməsi.

      Xəbərləşmə və ictimaiyyətə çıxış səylərini yerinə yetirərkən,təşkilat, 

əsasən dürüstlük öhdəliyinin  şirkətin mədəniyyətinə çevrilməsini təmin 

etməyə çalışır. Müxtəlif nöqteyi nəzərdən baxsaq rəsmi etik proqramın 

yerinə yetirəcəyi ən mühüm funksiya elə budur.Pis davranışın və ya korrup-

siyanın qarşısını almağın ən səmərəli vasitələri bütün işçilərin öz qanunsuz 

hərəkətlərinə görə məsuliyyət daşıyacağı mühit yaratmaqdan keçir. 

Lakin,əgər işçilər hesab etsələr ki, təşkilat dəyərləri və kodeksı sadəcə ka-

ğız üzərində sözlərdən ibarətdir və şirkətin fəaliyyəti ilə heç bir əlaqəsi yox-

dur, o zaman dürüstlük mədəniyyəti də heç bir kök atmayacaq. Ona görə də, 

işçilərin özəl maraqlarının qorunması zərurəti ilə, şirkətin kodeksini qulaq ar-

dına vuranların hansı nəticələrlə üzləşəcəyi haqda məlumatlandırmaq zərurəti 

arasında tarazlıq yaratmaq çox əhəmiyyət daşıyır. Etik təşkilatın  şirkətin 

idarəçilik strukturuna daxil edilməsi də çox vacibdir.Şirkət daxilində  etika 

və dürüstlüyün vacibliyini və öz müstəqilliyini təmin etməsi üçün şirkətin 

daxilində onun yeri yüksək olmalıdır. ABŞ-da etik proqramların çoxu şirkətin 

Baş Müşavirinə  və ya birbaşa olaraq şirkətin icraçı direktoruna hesabat verir. 

Həmçinin, çoxları Direktorlar  Şurası ilə hesabat və ya xəbərləşmə kanalları 

yaratmışlar.

Nəhayət, daha güclü etik təşkilatları tam və ya yarı  ştatla etika üzrə 

184

  Lockheed Martin, Setting the Standard: Code of Ethics and Business Conduct (Bethesda, 



MD: Lockheed Martin Corporation, October 2008), 12.

185


  İbid.,12


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə