Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə118/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   114   115   116   117   118   119   120   121   ...   163

309

 Ombudsman Qurumunun Rolu

maq, şübhəliləri sorğulamaq üçün həbs etmək kimi bu işə müdaxilə edəcək 

səlahiyyətləri yoxdur. Bu funksiyalar mühüm resurslar tələb edir və Ombuds-

man institututunun imkanları xaricindədir. Ombudsman ofi sinin əsas funksi-

yası iki hissədən ibarətdir: hökümətin fəaliyyəti və göstərdiyi xidmətlə bağlı 

vətəndaşlardan gələn şikayətlərə baxmaq; və hökümət boyunca və ya konkret 

idarələrdə baş verən sistemli problemləri özəl təşəbbüsləri ilə araşdırmaq.

173


  

Buna baxmayaraq, bütövlükdə yanaşma çərçivəsində korrupsiyalı prak-

tikalara qarşı mübarizədə Ombudsman İnstitutunun rolu aşağıdakı dəyər və 

imkanlar üzərində qurulur:

•  Ombudsman institutunun özünün mövcudluğu və müdafi ə sistemində 

çalışan istənilən qadın və kişinin, icra orqanlarının fəaliyyəti nəticəsində 

meydana çıxan istənilən problemlə bağlı ombudsmanla əlaqədə olmaq 

hüququ siyasi,idarəetmə və hərbi sahədə çalışanlara qanuni əsaslarla 

və dürüst hərəkət etmələri üçün güclü arqumentdır. 

•  Komanda ierarxiyasından asılı olmayan bu cür təşkilatın hərbi institu-

tun daxilində olması, korrupsiya mümkündür və korrupsiya danılmaz 

faktdır düşüncələri üçün alternativlik hissləri yaranır. Hərbi təşkilatda 

çalışan adamların seçimləri vardır və onlar korrupsiyalı davranışın şa-

hidi olarlarsa, təşkilatın prosedur tələblərinə görə səslərini çıxartmalı-

dırlar.

•  Ombudsmana çıxışın asan olması hüquqi,administrativ və ya hərbi 



sanksiyalardan kənarda qalan “kiçik” korrupsiya halları ilə məşğul ol-

mağa imkan yaradır. Lakin bu cür kiçik hallar elə viruslardır ki, az 

zaman içində hərbi sistem kimi möhkəm sistemləri də çürüdür.

•  Ombudsman idarələrinin bütün müdafi ə xarakterli qərar-qəbul etmə 

proseslərini, yəni faktiki olaraq hökümətin fəaliyyətinin çox hissəsini 

həm sistemli, həm də qabaqcadan elan etmədən çoxlu sayda informasi-

ya mənbələrindən istifadə etməklə öyrənmək potensialı, bu işlə məşğul 

olanlara daimi xatırlatmadır ki,onların fəaliyyətləri həm daxildən, həm 

də kənardan müşahidə edilir və qərar-qəbul etmə və icra proseslərinin 

istənilən səviyyəsində  hər hansı korrupsiya halı  və ya korrupsiyaya 

cəhd həyəcan siqnalı yarada bilər.

•  Ombudsmanın gizli sənədlərə  və  təsislərə  çıxışı, korrupsiyalı  işlər 

görmək üçün sənədləri, dəlilləri və prosedurları saxtalaşdırmaq 

cəhdlərinə yönələn, güclü çəkindirici amildir.

•  Ombudsmanın gördüyü işlərin ictimaiyyətə açıq olması və korrupsi-

173


  Con MkMillanın BMT anti-Korrupsiya Tədbirləri, Qabaqcıl İdarəçilik və İnsan Hüquqları 

Konfransında çıxışından hissələr, Polşa, 8-9 Noyabr 2006.




310

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

yaya və ya başqa qanunsuz fəaliyyətə qurşanmış siyasi, hərbi və mülki 

şəxslərin adlarını elan etmək imkanının olması, istisnasız olaraq, hər 

bir qulluqçuya öz karyeralarını və şərəfl ərini riskdə qoymamaları üçün 

korrupsiyadan uzaq durma xəbərdarlığıdır.

•  Təkcə  hərbi qulluqçuların deyil, hər bir vətəndaşın ombudsman 

idarəsinin diqqətini hərbi məsələlərə  cəlb etmək hüququnun ol-

ması faktı, cəmiyyət ilə ordu arasında mülki dürüstlük hissi yaradır 

(təhlükəsizliyin istifadəçiləri və milli müdafi ənin aparıcıları)və bu da 

birləşmiş milli dürüstlüyün bir dirəyidir.

Beləliklə,müdafi ə sektoru üzrə ombudsman bu təşkilatı sağlam saxlamaq 

üçün mühüm rol oynayır, idarəçiliyi və fəaliyyəti təkmilləşdirməyə kömək edir 

və sistemli olaraq hərbçilərin ən yüksək peşəkar standartlara və sosial və milli 

dürüstlüyün yetginliynə uyğun olaraq xarakter və mənəviyyatın artırılmasına 

kömək edir. Con MkMillanın(John McMillan)qeyd etdiyi kimi, “Çoxlu sayda 

ombudsman idarələri, şikayətlərə baxmaq prinsiplərinə görə,məlumat azadlı-

ğı ilə və korrupsiya haqda xəbər verənləri qorumaq prinsiplərinə görə özlərini 

mübariz bir təşkilat kimi görürlər. Bütün bunlar demokratik dəyərlərin ay-

rilmaz  hissəsidir və hökümət sistemini möhkəmlədən və korrupsiyaya və 

zərərverici digər praktikalara qarşı maneə və xəbərdarlıqdır”.

174

Korrupsiyaya qarşı mübarizədə dünya təcrübəsindən çıxan bir mü-



hüm dərs ondan ibarətdir ki, sosial,siyasi və iqtisadi islahatları cəmləşdirən 

çoxsahəli strategiyanın, milli dürüstlük sisteminin möhkəmlənməsi ilə uğur 

qazanmaq ehtimalı  tədricən aparılan anti-korrupsiya tədbirlərinin nə cür 

qətiyyətli və vacib olmasından asılı olmayaraq daha böyükdür

175

.  Beləliklə, 



müdafi ə sektorunda ombudsman institutunun yaranması istənilən anti-kor-

rupsiya  strategiyasının mühüm bir hissəsidir.  Dünya boyunca, heç bir iki 

eyni model yoxdur. (Bax Haşiyə 19.5-də Ombudsmanlıq konsepsiyasının 

daha konkret həyata keçirilməsi nümunəsi verilir). Ombudsmanlıq modelinin 

həyata kecirilməsi o zaman uğurlu olur ki, bu model onun yaradılması üçün 

qoyulmuş tələbləri həyata keçirməyə uyğun qurulsun. Buna baxmayaraq hər 

hansı ölkə və ya Müdafi ə Nazirliyi özünün ombudsman institutunu qurarkən, 

müxtəlif ölkələrin hərbi ombudsmanlarından və müxtəlif modellərdən  əldə 

olunan bir çox müsbət təcrübələri ümumiləşdirərək, istifadə edə bilər.

• 

Baxış:  Müdafi ə  və ya hərbi ombudsmanlığın yaradılması  həm 

174 

 İbid


175

  Rick Stapenhurst and Sahr John Kpundeh, Curbing Corruption: Toward a Model for 



Building National Integrity (Washington, DC: World Bank, 1999).


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə