Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə114/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   110   111   112   113   114   115   116   117   ...   163

300

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 19.1. Ombudsmanın Tərifi 

Ombudsman sözünü geniş mənada tərcümə etsək “vətəndaşın müdafi əçisi” 

və “xalqın nümayəndəsi” kimi olar. Ombudsman gender baxımından neytral 

sayılan termindir, dünyanın hər tərəfi ndə qadın və ya kişi bu vəzifəni tutarsa 

bu söz işlədilir. Lakin, bir çox adamlar “ombuds” və “ombudsperson”da 

deyirlər (Bax:

  www.usombudsman.org

).  Ombudsman idarəsini təmsil 

edən başqa adlardan da istifadə olunur. Məsələn,  İngilis dilli ölkələrdə 

administrasiya üzrə parlament komissarı  (Şri Lanka, Böyük Britaniya), 

xalq qoruyucusu (Cənibi Afrikada), baş müstəndiq (Zambiyada) adlanır. 

Bir çox ölkələrdə insan hüquqlarının qorunması ombudsman idarəsinin 

əsas məqsədlərindən biridir və bu da tez-tez idarənin adında  əks olunur. 

Məsələn, Meksikanın  İnsan Hüquqları üzrə Milli Komissiyası,  Polşanın 



Mülki Hüquqlar Qoruyucusu, Sloveniya  İnsan Hüquqları Ombudsmanı, 

Macarıstan İnsan Hüquqları üzrə Parlament Komissarı.



Mənbə: Petter Bolme, International Overview of the Ombudsman Concept (Stockholm: 

Global Reporting Sweden AB, 2008), 4.

Bu ilkin konsepsiyanın  əsas özəyini təşkil edir. Yəni,hərbi qüvvələrə 

tətbiq edildikdə bu instituta xalqın müdafi əçisi və ya hərbi qulluqçuların 

hüquqlarını qoruyan və hərbi qüvvələrin daxilində demokratik konstitusiya 

prinsiplərini vurğulayan hərbi ombudsmanın funksiyalarını yerinə yetirir. 

Ombudsmanın funksiyalarıni daşıyan və ancaq təşkilatın rəhbəri tərəfi ndən 

təyin olunan “Daxili ombudsman” və ya “baş müfəttiş” kimi ifadələrin il-

kin konsepsiyadan əyilmə kimi göründüyünü qeyd emək mühümdür. Onlar 

təşkilat daxili mühitə müsbət təsir edə bilərlər, ancaq onlara alternativ kimi ba-

xıla bilməz.Rəngarəng təşkilati mədəniyyətlə xarakterizə olunan bürokratiya-

lar, müxtəlif dərəcəli uğurlarla,ilkin ombudsman konsepsiyasının dəyişilmiş 

versiyalarını işə salmışlar. İlkin konsepsiyalar haqda bilgi və onların spesifi k 

icra mexanizmləri, ölkə və qurum səviyyəsində dürüstlüyü təmin etmək stra-

tegiyasına müvafi q ombudsman institutunun yaranmasına kömək edir.        

Hərbi ombudsman institutunun yaranması liberal demokratiyada müdafi ə 

sektorunun iki mühüm problemıni həll etmək məqsədinə xidmət edir: vətəndaş 

cəmiyyətləri və müvafi q  hərbi qurumlar arasındakı münasibətləri mülki 

nəzarət altında saxlamaq və eyni zamanda,orduda xidmət edən insanların 

insan və sosial hüquqlarını qorumaq. Beləliklə, mülki-hərbi münasibətlərdə 

mövcud olan klassik sual,” kim qoruyanları qoruyacaq” digər suala birləşir: 

“hərbi forma daşıyan vətəndaşlar kimi, qoruyanların hüquqlarını necə qoru-




301

 Ombudsman Qurumunun Rolu

malı”?.  Hər iki sualın mənimsədiyi məsələlər təkcə konseptual baxımdan 

yox,həm də ictimai və hərbi institutlaşmanın inkişaf siyasəti və strategiyası 

kimi bir-biri ilə qarşılıqlı əlaqədədirlər.    

Ombudsmanın beynəlxalq baxımdan qəbul olunmuş rolu yalnız araşdır-

ma aparmaq və həll üçün tövsiyələr verməkdir. Ona görə də bu cür institu-

tun qurulması hər hansı mövcud hakimiyyətə təhlükə kimi görülməli deyil

165


Hərbi ombudsmanın fəaliyyət dairəsi böyük mənada,dəyişən hərbi mühi-

tin niyyətindən,nüfuzundan və  təbiətindən asılı olacaq. Onun “nəzarətdən 

kənar”-a çıxması etimal edilmir

166

. Korrupsiya özünün çox saylı formalarında 



və təzahürlərində, mülki-hərbi münasibətlərin bütöv spektrındə inandırıcıdır. 

Ona görə də “geniş hüquqlu ombudsman” ciddi mülki-hərbi münasibətlərin 

öhdəsindən gəlmək üçün səlahiyyət və bacarığa sahib olmalıdır. Bir çox 

ölkələrdə bu cür idarənin qurulması öz xidməti borclarını yerinə yetirən 

hərbçilərin davranış normalarında çox mühüm dəyişikliklərə gətirmişdir.

Ombudsman İnstitutlarının Modelləri

Ümumiyyətlə, ombudsman institutları iki qrupa bölünür-“klassik” və 

“təşkilati”. Hər qrupun içində daimi təkamül gedir və onlar arasındakı sərhəd 

xətləri sürətlə dəyişir

167

. Lakin, həm hökümət siyasəti baxımından, həm də 



ictimai struktur olaraq müdafi ə sektoru fərqli məna daşıyır. Bu səbəbə görə 

müdafi ə sektorunda çoxlu növ ombudsman institutları var və onların da fərqli 

tapşırıqları və səlahiyyətləri var. Üç əsas model praktiki cəhətdən fərqləndirilə 

bilər- klassik ombudsman, müdafi ə sektoru üzrə güclü ombudsman və silahlı 

qüvvələrin zəif təşkilati ombudsmanı. 

İdarəetmənin əsas prinsipini xatırlasaq, “ölcülməli olan şey varsa, o da 

görülən işdir”, burada ombudsmanın nüfuzuna hərbi idarəçiliyin monito-

rinq və qiymətləndirmə prosesinın bir hissəsi kimi baxıla bilər, xüsusilə də, 

müdafi ə siyasətinin formalaşdırılması və həyata keçirilməsi məsələsində.

Müdafi ə Sektoru üzrə Klassik Ombudsman Modeli

Bu model ondan irəli gəlir ki, istənilən parlamentlı hökümətdə parlament 

165 

 Bir çox hallarda bu cür fəaliyyət hərbi tabeçiliyə zidd kimi qəbul edilir və doğru və ya 



yanlış olsa da hərbi və ya siyasi hakimiyyətin və rəhbərliyin aşılanması kimi izah olunur.

166


  Phasoane Mokgobu, “Determining a Role for a Military Ombudsman in the South African 

National Defence Force,” African Security Review 8:1 (1999), www.iss.co.za/ASR/8NO1/ 

Determining.html.

167


     ABŞ- dakı Ombudsmanlar Assosiasiyasının materiallarına görə.Kanada Silahlı 

Qüvvələrinin website-nə də bax: www.ombudsman.forces.gc.ca.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə